Ən Böyük Böhtan: Şirk

80 səhifə.

Bir çox insan şirkin böyük bir azğınlıq olduğunu eşidər, amma bunun onunla əlaqədar olduğunu heç düşünməz. Müşriklərin, yəni şirk qoşanların, yalnız daşdan, ya da taxtadan oyulmuş totemlərə səcdə edən insanlar olduqlarını sanar. Ona görə müşriklər, yalnız Peyğəmbərimiz (s.ə.v)-dən əvvəl Kəbədəki bütlərə tapınan cahiliyyə ərəbləri və onlara bənzər primitiv bütpərəstlərdir.

Halbuki şirk, yalnız taxtadan oyulmuş bütlərə tapmakla məhdud bir anlayış deyil və sanılanın əksinə bir çox cəmiyyətdə məşhurdur. İnsanın Allahın razılığına müxalif olaraq mədət umduğu, razılığını axtardığı hər varlıq, Allahın razılığına seçim etdiyi hər şey Allahdan başqa əldə etdiyi bir saxta ilahdır əslində. Buna görə şirki uzaq görməmək, əksinə insanın çox yaxınında ola biləcəyini bilmək lazımdır. Bununla birlikdə şirk insanın çəkinməli olduğu günahların ən başında gəlir. Çünki bu, Allaha qarşı işlənə biləcək böyük bir günahdır. Allahla yanaşı başqa bir ilaha ibadət edərək Ona şərik qoşmaq, böhtan atmaq, əlbəttə ki, ən böyük günahı işləmək və hörmətə uyğun olmayan bir tutum içində olmaq deməkdir. Məhz buna görə Allah dilədiyi günahı bağışlayacağını ancaq şirki bağışlamayacağını, şirkin əslində böyük bir azğınlıq olduğunu Quranda bildirmişdir. Allah bir ayədə belə buyurur:

Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kəsə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür. (Nisa surəsi, 116)

Məhz şirkdən çəkinməyin əhəmiyyəti buradadır. Allahın bu qədər əhəmiyyətlə üzərində dayandığı, bağışlamayacağını bildirdiyi, azğınlıq olaraq xarakterizə etdiyi bir günah, əlbəttə ki, müsəlmanların ən çox çəkinəcəkləri vəziyyətdir. Üstəlik, bunlarla bərabər Quranın bir çox yerində Allah möminləri şirkə qarşı xəbərdar etmiş, onları bu böyük pislikdən qətiyyətlə çəkindirmişdir. Quranda hz. Loğmanın oğluna verdiyi, "Ey oğlum, Allaha şirk qoşma. Həqiqətən, Allaha şirik qoşmaq böyük zülmdür!" (Loğman surəsi, 13) şəklindəki öyüd də bunlara bir nümunədir. Şirkin bu dərəcə əhəmiyyətli bir mövzu olmasının digər bir səbəbi isə insanın əməllərinin boşa getməsinə və ziyana uğramasına səbəb olmasıdır.


Ən Böyük Böhtan: Şirk

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər