Hər hansı səbəbdən zəhərlənən bir insan xilas olmaq üçün zəhərin təsirini məhv edən dərman qəbul etməli və ya zəhər tibbi yolla orqanizmdən çıxarılmalıdır. Zəhərlənmələr haqqında tibbi məlumatı olmayan bir şəxsin bir bitkidən və ya başqa hər hansı maddədən istifadə edərək öz-özünü müalicə etməsi mümkün deyil.
Ancaq bəzi canlılar çox insanın təhsil alaraq əldə etdiyi bu biliyə doğulduğu andan malikdir. Bir şüura, öyrənmək üçün ağıla, zəkaya, qısacası, heç şüura malik olmayan heyvanlar bir çox hallarda xəstəliklərini özləri müalicə edirlər. Heyvanların öz-özlərini müalicə etmək üçün istifadə etdikləri üsullardakı diqqətçəkən cəhət hamısının nə edəcəklərini çox yaxşı bilmələri, hansı xəstəliyə nəyin xeyir verəcəyini müəyyən etmələridir. Bəs bunu edən həqiqətən heyvanların özləridir? Heyvanlar bu məlumatları necə əldə ediblər? Təkamülçülər canlıların bu cür davranışlarının bir çoxunun instinktiv olduğunu iddia edirlər, ancaq instinktlərin mənbəyini, bu davranışların ilk dəfə necə ortaya çıxdığını açıqlaya bilmirlər.
Əvvəla, canlıların bunları zaman ərzində öyrənmələri mümkün deyil. Məsələn, zəhərlənən bir heyvan dərhal öləcək. Zəhərlənməsinə səbəb olan amili necə ortadan qaldıracağını təcrübədən keçirərək öyrənməsi bu halda mümkün deyil. Unudulmamalıdır ki, bir heyvanın belə bir şeyi düşünən şüuru da yoxdur.
Heyvanların öz-özlərini müalicə edərkən nümayiş etdirdikləri şüurlu davranışlarına bir misalda baxaq. Araralar tropik Amerikaya xas olan bir cür tutuquşu növüdür. Cəlbedici rəngləri ilə olduqca cəlbedici olan bu canlıların ən təəccüblü cəhəti zəhərli toxumlarla qidalanmalarıdır. İri qarmağı xatırladan dimdiklərilə çox bərk qabıqları belə qıra bilən bu quşlar zəhərli toxumlarla bağlı sanki mütəxəssisdirlər. Bu olduqca təəccüblü haldır, çünki zəhərli toxum yedikdə quş zəhərlənməlidir. Ancaq bu baş vermir və quş zəhərli toxumları yedikdən sonra dərhal qayalıqlara doğru uçur və orada olan gilli qaya parçalarını gəmirib udmağa başlayır. Bu davranışın səbəbi gilli qaya parçalarının toxumların içindəki toksini udması və zəhərin təsirini məhv etməsidir. Quşlar bu sayədə zəhərlənmədən toxumları həzm edirlər.27
Bir bitkidəki zəhərin necə zərərsizləşdirilməsini araraların öz-özlərinə bilməsi, əlbəttə, mümkün deyil. Canlılardakı bu cür şüurlu davranışların heyvanların özlərindən qaynaqlanmadığı, bunun mənbəyinin təbiətdə mövcud olan başqa bir güc və ya təsir olmadığı da aydındır. Gözlə görünməyən bur güc bütün canlıların davranışlarına nəzarət edir, yəni onlara ilham edir. Bu tayı-bərabəri olmayan güc məhz Allaha aiddir. Üstün elm sahibi olan Allah nəzarət edəndir, yaratdıqlarını qoruyandır.
Bəzi quşlar mümkünsüz görünməsinə baxmayaraq, daşı belə qaza bilirlər. Möhkəm qayaları oyarkən istifadə etdikləri tək alətləri var: dimdikləri... Arı yeyən quş bu quşlardan biridir.
Arı yeyən quş yuvasını qumdaşı uçurumlarının üstünə və ya çayın sahilindəki bərkimiş palçıqlara dimdiyilə davamlı şəkildə vurub oyuqlar açaraq qurur. Oyuq açma prosesinə 90-100 sm uzunluğunda dar tunel açana qədər davam edir. Yuvanın kənarlarını açmaq üçün inşaat vasitəsi kimi dimdiyindən istifadə edən arı yeyən quşun qısa və güclü pəncələri də qazma işinə kömək edir. Yuvanın içində toplanan torpağı pəncəsilə çölə boşaldır. Arı yeyən quşların bəzi növləri 1000 və ya daha çox quşdan ibarət koloniyalar halından yaşayırlar. Elm adamları bu qədər çox yuvanın içində hər quşun öz yuvasını necə tapdığını açıqlaya bilmirlər.28
Arı yeyən quşların maraqlı xüsusiyyətlərindən biri də həşərat ovlamaqda peşəkarlıqlarıdır. Bu quşlar arılarla qidalanırlar. Bu olduqca təəccüblüdür, çünki digər quşlar üçün arı yemək öldürücü ola bilər. Ancaq arı yeyən quşlara arıların zəhəri təsir etmir. Çünki bu quşlar tutduqları arının qarnını əvvəlcə bir budağa sürtərək aşındırır, beləliklə, zəhəri havaya boşaldırlar.29
Arı yeyən quşun digər bədən xüsusiyyətləri də həşəratları asanlıqla tutmalarına kömək edir. 4,5 sm uzunluğunda dimdiyi var. Bu uzunluq əhəmiyyətlidir, çünki əgər quşun dimdiyi daha qısa olsa, həşəratları tutmağa çalışarkən həşəratlar onu yaralaya bilər. Bundan əlavə, dimdiyinin çox sivri uc hissəsi də ovunu sinə ilə qarın arasından tutmasına kömək edir. Bu sayədə arının zəhərini daha asan boşalda bilir.
Arı yeyeən quş həşəratın zəhərini necə zərərsizləşdirməyi, əlbəttə, öz iradəsilə öyrənərək tətbiq edə bilməz. Bu cür həyati dərəcədə təhlükəli hadisəni quşun təcrübə edib öyrənmə metodu ilə kəşf etdiyini heç kəs iddia etməz. Bir quşun bu cür ağıllı taktika işlətməsi onun doğulduğu andan bu biliklrəə malik oalraq yer üzünə gəldiyini göstərir. Bundan başqa, quşun bütün bədən quruluşunun da bu cür qida tutma prosesinə uyğun formada olması vu canlının arıları tuta biləcək şəkildə yaradıldığının açıq-aydın göstəricisidir. Arı yeyən quşları da yer üzündəki bütün canlılar kimi malik olduqları bütün xüsusiyyətlərilə birlikdə Allah yaratmışdır.
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində düşünənlər üçün əlamətlər vardır. (Bəqərə surəsi, 164)
Quşları nəzərdən keçirdikdə bədənlərindəki bütün xüsusiyyətlərin uçuş üçün xüsusi dizayn edildiyini görərik. Məsələn, göy üzündə ən yaxşı hərəkət etmə qabiliyyətinə malik olan quşlardan olan qartallarında bədən quruluşları hər cəhətdən qüsursuzdur. Qartalların həm yerdən havaya qalxmaq üçün yüngül olmalı, həm də ovlarını tutduqda rahatlıqla daşımaq üçün güclü olmalıdırlar. Bir keçəl kərkəsin (qartalın) 7000-dən çox tükü var, ancaq bu tüklərin hamısını birləşdirdikdə bütün tüklrəin ağırlığı təxminən 500 qram edir. Bundan başqa qartalların bədənlərinin daha yüngül olması üçün sümüklərinin içi də boşdur. Bu sümüklərin bir çöx yerində havadan başqa bir şey yoxdur. Bir keçəl kərkəsiin skeletinin bütövlükdə ağırlığı 272 qramdan bir az çoxdur. Qısacası, qartalların ağırlığı uçmaq üçün son dərəcə idealdır.
Bir qartal uçarkən özünə lazım olan gücün çoxunu qanadlarını çırpma əsnasında, qanadının aşağıya doğru hərəkətindən alır. Buna görə qartalın qanadlarını aşağıya doğru çəkən əzələlərin sayı qanadları yuxarı çəkən əzələlərin sayından çoxdur. Bir qartal üçün uçuş əzələləri çox vacibdir. Bu əzələlər adətən quşun bədən çəkisinin yarısına bərabər olur. Qartallar qanadlarının vəziyyətini dəyişdirərək daha sürətli və ya daha yavaş uça bilirlər. Sürətlə uçmaq istədikdə qanadlarının ön kənarlarını küləyə doğru çevirir və beləliklə “havanı kəsirlər”. Sürətlərini yavaşlatmaq istədikdə isə qanadlarının enli hissəsini küləyə doğru çevirirlər.
Bütün qartalların gözlərində “niktitant pərdə” deyilən artıq göz qapağı var. Bu qapağın funksiyası gözləri təmizləmək və qorumaqdır. Qartallar balalarını yedirərkən göz qapaqlarını adətən yumurlar. Bu balaların səhvən anasının gözlərinə zərər verməsinin qarşısını almaq üçün tədbirdir.
Qartallardakı dizayn sadəcə qüsursuz uçuş bacarığı üçün deyil. Bundan əlavə tüklrəində yerə enmə üçün də xüsusi dizayn var. Qartal yerə enərkən quyruğunu havaya qaldırır və bədəninə görə bir bucaq altında quyruğunu aşağı çəkərək sürətini azaldır. Qanandlarının uclarını alçaldaraq onlardan əyləc kimi istifadə edir. Ancaq sürətini itirərkən qanadların üstündə əmələ gələn hava axını qartalın yıxılma təhlükəsinin artmasına səbəb olur. Qartal qanadlarının ucundakı üç-dörd çəngə tükü qaldıraraq bu təhlükənin qarşısını alır. Bunlar qanadın səthindən havanın düz xətt halında keçməsinə və quşun rahatlıqla yerə enməsinə kömək edir.31
Bura qədər göstərilən misallard çox açıq görünən bir həqiqət var. Tək bir qartalın bədənindəki dizaynın bir neçə detalı belə təsadüfən əmlə gəlməyəcək qədər mükəmməldir. Bu da bizə qartalları da eynilə bütün digər qular və canlılar kimi üstün güc sahibi Allahın yaratdığını açıq şəkildə sübut edir.
Yaşıl və təzə yarpaqlardan incə uzun zolaqlar kəsərək son dərəcə sistemli hərəkətlərlə, tapdığı haça budaqlarda hörülmüş möhkəm yuvalar quran bir canlı üçün “bunları təsadüfən öyrənmişdir” demək mümkündür? Əlbəttə, belə bacarıq qarşısında “təsadüfən öyrənmişdir” iddiası olduqca yersiz açıqlamadır. Bir az sorna verəcəyimiz misaldan da görəcəyiniz kimi canlılarda mövcud olan daha bir çox xüsusiyyət təkamülçülərin təsadüf iddialarının nə qədər ağıl və məntiqdən kənar olduğunu açıq şəkildə ortaya qoyur.
Toxucu quş əvvəlcə istifadə edəcəyi materialı toplayır. Ya yaşıl və təzə yarpaqlardan özünə incə uzun zolaqlar kəsir, ya da yarpaqların orta damarlarından istifadə edirlər. Xüsusilə təzə yarpaqları seçməsinin isə, əlbəttə, səbəbi var. Quru yarpaqları hörmək çox çətindir, ancaq təzə yarpaq liflərini hörmək çox asandır. Quş əvvəlcə haça budağa bir yarpaqdan qopardığı uzun lifin ucunu sarıyaraq işə başlayır. Bir ayağı ilə lifin ucunu budağın üstündə tutur, digər ucunu dimdiyilə hörür. Liflərin açılmasının qarşısını almaq üçün onları düyünləyib bir-birlərinə bağlayırlar. Əvvəlcə bir çənbər əmələ gətirirlər, bu yuvanın girişidir. Daha sonra isə dimdiyindən məkik kimi istifadə edərə yarpaq liflərini digər liflərin üzərindən və altından sıra ilə keçirir.Toxuma prosesi əsnasında hər lifin nə qədər çəkilməsi lazım olduğunu da hesablayır. Çünki əgər toxuma boş olsa, yuva çökər. Bundan başqa, yuvanın son halını zehnində canlandırmalıdır ki, divarların nə vaxt qövsvari formaya salacağına və ya çölə doğru çıxıntı verəcəyinə qərar versin.
Girişi toxuduqdan sonra yuvanın divarlarını toxumağa başlayır. Bunun üçün başıaşağı dayanır və içəridən işləməyə davam edir. Dimdiyilə bir lifi digərinin altına soxur və sonra həssas şəkildə çöldə qalan ucunu tutur və tarım çəkir. Beləliklə, son dərəcə müntəzəm toxuma əmələ gətirir.32
Göründüyü kimi, toxucu quş yuvasını qurarkən daima bir neçə mərhələ sonrasını hesablayaraq hərəkət edir. Əvvəlcə yuvası üçün ən uyğun materialı toplayır, yuvanı toxumağa təsadüfi yerdən başlamır. Əvvəlcə girişi toxuyur, oradan divarlara davam edir. Toxucu quşların bu bacarıqlara təsadüfən, şüursuz şəkildə yiyələnməsini iddia etmək, əlbəttə, mümkün deyil. Bu quşların öz-özlərinə bu qədər qarışıq formaya malik olan yuvalar hörməsi təsadüflərlə açıqlana bilməz. Toxucu quşların da bütün canlılar kimi Allahın ilhamı ilə hərəkət etdikləri ağıl və vicdan sahibi hər insanın asanlıqla görəcəyi açıq-aydın həqiqətdir.
27- David Attenborough, The Life of Birds, s.78
28- David Attenborough, The Trials of Life, s.137
29- David Attenborough, Life of Birds, s.96
30- ZooBooks, April 1993, Vol. 10, N. 7
31- David Attenborough, The Life of Birds, s.51
32- Peter J.B.Slater, The Encyclopedia of Animal Behaviour, s.42, David Attenborough, Life of Birds, s.234-235