Mürəkkəb balıqları nə qədər "balıq" adlandırılsalar da bədənlərində sümük olmadığı üçün başqa balıqlardan çox fərqlənirlər. Jəqin ki, sümüyü olmayan bu balıqların necə hərəkət etməsi haqqında düşünürsünüz. Mürəkkəb balıqlarının çox heyrətamiz bir hərəkəti var. Onların yumşaq əzələlərdən təşkil olunan bədəni qalın dəri qatı ilə örtülüb. Bu dəri qatının altında yerləşən əzələləri vasitəsilə bədənlərinə su yığır, sonra isə bu suyu qüvvətli bir şəkildə geri püskürdərək üzürlər.
Mürəkkəb balıqlarındakı belə su püskürtmə sistemi çox qarışıqdır. Heyvanın başının hər iki tərəfində cibə bənzəyən açıq yer var. Balıq bu açıq yerdən aldığı suyu bədəninin içindəki silindrik boşluğa çəkir. Daha sonra isə bu suyu başının arxasında olan nazik bir borudan yüksək təzyiqlə püskürür. Heyvan bunun sayəsində yaranan təzyiqlə əks tərəfə doğru sürətlə hərəkət edir. Həmçinin onu ovlamaq istəyən düşmənlərindən də ani bir hərəkətlə qaçır. Əgər qaçış sürəti kifayət qədər olmazsa, nələrin baş verəcəyini düşünə bilərsiniz. Bu vəziyyətdə isə mürəkkəb balığı bədənində hasil etdiyi tünd rəngli boyanı bulud şəklində düşmənlərinə qarşı püskürür. Həmin bulud hücum edən heyvanı azdırır. Bu bir neçə saniyəlik çaşqınlıq mürəkkəb balığı üçün kifayətdir. Jaratdığı buludun arxasında itən mürəkkəb balığı sürətlə bu yerdən uzaqlaşır.
Başqa canlılarda olduğu kimi mürəkkəb balığında olan bu xüsusiyyətlər də hər şeyin yaradıcısı olan Allahın əsəridir. Allah Özündən başqa tanrı olmadığını bir ayədə belə bildirir:
"De ki: "Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə yaxşılıq vardır. Allahın yeri genişdir. Jalnız səbr edənlərə saysız-hesabsız mükafat veriləcəkdir!" ("Zumər" surəsi, 10)