Sanitar Quşlar

ceylan, temizlik

Şəkillərdə gördüyünüz quşlar oxpecker adlanan sanitar quşlardır. Bu quşlar kərgədan, fil, zebra kimi heyvanların dərisinin üzərindəki parazit canlılarla qidalanır. Buna görə də həmin heyvanlar quşların onların üzərində gəzişməsinə, hətta başlarına qonmasına da heç bir reaksiya vermir.

Bu əlaqə hər iki tərəfə qarşılıqlı fayda verir. Beləliklə, heyvanlar həm zərərverici parazitlərdən xilas olur, həm də hər hansı bir təhlükə zamanı quşlar səs-küy salaraq onları xəbərdar edirlər. Bunun müqabilində quşlar da qida və hətta yuvalarının içini örtmək üçün tük əldə edir.

Heyvanlar arasında qarşılıqlı faydaya əsaslanan bu əlaqəni yaradan uca Rəbbimizdir. Allah yaratdığı bu canlıların hamısını ehtiyaclarını ödəyəcəkləri canlılarla birlikdə yaratmışdır.

kuşlar

PAYLAŞIN
logo
logo
logo
logo
Yükləmələr
pdf
doc
FƏSİLLƏR