Gündüz 50-60 dərəcəyə çatan hədsiz isti, gecə isə dondurucu soyuq, həftələrlə, hətta aylarla sürən quraqlıq və çox az qida... Belə bir vəziyyətdə həyat sürməyin mümkün olmadığını düşünə bilərsiniz. Haqqında danışdığımız bu çətinliklərlə bol olan yer səhralardır və düşündüyünüzün əksinə olaraq burada bir çox canlılar yaşayır. Beləliklə, səhrada yaşayan canlılara dair bir neçə örnək verək.
Səhra canlılarından biri tülkülərin ən kiçiyi olan açıq sarı rəngli tülküdür (yan səhifədə). Bu tülkü cinsinin qulaqları başqalarına nisbətən çox böyükdür. Bu geniş qulaqlar Afrika və Ərəbistanın qumlu səhralarında yaşayan tülkünün işinə çox yarayır. Məsələn, tülkü ovunun yerini öz həssas qulaqları ilə dərhal müəyyən edir. Eyni zamanda qulaqlar hədsiz qızmağın qarşısını alaraq heyvanın bədəninin sərin qalmasını təmin edir.
Səhralarda yaşayan başqa bir canlı isə kürəkburun kərtənkələdir (altda). Bu canlı da quyruğunu və ayaqlarını sərinlətmək üçün isti qumun üzərində rəqs edir. Sonra da quyruğunun köməyi ilə çarpaz şəkildə əvvəlcə ön ayağını, sonra isə arxa ayağını havaya qaldırır. Bir neçə saniyə sonra ayaqlarının yerini dəyişir. Kərtənkələ xüsusi quruluşlu burnu və bədəni sayəsində qum təpələrinin üzərində üzməyə bənzər hərəkətlər edir. Böyük ayaqları da ona qum üzərində çox sürətli şəkildə, istidən zərər görmədən qaçmaq imkanı verir.
Avstraliyada yaşayan səhra qurbağaları isə sanki bir su anbarıdır. Onlar bədənlərindəki kisələrini yağış yağanda su ilə doldurur. Daha sonra özlərini quma basdırır və yağışların yağmasını gözləyirlər. Bu kisələrdə gizlədikləri su sayəsində səhrada çox asanlıqla həyat sürürlər.
Burada verdiyimiz bir neçə örnəkdən səhra canlılarının ortaq xüsusiyyətlərinə diqqət yetirdiniz, elə deyilmi? Bütün heyvanların bədən quruluşları səhrada yaşamağa çox uyğundur və onların başqa canlılardan fərqli xüsusiyyətləri var. Bundan əlavə, bu canlılar səhranın istisindən necə qorunacaqlarını, susuzluğa necə dözəcəklərini də çox yaxşı bilir. Bəs bir qurbağa və ya bir kərtənkələ bütün bunları necə bilir?
Əlbəttə ki, canlıların bunu öz-özünə bilməsi, bədənlərində su anbarları yaratması və ya özlərini istidən qoruyan böyük qulaqlara sahib olması mümkün deyil. Bu canlılar səhrada yaşaya bilmək üçün bütün bu xüsusiyyətlərə yarandıqları andan sahib olmalıdır. Əks halda istidən, susuzluqdan və ya aclıqdan qısa müddətdə ölə bilərlər. Lakin bu, baş vermir. Bundan başqa, dünyada yaşayan bütün səhra canlıları bu dözümlülüyə malikdir. Hər birinin səhrada yaşamasını təmin edən müxtəlif xüsusiyyətləri var.Bütün bunlar bizi tək bir həqiqətə aparır. Səhra canlılarını sahib olduğu xüsusiyyətləri ilə birlikdə bir anda Jaradan Allahdır. Allah dilədiyini hər an yaratmağa qadirdir. Bir Quran ayəsində Allah hər şeyi yaratmağın Onun üçün çox asan olduğunu bizə belə bildirir:
"Göyləri və Jeri yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız: "Ol!" deyər, o da olar" ("Bəqərə" surəsi, 117)