Cırcırama səs-küylü bir həşəratdır. Həşərat bu səs-küyü bədənindəki yüksək bir sistem vasitəsilə çıxarır. Gövdəsinin arxa hissəsindəki hava kisəcikləri üzərində sağ və sol tərəfdə yerləşmiş iki lövhə var. Cırcırama daş kimi sərtləşmiş bu lövhələri bir-birinə vuraraq həmin səsi çıxarır. Lövhə bağlı olduğu əzələ tərəfindən dartılıb-buraxıldığı zaman boş tənəkə qutunun çıxardığı səsə bənzər bir səs yaranır. Həşəratın etdiyi dartıb-buraxma hərəkəti saniyədə 500 dəfə təkrar olunur. Saniyəni bir göz qırpımı qədər bir müddət kimi düşünsək, onun bu hərəkəti bir saniyədə 500 dəfə etməsinin nə qədər çətin olduğunu dərhal anlayarıq.
Böcəyin döş hissəsinin alt tərəfində olan çıxıntının açılıb-bağlanması ilə səs yüksəlir və ya alçalır. İnsan qulağı saniyənin onda birindən də qısa müddətdə açılıb-bağlanmanı, yəni qırıq səsləri müəyyən edə bilməz. Elə bu səbəbdən də biz cırcıramanın fışıltısının daimi olduğunu zənn edirik.