Səhər oyandıqda etdiyiniz işləri bir anlıq fikrinizdən keçirin. Gözünüzü açırsınız, nəfəs alırsınız, yerinizdə çevrilirsiniz, qalxır və yeriyirsiniz, yemək yeyirsiniz, paltarınızı dəyişirsiniz. Ananızla və ya qardaşınızla, bacınızla danışırsınız, sizə dediklərini eşidirsiniz. Sonra çölə çıxırsınız və ya pəncərədən çölə baxırsınız və mavi səmanı görürsünüz. Bəlkə o an pəncərənin qarşısından uçan quşların səslərini eşidirsiniz. Yerə düşən yarpağı seyr edərkən ağacdakı yetişmiş almaları görürsünüz. Günəşin istiliyini və küləyi üzünüzdə hiss edirsiniz. Küçədə yeriyən, avtomobilləri ilə gedəcəkləri yerə çatmağa çalışan insanlar var. Qısaca desək, sizin üçün adi bir gün başlamışdır. Gördüyünüz, eşitdiyiniz şeylərə adət etmisiniz; ona görə onların üzərində düşünməyi belə lazım bilmirsiniz.
Bir də belə düşünün. Doğulduğunuz gündən etibarən bir otaqda həyat sürdüyünüzü fərz edin. Bu otaq dörd divardan ibarət olsun və çölü görmək üçün heç kiçik bir pəncərəsi də olmasın. Otaqda sadəcə ehtiyacınıza uyğun bir neçə sadə mebel olsun. Həyatınızın keçdiyi b otaqda sizə ancaq həyatınızı davam etdirmək üçün lazımlı bir-iki cür yemək və su verilsin. Otaqda çöldən xəbər almaq üçün hər hansı rabitə vasitəsinin, məsələn, telefon, radio və ya televizorun da olmadığını fərz edək. Ona görə bir çox şey haqqında məlumatınız olmayacaq.
Bir gün həyatınızı keçirdiyiniz bu otaqdan çıxarıldığınızı və xarici aləmi gördüyünüzü fərz edin. Belə olduqda dünya haqqında nələr düşünərsiniz?
Gözünüzün görə bildiyi sahənin genişliyi, işığın varlığı, Günəşin üzünüzə vuran istiliyi, göy üzünün mavi rəngi, ağappaq buludların varlığı sizi çox təəccübləndirəcəkdir. Gecələr göy üzündə görünən parlaq ulduzlar, bütün ehtişamı ilə göy üzünə doğru uzanan dağlar, insanlar üçün gözəllik olan çaylar, göllər, dənizlər, yer üzünə həyat verən leysan yağışları, yamyaşıl ağaclar, rəngarəng bənövşələr, çobanyastıqları, qərənfillər, gözəl qoxulu yasəmənlər, güllər, hər biri insana başqa ləzzət verən portağallar, qarpızlar, gavalılar, çiyələklər, bananlar, şaftalılar, insanda şəfqət duyğusu oyandıran pişiklər, itlər, dovşanlar, ceyranlar, heyranedici gözəllikləri və rənglərilə kəpənəklər, quşlar, dəniz canlıları...
Bütün bu gördükləriniz qarşısında həm heyrətlənər, həm də bütün bunları kimin etdiyini düşünərsiniz. Meyvələrin rənglərini görüb, qoxularını aldıqda bunları kimin belə cəlbedici rənglərə boyadığını, bu xoş qoxuları onlara kimin verdiyini düşünərsiniz. Bir yemişi daddıqda, almadan bir parça dişlədikdə ləzzətlərinin necə bu qədər gözəl və fərqli olduğunu, belə qabıqlı bir cismin içinə şəkərin necə yerləşdirildiyini düşünər, meyvələrin sıra ilə düzülmüş çəyirdəklərini gördükdə bunun necə olduğunu öyrənmək istəyərsiniz.
Gördüyünüz hər yeni şey, öyrəndiyiniz hər məlumat sizə böyük həyəcan verər. Hər şeyin səbəbini, necəliyini öyrənməyə çalışarsınız. Qarpızın çoxala bilmək üçün çəyirdəklərinə, quşların uçmaq üçün mütləq tüklərə ehtiyacı olduğunu, Günəşdən gələn şüaların, oksigenin, suyun bütün canlıların yaşaması üçün lazımlı olduğunu, dənizlərin və okeanların varlığının əhəmiyyətini, bitkilər olmasa yer üzündə pozulacaq tarazlıqları, taxta parçasına bənzəyən toxumlarda növbənöv bitkilərin cücərməsini təmin edən məlumatların şifrələndiyini və daha bir çox incəliyi öyrənərsiniz. Öyrəndiyiniz hər şey bu ehtişamı daha dərindən dərk etməyinizə kömək edər.
Öyrənməyə başladıqlarınızın yer üzündəki canlıların xüsusiyyətlərinin sadəcə çox kiçik bir hissəsi olduğundan, hər şeyin bir-birilə əlaqəli şəkildə işlədiyindən, görmədiyiniz varlıqların, eşidə bilmədiyiniz səslərin varlığından, kosmosdakı ehtişamlı sistemlərin mövcudluğundan xəbərdar olduqda isə təəccübünüz daha da artar.
Bütün bunların incəliklərini bir-bir öyrənərkən hə rdəfə eyni suallar ağlınıza gələcək: bu möhtəşəm varlıqların hamısı necə ortaya çıxıb? Mən necə meydana gəlmişəm? Madam ki, hər şeyin bir səbəbi var, hər şeyə bir səbəb tapılır; bəs mən niyə varam?
İllərlə qaldığınız bir otaqdan çıxdığınız anda dünyadakı müxtəliflik və ehtişamlı yaradılış ilə qarşılaşdığınız üçün davamlı olaraq düşünür və suallarınıza cavab axtarırsınız. Hər sualınızın cavabında “mütləq bunları edən biri var” sözləri yer alır. Düşünməyə tənbəllik etmədiyiniz və ətrafınızdakı varlıqlara biganə qalmadığınız üçün hər şeyin bir Yaradanı olduğuna qəti qərar verəcəksiniz. Hər insan əslində məhz bunu etməlidir: gördüyü şeylərə biganəliklə deyil, düşünərək, suallar verərək baxmalıdır...
Hər gün üstündən keçdiyiniz polad körpüləri necə tikən varsa, sağlamlığı polad ilə müqayisə edilən sümüklərinizi də bir dizayn edən var. Heç vaxt bir nəfər irəli çıxıb dəmir və kömürün təsadüfən birləşərək poladı, poladın da təsadüfən sementlə birləşib körpüləri əmələ gətirdiyini söyləyə bilməz. Çünki bunu iddia edən şəxsin ağlından şübhələnərlər.
Ancaq bu açıq həqiqətə baxmayaraq, dünyadakı bütün canlıların, göy üzünün, ulduzların, kosmosun, qısaca desək, hər şeyin təsadüfən ortaya çıxdığını iddia etməyə cəsarət edənlər var. Bu təsadüf iddialarının məntiqsizliyi isə düşünən və dərk edən hər insan üçün son dərəcə açıqdır.
Təsadüf iddiası ilə ortaya çıxanlar materialist və təkamülçü düşüncəli insanlardır. Bu insanlar maddənin və kainatın əvvəlinin və sonunun olmadığını, bir yaradanının olmadığını iddia edir, milyardlarla ulduzdan ibarət milyardlarla qalaktikanın, bütün göy cisimlərinin, planetlərin, günəşlərin və bütün bunların nizam içində varlıqlarını davam etdirməsini təmin edən qüsursuz sistemlərin təsadüflər nəticəsində meydana gəldiyini söyləyirlər. Eyni şəkildə təkamül nəzəriyyəsi də kainatdakı ehtişamlı nizama baxmayaraq, canlıların da təsadüflərlə meydana gəldiyinin tərəfdarıdır.
Bu məlumatlar əsasında təkamülçülərin “təsadüfü” yaradıcı bir güc kimi gördükləri üzə çıxır. Allahdan başqa bir varlığı yaradıcı güc kimi qəbul etmək isə, şübhəsiz, bütpərəstlikdir. Yəni təkamülçülər “təkamül” adlı bütə tapınırlar. Belə ki, Darvinist əsərləri oxuduqda təsadüf bütündən, bu bütün “gücündən” və üstün qabiliyyətlərindən tez-tez bəhs edildiyini görərsiniz.
Təkamülçülərin “təsadüf bütü”nün var etdiyinə inandıqları varlıqların nümunələrini saymaqla bitirmək olmaz. Məsələn, təkamülçülər canlıları əmələ gətirən ilk hüceyrənin təsadüf bütünün əsəri olduğuna inanırlar. Bu inanca görə cansız və şüursuz atomlar bir gün qərar verib ildırımların, yağışların və müxtəlif təbii təsirləin nəticəsində birləşmişlər və amin turşularını əmələ gətirmişlər. Sonra bu aminturşuları canlı hüceyrəsinin əsası olan zülalları əmələ gətirmək qərarı verir və təsadüf bütünün köməyilə bu qərarı yerinə yetirmək üçün işə başlayırlar. Beləliklə, ortaya çıxan zülalların isə ilk canlı hüceyrəni əmələ gətirməsi təsadüf adı verilən güc sayəsində dərhal həyata keçir. Ancaq hələ “təsadüfün” işi bununla qurtarmır.
Təkamülçü cəfəngiyyata əsasən “təsadüf bütü” dünyadakı milyonlarla canlı növunü də öz səyi nəticəsində əmələ gətirmişdir. Əvvəlcə bir balıq meydana gətirmiş, amma təkcə bir balığın kifayət etmədiyini düşünərək bu gün mövcud olan yüz minlərlə balıq növünün əmələ gəlməsini təmin etmişdir. Yüz minlərlə balıq cinsi kifayət etməmiş, bu balıqlarla birlikdə digər dəniz canlılarını da əmələ gətirərək dəniz altındakı heyrətamiz dərəcədə ehtişamlı mühit meydana gətirmişdir. Bunun ardınca “təsadüf bütü” bir gün dəniz altındakı canlıların kifayət etmədiyini düşünmüş və bir balığın dənizdən quruya çıxması üçün lazımlı şəraiti hazırlamışdır. Təsadüflər sayəsində balığın üzgəcləri ayaqlara çevrilmişdir və balıq sudan kənarda tənəffüsü təmin edən ağciyərlər əldə etmişdir. Lakin bunlar da bu günkü canlı müxtəlifliyini meydana gətirə bilməmiş və “təsadüf”lər işlərinə davam etmişlər.
Kitabın sonrakı bölməsində bir çox misalda görəcəyiniz kimi, canlılar ancaq bir çox orqanları tam və əksiksiz şəkildə mövcud olduqda həyatlarına davam edə bilirlər. Bəzi orqanların işləməməsi canlını bir neçə dəqiqədə və ya ən çoxu bir neçə gündə öldürər. Lakin təkamülçülərin iddiasına görə “təsadüf bütü” milyonlarla illik müddət ərzində son dərəcə şüurlu, diqqətli, xətasız və qüsursuz şəkildə canlılarla bağlı bütün detalları düşünmüş, dizayn etmiş və əmələ gətirmişdir.
Bu misallardan da başa düşüldüyü kimi “təsadüf” təkamülçülərə görə elə bir bütdür ki, hər istədiyini edə bilər, istədiyinə dərhal forma verə bilər, bir heyvanı başqa bir heyvana çevirə bilər. Bütün bunları edərkən də bütün canlıların və cansız varlıqların rənglərini, görüntülərini, dadlarını mümkün olan ən estetik şəkildə nizamlayır. Mövsümlərinə görə meyvələrə vitaminlər yerləşdirir, onları sulu və ya doyurucu edir. Hər yerdə qoxularının və dadlarının eyni olmasını təmin edir. Təsadüf bütü toxumun içinə bitki ilə bağlı bütün məlumatları yerləşdirəcək elmə malikdir.
Bura qədər sadaladıqlarımız materialist və təkamülçü ideologiyanın iddialarının əsas məntiqini təşkil edir. Əlbəttə, bütün bu misalların təkamülçülərin tək səbəb kimi göstərdikləri “təsadüf”lə həyata keçməyəcəyi ağıl və vicdan sahibi olan hər insanın dərhal qavrayacağı həqiqətdir. İndi bunu düşünün: təsadüflər birləşərək şosselər sala bilərlərmi, tranzit şirkətləri quraraq onların nizamlı işləməsini təmin edə bilərlərmi? Əlbəttə, təsadüfən belə şeylərin ortaya çıxması mümkünsüzdür. Necə ki, bir tranzit şirkəti təsadüfən qurula bilmir, insan orqanizmindəki paylama şəbəkəsi də təsadüfən ortaya çıxa bilməz. Necə ki, Eyfel qülləsinin bütün polad dayaqlarını bir-bir istehsal edən, onları müəyyən ölçüdə kəsən, qüllənin dizaynını verən, sonra bu dizayna uyğun şəkildə hissələri birləşdirən, onları möhkəmləndirən insanlar varsa, insan sümüklərinin hər birini lazımi ölçüdə yaradan, insan orqanizminin ehtiyaclarına uyğun şəkildə hamısını ən yaxşı yerlərdə yerləşdirən, sümükləri birləşdirərək sap-sağlam bir skelet düzəldən bir güc sahibi də var. Bu, təbiətdəki hər cür gücün fövqündə duran, hər şeyi əhatə edən, bənzəri olmayan bir gücdür. Məhz bu gücün sahibi, göylərin, yerin və bu ikisi arasındakı hər şeyin Yaradanı olan Allahdır.
Bura qdəər aparılan müqayisələrin və kitab boyu göstərilən misalların hamısı Allahın kainatda qüsursuz şəkildə yaratdığı müxtəliflikdən sadəcə bir neçə nümunədir. Bu nümunələrin hər biri öz içində çox detallı məlumatlar saxlayır. Məsələn, bu kitabda kəpənəklərin bir neçə ümumi xüsusiyyətindn bəhs edilir, ancaq təkcə kəpənəyin gözü haqqında yazılmış və hər biri səhifələrdən ibarət kitablar var. Bundan başqa çox müxtəlif sayda kəpənək növləri, bu növlərin hər birinin özlərinə xas xüsusiyyətləri var. İnsan bədəninin bu kitabda çox ümumi şəkildə bəhs edilən birneçə xüsusiyyəti var, ancaq təkcə sümüklərlə bağlı cild-cild kitablar yazılmış və tədqiqatlar aparılmışdır. İnsanın gözünün təkcə bir siniri, həşəratların qanadları, hətta bu qanadı təşkil edən maddənin tərkibi haqqında yazılmış çox səhifəlik kitablar var.
Bütün bunlar Allahın varlığının açıq-aydın dəlilləridir. Allahın varlığı hər yeri əhatə etmişdir və ağlını işlədən hər insan yaradılışdakı ehtişamı dərhal görəcək. Hər insan ağlı və vicdanı ölçüsündə Allahın böyüklüyünü qavraya biləcək. Allahın üstün qüdrətini, sonsuz sənətini qavramağa başlayan insana üzərinə düşən ən vacib məsuliyyət isə gördüyü gözəlliklərin əsl sahibinə yönəlmək və yalnız Allahın razı qalacağı şəkildə yaşamaqdır.
O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir! (Ənam surəsi, 102)
Kitabda bəzən qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün istifadə etdiyimiz “dizayn” sözü çıxacaq. Bu sözün hansı məqsədlə işlədildiyinin düzgün başa düşülməsi çox vacibdir. Allahın bütün kainatda qüsursuz dizayn qurması Rəbbimizin əvvəl planlaşdırması, daha sonra yaratması demək deyil. Yerlərin və göylrəin Rəbbi olan Allahın yaratmaq üçün “dizayn” verməyə ehtiyacı yoxdur. Allahın dizayn verməsi və yaratması bir anda olur. Allah bu cür əksikliklərdən uzaqdır. Allahın bir şeyin bə ya bir işin olmasını istədikdə onun olması üçün sadəcə “Ol!” deməsi kifayətdir. Ayələrdə belə buyurulur:
Bir şeyi istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar. (Yasin surəsi, 82)
Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” -deyər, o da (fövrən) olar. (Bəqərə surəsi, 117)
O, göklerin ve yerin yaratıcısıdır... |
Ətrafınızda gördüyünüz hər şeyin, öz bədəniniz, içində yaşadığınız ev, hal-hazırda oturduğunuz kreslo, ananız, atanız, ağaclar, quşlar, torpaq, meyvələr, bitkilər, qısaca desək, bütün canlıların və ağlınıza gələn bütün maddələrin “Böyük Partlayış” ilə var olan atomların birləşməsi nəticəsində əmələ gəldiyini bilirdiniz? Bu partlayışdan sonra kainatdakı qüsursuz nizamın əmələ gəlməsindən xəbəriniz vardı? Bəs bu “Böyük Partlayış” nədir?
Sonuncu əsrdə qabaqcıl texnologiya ilə həyata keçirilən araşdırma, müşahidə və hesablamalar kainatın bir başlanğıcı olduğunu qəti surətdə ortaya qoymuşdur. Elm adamları apardıqları tədqiqatlar nəticəsində kainatın davamlı olaraq “genişləndiyini” müəyyən etmişlər və kainat genişləndiyinə görə zaman ərzində geriyə doğru getdikdə kainatın təkcə bir nöqtədən genişlənməyə başladığı nəticəsinə gəlmişlər. Məhz bu gün elm kainatın bu tək nöqtənin partlaması ilə yoxdan var olduğu həqiqətini üzə çıxarmışdır. Bu partlayışa “Biq Bənq”, yəni “Böyük Partlayış” adı verilmişdir.
Bu gün elmi kütlələr tərəfindən kainatın mövcud olma forması kimi qəbul edilən Böyük Partlayışın ardınca son dərəcə qüsursuz bir nizamın əmələ gəlməsi isə əslində heç də adi vəziyyət deyil. Düşünün ki, yer üzündə minlərlə növdə partlayış baş verir, amma heç birində ortaya bir nizam ortaya çıxmır. Hamısı olan şeyi pozur, parçalayır, yox edir. Məsələn, atom və hidrogen bombalarının partlaması, kömür mədənindəki partlayışlar, vulkanik partlayışlar, təbii qaz partlayışları, günəşdə meydana gələn partlayışlar; qısaca desək, nə cür partlayış olsa da, hamısı dağıdıcı təsirə malikdir. Heç vaxt bir partlayış estetik baxımdan qurucu və müsbət nəticə verməz. Amma dövrümüzün texnologiyası ilə üzə çıxarılmış elmi nəticələrə əsasən Böyük Partlayış yoxluqdan varlığa, həm də çox nizamlı və ahəngdar varlığa keçidə səbəb olmuşdur.
İndi də belə bir misal üzərində düşünək; yerin altında bir dinamit partlayır və bu partlayışın ardınca otaqları, pəncərələri, qapıları, mebelləri olan dünyanən ən görkəmli sarayı meydana gəlir. Buna “təsadüf nəticəsində əmələ gəldi” demək məntiqli yanaşma olarmı? Belə bir şey öz-özündən əmələ gələ bilərmi? Əlbəttə ki, xeyr!
Böyük Partlayışın ardınca əmələ gələn kainat isə, əlbəttə, dünyadakı bir sarayla müqayisə edilməz dərəcədə ehtişamlı, dəqiq planlaşdırılmış, görkəmli bir sistemdir. Bu halda kainatın öz-özünə əmələ gəldiyini iddia etmək son dərəcə mənasız olacaq. Kainat yox ikən birdən-birə ortaya çıxmışdır. Bu da bizə maddəni yoxdan var edən, onun hər anını nəzarətdə saxlayan sonsuz bilik və güc sahibi olan bir Yaradanın varlığını göstərir. O Yaradan üstün güc sahibi olan Allahdır.
Şüphesiz Allah, gökleri ve yeri zeval bulurlar diye (her an kudreti altında) tutuyor. Andolsun, eğer zeval bulacak olurlarsa, kendisinden sonra artık kimse onları tutamaz. Doğrusu O, Halim'dir, bağışlayandır. |
Kainatda saysız-hesabsız sistem işləyir. Allah biz bilmədən belə, məsələn, kitab oxuyarkən, yeriyərkən, yatarkən bütün bu sistemləri nəzarətdə saxlayır. Allah insanların Öz hüdudsuz gücünü qavramaları üçün kainatdakı nizamı saysız-hesabsız incəliklə birlikdə yaratmışdır. Allah Quranda insanlara xitab edir, kaianatdakı nizamın yaradılış səbəbini “Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə” (Talaq surəsi, 12) şəklində ifadə edir. Bu nizamda elə incəliklər var ki, insan düşünməyə haradan başlayacağını çaşar.
Məsələn, kosmosun ucsuz-bucaqsız olduğundan hər kəs xəbərdardır. Ancaq bunun əsl mənada necə bir böyüklük olması üzərində düşünməyə başladıqda təxmin etdiyimizdən daha fərqli anlayışlarla qarşılaşırıq. Günəşin diametri Yerin diametrindən 103 dəfə böyükdür. Bunu bir bənzətmə isə açıqlayaq; əgər Yeri bir diyircək böyüklükdə düşünsək, onunla müqayisədə Günəş futbol topundan iki dəfə böyük yuvarlaq bir kürə olar. Burada maraqlı olan aradakı məsafədir. Həqiqətlərə uyğun model qurmağımız üçün diyircək böyüklüyündəki Yer ilə top böyüklüyündəki Günəşin arasındakı məsafəni təxminən 280 metr etməliyik. Günəş sisteminin ən kənarında olan planetləri isə kilometrlərlə uzağa qoymalıyıq.
Bu bənzətmə ilə Günəş sisteminin nəhəng ölçüyə malik olduğunu düşünərsiniz. Ancaq əslində Günəş sistemi içində yerləşdiyi Süd Yolu qalaktikasına nisbətən olduqca kiçik ölçüyə malikdir. Çünki Süd Yolu qalaktikasının içində Günəş kimi və çoxu ondan da böyük olan təxminən 250 milyard ulduz var.
Spiral formasındakı bu qalaktikanın qollarından birində bizim Günəşimiz yerləşir. Ancaq təəccüblu oldur ki, bütün kosmosu nəzərə aldıqda Süd Yolu qalaktikası da çox “kiçik” yerdir. Çünki kosmosda başqa qalaktikalar da var, həm də təxminlərə görə, təqribən 300 milyarda yaxın...
Kainatdakı göy cisimlərinin ölçüləri və səpələnmələrindəki ehtişamdan verdiyimiz bir neçə nümunə belə Allahın yaratma sənətinin bənzərsizliyini, Onun yaratmada heç bir ortağının olmadığını, Allahın üstün bir güc sahibi olduğunu göstərmək üçün kifayətdir. Allah insanları bu həqiqətlər üzərində düşünməyə belə çağırır:
Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı; Qübbəsini ucaltdı, düzəldib nizama saldı; (Naziat surəsi, 27-28)
Olduğunuz yerdən kənara çıxdıqda günəş şüalarının üzünüzə sizi heç narahat etmədən vurduğunu Günəş sistemindəki qüsursuz nizama borclusunuz. Bizə sadəcə xoş istiliklə aydınlıq verən Günəş əslində qıpqırmızı qaz buludarından ibarət dərin bir quyu kimidir. Qaynayan səthindən milyonlarla kilometr kənara fışqıran nəhəng alov girdablarından və dibindən səthə doğru yüksələn nəhəng burulğanlarından ibarətdir. Bunlar canlılar üçün öldürücüdür. Ancaq Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmadan əvvəl atmosfer və Yerin maqnetik sahəsi tərəfindən udulur. Yerin həyat üçün əlverişli planet olmasını təmin edən məhz Günəş sistemindəki qüsursuz nizamdır.
Günəş sisteminin quruluşunu tədqiq etdikdə son dərəcə həssas tarazlıqla qarşılaşırıq. Günəş sistemindəki planetləri, sistemdən çıxaraq dondurucu soyuqluqdakı “xarici kosmosa” sovrulmaqdan qoruyan təsir Günəşin “cazibə qüvvəsi” ilə planetin “mərkəzdənqaçma qüvvəsi” arasındakı tarazlıqdır. Günəş malik olduğu böyük cazibə gücü səbəbindən bütün planetləri cəzb edir, onlar da fırlanmalarından əmələ gələn mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən qurtarırlar. Ancaq əgər planetlərin fırlanma sürətləri bir az yavaş olsaydı, onda bu planetlər sürətlə Günəşə doğru cəzb olunar və nəhayət Günəş tərəfindən böyük partlayışla udulardılar. Bunun tərsi də mümkündür. Əgər planetlər daha sürətli fırlansalar, bu dəfə də Günşin gücü onları saxlamağa çatmaz və planetlər xarici kosmosa sovrulardılar. Lakin çox həssas olan bu tarazlıq qüsursuz şəkildə qurulmuşdur və sistem bu müvazinəti qoruduğu üçün davam edir.
Burada sözügedən tarazlığın hər planet üçün ayrı-ayrı qurulduğuna da diqqət çəkmək lazımdır. Çünki planetlərin Günəşdən məsafələri çox fərqlidir. Habelə, kütlələri çox müxtəlifdir. Bu səbəbdən hamısı üçün fərqli fırlanma sürətləri müəyyən edilməlidir ki, Günəşə yapışmaqdan və ya Günəşdən uzaqlaşıb kosmosa sovrulmaqdan qurtulsunlar.
Bunlar Günəş sistemindəki ehtişamlı tarazlığın bir neçə dəlilidir. Nəhəng planetləri və bütün Günəş sistemini nizamlayan və davamlılığını təmin edən tarazlığın təsadüfən ortaya çıxmadığı ağıl sahibi hər insanın asanlıqla anlayacağı həqiqətdir. Bu nizamın dəqiqliklə hesablandığı aydındır. Üstün güc sahibi olan Allah kainatda yaratdığı qüsursuz detallarla bizə hər şeyin Öz nəzarəti altında olduğunu göstərir.
Günəş sistemindəki qeyri-adi həssas tarazlığı kəşf edən Kepler, Qaliley kimi astronomlar bu sistemin çox açıq şəkildə yaradıldığını göstərdiyini və Allahın bütün kainat üzərində hakimiyyətinin sübutu olduğunu dəfələrlə qeyd etmişlər. Allah hər şeyi sonsuz elmi ilə yaradır və nizamlayır. Allah üstün güc sahibidir.