Vəhşi boz qazlar 8000 metr kimi inanılmaz bir hündürlükdə uça bilirlər. Bu, çox çətin bir işdir, bir çox canlılar bu hündürlükdə hətta nəfəs də ala bilməz. Bunun səbəbi atmosferdə yuxarı qalxdıqca havadakı oksigenin miqdarının azalmasıdır. Bu hal hündürlükdə nəfəs almağı çətinləşdirir. Biz insanların da hər hansı bir dağa çıxdığımız zaman çətin nəfəs almağımızın səbəbi budur. Buna görə də atmosferin belə hündürlüyündə uçan quş daha sürətlə qanad çalmaq məcburiyyətindədir. Çox qanad çalmaq üçün də quş daha çox oksigen sərf etməlidir. Bu isə quşun işini çox çətinləşdirəcək bir haldır. Lakin quşlar hətta min metr hündürlükdə də uçsalar, heç vaxt çətinliklə üzləşmirlər. Çünki bu heyvanlarn ciyərləri hündürlükdəki az oksigendən ən səmərəli istifadə edə biləcək şəkildə yaradılmışdır.
Onların başqa canlılardan fərqli fəaliyyət göstərən ağciyəri kifayət qədər hava olmayan bir yerdə normadan artıq enerji almasını təmin edir. Bu isə bizə Allahın qüsursuz yaratmasını sübut edən örnəklərdən biridir.