Qarişqa İlə Quşun Möcüzəvi İşbirliji

Jaşadığımız hər yerdə səhhətimiz üçün təhlükə yaradan və bizi xəstələndirən mikroblar var. Bu mikroblar bizimlə yanaşı başqa canlılar üçün də təhlükə yaradır. Bu səbəbdən canlılar da bizim kimi özlərini qorumalıdır. Əslində canlıları dərindən öyrəndiyimiz zaman onların mikroblardan qorunmaq üçün bəzi vasitələrdən istifadə etdiyini görürük. Məsələn, qarışqalar özlərini müdafiə etmək üçün tərkibində turşu olan müəyyən maddə hazırlayır. Bu maddə mikrobları zərərsizləşdirir. Sonra da tərkibində turşu olan bu maddəni öz bədənlərinə və yuvalarının divarlarına sürtürlər. Jəni yalnız özlərinin deyil, yaşadıqları yuvanın da mikroblardan təmizlənməli olduğunu yaxşı bilirlər.

karınca, yaprak

Kiçik canlılar olan bu qarışqalar mikrobların onların zərər verəcəyini bilib buna uyğun tədbir görürlər. Müəyyən bir turşu hasil edir və mikrobları zərərsizləşdirirlər. Bütün bunları etməyi qarışqaya ilham edən Allahdır.

Görəsən kiçik bir qarışqa bütün bunları necə düşünür? Şübhəsiz ki, bu, onun ağlının və gücünün çatacağı bir şey deyil. Bir qarışqa mikrobun nə olduğunu bilmədiyi kimi ondan müdafiə olunmaq lazım olduğunu da bilməz. Əgər belə düşünsək, qarışqa əvvəlcə mikrobu öyrənməli, sonra da onu zərərsizləşdirəcək maddəni tapmalıdır. Bəs qarışqa bu maddəni necə müəyyən edə bilir?

Birlikdə düşünək.

İnsanlar bəzi mikroblardan müdafiə olunmaq üçün peyvənd olunur, amma bu peyvəndlər laboratoriyalarda bir çox tədqiqat və sınaqlardan sonra istehsal edilir. Bundan əlavə, bütün bunları mütəxəssislər həyata keçirir. Əks təqdirdə peyvənd heç bir işə yaramaz, hətta zərərli də ola bilər. Qarışqaların isə nə biliyi, nə də bu mövzuda təhsili yoxdur. Onların hər hansı bir laboratoriyada araşdırma aparması da mümkün deyil. Hətta bunu düşünmək də məntiqsizlik olardı. Qarışqaların dünyaya gəldiyi zaman artıq bütün bunları bildiyi hamıya məlumdur.

papağan

Qarışqaya bu məlumatları yüksək bir qüvvə sahibi öyrədir. Aləmlərin Rəbbi və yaradıcısı olan Allah qarışqaya mikroblardan müdafiə olunmağı ilham edir, yəni öyrədir.

Mikroblardan müdafiə olunmalı olan canlılara başqa bir nümunə kimi quşları götürək. Mikroblar quşları da narahat edir, lakin onların bədənində qarışqalarda olduğu kimi qoruyucu maddələr hazırlayan sistem yoxdur. Buna görə də quşlar bu mikrob probleminin fərqli və çox düşünülmüş həllini tapıblar. Onlar qarışqaların yuvasına gedir və yuvanın üzərinə uzanaraq qarışqaların onların tüklərinin arasına girməsini gözləyir. Jemək axtaran qarışqalar quşun tükləri arasında gəzirlər və bu vaxt mikrobları öldürən maddə də quşun tüklərinə bulaşır. Beləliklə, quş bu maddənin köməyi ilə mikroblardan təmizlənir. Bəs quşlar qarışqaların belə bir maddə hazırladığını və bu maddənin onların bədənindəki mikrobları yox etdiyini necə bilirlər?

İnsanlar bir çox araşdırmadan sonra qarışqaların belə bir müdafiə sisteminin olduğunu kəşf etmişlər. Və zooloqlardan savayı bir çox insan bu məlumatdan hələ də xəbərsizdir. Jəqin ki, siz də həmin məlumatı bu kitabı oxuduqdan sonra öyrənmisiniz. Lakin quşlar qarışqaların bu xüsusiyyətini dünyaya gəldikləri andan bilir. Bundan əlavə, bunu onlara öyrədən birisi olmasa da ehtiyac duyduqları zaman qarışqalardan istifadə edərək özlərini mikroblardan təmizləyirlər.

Qarışqanın bədənində hazırlanan bir maddəni quşların tanıması və bundan necə istifadə olunmasını bilməsi bizi yeganə bir həqiqətə aparır. Bu biliyi hər iki canlıya öyrədən Allahdır. Allah hər canlının Onun əmrində olduğunu bir ayədə belə buyurmuşdur:

"...Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!"("Bəqərə" surəsi, 116)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Göjdələnlər Tikən Kor Termitlər
  • Hejvanların Təhlükəsizlik Tədbirləri
  • Qarişqanin Gözlərindəki Kompas
  • Qarişqa İlə Quşun Möcüzəvi İşbirliji
  • Kiçik Mühəndis Quşlar
  • Qiş Güvəsindəki İsitmə Sistemi
  • Alabaliq Jolunu Necə Müəjjən Edir?
  • Baliqlar Suda Necə Jaşajirlar?
  • Tutuquşular Kimjaja Aid Bilikləri Haradan Bilir?
  • Hörümçək Torlarindaki Mühəndis Lajihəsi
  • Maraqli Bir Canli: Nautilus
  • Fizikanin Qanunlarini Bilən Kəpənəklər
  • Gözətçi Naqqa Baliği
  • İşiq Saçan Canlilarin Xüsusijjətlərini Bilirsinizmi?
  • İşiq Verən Sualti Canlilar
  • Tutuquşu Baliğinin Jataq Örtüjü
  • Əqrəb Baliqlarinin Məharətlə Maskalanmasi
  • Dəniz Ajğirlarinin Maraqli Xüsusijjətləri
  • Circirama (İjnəcə) Uçuş Mexanizmi Kimi
  • Gizli Sualti Siğinacaq Olan Mərcanlar
  • Səhradaki Həjat
  • Cejranlarin Xüsusi Sojuducu Sistemi
  • Ağacdələnlərin Dözümlülüjü
  • Böjük Janaqli Sevimli Sincab
  • Dünjanin Ən Uzun Qanadli Quşu - Albatros
  • Bəzək Ustasi Olan Çardaq Quşu
  • Balalari Üçün Juva Qazan Quşlar
  • Ziğ-Ziğ Quşunun Güclü Jaddaşi
  • Hejvanlar Aləminin Zirehli Tanklari
  • Hətta Gecənin Qaranliğinda Da Uça Bilən Köçəri Quşlar
  • Dənizlərin Sanitarlari
  • Səs-Küjlü Circirama
  • Sanitar Quşlar
  • Su Üzərində Gəzən Gölməçə Xizəkçisi
  • Japişqan Vantuz Baliqlari
  • Jerdə Qaçan Qirmizidodaq Baliq
  • Rəngarəng Vağ Quşlari
  • Bir Aj Susuz Jaşaja Bilən Dalğali Tutuquşular
  • Quş Tüklərinin Quruluşu
  • Quşlarin Havada Süzmə Texnikasi
  • Suju Qajçi Kimi Kəsən Su Quşu
  • Reaktiv Mühərrik Kimi Hərəkət Edən Mürəkkəb Baliqlari
  • Vəhşi Boz Qazlar
  • Misilsiz Təhlükəsizlik Sistemi
  • Nəticə