Otlardan hündür ağaclara və cürbəcür çiçəklərə qədər bütün bitkilər torpaqdan aldıqları suyu və qidaları ən ucqar budaqlarına, ən kiçiyindən ən böyüyünə qədər bütün yarpaqlarına çatdıra bilirlər. Ancaq daşıma prosesi sadəcə bitkilərdəki sistemlər sayəsində həyata keçmir. Bu daşımanın həyata keçməsi üçün eyni zamanda suyun xüsusiyyətləri də bitkilərin quruluşu ilə uyğunluq təşkil etməlidir.
Suyun ümumi quruluşunu nəzərdən keçirərək bu uyğunluğa baxaq.
Yer üzündəki canlıların həyatlarını davam etdirə bilməsi üçün mütləq lazım olan su hər xassəsi ilə xüsusi şəkildə yaradılmış bir maddədir. Suyun mühüm xassələrindən biri də yüksək səth gərginliyinə malik olmasıdır. Səth gərginliyi mayeni təşkil edən molekulların bir-birini cəzb etmələrilə əmələ gəlir. Bu sayədə bir su qabı öz yüksəkliyindən daha yüksək bir su kütləsini daşırmadan daşıya bilir və ya metal bir iynə suyun üzərinə diqqətli şəkildə üfüqi vəziyyətdə qoyulduqda batmadan üzə bilir.
Suyun səth gərginliyi məlum olan digər mayelərin hamısından daha çoxdur və bunun yer üzündə çox vacib bəzi bioloji təsirləri var. Bitkilərə təsirini vacibliyinə görə birinci yerdə qeyd etmək olar.
Bitkilər suyun səth gərginliyi sayəsində hər hansı bir pompaya, əzələ sisteminə və s.malik olmadan torpağın dərinliklərindəki suyu metrlərlə yuxarı daşıya bilirlər. Məlum olduğu kimi, binalarda suyun yuxarı mərtəbələrə çatdırılması üçün son dərəcə kompleks bir sistem olan hidrofor sistemindən istifadə edilir. Ancaq bitkilərdə belə bir sistem yoxdur.Su səth gərginliyi sayəsində bitkinin ən ucqar nöqtəsinə qədər çatır. Bitkilərin köklərindəki və damarlarındakı kanallar suyun səth gərginliyindən faydalancaq şəkildə qurulmuşdur. Yuxarıya doğru getdikcə daralan bu kanallar suyun yuxarı doğru qalxmasına səbəb olur. Əgər suyun səth gərginliyi digər bir çox mayelərinki kimi aşağı səviyyədə olsaydı, böyük bitkilərin bundan faydalanması mümkün olmazdı. Bu də yer üzündəki bütün canlılara mənfi təsir edərdi. Ancaq həm suyun, həm də bitkilərin qüsursuz yaradılışı sayəsində bu cür problemlər ortaya çıxmır.
Suyun yüksək səth gərginliyi ilə bitkilərin bu xüsusiyyətdən faydalanan quruluşu arasındakı uyğunluq Allahın yaratmasındakı qüsursuzluğu göstərir. Bütün bunlar təbiətin və canlıların təsadüflər nəticəsində əmələ gəlmədiyini, Allah tərəfindən qüsursuz şəkildə yaradıldığını göstərən mühüm dəlillərdəndir.
Qar dənəciklərini adi gözlə müşahidə edən şəxs çox fərqli formalara malik olduqlarını görəcəkdir. 1m3 qarda 350 milyon qar dənəciyi olduğu təxmin edilir. Bunların hamısı altıbucaqlı və kristallik quruluşdadır, ancaq hər biri fərqli formadadır. Bu formalar necə ortaya çıxıb, necə oldu ki, hər birinin fərqli formalarının olduğu, simmetriyanın necə təmin edildiyi kimi sualların cavabları elm adamları tərəfindən illərdir araşdırılır. Əldə edilən hər məlumat isə qar dənəciklərindəki ehtişamlı sənəti ortaya çıxarır. Qar dənələrinin altıbucaqlı quruluşlarındakı fərqlilik və qüsursuzluq Allahın Bədi (örnəksiz yaradan) sifətinin bir təzahürüdür. Allah yaratdığı hər şeyi ən gözəl şəkildə edəndir. Qar dənələrinin quruluşları tədqiq edildiklə Allahın sonsuz sənətinin fərqli bir tərəfi aşkar olur.
İncə və kiçik təbəqələr, çox şaxəli ulduzlar və ya kiçik iynə başlarına bənzər şəkillərdəki qar dənəciklərinin quruluşu olduqca heyrətamizdir. 1 Qar kristallarının qüsursuz nizamlı quruluşları çox uzun illərdir ki, insanların diqqətini çəkir. Kristallara son formasını verən amillərin nələr olduğu barədən 1945-ci ildən bəri araşdırmalar davam edir. Bir qar dənəciyi iki yüzdən çox buz kristalından ibarət kristallar birləşməsidir. Qar kristalları əslində mükəmməl dizaynla formalaşdırılmış su molekullarından əmələ gəlir. Memari şah əsər kimi qiymətləndirilən qar kristalları su buxarının buludlardan keçərkən soyuması ilə formalaşır. Bu proses belə baş verir:
Su buxarının içində nizamsız formada hər yana dağılmış su molekulları buludlardan keçərkən temperaturun düşməsi nəticəsində hərəkətliliklərini itirirlər. Daha az hərəkət edən su molekulları bir müddət sonra qruplaşmağa başlayır və nəticədə möhkəm forma alırlar. Ancaq qruplaşmalarında əsla bir nizamsızlıq yoxdur, əksinə, hər zaman bir-birinə bənzəyən mikroskopik altıbucaqlılar kimi birləşirlər. Hər qar dənəciyi əvvəl tək altıbucaqlı su molekulundan ibarət olur, daha sonra digər altəbucaqlı su molekulları da gəlib bu ilk hissəyə birləşirlər. Bu sahəni araşdıran ekspertlərin fikrincə, bir kristalın şəklini müəyyən edən əsas xüsusiyyət bu altıbucaqlı su molekullarının eynilə bir zəncirin halqaları kimi bir-birinə keçməsidir. Bundan başqa temperatura və rütubət nisbətinə görə əslində eyni olması lazım olan kristal hissəciklər çox fərqli formalar alırlar.
Niyə bütün qar dənəciklərinə altıbucaqlı simmetriya var və niyə hər biri digərlərindən fərqlidir? Kənarları niyə düz deyil, sivri formadadır? 2 Bu kimi sualların cavabını alimlər hələ də tapmağa çalışırlar. Ancaq ortada açıq-aydın həqiqət vardır: Allah yaratmada heç bir ortağı olmayan, sonsuz güc sahibi olan və hər şeyi örnəksiz şəkildə yaradandır.
Eyni quru torpaqdan çıxan, eyni su ilə sulanan meyvələr və tərəvəzlər inanılmaz müxtəlifliyə malikdir. Meyvələrin və tərəvəzlərin ləzzətlərini, qoxularını və dadlarını düşündükdə bu cür müxtəlifliyin necə ortaya çıxması ağla gəlir. Eyni torpaqdakı eyni su və minerallardan istifadə edərək fərqli dad və qoxuları əsrlərdən bəri heç səhvə yol vermədən və bir-birlərinə qarışmadan saxlayanlar, əlbəttə, üzümlərin, qarpızların, qovunların, kivilərin, ananasların özləri deyil. Bu bənzərsiz ləzzəti, görünüş və dadı onlara Allah verir.
İstər heyvanlar, istərsə insanlar bitkilərin verdiyi qidalardan istifadə edərək yaşamaq üçün enerji əldə edirlər. Yəni bitkilər bütün canlılara fayda vermək üçün nemət kimi yaradılmışlar. Bu nemətlərin çoxu da insan üçün xüsusi şəkildə dizayn edilmişdir. Ətrafımıza, yediklərimizə baxaraq düşünək. Üzüm tənəyinin qupquru saplağına, incə köklərinə baxaq... Yavaşca çəkdikdə asanlıqla qırılan bu qupquru formadan əlli-altmış kilo ağırlığında, insana ləzzət vermək üçün rəngi, qoxusu, dadı, qısaca, hər şeyi xüsusi şəkildə nizamlanmış sulu üzümlər yetişir. Qarpızları da düşünək. Quru torpaqdan çıxan bu sulu meyvə insanın məhz ehtiyacı olduğu mövsumdə, yəni yayda yetişir. İlk dəfə ortaya çıxdığı andan etibarən heç pozulmadan möhtəşəm qoxusunu saxlayan yemişin qoxusunu və ləzzətini də düşünək. İnsanlar fabriklərdə ətir istehsal edərkən davamlı nəzarət edir, eyni qoxunu almaq üçün böyük əmək sərf edirlər; amma meyvələrdəki qoxunun saxlanması üçün hər hansı nəzarətə ehtiyac yoxdur.
Bütün bunlarla yanaşı hər meyvə mövsümünə uyğun tərkibə malikdir. Məsələn, qışda C vitamini ilə zəngin, enerji verən naringilər, portağallar yetişir. Tərəvəzlərdə də canlıların ehtiyacı olan hər cür mineral və vitamin mövcuddur. Tərəvəz və meyvələrin incə kökləri qara torpaqdan çəkdikləri kimyəvi maddələri fotosintez prosesi nəticəsində çox faydalı qida maddələrinə çevirirlər.
Bu şəkildə düşünərək yer üzündəki bitkilərin hamısnı nəzərdən keçirə bilərsiniz. Əldə etdiyimiz nəticə budur: bitkilər insanlar və bütün canlılar üçün xüsusi nizama salınmış, yəni yaradılmışdır. Aləmlərin Rəbbi olan Allah bütün qidaları canlılar üçün var etmişdir və onların hər birini dadı, qoxusu, faydası növbənöv şəkildə yaratmışdır. Bu da Onun yaratmadakı gücünü və tayı-bərabəri olmayan sənətini göstərir:
(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! (Nəhl surəsi, 13)
Kənardan baxdıqda bəzən sadəcə yaşıl bir cisim kimi görünən yarpaqlar üçün son dərəcə əhəmiyyətli formalardan biri olan dəliklər də bu nizamın mühüm hissələrindəndir. Yarpaqların üzərindəki bu mikroskopik dəliklər temperatur və su ötürülməsini təmin etmək və fotosintez üçün lazım olan karbondioksidi atmosferdən almaq vəzifəsini yerinə yetirir. Dəliklər eyni zmanda lazım gəldikdə açılıb-qapanan quruluşa malikdirlər.
Dəliklərin maraqlı cəhətlərindən biri isə əsasən yarpaqların alt hissəsində yerləşmələridir. Bu sayədə günəş işığının yarpağa mənfi təsirinin azaldılması təmin edilir. Bitkidəki suyu çölə atan dəliklər əgər yarpaqların üst hissələrində daha çox olsaydılar, çox uzun müddət günəş işığına mərauz qalardılar. Bu halda bitkinin istidən ölməməsi üçün dəliklər bünyelerindeki suyu davamlı olaraq kənar edəcək, belə olduqda da bitki həddindən artıq su itkisindən quruyaraq öləcəkdi. Hər şeyi qüsursuz və əksiksiz yaradan Allah bitkilərdə də xüsusi quruluşa malik dəliklər var etmiş, su itkisindən zərər çəkmələrinin bu şəkildə qarşısını almışdır.
Yarpaqların üst dəri toxuması üzərində cüt-cüt yerləşmiş dəliklərin forması lobyaya bənzəyir. İkitərəfli çökək formalar yarpaqla atmosfer arasındakı qaz mübadiləsini təmin edən dəliklərin açıqlığını nizamlayır. Dəlik ağzı deyilən bu hissə xarici mühitin şərtlərinə (işıq, nəm, isti, karbondioksid nisbəti) və bitkinin xüsusilə su ilə bağlı daxili vəziyyətilə əlaqədar dəyişir. Dəlik ağızlarının açılması və ya kiçilməsi ilə bitkinin su və qaz mübadiləsi nizama salınır.
Xarici mühitin bütün təsirləri nəzərə alınaraq nizama salınmış dəliklərin quruluşunda çox incə detallar var. Məlumdur ki, xarici mühit şərtləri daima dəyişir. Nəm və qaz nisbəti, temperatur, havadakı çirk... Yarpaqlardakı dəliklər bütün bu dəyişkən şərtlərə uyğunlaşan formadadır.
Biktilərdəki bu sistem də digərləri kimi ancaq bütün hissələri əksiksiz olduqda funksiyalarını yerinə yetirə bilirlər. Ona görə bitkilərdəki dəliklərində təsadüflər nəticəsində təkamül keçirərək ortaya çıxması heç cür mümkün deyil. Son dərəcə xüsusi quruluşu olan dəliklər də vəzifələrini ən həssas şəkildə yerinə yetirəcək şəkildə xüsusi olaraq Allah tərəfindən yaradılmışlar.
Məgər O, yaratdığını bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır! Yeri sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır! (Mülk surəsi, 14-15)