Bir çox insan şirkin böyük bir azğınlıq olduğunu eşidər, amma bunun onunla əlaqədar olduğunu heç düşünməz. Müşriklərin, yəni şirk qoşanların, yalnız daşdan, ya da taxtadan oyulmuş totemlərə səcdə edən insanlar olduqlarını sanar. Ona görə müşriklər, yalnız Peyğəmbərimiz (s.ə.v)-dən əvvəl Kəbədəki bütlərə tapınan cahiliyyə ərəbləri və onlara bənzər primitiv bütpərəstlərdir.
Halbuki şirk, yalnız taxtadan oyulmuş bütlərə tapmakla məhdud bir anlayış deyil və sanılanın əksinə bir çox cəmiyyətdə məşhurdur. İnsanın Allahın razılığına müxalif olaraq mədət umduğu, razılığını axtardığı hər varlıq, Allahın razılığına seçim etdiyi hər şey Allahdan başqa əldə etdiyi bir saxta ilahdır əslində. Buna görə şirki uzaq görməmək, əksinə insanın çox yaxınında ola biləcəyini bilmək lazımdır. Bununla birlikdə şirk insanın çəkinməli olduğu günahların ən başında gəlir. Çünki bu, Allaha qarşı işlənə biləcək böyük bir günahdır. Allahla yanaşı başqa bir ilaha ibadət edərək Ona şərik qoşmaq, böhtan atmaq, əlbəttə ki, ən böyük günahı işləmək və hörmətə uyğun olmayan bir tutum içində olmaq deməkdir. Məhz buna görə Allah dilədiyi günahı bağışlayacağını ancaq şirki bağışlamayacağını, şirkin əslində böyük bir azğınlıq olduğunu Quranda bildirmişdir. Allah bir ayədə belə buyurur:
Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kəsə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür. (Nisa surəsi, 116)
Məhz şirkdən çəkinməyin əhəmiyyəti buradadır. Allahın bu qədər əhəmiyyətlə üzərində dayandığı, bağışlamayacağını bildirdiyi, azğınlıq olaraq xarakterizə etdiyi bir günah, əlbəttə ki, müsəlmanların ən çox çəkinəcəkləri vəziyyətdir. Üstəlik, bunlarla bərabər Quranın bir çox yerində Allah möminləri şirkə qarşı xəbərdar etmiş, onları bu böyük pislikdən qətiyyətlə çəkindirmişdir. Quranda hz. Loğmanın oğluna verdiyi, "Ey oğlum, Allaha şirk qoşma. Həqiqətən, Allaha şirik qoşmaq böyük zülmdür!" (Loğman surəsi, 13) şəklindəki öyüd də bunlara bir nümunədir. Şirkin bu dərəcə əhəmiyyətli bir mövzu olmasının digər bir səbəbi isə insanın əməllərinin boşa getməsinə və ziyana uğramasına səbəb olmasıdır. Bu həqiqət Quranda belə bildirilir:
Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. (Zumər surəsi, 65)
Açıq şəkildə göründüyü kimi Allaha şirk qoşmaq son dərəcə təhlükəli, insanı cəhənnəmə qədər aparan bir günahdır. Buna görə Allahdan qorxan və Onun cənnətini ümid edən bir adamın bu təhlükəyə qarşı diqqətli olması lazımdır. Ancaq diqqətli ola bilmək üçün də əvvəlcə şirki tanımaq, nələrin şirk olduğunu bilmək lazımdır. Bunu bilən insan Allah qorxusuna sahibsə bu günahı işləməkdən qətiyyətlə çəkinəcəkdir.
Bu kitab şirki Quranda göstərildiyi həqiqət mənasıyla təsvir etmək və bəzi kəslər tərəfindən normal sayılan bir çox davranışın əslində şirkin tam özü olduğunu izah etmək məqsədiylə hazırlanmışdır.
Ola bilsin ki, məqsədinə çatar və bir qisim insanların bütün bu bütləri buraxıb, yalnız və yalnız gerçək Rəbbimiz olan Allaha qulluq etmələrinə vəsilə olar. Ancaq bunu da xatırlatmaq lazımdır ki, insanın bu təhlükəni özündən uzaq görməsi, bundan müstağni olması, özündə şirkin qətiyyən olmadığını düşünməsi ona çox böyük zərər gətirə bilər. Çünki belə bir insan mövzunu düşünməyə belə ehtiyac görməyəcək, mövzu haqqında izah edilənləri, verilən nümunələri özünə aid etməyəcək və buna görə də əgər şirk içində yaşayırsa, belə yaşamağa davam edəcək. Bunun nəticəsində isə şirk içində öləcək və Allahın hüzuruna belə bir günah ilə çıxacaq. Bu isə, heç bir müsəlmanın istəməyəcəyi bir vəziyyətdir.
Buna görə bu kitabda izah edilənləri insanın sanki özünə anladılırmış kimi səmimiyyətlə oxuması, üzərində səmimiyyətlə düşünməsi və verilən nümunələrə oxşar səhvlər etməkdən, hətta şirki xatırladan bir rəftar sərgiləməkdən belə şiddətlə çəkinməlidir. Bu şəkildə davranan insan əlbəttə ki, qazanar. Çünki insan aciz və səhv edən bir varlıqdır. Ancaq əhəmiyyətli olan səhv etmək deyil, səhvi başa düşüb düzəltməkdir.
Burada bəhs olunan mövzu yəni şirk isə çox təhlükəli bir səhv olduğu üçün insanın belə bir günaha girməkdən çox qorxması, özünə bu mövzuda həmişə nəzarət etməsi lazımdır. İnsanın edəcəyi səhvləri ilk başdan rədd etmək yerinə, səhv edə biləcəyindən qorxaraq özünə aid etməsi hər zaman qazanacağına vəsilə olacaq.