Qarişqanin Gözlərindəki Kompas

karınca, karikatur

Jaşadığımız yerdən başqa bir ölkəyə və ya başqa bir şəhərə gedərkən istiqamətimizi təmin edəcək köməkçilərə ehtiyacımız var. Xüsusilə də getdiyimiz yer heç tanımadığımız bir yerdirsə, mütləq kompasımız və xəritəmiz olmalıdır. Xəritə insanın harada olduğunu, kompas isə hara gedəcəyini göstərir. Biz bunlardan istifadə edərək və məlumatlı insanlarla məsləhətləşərək yolumuzu tapır, azmırıq. Bəs digər canlıların öz səmtini necə tapdıqlarını heç fikirləşmisinizmi? Məsələn, bir çöldə qida axtaran qarışqanın hər dəfə öz yuvasına necə döndüyünü heç fikirləşmisinizmi?

Tunisin Aralıq dənizi sahillərində yaşayan qara səhra qarışqası (yan rəsmdə gördüyünüz) çöldə yuva quran canlılardan biridir. Bu qarışqa növü heç bir kompas və xəritənin köməyi olmadan ucsuz-bucaqsız səhrada səmtini daim səhvsiz təyin edə və yuvasına geri qayıda bilir.

Səhər günəşin çıxması ilə səhrada istilik 70 dərəcəyə qədər yüksəlir. Qarışqa da səhra qumunun belə dəhşətli istisində qida axtarmaq üçün yuvasından çıxır. Juvasından başlayaraq 200 metrlik bir sahədə tez-tez dayanır və olduğu yerdə hərlənərək ziqzaqvari, dolanbac yol salır. Bu yolu xəritədə görə bilərsiniz. Lakin heç də fikirləşməyin ki, qarışqa bu dolanbac yollarda azacaq. Çünki qarışqa qidasını tapdığı zaman düz xətt şəklində bir yolu təqib edərək həmin anda yuvasına geri qayıdır. Qarışqanın səyahətini onun ölçüləri ilə müqayisə etsək, bu, bir insanın səhrada 35-40 km getdikdən sonra çıxdığı nöqtəyə düz yolla geri qayıtmasına bərabərdir. Elə isə bir insan üçün qeyri-mümkün olan bu işi qarışqa necə bacarır?

karınca adımı, karınca yol

1: Qarışqanın yem axtardığı yol; 2: Yuvaya qayıdan yol; 3: Yuva

karınca, kum pusula, yön bulma

Jandakı kiçik qarışqa kompasdan istifadə etmədən səhrada yolunu tapır. Juxarıdakı xəritədə isə bu qarışqanın getdiyi yolu görürsünüz.

Qarışqa ətrafındakı cismlərə baxaraq istiqamət təyin edə bilməz. Həm də səhrada istiqamət üçün ağac, qaya, axar su və ya göl kimi əlamətlər yox deyiləcək qədər azdır. Hər tərəfdə yalnız qum var ki, bunların da olması heç nəyi dəyişmir, çünki qarışqanın bunları yadında saxlayıb, yerini əzbərləyib ondan istiqamət təyin etmək üçün istifadə etməsi qeyri-mümkündür. Belə düşündüyümüz zaman qarışqanın bacardığı işin əhəmiyyəti daha aydın olacaq. Qarışqa bu çətin işi ona verilmiş xüsusi bədən quruluşu sayəsində bacarır.

Qarışqanın gözlərində xüsusi bir səmt təyin edən sistem var. Allahın onun gözlərinə yerləşdirdiyi bu sistem bütün istiqaməti təyin edən vasitələrdən üstündür. Çünki bizim görmədiyimiz bəzi şüaları görə bilən qarışqa bunlardan istifadə etdiyi zaman ətrafına baxıb istiqaməti, şimalı və cənubu müəyyən edə bilir. Bunun sayəsində yuvasının harada olduğunu ehtimal edən heyvan geriyə qayıdarkən heç bir çətinlik çəkmir.

karınca, çizimİşığın xüsusiyyətləri insanlara yaxın dövrdə məlum olub. Lakin qarışqa insanların bilmədiyi işığın xüsusiyyətini dünyaya gəldiyi andan etibarən bilir və ondan istifadə edir. Şübhəsiz ki, bu qarışqa növünün gözləri kimi qüsursuz bir quruluş hər hansı bir təsadüflə izah edilə bilməz. Qarışqa yarandığı ilk dövrdən etibarən bu xüsusiyyətli gözlərə sahib olmalıdır. Joxsa səhranın istisində geri qayıda bilməyəcəyi üçün yaşaması da mümkün olmayacaq. Bütün səhra qarışqaları həyata gəldikləri ilk gündən etibarən hazırki gözlərə malikdir. Bu gözləri onlar üçün üstün elm sahibi olan Allah yaratmışdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Hejvanların Təhlükəsizlik Tədbirləri
  • Qarişqanin Gözlərindəki Kompas
  • Hörümçək Torlarindaki Mühəndis Lajihəsi
  • Maraqli Bir Canli: Nautilus
  • Fizikanin Qanunlarini Bilən Kəpənəklər
  • Gizli Sualti Siğinacaq Olan Mərcanlar
  • Ağacdələnlərin Dözümlülüjü
  • Böjük Janaqli Sevimli Sincab
  • Dünjanin Ən Uzun Qanadli Quşu - Albatros
  • Bəzək Ustasi Olan Çardaq Quşu
  • Hejvanlar Aləminin Zirehli Tanklari
  • Hətta Gecənin Qaranliğinda Da Uça Bilən Köçəri Quşlar
  • Səs-Küjlü Circirama
  • Bir Aj Susuz Jaşaja Bilən Dalğali Tutuquşular
  • Quş Tüklərinin Quruluşu
  • Reaktiv Mühərrik Kimi Hərəkət Edən Mürəkkəb Baliqlari
  • Vəhşi Boz Qazlar
  • Misilsiz Təhlükəsizlik Sistemi
  • Nəticə