Ehtişam Hər Yerdədir (15/15)

Atomun Quruluşundaki Gizli Güc

Atom

Hava, su, dağlar, heyvanlar, bitkilər, bədəniniz, oturduğunuz kreslo, qısaca desək, ən kiçiyindən ən böyüyünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan meydana gəlmişdir. Hər iki əliniz də, əllərinizdə tutduğunuz bu kitab da atomlardan ibarətdir. Atomlar o qədər kiçik hissəciklərdir ki, ən güclü mikroskoplarla belə bircə dənəsini görmək mümkün deyil. Bir atomun diametri millimetrin milyonda biri qədərdir.

Bu kiçikliyi bir insanın gözündə canlandırması mümkün deyil. Ona görə bunu bir misalla açıqlamağa çalışaq: əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz, bu açarın içindəki atomları görməyiniz mümkün deyil. Görə bilmək üçün əlinizdəki açarı Yerin ölçülərinə qədər böyütdüyünüzü fərz edək. Əlinizdəki açar Yer qədər böyüsə, ancaq onda açarın içindəki hər bir atom bir gilas böyüklüyündə olar və siz də onları görə bilərsiniz.41

Bəs bu qədər kiçik bir formanın içində nə var? Bu dərəcədə kiçik olmasına baxmayaraq atomun içində kainatda gördüyümüz sistemlə müqayisə ediləcək qədər qüsursuz, tayı-bərabəri olmayan və kompleks sistem var. Hər atom bir nüvə və nüvənin çox uzaqlığındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin içində isə proton və neytron adlanan başqa zərrəciklər var.

Nüvə atomun tam mərkəzində yerləşir və atomun xüsusiyyətinə görə müəyyən sayda proton və neytrondan ibarətdir. Nüvənin radiusu atomun radiusunun on mində birinə bərabərdir. Bir az əvvəl bəhs etdiyimiz kimi, əlinizdəki açarı Yerin ölçüləri qədər böyütdükdə ortaya çıxan gilas böyüklüyündəki atomların içində nüvəni axtara. Amma bu axtarış boşunadır. Çünki belə bir ölçüdə belə çox kiçik olan nüvəni müşahidə etmə ehtimalımız qətiyyən yoxdur. Nüvəni görməyimiz üçün atomumuzu təmsil edən gilas yenidən böyüyüb iki yüz metr hündürlüyündə böyük bir top olmalıdır. Bu ağlasığmaz ölçüyə baxmayaraq atomumuzun nüvəsi yenə də çox kiçik toz dənəsindən böyük olmayacaq.42

Ancaq burada son dərəcə təəccüblü vəziyyət var: həcmi atomun 10 milyardda biri olmasına baxmayaraq, nüvənin kütləsi atomun kütləsinin 99.95%-ni təşkil edir. Bəs necə olur ki, bir şey kütlənin təxminən yarısını təşkil edir, ancaq demək olar ki, heç yer tutmur.

Bunun səbəbi atomun kütləsini təşkil edən ağırlığın atomun nüvəsində toplanmasıdır. Bu isə “güclü nüvə qüvvəsi” adlandırılan qüvvə nəticəsində baş verir. Bu qüvvə sayəsində atomun nüvəsi dağılmadan birlikdə dayanır.

Buraya qədər izah etdiklərimiz təkcə bir atomun içindəki qüsursuz sistemin sadəcə bir neçə kiçik detalı idi. Əslində atom haqqında cild-cild kitab yazılacaq qədər hərtərəfli quruluşa malikdir. Ancaq burada gördüyümüz bu bir neçə detal belə onu möhtəşəm quruluşu ilə birlikdə Allahın yaratdığını anlamaq üçün kifayətdir.

Protonlar Və Neytronlar Arasindaki Müvazinət

Atom

Atomun içindəki qüsursuz nizamın bir az da təfərrüatını nəzərdən keçirməkdə fayda var. Məlumdur ki, elektronlar malik olduqları elektrik yükünə görə nüvənin ətrafında davamlı şəkildə fırlanırlar. Bütün elektronlar mənfi (-), bütün protonlar isə müsbət (+) elektrik yüklüdürlər və atomun nüvəsindəki müsbət yük elektronları özünə doğru çəkir. Bu səbəbdən elektronlar sürətlərinin onlara verdiyi mərkəzdənqaçma gücünə baxmayaraq nüvənin ətrafından ayrılmırlar.

Atomun mərkəzində nə qədər proton varsa, kənarında da o qədər elektron olur. Bu sayədə atomların elektrik yükü tarazlanır. Ancaq protonun həcmi də, kütləsi də elektronlardan çoxdur. Əgər müqayisə etsək, aralarındakı fərq bir insanla bir fındıq arasındakı fərq kimidir. Amma yenə də elektrik yükləri bir-birinin eynidir. Bəs görəsən proton və elektronun elektrik yükləri bərabər olmasaydı, nə olardı?

Belə olduqda kainatdakı bütün atomlar protondakı artıq müsbət elektrik səbəbindən müsbət elektrik yükünə malik olardılar. Bunun nəticəsində də kainatdakı hər atom bir-birini itələyəcəkdi.

Görəsən, bu indi baş versə, nə olar? Kainatdakı atomların hər biri bir-birini itələsə, nələr baş verər?

Baş verəcək şeylər çox fövqəltəbiidir. Atomlardakı bu dəyişiklik əmələ gəlsə, hal-hazırda bu kitabı tutan əlləriniz və qollarınız bir anda parça-parça olar. Sadəcə əlləriniz və qollarınız deyil, bədəniniz, ayaqlarınız, başınız, gözləriniz, dişləriniz, qısaca desək, bədəninizin hər parçası bir anda havaya uçar. İçində oturduğunu otaq, pəncərədən görünən xarici aləm də bir anda havaya uçar. Yer üzündəki bütün dənizlər, dağlar, Günəş sistemindəki bütün planetlər və kainatdakı bütün göy cisimləri eyni anda sonsuz sayda hissələrə ayrılıb yox olar və bir daha kainatda gözlə görünən heç bir cisim mövcud olmaz.

Həm də canlılar üçün belə bir şeyin baş verməsi elektron və protonların elektrik yükləri arasındakı müvazinətin 100 milyardda bir nisbətində dəyişməsilə həyata keçə bilər. Kainatın yox olması isə bu müvazinətdəki milyard dəfə milyardda bir dəyişiklik ilə baş verər. Yəni kainatın və canlıların varlığı çox həssas tarazlıqlarla mümkündür (Ətraflı məlumat üçün bax: Harun Yəhya, Kainatın Yaradılışı).

Bu müvazinət kainatın təsadüfən meydana gəlmədiyini, müəyyən məqsədə uyğun şəkildə nizamlandığını göstərir. Bütün kainatı yoxdan var edib, sonra da onu istədiyi formada dizay edib nizama salan yeganə qüdrət isə, əlbəttə, Qurandakı ifadə ilə “bütün aləmlərin Rəbbi” olan Allahdır. Quranda bildirildiyi kimi, “Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı; Qübbəsini ucaltdı, düzəldib nizama saldı;” (Naziat surəsi, 27-28)

Nəticə

Gazellerin Vücutlarındaki Özel Soğutma Sistemi

De ki: "Ey insanlar, Şüphesiz size Rabbinizden hak gelmiştir. Kim hidayet bulursa, o ancak kendi nefsi için hidayet bulmuştur. Kim saparsa, o da, kendi aleyhine sapmıştır. Ben sizin üzerinizde bir vekil değilim."
(Yunus Suresi, 108)

Kitab boyu Allahın bütün kainatda görülən ehtişamlı yaratmasına şahid olduq. Kainatın dərinliklərindəki bir ulduzun hərəkətlərindən atomun içindəki orbitlərə, bir kəpənəyin qanadlarındakı simmetriyadan bir quşun balalarına göstərdiyi qayğıya, dəniz altında demək olar ki sırf qabıqdan ibarət bir canlının qeyri-adi dərəcədə gözəl inciləri əmələ gətirməsindən suyu yer üzündəki bəşəriyyət üçün əhəmiyyətinə qədər bir çox yaradılış dəlilini nəzərdən keçirdik.

Ancaq bir cəhət unudulmamalıdır. Nə qədər çox misal gətirsək də, bu, Allahın sonsuz gücünü və bənzərsiz elmini izah etmək üçün əsla kifayət deyil. Allah bütün üstün sifətlərin, bütün gözəl adların, bütün gücün tək sahibidir. Gördüyünüz və ya görmədiyiniz hər nizamı hər an Allahın iznilə işləyir. Bütün insanları, canlı-cansız bütün varlıqları Allah yaradır və nəzarət edir. Quranda bildirildiyi kimi “... elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın...” (Hud surəsi, 56) Bizdən milyonlarla işıq ili uzaqlıqdakı göy cisimlərinin hərəkətlərindən Günəşdə baş verən hadisələrə, Yerin atmosferinə daxil olan şüalardan Yerin təbəqələrində baş verən proseslərə, yer üzündəki suyun buxarlanmasından ağaclardan düşən yarpaqlara qədər kainatda meydana gələn bütün hadisələr Allahın nəzarətində həyata keçir.

Allahın yaratması sonsuz və hüdudsuzdur. Bunu daha yaxşı anlamaq üçün özünüzü düşünün. Siz də digər insanlar kimi əlləri, qolları, gözləri, qulaqları, ayaqları olan milyardlarla insandan birisiniz, amma eyni zamanda hər birindən fərqlisiniz. Bir də insanın ilk yaradılışından bu günə qdəər dünyada yaşamış insanları düşünün. Bu günə qədər bəlkə milyardlarla, bəlkə yüz milyardlarla insan yaşamışdır və bu insanlar da sizin kimi əllərə, qollara, gözlərə, qulaqlara malik olmasına baxmayaraq sizə heç bənzəməmişlər. Allah istəsə, bu insanlar qədər və daha da çoxunu yaratmağa gücü çatandır.

Allah insanın heç bilmədiyi və malik olduğu məhdud ağılla anlamaqda çətinlik çəkdiyi hələ bir çox şeyi yaratmağa da qadirdir. Bunlar Allahın yaratmasındakı bənzərsizliyin dərk edilməsi baxımından üzərində düşünülməli həqiqətlərdir. Allah sonsuz sayda kainat, sonsuz sayda varlıq, sonsuz sayda məkan yaratmağa gücü çatandır. Hər birini fərqli xüsusiyyətlərdə yaratmağa da gücü çatar.

Bütün bu həqiqətlərdən xəbərdar olan insanın üzərinə düşən Allahın istədiyi həyat tərzini yaşamaq, Allahın razı olacağı şəkildə davranmaqdır. Qəflətə sürükləyən, düşünməyə mane olan səbəbləri aradan qaldırmağı hər kəs ancaq öz səyi nəticəsində bacarar.

De: “Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən sizə zamin deyiləm!” (Yunus surəsi, 108)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ehtişam Hər Yerdədir (01/15)
  • Ehtişam Hər Yerdədir (02/15)
  • Ehtişam Hər Yerdədir (03/15)
  • Ehtişam Hər Yerdədir (04/15)
  • Ehtişam Hər Yerdədir (05/15)
  • Ehtişam Hər Yerdədir (06/15)
  • Ehtişam Hər Yerdədir (07/15)
  • Ehtişam Hər Yerdədir (08/15)
  • Ehtişam Hər Yerdədir (09/15)
  • Ehtişam Hər Yerdədir (10/15)
  • Ehtişam Hər Yerdədir (11/15)
  • Ehtişam Hər Yerdədir (12/15)
  • Ehtişam Hər Yerdədir (13/15)
  • Ehtişam Hər Yerdədir (14/15)
  • Ehtişam Hər Yerdədir (15/15)