Şirkə Gətirib Çixaran Təhlükəli Bir Davraniş: "Romantiklik"

Şirkin məntiqi və ağıllı bir dayağı olmadığı açıqdır. Bir insan düşünüb ağlıyla, vicdanıyla ölçüb-biçdiyində, Allahdan başqa İlah olmadığını və ola bilməyəcəyini açıq-aşkar görər və anlayar. Buna baxmayaraq insanlardan bir qismi hətta əksəriyyəti, bu həqiqəti fərq etməyin tələb etdiyi düşüncə və davranış formasını sərgiləməz, tam əksinə hərəkət edər. Bu, çaşdırıcı və məntiqsiz olduğu halda çox tez rast gəlinən bir vəziyyətdir.

Bir həqiqəti ağıl və məntiq qəbul etdiyi halda, bu həqiqətə uymamaq və fərqli yollar mənimsəmək bəzi romantik faktorların ağlı və məntiqi üstələdiyindən, bunları örtməsindən qaynaqlanar. Biz bunu qısaca "romantiklik" ya da "romantizm" olaraq adlandıracağıq.

İnsanın doğru düşünməsi və doğru hərəkət edə bilməsi ancaq ağlından istifadə etməsi sayəsində olar. Quranın bir çox ayəsində möminlərin ağıllarından istifadə edərək çox əhəmiyyətli həqiqətləri qavradıqları, müşriklərin, kafirlərin isə ağıllarından istifadə etmədikləri və buna görə indiki vəziyyətə düşdükləri izah edilir. Məhz bunun əhəmiyyətli səbəblərindən biri müşriklərin yalnız duyğularının təsirində hərəkət etmələridir.

Ağlın qapanmasına səbəb olan romantiklik insanı şeytanın bütün təlqinlərinə açıq hala gətirər, onun oyuncağı edər. Şeytanın romantiklik silahı müşrikləri dilədiyi kimi istiqamətləndirib hər cür azğınlığa sürükləyə bilər.

İnsana yaradılışdan verilmiş sevgi, qorxu, güvən, ehtiyac, sığınma, və s. kimi bütün duyğular Uca Allahın razılığını qazanması, Allah yolunda istifadə etməsi, yaxşının və doğrunun müdafiəçisi, təqibçisi olması üçün verilmişdir. Ancaq bu duyğular Quranda təsvir edilən şəkildə yaşanmazsa, şeytani istiqamətdə bir ikrah dolu güc meydana gətirərlər.

Şirkin ortaya çıxması da bu sevgi, qorxu, sığınma, yardım gözləmə, güvənmə kimi duyğuların, mövcud məqsədindən azdırılıb səhv istiqamətləndirməsi ilə olar. Bu duyğular rəhmani və ya şeytani istiqamətdə istiqamətləndirilə bilər. Rahmani tərəfə istiqamətləndirildikdə insanı imana, ixlasa, Allaha apararkən, şeytani istiqamətə çevrildiklərində şirkə və pisliyə sürükləyər. Çünki insan Allaha və Onun istədiyi istiqamətə yönəltməsi və qarşılığını da Allahdan gözləməsi lazım olan bu cür hissləri, başqalarına yönəltdikdə ilahlıq xüsusiyyətini da onlara yükləmiş olar. (Allahı tənzih edirik) Buna görə Allahı buraxaraq Allahı sevər kimi sevdiyi adamı, ya da Uca Allahdan qorxar kimi qorxduğu kimsəni və ya Allahı unudub da başqasından kömək gözlədiyi kəsi azğın şəkildə ilahiləşdirmiş olar.

Halbuki, növbəti hissədə də açıqlayacağımız kimi, sevilməyə, təriflənməyə, ucaldılmağa, Ondan qorxmağa, kömək istənilməyə, güvənilməyə həqiqi mənada layiq olan yalnız Allahdır. Çünki hər şeyin qaynağı, hər şeyə varlığını verən, üstünlük və gözəlliklərin, bütün bilik və gücün yeganə sahibi Allahdır. Bütün bu xüsusiyyətlər ilahlıq xüsusiyyətləridir. Bu xüsusiyyətləri, Allahı unudaraq və böyük bir ağılsızlıq göstərərək yaradılmışlara vermək bu varlıqları ilah etmək mənasını verər ki, bu da şirkdir.

İndi isə, sevgi, qorxu, yardım gözləmə hisslərini bir-bir nəzərdən keçirərək, ağılla bu hissləri nəzarət altına almamaq, ağlıyla deyil, duyğularıyla hərəkət etməyin şirkə necə yol aça biləcəyini araşdıraq.

Sevgi

İman edən bir adam bütün ürəyiylə sevməsi, yaxınlaşması, bağlanması lazım olan varlığın Allah olduğunu bilir. Çünki Allah özünü yoxdan var etmiş, bədənini, ağlını, şüurunu, imanını və sahib olduğu bütün hər şeyi ona vermişdir. Bütün ehtiyaclarını qarşılamış və hələ də qarşılamaqdadır. Özü üçün bu dünyada saysız nemətlər yaratmışdır. Üstəlik, Ona iman etdiyi və itaət etdiyi təqdirdə, onu, həm dünyada, həm də axirətdə çox böyük və sonsuz bir nemətlə, Qatından bir sevgi və razılığı ilə müjdələyir. Bütün bunları da yalnız Özündən bir rəhmət və lütf olaraq qarşılıqsız bir şəkildə verir. O halda həqiqi mənada, hər kəsdən çox sevilməyə, bağlanılmağa layiq olan yalnız Allahdır.

Sevginin meydana gəlməsindəki səbəblərdən biri də sevilən kimsədəki üstün və gözəl xüsusiyyətlərə qarşı duyulan maraq və heyranlıqdır. Bu maraq və heyranlıq qarşı tərəfdən də qarşılıq gördüyündə aradakı əlaqə qüvvətli bir sevgi bağına çevrilər. Ancaq burada əhəmiyyətli olan nöqtə, üstünlük və gözəlliyin həqiqi sahibini tapmaq və maraq, sevgi və heyranlıq hisslərini ona yönəltməkdir. O da yenə, bütün gözəlliklərin, üstün və uca sifətlərin qaynağı, sahibi olan Allahdır. Onun yaratdıqlarının sahibiymiş kimi göründükləri üstün sifətlər isə, yalnız Allahın sonsuz sifətlərinin çox kiçik bir əksidir və həqiqətdə Allaha aiddirlər. Allahın qulları üzərində təcəlli edər, yəni görünürlər. Bütün bunlara görə sevgi ancaq Allahın Şəxsinə duyular. İnsanın bir kəsi və ya bir əşyanı Allahdan ayrı, müstəqil bir varlıq kimi görərək Allahı sevər kimi sevməsi isə, onun şirk qoşduğunun ən diqqətə çarpan əlamətlərindən biridir.

Burada nəzərdə tutulan təməlində yanlış və haqsız bir sevgi olduğu hallardır. Əlbəttə ki, sevgi bəsləmək səhv deyil, səhv olan Allahı tamamilə unudub, sanki bir ehtirasla qarşı tərəfə bağlanmaqdır. Ya da o insan üçün Allahın razılığını və məmnun olacağı şeyləri tərk etməkdir. Halbuki, imani gözlə baxıldığında insanların sahib olduqları bütün gözəlliklərin əsl sahibinin Allah olduğu aydın olar. Bunu fərq edən insan təbii olaraq Allaha yönələr, qarşısındakı insanı sevərkən əslində Allahı sevdiyinin şüurundadır. Ancaq müşriklərin sevgilərində vəziyyət fərqlidir. Bir ayədə müşriklərin Allahı tərk edib, özlərinə sevgi bağı ilə bütlər qurduqları belə ifadə edilir:

İbrahim dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”. (Ənkəbut surəsi, 25)

Yuxarıdakı ayədə xəbər verildiyi kimi, axirətdə bu sevgi bağı nifrətə və qarşılıqlı inkara çevriləcək. Bunun səbəbi, insanların sevgi bağı quraraq əldə etdikləri bu bütlərin axirətdə öz əzablarına səbəb olmasıdır. Yalnız Allahı ilah hesab edən bir kəsin başqa bir şeyi, başqa bir insanı Allah qədər, ya da Ondan daha çox sevməsi əsla mümkün ola bilməz. Bunun əksini göstərən müşriklər isə ayədə belə təsvir edilir:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

Ayədə iman edənlərin ən çox Allahı sevdikləri ifadə edilmişdir. Bunun əksinə hərəkət edən bir insanın səmimi olmadığı, ya da Allahı və dini lazımi kimi tanımadığı ola bilər. Onsuz da ayənin sonundan şirk qoşanların Allah haqqında yanlış və əskik bir məlumata, anlayışa sahib olduqları aydın olur. Bunlar Allah ilə səmimi bir yaxınlıq quramadıqlarından və Allahı lazımi kimi təqdir edə bilmədiklərindən, sahib olduqları sevgini başqa şəxslərə yönəldərlər.

Burada sevgi yolu ilə yaşanan şirk modelinin ən çox və sıx rast gəlindiyi əlaqə növü olan qadın-kişi əlaqələri üzərində xüsusilə dayanmaqda fayda vardır.

Qadın-kişi əlaqələrində Allah rizası xaricində qarşılıqlı qurulan bağlılıq və bərabərliklər, insanları şirkə aparan ən əhəmiyyətli mövzulardan biridir. Ümumiyyətlə, romantizm, duyğusallıq və qarşılıqlı bəzi mənfəətlər üzərində qurulan bu cür bərabərliklərdə insanlar Allahın razılığını deyil, bir-birlərinin rizasını və razılığını axtararlar. Bir-birlərinin rizasını Allahın razılığından üstün tutarlar. Bir-birlərini məmnun edə bilmək üçün Allahın sərhədlərini aşmaqda bir problem görməz, narahatlıq hiss etməzlər. Allahın təməlində Ona yönəldilməsi üçün verdiyi sevgi duyğusunu bir-birlərinə yönəldərlər. Allahı deyil bir-birlərini xatırlayarlar. Nəticədə Allaha qarşı yerinə yetirmələri lazım olan bütün vəzifələri bir-birlərinə qarşı yerinə yetirən, bir-birlərini Uca Allahdan müstəqil varlıqlar olaraq görmə azğınlığına düşənlər meydana çıxar. Quranda bu cür münasibətlər bir-birinə tapınmaq, bir-birini ilah etmək kimi xatırlanır.

Bu cür bir şirk əlaqəsində qadınlara qarşı bəslənən ehtiras dolu sevgiyə Quranda diqqət çəkilir. Əgər bu sevgi Allahı unutduran, Allahı lazımi kimi xatırlamağa mane olan, Allah sevgisindən seçilən, ürəkdən Allah sevgisini çıxarıb onun yerinə qoyulan bir sevgi növüdürsə, adamı birbaşa şirkə təhrik edər. Cəmiyyətdə günahsız görünən belə bir mövqenin əslində Allah Qatında çox fərqli bir qarşılığı olduğu bizə Quranda belə xəbər verilir:

Onlar Allahı qoyub, yalnız qadınlara tapınırlar və yalnız üsyankar şeytana sitayiş edirlər. (Nisa surəsi, 117)

Eyni təhlükə yalnız kişilər üçün deyil, qadınlar üçün də etibarlıdır. Bəzi cəmiyyətlərdə, bu şirk sevgisi, "eşq", "romantizm", "saf və təmiz duyğular", və s. şəklində günahsız göstərilir, hətta ucaldılıb təşviq edilir. Xüsusilə, gənc yaşdakı insanları təsirinə alan bu romantizm təlqini ağıl və şüurun inkişafına mane olduğu üçün dindən, imandan, yaradılış məqsədlərindən xəbəri olmayan, Allahı unutmuş, Allah sevgisini, Allah qorxusunu bilməyən, şirki təbii bir davranış, bir həyat tərzi halına gətirmiş azğın nəsillər meydana çıxarır. Ancaq burada əhəmiyyətli bir nöqtəni təkrar xatırlatmaqda fayda vardır: Əlbəttə ki, insanlar bir-birlərini sevə bilər, bir-birlərinə sevgiylə bağlanar, amma bütün bunlar Allahdan müstəqil olmamalıdır. Halbuki, Allah sevgisinə əsaslanmaq şərti ilə insanların bir-birlərinə sevgiylə bağlanması Quranda haqqında danışılan və cənnətdə olacağı bildirilən bir modeldir. Bir ayədə, cənnətdə "ərlərini sevən, həmyaşıdlar " (Vaqiə surəsi, 37) olacağı xəbər verilmiş və bu modelin məqbulluğuna diqqət çəkilmişdir.

Möminin sevgisi aydın, nurlu, ürəkdə rahatlıq meydana gətirən bir sevgidir. Çünki sevgisinin əsl mənbəyi Allahdır. Qarşısındakı varlığın dünyada Allahın təcəllilərini daşıdığı üçün sevər. Buna görə də, sevdiyi bir kimsə və ya varlıq öldükdə və ya sevdiyi bir əşya itdikdə, ondan alınınca mömin kədərlənməz, bir məhrumiyyət, ayrılıq ağrısı çəkməz. Çünki sevdiyi varlıqdakı maddi-mənəvi bütün gözəlliklərin, təcəllilərin əsl sahibi Allahdır. Allah əbədi və əzəlidir. Ən əhəmiyyətlisi ona şah damarından daha yaxındır. Yalnız onu imtahan etmək üçün müvəqqəti olaraq bəzi təcəllilərini geri almışdır. İmanını və bu anlayışını davam etdirdiyi müddətcə, istər bu dünyada, istərsə də axirətdə sonsuza qədər özünə daha çox, sıx olaraq bir çox gözəl sifətiylə təcəlli edəcək. Məhz bu sirri qavradığı və təmiz həqiqi imana qovuşduğu üçün möminə kədər və acı verəcək, onu romantikliyə salacaq heç bir vəziyyətdən söz gedə bilməz deyil. Bir ayədə iman edənlərin bu ruh halı belə təsvir edilir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.(Əhqaf surəsi, 13)

Müşriklərdə isə vəziyyət tamam əksidir. Sevdikləri, bağlandıqları kəslər onları bir-bir tərk etdiklərində, hər biri üçün sonsuz ayrılıq ağrısını ürəklərində duyarlar. Allaha üstün tutduqları, şirk qoşduqları hər kəs və hər şey onların dünyada və axirətdə əzablarına səbəb olacaq. Bu vəziyyət mahnıların, şeirlərin, romanların və filmlərin imtina edilməz mövzularıdır. Bunların bir çoxunun təmasını qarşılıqsız, ümidsiz eşqlər, ayrılıqlar, xəyanətlər, tərk etmələr, ölümlər və bunlardan qaynaqlanan acı, kədər və iztirab yaradır.

Bu şəkildə dünyada başlayan əzabları axirətdə daha şiddətli maddi və mənəvi əzabla sonsuzadək davam edir. Quranda cəhənnəmdə ürəklərə hakim olan atəşdən bəhs edilir. (Huməzə surəsi, 5-7) Məhz dünyadakı hər cür ürək ağrısının qat-qat şiddətlisi cəhənnəmdə müşrikin mənəvi əzabının bir parçasını meydana gətirər. Allah Ona xəyanət edən, haqsız yerə şirk qoşanlardan həm dünyada həm də axirətdə intiqam alar.

Qorxu

İnsanları şirkə sürükləyən ünsürlərdən bir digəri də qorxudur. Yalnız Allaha qarşı yönəldilməsi lazım olan qorxu hissi Onun yaratdıqlarına qarşı duyulduğunda və bu qorxu insanın rəftar və davranışlarına yoluxanda şirk meydana gəlmiş olar. Çünki həqiqətən qorxulmağa layiq olan tək varlıq Allahdır. Mütləq gücün sahibi Odur. Hər şey Onun diləməsi və idarəsi altındadır. Onun məlumatı və icazəsi xaricində heç bir şey reallaşa bilməz. O diləmədiyi müddətcə heç bir şey insana zərər verə bilməz. O bir kimsəyə zərər toxundurmaq istəsə, bu zərəri Allahdan başqa heç kəs qurtara da bilməz. Bu səbəbdən qorxub çəkinilməsi lazım olan yalnız Allahdır. Allahdan başqasından qorxmaq isə qorxduğu şeyi sanki Allah xaricində bir güc və qüdrət sahibi olaraq görmək, onun Allahdan müstəqil olduğunu, Allahın təyin etdiyi qədər xaricində hərəkət etdiyini sanmaq, qısaca onu böyük bir cəhalətlə ilahlaşdırılması mənasını verər. (Allahı tənzih edirik)

Allahdan başqasına qarşı qorxu bəsləməyin şirk, digər bir deyimlə ikinci bir ilah etmək olduğu Quranda belə xəbər verilir:

Allah: “İki məbuda sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!” – dedi. Göylərdə və yerdə nə varsa, Onundur. Din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz? (Nəhl surəsi, 51-52)

Bir başqa Quran ayəsində isə Allahdan başqa heç bir şeydən qorxmamaq lazım olduğu belə bildirilir:

Məgər Allah Öz qulunu qane etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə isə doğru yol göstərən olmaz. (Zumər surəsi, 36)

Yuxarıdakı ayədə də diqqət çəkildiyi kimi müşriklər Allahdan deyil, insanlardan, hətta möminlərdən qorxarlar. Quranda, bunun yenə ağılsızlıqlarının bir nəticəsi olduğu belə izah edilər:

Doğrusu, onlar ürəklərində Allahdan çox sizdən qorxurlar. Çünki onlar anlamayan adamlardır. (Həşr surəsi, 13)

Yardım Gözləmə və Güvənmə Duyğusu

Allahın xaricindəki varlıqlar yalnız Onun yaratdıqlarıdır. Onun diləməsiylə yaranmışlar. Onun diləməsiylə varlıqlarını davam etdirərlər. Şəfanı və ruzini verən, güldürən və ağladan Allahdır. Qısaca, Allahdan başqa hər şey və hər kəs, sonsuz aciz, sonsuz kasıb, sonsuz möhtac varlıqlardır. Bunların özlərinə aid bir gücləri, qabiliyyətləri yoxdur; elə ki, özlərinə belə köməyə güc çatdıra bilməz. O halda, Allahdan başqa güvəniləcək, kömək umulacaq, bir şeylər istənəcək, gözləniləcək kimsə də yoxdur.

Buna görə də, Allahdan deyil, başqalarından kömək diləmək, Allaha güvənməyib, səbəblərə, vasitəçilərə, insanlara güvənmək, Allahın yaratdıqlarını Allahdan müstəqil bir güc, iradə və təsir sahibi olaraq görmək deməkdir ki, bu da açıq-aşkar şirkdir.

Allahı tərk edib də qullarından kömək gözləyənlərin düşdükləri azğınlıq Quranda belə ifadə edilir:

Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər. Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.(Yasin surəsi, 74-75)

Ayələrdə bildirildiyi kimi, bu cür gözləntilərlə saxta ilahlara güvənib dayananlar bunların köləsi halına gəlirlər. Gələcəklərini zəmanət altına ala bilmək məqsədiylə Allahı unudub da Onun yaratdıqlarını razı etməyə çalışan insanlara tez-tez rast gəlmək mümkündür. Allahdan başqasından mədət ümid edən bu insanlar gözlədiklərinin qarşılığını görmədikləri kimi bütlərinin əmrində zillət və alçaldılma içində bir ömür keçirərlər. Şirklərinin dünyadakı qarşılıqlarından biri olan bu xorluq və alçaldılma axirətdə daha şiddətli və əbədidir.

Allah bir ayəsində insanların eynilə özləri kimi aciz bir qul olan digər varlıqlara ibadət etmələrinin mənasızlığını belə açıqlayır:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

Başqa ayələrdə isə Allahdan başqa kömək istənən varlıqların acizlikləri belə ifadə edilir:

Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar? Bütlər nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. (Əraf surəsi, 191-192)

Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”. (Əraf surəsi, 197)

Göründüyü kimi Allahı unudaraq özlərindən mədət umulan, kömək istənilən varlıqların əslində özlərinə kömək etməyə belə gücləri yoxdur. Ancaq bu, həqiqətən qəflət içində olan və Allahdan başqasına mədət umub, yalvaran kəslər hər dövrdə var olmuşlar. Bu qafil insanların düçar olduqları son, bir çox ayədə bildirilmişdir. Bu ayələrdən biri belədir:

Allah ilə birlikdə başqa bir ilaha ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan. (Şuəra surəsi, 213)

Sahib olduğu mallara güvənərək Allaha şirk qoşduğu üçün daha dünyadaykən əzaba uğradılanlara verilən nümunələrdən biri Kəhf surəsində izah edilən bağ sahibidir. Əvvəlki hissələrdən bildiyiniz kimi bəhsi keçən adam, sahib olduğu bağ, bağça və mallara görə son dərəcə təkəbbürlüdür. Bu malların sonsuza qədər yox olmayacağını, qiyamətin də qopmayacağını iddia edir. Ancaq özünə verilən əzabı gördükdə şirk qoşmaqla nə böyük bir günah işlədiyini anlayar. Bu vəziyyət ayələrdə belə xəbər verilir:

(Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi.(Kəhf surəsi, 42-43)

Allahdan başqasından mədət uman, Allahdan başqalarına rəğbət edən, onlardan mərhəmət dilənən, onlara güvənən bir adam əvvəl də ifadə etdiyimiz kimi, bu umduqlarına əsla qovuşa bilməz və bu səbəblə həyatı boyunca, xüsusilə də çətin anlarında, böyük bir boşluq, sahibsizlik və tərk edilmişlik hissinə qapılarlar. Özünü dünyanın min bir cür qarışıqlığı və çətinliyi qarşısında, güvəndiyi saxta ilahlar tərəfindən tərk edilmiş, çarəsiz, tək-tənha hiss edər. Bu həqiqətə, "Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa zəlil və tənha qalarsan." (İsra surəsi, 22) ayəsiylə diqqət çəkilmişdir. Quranda başqa ayələrdə isə, müşriklərin içində olduqları bu boşluq çox hikmətli bir bənzətmə ilə belə açıqlanır:

... Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin; ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar.(Həcc surəsi, 30-31)

Yalnız Allaha güvənən, yalnız Ona ibadət edib yalnız Ondan kömək istəyən möminlər isə nemət, izzət və şərəf içində bir ömür sürərlər. Bunlar Allahın Quranda bildirdiyi kimi "iman edənlər və ürəkləri Allahın zikriylə mutmain olanlardır".

Ürəyi Allahın zikriylə mutmain, yəni rahatlanan bir mömin, başqa heç bir şeyə möhtac olmaz. Mümkün olan ən böyük şərəfə qovuşmuşdur. Çox böyük çətinliklərlə qarşılaşsa da, "Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm..”(Yusif surəsi, 86) dediyi Quranda bildirilən hz. Yaqub kimi təmkinli olar. Möminlərin bu rəftarı, ayədə bu şəkildə xəbər verilir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Bura qədər araşdırdığımız sevgi, güvənmə və yardım gözləmə kimi duyğuların bir yerə gəlməsindən Quranda "dost (vəli) əldə etmə" adı verilən yaxınlıq doğular. Allah Quranda dost və köməkçi olaraq Özünün yetərli olduğunu xəbər verir (Nisa surəsi, 45). Özündən başqa dost və köməkçi olmadığını da Allah Quranda belə bildirmişdir:

Həqiqətən, göylərin və yerin mülkü Allaha məxsusdur. O həm dirildir, həm də öldürür. Sizin Allahdan başqa nə bir himayədarınız, nə də bir köməkçiniz vardır (Tövbə surəsi, 116)

Dost və köməkçi seçilməyə layiq yeganə varlıq Allahdır. Çünki Ondan başqaları, daha əvvəl də ifadə etdiyimiz kimi, özlərinə belə yardım etməyə gücləri olmayan, özləri də yaradılmış olan, hər baxımdan Allaha möhtac və asılı olan aciz varlıqlardır:

De: “Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, hamını yedirir, Özünü isə heç kəs yedirmir”. De: “Mənə Allaha təslim olanların birincisi olmaq əmr edildi”. Odur ki, sən müşriklərdən olma. (Ənam surəsi, 14)

Halbuki, müşriklərin əhəmiyyətli bir xüsusiyyəti də özlərinə Allahdan başqa hamilər tutmalarıdır. Halbuki, Allahı buraxıb qullarını vəli etmək əhəmiyyətli bir günahdır, belə bir davranışın – tövbə edib imtina etmədiyi təqdirdə adamı çox acı bir nəticəyə apardığı Quranda belə xəbər verilir:

Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq. (Kəhf surəsi, 102)

Möminlər yalnız Allahı qəbul edərkən, inkarçılar və müşriklər də şeytanı seçərlər. Şeytanı özünə dost etmək isə, onun əmrlərinə uymaqla olar. Yəni Qurana zidd hərəkət etməklə, Allahın sərhədlərini tanımamaqla, şirk qoşmaqla, Allahı anmamaqla ... Onsuz da şeytanın emr etdikləri də bunlardır. Halbuki, şeytanı bu şəkildə dost etmək insanın özü üçün son dərəcə ağılsız bir hərəkətdir; çünki ayədə bildirildiyi kimi, "kim şeytanla dostluq etsə, şübhəsiz ki, o (şeytan) onu çaşdırıb-sapdırar və onu alovlu Odun əzabına sürükləyər." (Həcc surəsi, 4). Buna görə də Allah insanı bu düşməninə qarşı xəbərdar etmiş, həqiqi dostun Özü olduğunu belə bildirmişdir:

Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər! (Nisa surəsi, 45)

Minnətdarlıq Duyğusu

İnsan həyatının hər anında növbənöv nemətlə qarşılaşır. Ona verilən nemətlər əksərən səbəblər vasitəsilə olduğu üçün insan təşəkkür duyğularını bu səbəblərə istiqamətləndirməyə çox meyillidir. Halbuki, bu duyğunun da əsl mənada yönəldilməsi lazım olan Allahdır. Quranda minnətdarlıq duyğusunun ifadəsi "şükr etmək" olaraq göstərilir. Şükür etmək vasitəçilər kim, ya da nə olursa olsun, bütün nemətləri ona göndərənin yalnız Allah olduğunun və hər mövzuda yalnız Ona möhtac olduğunun şüurunda olmaq, Ona qarşı təşəkkür və minnətdarlığını ürəkdən və dillə ifadə etməkdir.

Allaha şükr etmək və Ona minnətdar olmaq, Quranda həqiqi bir qulluğun göstəricisi olaraq belə ifadə edilmişdir:

Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin! (Bəqərə surəsi, 172)

Elə isə Allahın sizə verdiyi halal (və) pak ruzilərdən yeyin; əgər Allaha ibadət edirsinizsə, Allahın nemətinə şükür edin. (Nəhl surəsi, 114)

Yuxarıdakı ayələrdə göründüyü kimi, Allaha şükür etmək başqa ilahlar uydurmadan, yəni şirk qoşmadan ibadət etməyin bir şərti və göstəricisidir. Həqiqətən də, yalnız Allaha şükr edən bir kimsə bütün nemətlərin Allahdan gəldiyinin, hər şeyin Onun əlində, Onun idarəsində olduğunun, yəni Allahdan başqa ibadətə layiq olan məbud olmadığının şüurundadır. Bütün nemətlərin Allahdan gəldiyinin şüurunda olan bir kimsə isə yeganə güc, qüvvət və söz sahibinin Allah olduğunu, Ondan başqa heç bir tanrı olmadığını ürəyinə yerləşdirmiş, təmiz imana sahib bir kimsə deməkdir. Quranda təsvir edilən və təriflənən insan modeli də budur. Demək ki, yalnız Allaha yönəldilən bir şükür, imanın və ixlasın əhəmiyyətli bir parçasıdır.

Şirk qoşanlarda isə vəziyyət tam tərsidir. Müşriklər sahib olduqları bütün nemətləri Allahın bunları yaratmağa vəsilə etdiyi maddələrə və şəxslərə bağlayar və böyük bir cəhalətlə onlardan mədət umar. Onlara minnətdar olar, onlara şükür edər. Qısaca, Allahdan başqa güc və təsir sahibi sandıqları saysız saxta ilahlar əldə edərlər. Ağıllarını istifadə etmədikləri üçün, bütün bu saxta ilahları da, onların etdiklərini da Allahın yaratdığını və Allahın diləməsi və əmri olmadan heç bir şey edə bilməyəcəklərini, heç bir şeyə güclərinin çatmayacağını görə bilməzlər.

Allahı unudaraq gücü və təsiri Onun qullarında axtarmaq, onlara yönəlmək, onlara şükür etmək isə həm şirk, həm də çox böyük bir nankorluqdur.

Ancaq dərhal ifadə etmək lazımdır ki, insanların bir-birlərinə, təşəkkür etmələri, əlbəttə ki, səhv deyil. Amma bunu edərkən özünə bu yaxşılığı edənin Allah olduğunu unutmamaları şərtdir. Bu şüurla hərəkət edildiyi müddətcə doğru davranılmış olar. Ancaq müşriklər bunun tam tərsi bir rəftar sərgiləyərək nemətin gəldiyi qaynağı ağılsızca ilahlaşdırarlar (Allahı tənzih edirik). Bu saxta ilahları üçün lazım gəldikdə dindən, Allahın razılığından güzəştə gedərlər. Müşriklərin bu rəftarı Quranda belə açıqlanır:

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”. (Ənkəbut surəsi, 17)

Möminlər isə müşriklərin əksinə yalnız Allaha şükür edər, yalnız Ona minnətdarlıq edərlər. Özlərinə bir nemət gəldiyində əvvəl Allaha yönələr, Ona şükür edər və bunun Allahın bir ehsanı olduğunun fərqinə vararlar. Bunun Quranda bir çox nümunəsi vardır. Məsələn, bilindiyi kimi Allah hz.Zəkəriyyanı hz.Məryəmdən məsul etmişdi. Zəkəriyya peyğəmbər mehraba hər girdiyində hz.Məryəmin yanında yemək görürdü. Ona bunun haradan gəldiyini soruşduqda isə hz. Məryəm bunun Allah Qatından olduğunu söyləyirdi. Bunu xəbər verən ayə belədir:

Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” Məryəm dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir” (Ali-İmran surəsi, 37)

Bu ayədən aydın olduğu kimi, hz.Məryəm özünə çatan bütün nemətlərin Allahdan olduğunun şüurundaydı. Quranda bu mövzu ilə əlaqədar yer alan bir digər nümunə isə hz.Süleymanın özünə verilən nemətlər qarşısında Allaha yönəlib dönməsidir:

Süleyman dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?” Cinlərdən çox qüvvətli birisi dedi: “Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!” (Nəml surəsi, 38-40)

Yuxarıdakı ayələrdə açıq şəkildə göründüyü kimi Süleyman peyğəmbər bir şeyi istəmiş, onun bu istəyini yanında olanlardan biri yerinə yetirmişdir. Ancaq diqqət etsək Süleyman peyğəmbər bunu edən adama minnətdarlıq etməmiş, dərhal Allaha yönəlmiş və şükr etmişdir. Məhz mömin rəftarı da belə olar, əgər insan oxşar bir vəziyyətdə Allahı unudub, aradakı vasitəçiyə minnətdar olsa və bu nemətin o adamdan gəldiyini düşünsə Allaha ortaq qoşmuş olar.

Quranın bir çox ayəsində şirk qoşmaqla şükr etmək, bir-birinin əksi olaraq vurğulanır. Məsələn, Allah hz.İbrahimi təsvir edərkən onun müşrik olmadığını, Allahın nemətlərinə şükür edən olduğunu belə xəbər verir:

"Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. (Nəhl surəsi, 120-121)

Zumər surəsinin 65 və 66-cı ayələrində də şirk qoşmaqla Allaha şükür etmək bir-birinin tam əksi anlayışlar olaraq xatırlanır.

Göründüyü kimi şükran duyğusu da digər duyğular kimi Allaha yönəldiyində imanı və ixlası gətirərkən, Allahdan başqalarına yönəldiyində şirki doğurar. Şükür etmək imani baxımdan son dərəcə əhəmiyyətli bir mövzudur. Belə ki, şeytan insanları azdırarkən müvəffəqiyyətinin bir ölçüsü olaraq onları "şükür etməz hala gətirməsi"ni göstərmişdir. Quranda bu ibrətamiz vəziyyət belə xəbər verilir:

İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən” (Əraf surəsi, 16-17)

Bura qədər insanların azmalarında, şirkə düşmələrinə ən tez və ən təsirli rol oynayan romantiklik növlərini araşdırdıq. İnsanların şirkə düşmələrində bunların biri, bir neçəsi və ya hamısı birdən təsirli ola bilər. Əlbəttə, insanda bu araşdırdıqlarımızdan başqa daha bir çox duyğu növü vardır. Şəfqət, mərhəmət, yaxşılıq bunlardan bəziləridir. Bunların da eyni şəkildə şeytani istiqamətdə istifadə edilməsi insanların şirkə düşmələrinə yol aça bilər.

İnsanların, kiçik uşaqların və ya günahsız sevimli heyvanların ölümlərindən böyük kədər duyan bir adam düşünək. Bu adamın duyduğu yalançı mərhəmət, onu Allaha qarşı üsyana və şirk qoşmağa aparar. Halbuki, insan şeytani mərhəmətin təlqinini ağlını istifadə edərək xilas olsa həqiqəti təmiz və aydın bir şəkildə görəcək. Ölüm, kiçik uşaq, mömin kəslər, günahsız heyvanlar üçün bir zülm əziyyət və əzab olmadığı kimi onlar üçün bir qurtuluş və sonsuz gözəl bir həyata atılan addımdır. Allahın bu sevimli varlıqları Öz Qatına aldığı bir qapıdır. Şeytan və onun dostları baxımından isə ölüm dünyadakı azğınlıqlarının, nəfslərinin sərhədsiz ehtiraslarının sona çatdığı və özlərinə vəd edilən əbədi əzab qapısının açıldığı andır. Buna görə şeytan ölümü çirkin bir pislik olaraq görər və göstərməyə çalışar. Onun bu qiymətləndirməsi özünə görə doğrudur, lakin günahsızlar və möminlər üçün etibarlı deyil. Ölüm digərlərinin əksinə, cənnətə gedəcək biri üçün xoşbəxtlik verən bir hadisədir.

Məhz duyğularının təsirinə qapılmadan ağlını istifadə edən bir kimsə, həqiqətləri dəqiq və aydın görər, ona görə davranar. Romantik, qısacası ağlı bağlanmış bir kəsin içindən çıxa bilmədiyi, çox çətin, ziddiyyətli, həll olunmaz kimi gördüyü mövzular, ağıllı bir möminin gözündə son dərəcə asan, açıq, dəqiq və sadədir. Romantikliyinin arxasınca sürünən kəslər bu mövqelərini dəyişdirmədikləri müddətcə ağıllarını bir kənara atmış, özlərini şeytanın cadusuna və iradəsinə təslim etmiş bir şəkildə şirkin qaranlığı və bataqlığında əbədi əzablarına doğru süründürülməyə davam edərlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Şirk Nədir?
  • Quranda Müşriklər Neçə Sinifə Ayrilir?
  • Allah Adina, Din Adina Şirk Qoşanlar
  • Müşrüklərin Xüsusiyətləri
  • Şirkin İki Təməl Səbəbi
  • Şirkə Gətirib Çixaran Təhlükəli Bir Davraniş: "Romantiklik"
  • Şirkin Ən Təhlükli Növü: Gizli Şirk
  • Bütləri Qirmaq