Əlbəttə ki, quşları başqa canlılardan ayıran ən əsas xüsusiyyət onların uça bilməsidir. Heç bir canlının bacarmadığı bu işi quşlar xüsusi quruluşu olan tükləri vasitəsilə edirlər.
Quş tükləri çox yüngüldür, qaldırma gücü var və yenidən asanlıqla əvvəlki vəziyyətinə qayıda bilirlər. Əgər bir quş tükünü mikroskop altında müşahidə etsək, qeyri-adi bir quruluşla rastlaşarıq. Tüklərin ortasında hamımızın bildiyi uzun və sərt bir boru var. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Uzunluğu və yumşaqlığı müxtəlif olan bu tüklər quşa havada sürətlə uçmaq imkanı verir.
Lakin daha maraqlısı odur ki, bu tüklərin də hər birinin üzərində adi gözlə görünməyən daha kiçik "tükcük"lər var. Bu tükcüklərin də üzərində kiçik qarmaqlar var. Bu qarmaqlar sayəsində hər bir tükcük bir-birindən sanki toqqa kimi tutur.
Qarmaqlar bir toqqanın iki tərəfi kimi bir-birinə bərkidilmişdir. Bir-birinə qarmaqlarla bərkidilmiş tükcüklər aralarından hava keçməyəcək qədər sıx yerləşir. Əgər qarmaqlar hər hansı bir formada bir-birindən ayrılsa, quşun silkələnməsi və ya dimdiyi ilə tüklərini düzəltməsi ilə tüklər yenidən əvvəlki vəziyyətə gəlir.
Quşlar həyatlarını davam etdirə bilmək üçün tüklərini daim təmizləməli, onlara qulluq etməli və hər zaman istifadə üçün hazır saxlamalıdır. Tüklərinə qayğı göstərərkən quyruqlarının dibində olan yağ kisələrindən istifadə edirlər. Dimdikləri ilə bu yağdan müəyyən miqdar götürərək tüklərini təmizləyir və parıldadırlar. Bu yağ suda üzən quşlarda suyun içində və ya yağışda suyun dəriyə keçməsinin qarşısını alır.
Bundan əlavə, quşlar tüklərini qabartmaqla soyuq havalarda bədən temperaturlarını sabit saxlayır, isti havada isə tüklərini bədənlərinə yapışdıraraq bədənlərinin sərin qalmasını təmin edirlər.
Bədənin müxtəlif yerlərində olan tüklərin hər birinin öz funksiyası var. Quşun qarın hissəsindəki tüklərlə qanad və quyruq hissəsində olan tüklər müxtəlif xüsusiyyətlərə malikdir. Əsasını böyük tüklərin təşkil etdiyi quyruq tükləri sükan və əyləc funksiyasını yerinə yetirir. Qanad tükləri isə qanad çalma əsnasında açılaraq sahəni genişləndirəcək və yuxarı qaldırmaq gücünü atıracaq quruluşdadır. Quş qanadını aşağıya doğru hərəkət etdirdiyi zaman tüklər bir-birinə yaxınlaşır və havanın keçməsinin qarşısı alınır. Juxarı qaldırdığı zaman isə tüklər tam açılaraq aralarından havanın keçməsinə imkan yaradır. Quşlar uçma qabiliyyətlərini qorumaq üçün müəyyən dövrlərdə tüklərini tökürlər. Funksiyasını artıq yerinə yetirə bilməyən köhnəlmiş və ya qırılmış böyük tüklər sürətlə yenilənir.
Tüklərdə olan bütün bu incə quruluş hər quşda var. Bütün quşların tükləri onların uçmasını təmin edən xüsusiyyətlərə malikdir. Burada göstərilənlər haqqında düşünən və fikir yürüdən bir insan quşlarda olan bütün bu qanunauyğunluqları görəcək və bunun Allaha aid olduğunu da dərhal anlayacaq. Jalnız quşların bu xüsusiyyətini düşünmək Allahın nə qədər böyük bir gücə sahib olduğunu dərk etmək üçün kifayətdir.
Quran ayələrində iman gətirən insanların Allahın yaratdığı canlılar haqqında düşünməsindən və belə dediklərindən bəhs edilir:
"Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir! Həqiqətən göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlillərdir. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünərlər: "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından Özün qoru!"" ("Ali-İmran" surəsi, 189-191).