Tutuquşu balıqları xüsusilə gecələr özləri ifraz etdikləri jeleyəbənzər maddə ilə bədənlərini örtürlər. Əvvəlcə bu jeleyəbənzər maddənin necə ifraz edildiyinə və istifadəsinə baxaq. Tutuquşu balıqları gecələr özlrəini xarici təsirlərdən qorumaq üçün bu jeleyəbənzər maddəni ifraz edirlər. Bu maddə balığı gecələr aktiv olan və ciddi təhlükə yaradan düşmənlərindən qoruyur, bir tərəfdən də balığın kamuflaj üsulu ilə gizlənməsini təmin edir.
Bu jeleyəbənzər qılaf əvvəlcə qəlsəmə boşluğununn yuxarı kənarında yerləşən selik vəzindən nəfəs alıb-verərkən ifraz edilir. Bir müddət sonra bu qılaf balığın bütün bədənini örtür. Bu şəffaf yuxu tuluğunun ən mühüm funksiyası balığı ən böyük düşmənlərindən olan müren balıqlarından (Muraenidae) qorumaqdır. Mürenlər çox həssas qoxu bilmə bacarığına malikdirlər və ovlarını belə tapırlar. Lakin bu qoruyucu çanaq sayəsində müren tutuquşu balığının qoxusunu ala bilmir, hətta yanından keçdikdə ona toxunsa da, tanımır.
Bu halda ağlımıza bu sual gəlir: Tutuquşu balıqları gecələr istifadə etdikləri bu qoruyucu qılafı necə əldə ediblər? Düşmənləri müren balıqlarının güclü qoxu bilmə duyğusundan qorunmalarını, gecəni rahatlıqla keçirmələrini təmin edən bu cür mühüm maddəni necə kəşf ediblər?
Şübhəsiz, kimyəvi maddəni öz orqanizmində hazırlayıb özünü bu maddə ilə örtməyi bir balığın düşünməsi, planlaşdırması mümkün deyil. Həm də belə bir sistemin zaman ərzində öz-özünə meydana gəlməsi də mümkün deyil. Necə ki, şəkildəki tutquşu balığı belə bir maddəni öz şüuru ilə planlaşdırıb, orqanizmində belə bir sistemi öz iradəsilə əmələ gətirə bilmir, bundan 1000 il, 10.000 il əvvəl yaşamış tutuquşu balığı da bunu edə bilməz.
Balığın bədəninin düşməninə qarşı çox uyğun jelatinlə örtülməsi mahir kamuflaj üsuludur. jBelə bir xüsusiyyətin təsadüfən ortaya çıxmadığı, üstün bir güc tərəfindən var edildiyi aydındır. Bu bənzərsiz güc balığa və ya başqa hər hansı bir varlığa deyil, bütün bunları yaradıb nizama salan Allaha aiddir. Ayələrdə belə buyurulur:
O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir! Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, (hər şeydən) xəbərdardır! (Ənam surəsi, 102-103)
Şəkildəki əqrəb balıqlarına baxın, olduqları mühitdən onları fərqləndirməyin necə çətin olduğunu dərhal anlayacaqsınız.
Əqrəb balıqları mülayim və tropik qurşaqdakı dəniz yatağında yaşayır və heç vaxt açıq dənizə çıxmırlar. Bu balıqlar yırtıcıdırlar və kiçik balıqları yeyirlər. Sinələrindəki üzgəclər balığın düşmənlərindən qorunmaq üçün istifadə etdiyi mükəmməl silahdır. Balığın qırmızı-ağ cizgiləri yaşadığı mərcanların içində gizlənməsinə kömək edir. Əqrəb balığı olduqca rəngli görünüşə malikdir, ancaq eyni şəkildə yaşadığı mərcanlar da çox rəngli olduğu üçün mərcanların içində asanlıqla gizlənir. Bu da düşmənləri tərəfindən ovlanmaq riskini azaldır. Eyni zamanda ovuna da yaxınlaşmasını asanlaşdırır.18
Əqrəb balıqlarında olduğu kimi dəniz canlılarının bir çoxunu yaşadığı mühitdən ayırd etmək mümkün deyil. Bu canlıların varlığı ancaq hərəkət etdikdə bəlli olur. Dənizin altında qüsursuz şəkildə gizlənən canlılar bu rənglərdən istifadə edərək qida əldə edirlər, çoxalırlar, bir-birlərilə xəbərləşirlər. Bəs bu uyğunluq necə ortaya çıxıb? Bir balığın bədənini içində yaşadığı qaya ilə eyni rəngdə, hətta iynəli görünüş verən, bir kreveti dəniz bitkilərinin rəngində boyayan kimdir? Təsadüflə baş verən kimyəvi proseslərin və ya hər hansı başqa bir təsirin bu canlılara olduqları mühitin rəngini verməsi mümkün deyil. Bir balıq, krevet və ya bir xərçəng rəng anlayışı olması və özündə rəng dəyişikliyi edən sistemlər əmələ gətirməsi mümkün deyil. Bu cür düşüncə xəyaldan başqa bir şey deyil. Belə bir sistemin qurulması, canlılarda bu sistemin yerləşdirilməsi, nəsildən-nəslə ötürülməsi üçün genlərində nizamlanma aparılması və bu məlumatların canlıların hüceyrələrində kodlanması ancaq çox üstün güc sahibi tərəfindən edilə bilər. Bu üstün güc sahibi Allahdır. Bütün canlıları malik olduqları xüsusiyyətlərlə birlikdə qüdrət sahibi olan Allah yaratmışdır.
Allah başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)
Minlərlə, hətta on minlərlə kilometr uzaqlıqdakı ərazilərə köç edən canlıların bunu necə bacardıqlarını heç düşünmüsünüz? Məsələn, səyahətlərinin məsafəsini necə tam hesabladıqlarını və bu hesaba görə kifayət qədər qida topladıqlarını, marşrutlarını çaşmadıqlarını, getdikləri yerdə iqlim şərtlərinin daha yaxşı olacağını, bəzən heç görmədikləri halda yollarını necə tapdıqlarını və buna bənzər hələ bir çox problemin cavabını düşünən insan çox açıq həqiqətlə qarşılaşar.
Köç edən canlıların heç tanımadıqları yerlərlə bağlı bu məlumatı öz şüur və iradələrilə əldə etmələri, bunlara uyğun hesablamalar apararaq bu hesablamalara əsasən kütləvi şəkildə hrəəkət etmələri mümkün deyil. Bu vəziyyət gördükləri işlərin bu canlılara “ilham edildiyini”, bu canlıların üstün bir güc tərəfindən yönəldildiklərini göstərir. Köç edən canlılar Allahın ilhamı ilə yollarını tapır, necə enerji sərf edəcəklərini və bütün digər lazımlı məlumatları əldə edirlər.
Köç edən canlılara misal olaraq iynəli omarları göstərmək olar. Bu canlıların mümkünsüz görünən şeyləri necə bacardıqlarına baxaq. İynəli omarlar Florida sahillərindəki və Baham adaları ətrafındakı mərcan qayalıqlarında yaşayırlar. Lakin iqlimin dəyişməsilə qayalıqlardakı yuvalarını tərk edir və dəniz altında yığışırlar. Bu, yumurtlamaq üçün daha isti və təhlükəsiz sulara doğru edəcəkləri köç üçün hazırlıqdır. Köçə hazırlaşan omarların hər biri yapışqan buynuzları ilə qarşısındakı omarın arxasından tutur və tək sırada düzülürlər. Hər sırada təxminən 50 omar olur. Omarların tək sırada düzülərək hərəkət etmələrinin mühüm səbəbləri var. Əvvəla, bu hərəkət suyun çəkmə təsirini azaldır və daha az güc sərf etmələrini və daha sürətlə hərəkət etmələrini təmin edir. Bundan başqa, heç bir gizlənmə yeri olmayan açıq qum ovalıqları boyu hərkət edən omarlar qarşılarına çıxan təhlükələrə qarşı daha yaxşı müdafiə olunurlar. Köç edən omar sürüləri düşmənləri tərəfindən hücuma məruz qaldıqda düzüldükləri sıranı pozur və qısqaclarını çöldə çıxararaq sırada düzülürlər və bu şəkildə müdafiə lunurlar.19
Köç edən yetişkinler sahilə yaxın yerlərdə yumurtlayırlar. Yumurtadan çıxan tırtıllar dəniz axınları ilə yenidən dənizin dərinliklərinə aparılır və dibində yerləşdirilir. Balalar böyüdükdə eyni köçü yenidən başlayırlar və tək sıra halında köç edirlər.20
Məgər O yaratdığını bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır! Yeri sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır! (Mülk surəsi, 14-15)
Dəniz atları xarici görünüşləri və son dərəcə xüsusi nizama malik ümumi quruluşları ilə diqqət çəkən canlılardır. Boyları 4-30 sm arasında dəyişən dəniz atları adətən sahil zolağında yosunların və digər bitkilərin arasında yaşayırlar. Malik olduqları qoruyucu sümük zireh bu heyvanları təhlükələrdən qoruyur. Zireh o qədər möhkəmdir ki, qurumuş ölü dəniz atını əl ilə qırmaq mümkün deyil.
Dəniz atının başı bədəninzə düz bucaq altında bitişmişdir. Başqa heç bir balıqda buna bənzər xüsusiyyətə rast gəlmək mümkün deyil. Dəniz atları bədənləri dik şəkildə üzür, başlarını yuxarı və aşağı hərəkət etdirə bilirlər. Ancaq başlarını yan tərəflərə doğru hərəkət etdirə bilmirlər. Bu xüsusiyyət deigər canlılarda olsa, görmə cəhətindən problem yaradardı. Ancaq dəniz atları malik olduqları xüsusi bədən quruluşu sayəsində belə bir problemlə qarşılaşmırlar. Dəniz atlarının gözləri bir-birindən asılı olmayan, hər tərəfə sərbəst şəkildə hərəkət edən və dönərək hər tərəfi rahatlıqla seyr edən şəkildə yaradılmışdır. Ona görə başlarını iki yana çevirməsələr də, ətraflarını rahatlıqla görə bilirlər.
Dəniz atlarının üzməsi də çox xüsusi sistem sayəsində həyata keçir. Üzmə kisələrində yerləşən bir cür qazın miqdarında lazımi dəyişiklik edərək suda yuxarı-aşağı hərəkət edirlər. Əgər bu kisəsi zədələnsə və az miqdarda da olsa, qaz itirsə, dəniz atı dənizin dibinə batar. Bu hal isə dəniz atının ölümü deməkdir. Burada diqqət edilməli bir cəhət də var. Üzmə kisəsindəki qazın miqdarı çox həssas nizamlanmışdır. Məhz buna görə hər hansı dəyişiklik heyvanın ölümünə səbəb olar. Bu həssas nizamın bizə göstərdiyi həqiqət isə çox vacibdir. Dəniz atı ancaq bu həssas nizamla yaşaya bilər. Yəni dənizatı ancaq bu xüsusiyyəti ilə birlikdə bir andaca ortaya çıxdığı üçün yaşayır. Bu vəziyyət dəniz atının zaman ərzində bu xüsusiyyətləri qazanmasının mümkün olmadığını, yəni təkamülçülrəin iddia etdiyi kmi təkamül nəticəsində əmələ gəlmədiyini göstərir. Kainatdakı hər varlıq kimi onlar da bütün xüsusiyyətlrəilə birlikdə Allah tərəfindən yaradılmışlar.
Bu canlıların ən təəccüblü cəhəti isə erkək dəniz atının doğmasıdır. Erkək dəniz atı qarnının alt hissəsində zireh təbəqəsinin olmadığı yerdə geniş bir kisəyə malikdir, bu kisədə yarığa bənzər dəlik var. Dişi yumurtalarını birbaşa bu kisəyə yerləşdirir. Erkək isə buradakı yumurtaları mayalandırır. Yumurtaların qoyulduğu kisənin içəri hissəsindəki dəri bir müddət sonra süngər kimi olur və yumurtaların qidalanmasında mühüm rol oynayan qan damarları ilə dolur. 1-2 ay sonra dəniz atının bənzəri olan balalar kisədən çıxır.21
Çox sayda dəniz canlılarından təkcə biri olan dəniz atları bir çox cəhətdən bənzərsiz xüsusiyyətlrəə malikdirlər. Dəniz atlarındakı yaradılış Allahın hüdudsuz gücünün, sonsuz elminin nümunələrindəndir.