Müşrüklərin Xüsusiyətləri

Bəhs etdiyimiz müşrik kütləsinin ən böyük ortaq xüsusiyyətlərindən biri "fanatizm"dir. Fanatizm insanın düşüncə və davranışlarını, etibarlı, məntiqli və ağıllı heç bir dəlilə söykənmədən uydurulmuş bəzi qadağan, prinsip və sanksiyalara görə məhdudlaşdırması, həyatını bunlara görə tənzimləməsidir. Fanatizm din üçün bəhsi keçən mövzu olduğunda isə, insanın dinin həqiqi və etibarlı qaynağını buraxaraq, "zənn və təxmin”ə söykənən saxta qayda və prinsiplərə uyğun gəlməsi ağla gəlir. Xalq arasında, əksəriyyətlə səhv olaraq dindar müsəlmanlar üçün istifadə edilən bu deyim, əslində dindənkənar bəzi hökmlərə, əmr və qadağalara, din adına tabe olan müşrikləri tam mənasıyla müəyyənləşdirər. Onsuz da fanatizm müşriki belə batil bir dini mənimsəməyə yönəldən ən əhəmiyyətli faktordur. Çünki nəfsin, bir çox mənfi xüsusiyyətlər olduğu kimi fanatizmə qarşı da bir meyli vardır.

Müşrik üçün belə bir fanatizmi yaşamaq və onun müdafiə etmək, doğru yolu mənimsəməkdən daha cazibədar gəlir. Bundan özünə görə mistik bir zövq alar.

Müşriklər "fanatizm" üzərində qurulan dinlərini, qəribə simvollar, paltarlar və ayinlərlə doldurarlar, çünki bunlar böyük bir nümayiş vasitəsidir. Bunlar sayəsində daha dindar və təqvalı insanlar kimi tanınır, cəmiyyətdə prestij əldə etməyə ümid edirlər. Amma fanatizm müşriklərin zahirdə istifadə etdikləri bir təqva əlaməti olmasınıdan başqa daxildən özlərini təmin edən batil bir quruluşdur. Çünki bu tip insanların yanlış məntiqlərinə dinin özü, həqiqəti yəni Allah Qatından endiyi halı çatmır. Dinin asan bir şəkildə yaşana bilməsi, dində ağlın, fərasətin hakim olması onların azğın məntiqlərinin qəbul edə bilmədiyi bir vəziyyətdir. Onlar ancaq çətin bir din yaşayırlarsa, insanlara da bunu göstərməklə rahatlayarlar. İnsanın etdiklərini yalnız Uca Allahın bilməsinin kafi olması onları narahat edər. Belə bir quruluş ixlaslı yəni səmimi olmağı tələb etdiyi üçün bunu yaşaya bilməz, göstərişi seçərlər.

Ancaq bunu da ifadə etməliyik ki, Allahın insanlara rəhmətinin bir nəticəsi olaraq müşriklər, özlərindən əvvəlki dinlərə mənsub müşriklərin əksinə, Allahın son kitabı olan Qurani-Kərimin bir sözünü belə dəyişdirməmişlər. Qurandan sonra başqa kitab endirilməyəcəyi, başqa din gəlməyəcəyi və qiyamətə qədər Quranın etibarlı olacağı Peyğəmbərimiz (s.ə.v) tərəfindən də bildirilmişdir. Quranı Allah qorumuşdur, qoruyacaq, bunu da yenə Quranda Allah vəd etmişdir. Buna görə dinini lazımi kimi açıq və ətraflı bir şəkildə öyrənmək istəyən səmimi hər insan üçün yol açıqdır; Quran və Peyğəmbərimiz (s.ə.v)-in Qurana uyğun nümunə həyatı rəhbərdir.

Müşrik isə, insanları Qurandan uzaq tutacaq hər cür batil inancı müdafiə edər. Gətirdiyi dəlillərin heç biri Qurana uyğun deyil. Ayədə ifadə edildiyi kimi, zənn və təxminlə yalan söyləyər. Allah haqqında bəzi zənləri düşünər. Bütün bu şübhələrindən qaynaqlanan etibarsızlıq və əzginlik içindədir. Bəzən də öz etibarını və qərarlılığını təcavüzkarlığı, ədəbsizliyi, lağ etmək və tələsikliyi ilə yenidən qazanmağa çalışar.

Müşrik eyni zamanda cahildir. Cildlərlə kitabı əzbərdən bilsə də cəhalətdən xilas ola bilməz. Quranın və hədislərin nuruyla aydınlatmadığı üçün cahildir. Hər şeydən əvvəl Allahı lazımi kimi tanıya bilməz, Quranda Allahın Özünü tanıtdığı kimi bilə bilməz. Batil dininin ona tanıtdığı çox fərqli bir saxta tanrıya ibadət edər. Quranda bəhs edilən həqiqətləri gözardına vurar.

Bu cəhaləti və ağılsızlığı hərəkətlərində, davranışlarında və danışıqlarında da öz əksini tapmışdır. Quranı anlamaması, hədisləri qavraya bilməməsi, cəhaləti, Quranda təsvir edilən mənadakı ağla sahib olmaması və məntiq zəncirindəki pozğunluqlar davamlı olaraq digər insanlar qarşısında alçalmasına gətirib çıxarar. Batil bir dinə bağlı olduğu üçün bunu ağıllı bir şəkildə müdafiə edə bilməz.

Müşrik Allaha birbaşa yönələ bilməz; Rəbbimiz ilə səmimi bir yaxınlıq qura bilməz, çünki ürəyi sərtləşib. Allaha qarşı yaxınlıq və bağlılıq hiss etməz, yalnız özünü aldadar. Allahın adı dilindədir, lakin ürəyində deyil. Allaha çatmaq üçün öz ağılına görə vasitəçilər təyin edər. Bu vasitəçilərin razılığını qazanmağı kifayət etdiyini düşünər. Halbuki, bu vasitəçilər onu Allahdan daha çox uzaqlaşdırar, şirkini artırar. Müşriklərin Allah qatında şəfaətçi sanaraq saxta ilahlarını necə bütləşdirdikləri və bunların Allah Qatında heç bir etibarlılıqlarının olmadığı Quranda belə bildirilir:

Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!” – deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. (Yunus surəsi, 18)

Müşrik Qurandan uzaq olduğu üçün, Quran əxlaqından da uzaqdır. Hal və hərəkətlərində, rəftar və danışıqlarında Qurana və sünnəyə uyğun olmayan bir model izləyər. Quranı oxumadığı, oxusa da müşrik düşüncəylə doğru anlaya bilmədiyi üçün Allahın Quranda möminlərə təqdim etdiyi bütün nemətlərdən, bütün elmlərdən, bütün əxlaqi gözəlliklərdən, mənəvi üstünlüklərdən məhrum olar. Üstünlüklər bir kənara hər cür əxlaqsızlığa, saxtakarlığa da olduqca meyillidir. Darda qaldıqda, ya da nəfsinin arzu və istəklərinə zidd olduqda bir bəhanə gətirərək, vicdanını basdıraraq hər cür sərhədi tapdalaya bilərsiniz.

Allaha şirk qoşan insanın bir başqa xüsusiyyəti də xəsis olmasıdır. Bir ayədə, möminlərin ehtiyaclarından artıq qalanlarını infaq etmələri bildirilərkən, müşriklər mallarının ancaq çox cüzi bir miqdarını, onu da əksəriyyətlə nümayiş məqsədilə əllərindən çıxararlar. Malı, pulu yığmaq ən böyük ehtiraslarından biridir. Hətta xərcləməkdənsə yığmaq nəfslərinə daha xoş gəlir. Həqiqi imana sahib olmadıqları, bu səbəbdən Allaha güvənmədikləri və təvəkkül etmədikləri üçün gələcək qorxusu içində yaşayarlar.

Müşrik bir insan davamlı gələcəyinə istiqamətlənmiş investisiyalar edər. Əlbəttə, insan ağıllı davranıb, gələcəyi də düşünə bilər, amma bunu bir hərislik, ehtiras halına gətirmək və təvəkkülsüz bir üslub və rəftar içinə girmək son dərəcə çirkindir. Bu, eyni zamanda adamın imanının, Allahı idrak etməsinin əskikliyini də ortaya qoyur. Allaha etibarı tam olan, ruzini verənin Allah olduğunu bilən bir insanın dünyaya meyilliliyi bu dərəcədə ehtirası mümkün ola bilməz.

Bununla birlikdə qısqanclıq, ehtiras və eqoizm kimi pis əxlaq xüsusiyyətləri də müşrik quruluşdakı bir insanın xarakter və şəxsiyyətinin təməlini meydana gətirər. Bu tip insanlar estetikadan, sənətdən və incəlikdən məhrumdurlar. Rəftar və hərəkətləri də estetik və incəlikdən uzaqdır. Digər insanlara qarşı son dərəcə kobud davranırlar. Üstəlik belə olmalarını da özlərinə görə bir üstünlük əlaməti olaraq göstərməyə çalışırlar.

Müşriklərin bir digər xüsusiyyəti də qorxaq olmalarıdır. Müşriklər, xüsusilə səmimi möminlərə qarşı səbəbini bilmədikləri bir qorxu içindədirlər. Bu, Allaha şirk qoşmalarından ötəri onların ürəklərində yaratdığı bir qorxudur. Ayədə bu vəziyyət belə ifadə edilər:

Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir! (Ali-İmran surəsi, 151)

Bundan başqa müşriklər bədbəxt və pessimist bir ruh halına sahibdirlər. Şirk qoşduqları üçün çətinliklər, bəlalar, sıxıntılar, tərsliklər onları buraxmaz. Bunlar onların əzab və rüsvayçılıqlarının dünyadakı başlanğıcıdır. Başlarından əksilməyən bu bəlalara görə şüuraltında Allaha qarşı ağılsız gizli bir üsyan duyarlar. Lakin buna baxmayaraq batil dinlərindən də imtina etməzlər. Çünki həyat tərzlərini, ailə strukturlarını, ətraflarını, ictimai və ticarət əlaqələrini bu batil dinlərinin üzərində qurmuşlar. Bu nizamı tərk etmək asanlıqla işlərinə gəlməz.

Müşriklərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də pis olmalarıdır. Tövbə surəsinin 27-ci ayəsində, "müşriklər ancaq bir pislikdir ..." ifadəsiylə onların hər istiqamətiylə, maddi və mənəvi bir bütün olaraq pislik içində olduqlarına işarə edilir. Mənəvi pislikləri ilə yanaşı maddi pislikləri də müşriklərin olduqca xarakterik xüsusiyyətlərindəndir. İstər bədənləri, istər geyimləri, istərsə yaşadıqları mühitlər az qala sağlamlıqlarına, bədənlərinə zərər verəcək dərəcədə pisdir. Həqiqi mənada, əsl təmizlikdən xəbərləri yoxdur.

Qidalanmaları də ağıllı olmadığı və müxtəlif batil inanclara və xurafatlara əsaslanan bir şəkil və düşüncə ehtiva etdiyi üçün, bəzən qeyri-kafi və rejimsiz qidalanmadan qaynaqlanan fiziki və zehni inkişaf pozğunluqları görünər.

Müşrikin ağıl sağlamlığı da yerində deyil. Həyatı boyunca şirk sistemindən qaynaqlanan mənfi, sağlam olmayan həyat tərzi onun zehni inkişafını və zehni funksiyalarına da mənfi istiqamətdə təsir edər.

Bununla bərabər müşrikin mühakimə və məhkəməsi səhvdir. Danışıq və davranışları nizamsız və əsassız, ağıldan uzaqdır. Enişli-yoxuşlu, qeyri-sabit bir ruh halına malikdir. Sakitkən birdən-birə həyəcanlanar, təcavüzkarlıq dərəcəsinə çatan ani hərəkətlər edər. Yüksək və kobud səs tonuyla insanın rahatlığını pozan şəkildə danışar.

Ancaq düşdükləri bu pis vəziyyətin də fərqinə tam mənasıyla çata bilməzlər. Çünki Quranda Allahın zikrini görməzliyə vuran kəslərin üzərini şeytanların qabıqla bağlayacaqları, bunların da onları doğru yolda sanacaqları xəbər verilir. Ayələrdə belə buyurulur:

Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (Zuxruf surəsi, 36-37)

Necə ki, müşrik bir insan içində olduğu vəziyyəti ona izah edildiyində çox vaxt səmimi baxmadığından anlamaz, anlamaq da istəməz. Bu mövzuda yazılanları oxusa belə özünə aid etməz, mövzunun birbaşa həmsöhbəti olduğunu fərq etməz, fərq etsə də anlamazlığa vurar. Bütün əlamətlər özünə işarə etsə belə özünə aid etməz, şirki kənarda axtarar.

Ancaq səmimi olduqları halda cəhalət səbəbiylə başlanğıcda belə bir səhv anlayışa düşənlər həqiqətləri öyrənincə vicdanlarına müraciət edərək, tövbə edərək doğru yola yönələrək, xilas ola bilərlər. Həqiqi müşrik xarakteri daşımadıqları halda, məlumatsızlıqları üzündən müşriklərə tabe olan kəslərə, səmimiyyətləri və xalis niyyətlərinə görə Allahın hidayət nəsib etməsi ümid edilər. Məhz bu kitabın bir məqsədi də bu cür səmimi niyyətli, vicdanlı kəslərə, səhvlərini və əskiklərini fərq etdirmək, olduqları qaranlıq haqqında onları məlumatlandırmaq və tövbə edərək Allahın xalis dininə girmələrinə səbəb olmaqdır.

Yoxsa Allah gözlərindəki, qulaqlarındakı və ürəklərindəki örtüyü qaldırmadıqca, burada izah edilənlərdən həqiqi bir müşriki vicdanının hərəkətə keçməsi, hidayətə çatması gözlənilə bilməz. Bu kitabı alıb oxuduğu halda öz vəziyyətini fərq edə bilməməsi, özünü müstağni görməsi də Allahın möcüzələrindəndir. Əlbəttə ki, gözəl olan və gözlənilən nəticə bütün bu deyilənlərin, müşrik sistemi içində yaşayan insanların vicdanına xitab etməsi və hidayətlərinə vəsilə olmasıdır. Unutmaq olmaz ki, ürəklər Allahın əlindədir. Əgər adam səmimi yaxınlaşar, tövbə edər, olduğu vəziyyəti fərq edər və Allahdan hidayət istəsə Allah o adama qarşılıq verər.

Buna görə bu cür böyük bir təhlükəyə, Allahın belə bir çirkin göstərdiyi bir sistemə qarşı diqqətli olmaq lazımdır. Edilməsi lazım olan şey isə insanın belə bir təhlükəni ən başdan rədd edərək, özündən uzaq görməsi yerinə, potensial olaraq ola biləcəyini düşünüb, bu gözlə özünü, içində olduğu sistemi, dünyagörüşünü və dinə yanaşmasını nəzərdən keçirməsidir. İnsanın səhvlərini anlayıb düzəltməsi ayıb deyil, tam tərsinə səmimiyyət göstəricisidir, Allah qorxusunun olduğuna dəlildir.

Bura qədər gördüyümüz kimi, Quranı və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini tərk edərək, xurafatları, azğın tətbiqləri, batil inancları yaşamaq insanı, doğru yola yönəltmək bir kənara dursun, fitnənin və şirkin tam ortasına sürüyər. Buna görə tək çarə yeganə çıxış yol olan Əhli-Sünnə məzhəbinin yoluna, Quranın yoluna daha möhkəm sarılmaqdır. Əlbəttə, bir çox azğın görüş və tətbiqlər özünü haqq göstərə bilmək məqsədiylə Quran və sünnə adına ortaya çıxacağından bunlara qarşı da son dərəcə oyaq olmalı, Quranın və sünnənin rəhbərliyindən uzaqlaşmamalı.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Şirk Nədir?
  • Quranda Müşriklər Neçə Sinifə Ayrilir?
  • Allah Adina, Din Adina Şirk Qoşanlar
  • Müşrüklərin Xüsusiyətləri
  • Şirkin İki Təməl Səbəbi
  • Şirkə Gətirib Çixaran Təhlükəli Bir Davraniş: "Romantiklik"
  • Şirkin Ən Təhlükli Növü: Gizli Şirk
  • Bütləri Qirmaq