Quşlarin Havada Süzmə Texnikasi

süzülen kuş, hava

Uçuş çoxlu enerji tələb edən bir prosesdir. Quşlar isə kiçik canlılardır və bədənlərində saxlanan ehtiyat enerji də tükənəndir. Quşlar ehtiyac duyduqları enerjinin böyük bir hissəsini xüsusi uçuş texnikasının vasitəsilə əldə edirlər. Havada qanad çalmadan süzmək quşların ən çox istifadə etdiyi texnikalardan biridir. Məsələn, kərkəslər müvafiq yüksəklikdə süzərək uçmaq üçün isti hava axınlarına uyğun xüsusi bir üsul tətbiq edirlər. Bir isti hava axınından digərinə süzərək gün ərzində çox geniş bir sahə üzərində uça bilirlər.

Bir yerdən başqa bir yerə köçüb gedən quşlar da enerjiyə qənaət etmək üçün süzmə texnikasından istifadə edir. Məsələn, leyləklər köçən zaman isti hava axınlarının vasitəsilə uçur. Mərkəzi Avropada məskunlaşan ağ leylək qışı Afrikada keçirmək üçün 7000 km-lik bir məsafəyə köç edir. Əgər bütün yolu qanad çalaraq keçsə, onda gərək getdiyi yol boyunca dörd yerdə dayansın. Lakin ağ leylək bu səfərini üç həftədə və günün 6-7 saatını isti hava axını arasında mühərriksiz uçan aparat kimi uçaraq və enerjisinin böyük bir hissəsinə qənaət edərək başa vurur.

uçan kuş, hava akımı

Su qurudan daha gec isindiyi üçün dənizlərin üstündə isti hava axını əmələ gəlmir. Elə buna görə də köçəri quşlar dəniz üzərindən uzun səfərə çıxmağı deyil, quru sahəsi üzərindən uçmağı üstün tuturlar. Jəqin ki, hamınız bəzi mövsümlərdə göy üzünü örtən leylək qatarlarını görmüsünüz. Ona görə ki, leyləklər də quru sahəsi üzərindən köçüb getməyə üstünlük verən quşlardandır. Dənizlərin üzərində isti havanın olmadığını bilməməyiniz çox təbiidir, lakin leyləklər bunu çox yaxşı bilirlər.

Albatros, qağayı və başqa dəniz quşları isə hündür dalğaların yaratdığı hava axınlarından istifadə edərək enerjiyə qənaət edirlər. Hündür dalğalar üzərində uçan bu dəniz quşları yuxarıya doğru hərəkət edən havanın qaldırıcı qüvvəsindən yararlanırlar.

Burada verilən bir neçə misaldan da aydın oldu ki, bütün quşlar hansı texnikadan istifadə etdiklərini, hara getdiklərini, hansı yolu seçmək lazım olduğunu yaxşı bilirlər. İsti hava axını və ya dalğaların əmələ gətirdiyi hava axınları vasitəsilə uçanlar heç bir problemlə üzləşmir. Çünki Allah hər canlıya ehtiyac duyduğu məlumatları ilham edir. Bunun sayəsində də onlar etdikləri bütün hərəkətləri yaxşı bilirlər. Allah Quranda quşların havadakı hərəkətinə diqqət çəkmiş və bir ayədə belə buyurmuşdur:

"Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi? Allah onlardan hər birinin duasını, şükr-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!" ("Nur" surəsi, 41)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Göjdələnlər Tikən Kor Termitlər
  • Hejvanların Təhlükəsizlik Tədbirləri
  • Qarişqanin Gözlərindəki Kompas
  • Qarişqa İlə Quşun Möcüzəvi İşbirliji
  • Kiçik Mühəndis Quşlar
  • Qiş Güvəsindəki İsitmə Sistemi
  • Alabaliq Jolunu Necə Müəjjən Edir?
  • Baliqlar Suda Necə Jaşajirlar?
  • Tutuquşular Kimjaja Aid Bilikləri Haradan Bilir?
  • Hörümçək Torlarindaki Mühəndis Lajihəsi
  • Maraqli Bir Canli: Nautilus
  • Fizikanin Qanunlarini Bilən Kəpənəklər
  • Gözətçi Naqqa Baliği
  • İşiq Saçan Canlilarin Xüsusijjətlərini Bilirsinizmi?
  • İşiq Verən Sualti Canlilar
  • Tutuquşu Baliğinin Jataq Örtüjü
  • Əqrəb Baliqlarinin Məharətlə Maskalanmasi
  • Dəniz Ajğirlarinin Maraqli Xüsusijjətləri
  • Circirama (İjnəcə) Uçuş Mexanizmi Kimi
  • Gizli Sualti Siğinacaq Olan Mərcanlar
  • Səhradaki Həjat
  • Cejranlarin Xüsusi Sojuducu Sistemi
  • Ağacdələnlərin Dözümlülüjü
  • Böjük Janaqli Sevimli Sincab
  • Dünjanin Ən Uzun Qanadli Quşu - Albatros
  • Bəzək Ustasi Olan Çardaq Quşu
  • Balalari Üçün Juva Qazan Quşlar
  • Ziğ-Ziğ Quşunun Güclü Jaddaşi
  • Hejvanlar Aləminin Zirehli Tanklari
  • Hətta Gecənin Qaranliğinda Da Uça Bilən Köçəri Quşlar
  • Dənizlərin Sanitarlari
  • Səs-Küjlü Circirama
  • Sanitar Quşlar
  • Su Üzərində Gəzən Gölməçə Xizəkçisi
  • Japişqan Vantuz Baliqlari
  • Jerdə Qaçan Qirmizidodaq Baliq
  • Rəngarəng Vağ Quşlari
  • Bir Aj Susuz Jaşaja Bilən Dalğali Tutuquşular
  • Quş Tüklərinin Quruluşu
  • Quşlarin Havada Süzmə Texnikasi
  • Suju Qajçi Kimi Kəsən Su Quşu
  • Reaktiv Mühərrik Kimi Hərəkət Edən Mürəkkəb Baliqlari
  • Vəhşi Boz Qazlar
  • Misilsiz Təhlükəsizlik Sistemi
  • Nəticə