Bir çox quşlar qanadları suya toxunduğu zaman uça bilmir, çünki su tükləri bir-birinə yapışdırır və quş qanadlarını hərəkət etdirə bilmir. Su quşları isə bütün gün ərzində suya girib-çıxırlar, lakin onlarda belə bir problem yaranmır. Bu qeyri-adi vəziyyətin səbəbi ilə siz də maraqlandınız, elə deyilmi?
Su quşlarının qanadlarında su ilə təmasda olduqları zaman tüklərinin bir-birinə yapışmasının qarşısını alan yağ var. Bunun sayəsində quşlar suda və quruda rahat hərəkət edə bilirlər. Skimmer də bir su quşudur, lakin onun bədənində bu yağdan yoxdur. Buna görə də o, başqa su quşları kimi ov etmək üçün suya girə bilmir. Bəs suda hərəkət edə bilməyən bu quşlar necə qidalanacaqlar?
Sonsuz şəfqət və mərhəmət sahibi olan Allah bu quşun alt dimdiyini üst dimdiyindən uzun yaratmışdır. Uzun alt dimdiyinin ucları toxunuşa qarşı çox həssasdır. Bundan əlavə, su quşunun qanadları elə bir qüsursuz quruluşa malikdir ki, su üzərində heç bir qanad çalmadan uzun müddət süzə bilir. Alt dimdiyini suya salaraq və suyu eynən qayçı kimi kəsərək uçur. Həssas dimdiyi bir ova toxunduğu zaman quş həmin anda bunu hiss edir və ovunu tutur. Bu quş Allahın bütün canlıları heç bir nümunə olmadan yaratmasının dəlillərindəndir.