İşiq Saçan Canlilarin Xüsusijjətlərini Bilirsinizmi?

ısıksaçan, ateş

Gecələr ağacların üzərində hərəkət edən işıqları heç görmüsünüzmü? Bəzən bir ağacı az qala örtəcək qədər çox olan bu işıqlar işıldaquşlardır. İşıldaquşlar işıq saçan canlıların ən əsaslarıdır. Gecənin qaranlığında ağacları işıqlandıran işıldaquşlar alimlərin üzərində ən çox tədqiqat apardığı canlılardan biridir. Bunun səbəbini bir az sonra müfəssəl şəkildə izah edəcəyik. Lakin əsasən bu canlıların necə işıq saçmasından bəhs edək.

İşıldaquşlar bədənlərinin içində yaşıl-sarı işıqlar istehsal edirlər. İşıq işıldaquşlar üçün bir rabitə, xəbərləşmə vasitəsidir. Onlar saçdıqları işıqlarla ya bir-birinə cütləşmə mesajı verir, ya da düşmənlərinə qarşı müdafiə olunmağın vacibliyini bildirirlər. Düşmənləri işıldaquşların dadının pis olduğunu işıqlardan bilir və onları yeməkdən imtina edirlər.

Bu böcəklərin ən əsas xüsusiyyətləri isə işıqdan daha çox səmərə əldə etməsi və demək olar ki, enerji itirməməsidir. İşıldaquşlar bu xüsusiyyətlərinə görə illərlə alimlər üçün araşdırma mövzusu olub. Lakin bütün araşdırma və çalışmalara baxmayaraq insanlar hələ də işıldaquşların saçdığı kimi səmərəli bir işıq kəşf edə bilməyiblər.

Bir canlının işıq saça bilməsi, eyni zamanda da bu işığın onlara heç bir təsir etməməsi heyrətamiz məsələdir. Bunun səbəbini belə izah edə bilərik. Janan lampaların işıqla birlikdə istilik də verdiyini sizlər də hiss etmisiniz. Məsələn, bir elektrik lampasına əl vursanız, əlinizin yandığını hiss edəcəksiniz. Bu halda ağlınıza işıldaquşların bu istilikdən niyə ziyan görməməsi kimi bir sual gələ bilər. Təəccblü olan da elə budur. İşıq saçan canlılar özlərinin saçdığı işıqdan heç bir ziyan görmürlər. Çünki canlıların saçdığı işıq bizim işıqlandırmaq üçün istifadə etdiyimiz işıqdan tamamilə fərqlidir. Bu işığa soyuq işıq deyilir və bu cür işıq istehsalı zamanı ətrafa istilik verilmir. Buna görə də belə hasil olan işıq çox səmərəlidir. Alimlər bu işıq növünü təqlid etmək üçün illərdir ki, çalışır.

ateş böceği, mantar

Alimlər neçə illərdir işıldaquşların saçdığı işığı təqlid etmək üçün çalışır, lakin buna müvəffəq ola bilmirlər. Bu hal bizə Allahın işıldaquşları qüsursuz şəkildə yaratdığını göstərən dəlillərdən biridir.

İşıldaquşlarla yanaşı dənizdə yaşayan müxtəlif canlılar, böcəklər və başqa bir çox canlı növü də saçdıqları işığı özləri hasil edirlər. Hər bir işığın hasil olma forması, istifadə sahələri, müddəti və hasil edilən işığın cinsi kimi xüsusiyyətləri çox fərqlidir. Və bunların hər biri möcüzədir.

Bu canlılara işıq hasil edə biləcək sistemi verən, bu sistemlərin daimi olmasını təmin edən isə əlbəttə ki, canlıların özləri deyil. Təsadüflər nəticəsində işıq əmələ gətirən bir sistemin canlının bədənində meydana gəlməsi mümkün deyil. Bundan əlavə, özündən işıq verən canlıya heç bir zərərin dəyməməsi kimi mükəmməl bir quruluşun ortaya çıxması da mümkün deyil. İşıq saçan bütün canlılar Allahın yüksək səviyyədə yaratmasının dəlillərindəndir. Allah sonsuz elm, ağıl və qüdrətinin dəlillərini bizə yaratdığı canlılar vasitəsilə göstərir. Eyni zamanda bütün bunlar Rəbbimizin diləməsindən savayı insanların nə qədər çalışsa da təbiətdəki qüsursuz mexanizmləri yaratmağa güclərinin yetməyəcəyini xatırladır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Göjdələnlər Tikən Kor Termitlər
  • Hejvanların Təhlükəsizlik Tədbirləri
  • Qarişqanin Gözlərindəki Kompas
  • Qarişqa İlə Quşun Möcüzəvi İşbirliji
  • Kiçik Mühəndis Quşlar
  • Qiş Güvəsindəki İsitmə Sistemi
  • Alabaliq Jolunu Necə Müəjjən Edir?
  • Baliqlar Suda Necə Jaşajirlar?
  • Tutuquşular Kimjaja Aid Bilikləri Haradan Bilir?
  • Hörümçək Torlarindaki Mühəndis Lajihəsi
  • Maraqli Bir Canli: Nautilus
  • Fizikanin Qanunlarini Bilən Kəpənəklər
  • Gözətçi Naqqa Baliği
  • İşiq Saçan Canlilarin Xüsusijjətlərini Bilirsinizmi?
  • İşiq Verən Sualti Canlilar
  • Tutuquşu Baliğinin Jataq Örtüjü
  • Əqrəb Baliqlarinin Məharətlə Maskalanmasi
  • Dəniz Ajğirlarinin Maraqli Xüsusijjətləri
  • Circirama (İjnəcə) Uçuş Mexanizmi Kimi
  • Gizli Sualti Siğinacaq Olan Mərcanlar
  • Səhradaki Həjat
  • Cejranlarin Xüsusi Sojuducu Sistemi
  • Ağacdələnlərin Dözümlülüjü
  • Böjük Janaqli Sevimli Sincab
  • Dünjanin Ən Uzun Qanadli Quşu - Albatros
  • Bəzək Ustasi Olan Çardaq Quşu
  • Balalari Üçün Juva Qazan Quşlar
  • Ziğ-Ziğ Quşunun Güclü Jaddaşi
  • Hejvanlar Aləminin Zirehli Tanklari
  • Hətta Gecənin Qaranliğinda Da Uça Bilən Köçəri Quşlar
  • Dənizlərin Sanitarlari
  • Səs-Küjlü Circirama
  • Sanitar Quşlar
  • Su Üzərində Gəzən Gölməçə Xizəkçisi
  • Japişqan Vantuz Baliqlari
  • Jerdə Qaçan Qirmizidodaq Baliq
  • Rəngarəng Vağ Quşlari
  • Bir Aj Susuz Jaşaja Bilən Dalğali Tutuquşular
  • Quş Tüklərinin Quruluşu
  • Quşlarin Havada Süzmə Texnikasi
  • Suju Qajçi Kimi Kəsən Su Quşu
  • Reaktiv Mühərrik Kimi Hərəkət Edən Mürəkkəb Baliqlari
  • Vəhşi Boz Qazlar
  • Misilsiz Təhlükəsizlik Sistemi
  • Nəticə