Qiş Güvəsindəki İsitmə Sistemi

kelebek, çizim

Qış fəsli gələndə dünyanın soyuq bölgələrində yaşayan bir çox həşərat növü soyuq və ya qida çatışmamazlığı səbəbilə məhv olur. Çünki həşəratlar zərif canlılardır, lakin bu mövzuda bəzi istisnalar da var. Məsələn, Kukumav güvələri kəpənəklərə bənzər, ilk baxışda çox zərif görünən canlılardır. Lakin onlar əslində ən çətin qış şəraitində də yaşamağa dözümlü olan bədən quruluşuna malikdir. Buna görə də bu güvələr "qış güvələri" adlandırılır.

Qış güvələrinin də kəpənəklər kimi iki qanadı və bu qanadları birləşdirən bir gövdəsi var. Bu güvə növünün uça bilməsi üçün qanadlarının yerləşdiyi sinə hissəsində 30 dərəcə istilik olmalıdır. Halbuki yaşadıqları yerdə istilik əsasən 0 dərəcə, hətta bundan da aşağıdır. Bəs qış güvələri belə soyuq bir yerdə necə yaşaya bilirlər? Hərəkətsiz olduqları zaman bu canlıların soyuqdan donmasına mane olan, soyuqda uçmalarına imkan verən nədir?

güve, hayvanlar

Bu güvə növü qışda yaşamasını təmin edən xüsusi bir isitmə sistemi ilə birlikdə yaradılıb. Bu sistem bir-birini tamamlayan müxtəlif xüsusiyyətlərdən ibarətdir. Qış güvələri uçmazdan əvvəl ilk cəhdlərində qanadlarına bağlı olan əsas əzələlərini fasiləsiz büküb-açaraq qanadlarını titrədirlər. Qanadlarını sürətlə çırpması həşəratın döş hissəsində istiliyinin artmasını təmin edir. Hərarətin belə artımı nəticəsində döş hissəsinin temperaturu 0 dərəcədən 30 dərəcəyə, hətta daha da yüksək həddə çatır. Bu, güvənin yaşaması üçün lazım olan xüsusiyyətlərdən yalnız biridir. Qış güvəsinin bədəninin istiliyini yüksəltməsi uçuş üçün tam kifayət deyil. Çünki uçuş zamanı bədən temperaturu ilə hava temperaturu arasındakı fərq istiliyin itirilməsinə səbəb olacaq. Bir stəkanın içindəki isti çay bir müddət sonra soyuduğu kimi güvənin bədəni də soyuyacaq. Həmçinin güvənin qanadlarını çırpması lüzumsuz olacaq. Qış güvəsinin uçması, daha doğrusu, yaşaması üçün istiliyi qoruyub saxlaya biləcəyi başqa bir üsula ehtiyacı var. Beləliklə, güvənin bu ehtiyacı da Allahın onun bədənində yaratdığı xüsusi bir quruluşla təmin edilib. Güvələr istilik itkisini azaldan sıx pulcuqlarla əhatə olunub. Alimlərin apardığı tədqiqat nəticəsində məlum olub ki, pulcuqları olmayan güvənin bədəni pulcuqları olan güvəyə nisbətən 2 dəfə tez soyuyur.

Bunlar qış güvələrindəki soyuqdan müdafiə mexanizlərindən bir neçəsidir. Saydığımız xüsusiyyətlər bu güvə növündə onun yarandığı ilk andan etibarən mövcud olmaq məcburiyyətindədir. Əks halda güvə soyuqdan öləcək və nəsli kəsiləcək. Başqa güvə növlərindən fərqli olaraq soyuq bölgələrdə yaşayan güvə növlərində bu xüsusiyyətin təsadüfi olmadığını dərk etmək üçün uzun müddət düşünməyə ehtiyac yoxdur. Allah bu canlıların soyuqda yaşaması üçün gördüyü hər bir tədbirlə Özünü bizlərə tanıdır. Allah bütün canlıların olduğu yeri bildiyini bizə bir ayəsində aşağıdakı kimi bildirir:

"Jer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Bunların hamısı açıq-aşkar kitabdadır" ("Hud" surəsi, 6).

kelebek, hayvan

Canlılardakı belə xüsusiyyətlər Allahın gücünü və yaradıcılıq qabiliyyətini yaxşı dərk etməyimizi, Rəbbimizə olan iman və sevgimizin artmasını təmin edir. Siz də oxuduğunuz bu maraqlı məlumatları başqalarına danışmaqla onların da Allaha olan imanlarını artıra bilərsiniz.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Göjdələnlər Tikən Kor Termitlər
  • Hejvanların Təhlükəsizlik Tədbirləri
  • Qarişqanin Gözlərindəki Kompas
  • Qarişqa İlə Quşun Möcüzəvi İşbirliji
  • Kiçik Mühəndis Quşlar
  • Qiş Güvəsindəki İsitmə Sistemi
  • Alabaliq Jolunu Necə Müəjjən Edir?
  • Baliqlar Suda Necə Jaşajirlar?
  • Tutuquşular Kimjaja Aid Bilikləri Haradan Bilir?
  • Hörümçək Torlarindaki Mühəndis Lajihəsi
  • Maraqli Bir Canli: Nautilus
  • Fizikanin Qanunlarini Bilən Kəpənəklər
  • Gözətçi Naqqa Baliği
  • İşiq Saçan Canlilarin Xüsusijjətlərini Bilirsinizmi?
  • İşiq Verən Sualti Canlilar
  • Tutuquşu Baliğinin Jataq Örtüjü
  • Əqrəb Baliqlarinin Məharətlə Maskalanmasi
  • Dəniz Ajğirlarinin Maraqli Xüsusijjətləri
  • Circirama (İjnəcə) Uçuş Mexanizmi Kimi
  • Gizli Sualti Siğinacaq Olan Mərcanlar
  • Səhradaki Həjat
  • Cejranlarin Xüsusi Sojuducu Sistemi
  • Ağacdələnlərin Dözümlülüjü
  • Böjük Janaqli Sevimli Sincab
  • Dünjanin Ən Uzun Qanadli Quşu - Albatros
  • Bəzək Ustasi Olan Çardaq Quşu
  • Balalari Üçün Juva Qazan Quşlar
  • Ziğ-Ziğ Quşunun Güclü Jaddaşi
  • Hejvanlar Aləminin Zirehli Tanklari
  • Hətta Gecənin Qaranliğinda Da Uça Bilən Köçəri Quşlar
  • Dənizlərin Sanitarlari
  • Səs-Küjlü Circirama
  • Sanitar Quşlar
  • Su Üzərində Gəzən Gölməçə Xizəkçisi
  • Japişqan Vantuz Baliqlari
  • Jerdə Qaçan Qirmizidodaq Baliq
  • Rəngarəng Vağ Quşlari
  • Bir Aj Susuz Jaşaja Bilən Dalğali Tutuquşular
  • Quş Tüklərinin Quruluşu
  • Quşlarin Havada Süzmə Texnikasi
  • Suju Qajçi Kimi Kəsən Su Quşu
  • Reaktiv Mühərrik Kimi Hərəkət Edən Mürəkkəb Baliqlari
  • Vəhşi Boz Qazlar
  • Misilsiz Təhlükəsizlik Sistemi
  • Nəticə