Hejvanların Təhlükəsizlik Tədbirləri

Allahın təbiətdə yaratdığı möcüzələrdən biri də canlıların özlərini qorumaq üçün gördüyü təhlükəsizlik tədbirləridir. Bəzi canlılar onlara qarşı olacaq zərərləri əvvəlcədən dəqiq hiss edib müxtəlif qorunma vasitələri tətbiq etmə qabiliyyətinə malikdir. Məsələn, bir az əvvəl haqqında danışdığımız termitlər yuvalarının divarlarını uçurulmayacaq qədər qalın və sərt hazırlayırlar. Toxucu quşlar isə yuvalarının girişini əsas düşmənləri olan ilanların içəri girməsinə mane olacaq formada tikirlər. Bəzi hörümçəklər də yuvalarının içində müxtəlif hücrələr tikir və içəri girən digər həşəratları bu otaqcıqlarda həbs edirlər.

Arıların yuvası da xüsusi bir müdafiə sistemi ilə qorunur. Pətəyin keşiyini çəkmək vəzifəsini daşıyan arılar pətəyə öz koloniyalarının üzvlərindən başqa heç kimi buraxmırlar. Keşikçi arı öz yerini tərk etdiyi zaman isə başqa bir işçi arı gəlir və pətəyin qapısındakı növbəni təhvil alır. Bundan əlavə, keşikçi arılar bu müdafiə üsulunu öz canları bahasına həyata keçirirlər.

dokumacı kuş, yuva

Şəkillərdə gördüyünüz quşlar düşmənlərinin içəri girməsinin qarşısını alan yuvalar qurur.

Qunduzlar da yuvalarını suyun altında qurur. Bu yuvalara girmək üçün yalnız yuvanı quran qunduzun bildiyi gizli bir tuneldən keçmək lazımdır. Tunelin sonunda qunduzların balaları ilə birgə yaşadığı gizli bir otaq yerləşir.

Hətta göstərdiyimiz bir neçə nümunə də canlıların nə qədər ağıllı hərəkətlər etdiyini, müdafiə olunmaq üçün necə ağıllı vasitələrdən yararlandığını dərk etməyimiz üçün kifayətdir. Bundan başqa, əgər diqqət etdinizsə, düşmənlər müxtəlif cinsli canlılar da ola bilər. Buna baxmayaraq bütün canlılar öz düşmənlərini yaxşı tanıyır və onlara mane ola biləcək şəkildə təhlükəsizlik tədbirləri görürlər. Bir termitin və ya bir quşun - şüurlu olmasa da - başqa canlının xüsusiyyətlərini bilməsi çox təəccüblüdür.

bal arısı, kovan

Bunu daha yaxşı dərk etmək üçün özünüzü düşünün. Heç tanımadığınız, əvvəllər heç görmədiyiniz bir heyvanın hansı xüsusiyyətlərə malik olduğunu baxar-baxmaz bilərsinizmi? Onun nə yediyini, necə ov etdiyini, nədən qorxduğunu bilirsinizmi? Əlbəttə ki, yox. Bunları bilmək üçün ya gərək bir kitabı açıb onun haqqında məlumatları oxuyasınız, ya da bir insan sizə bu canlının xüsusiyyətlərindən danışsın. Əgər belədirsə, onda heyvanlar başqa canlılar haqqında necə məlumat əldə edirlər? Əvvəlcə düşmənlərinin hansı heyvan olduğunu təyin edib onun davranışı və ov üsulları haqqında araşdırma apara bilərlərmi? Sonra da buna əsasən necə cavab verəcəklərini düşünə bilərlərmi? Əlbəttə ki, bunu edə bilməzlər. Heç bir heyvan araşdırma aparmaq üçün lazım olan ağıl və qabiliyyətə malik deyil. Heyvanların öz düşmənləri haqqında təsadüfən məlumata sahib olduqlarını düşünmək də məntiqsiz və ağılsız iş olardı. Çünki ilk sınaqlarında müvəffəqiyyətsiz olmaları bu canlılar üçün ölüm deməkdir.

kunduz, baraj

Qunduzlar öz çəkdikləri xüsusi bir bəndlə suyun qarşısını kəsərək mükəmməl bir yuva qurular.

Heyvanların istifadə etdiyi təhlükəsizlik sistemlərini ən mükəmməl şəkildə təyin edən və onlara zəruri olanları etdirən şübhəsiz ki, Allahdır. Jalnız ətrafımıza baxıb gördüyümüz canlılar deyil, hətta bütün dünyada yaşayan canlıların eyni ağıllı davranışları da bizə Rəbbimizin sonsuz ağıl və güc sahibi olduğunu isbat edir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Göjdələnlər Tikən Kor Termitlər
  • Hejvanların Təhlükəsizlik Tədbirləri
  • Qarişqanin Gözlərindəki Kompas
  • Qarişqa İlə Quşun Möcüzəvi İşbirliji
  • Kiçik Mühəndis Quşlar
  • Qiş Güvəsindəki İsitmə Sistemi
  • Alabaliq Jolunu Necə Müəjjən Edir?
  • Baliqlar Suda Necə Jaşajirlar?
  • Tutuquşular Kimjaja Aid Bilikləri Haradan Bilir?
  • Hörümçək Torlarindaki Mühəndis Lajihəsi
  • Maraqli Bir Canli: Nautilus
  • Fizikanin Qanunlarini Bilən Kəpənəklər
  • Gözətçi Naqqa Baliği
  • İşiq Saçan Canlilarin Xüsusijjətlərini Bilirsinizmi?
  • İşiq Verən Sualti Canlilar
  • Tutuquşu Baliğinin Jataq Örtüjü
  • Əqrəb Baliqlarinin Məharətlə Maskalanmasi
  • Dəniz Ajğirlarinin Maraqli Xüsusijjətləri
  • Circirama (İjnəcə) Uçuş Mexanizmi Kimi
  • Gizli Sualti Siğinacaq Olan Mərcanlar
  • Səhradaki Həjat
  • Cejranlarin Xüsusi Sojuducu Sistemi
  • Ağacdələnlərin Dözümlülüjü
  • Böjük Janaqli Sevimli Sincab
  • Dünjanin Ən Uzun Qanadli Quşu - Albatros
  • Bəzək Ustasi Olan Çardaq Quşu
  • Balalari Üçün Juva Qazan Quşlar
  • Ziğ-Ziğ Quşunun Güclü Jaddaşi
  • Hejvanlar Aləminin Zirehli Tanklari
  • Hətta Gecənin Qaranliğinda Da Uça Bilən Köçəri Quşlar
  • Dənizlərin Sanitarlari
  • Səs-Küjlü Circirama
  • Sanitar Quşlar
  • Su Üzərində Gəzən Gölməçə Xizəkçisi
  • Japişqan Vantuz Baliqlari
  • Jerdə Qaçan Qirmizidodaq Baliq
  • Rəngarəng Vağ Quşlari
  • Bir Aj Susuz Jaşaja Bilən Dalğali Tutuquşular
  • Quş Tüklərinin Quruluşu
  • Quşlarin Havada Süzmə Texnikasi
  • Suju Qajçi Kimi Kəsən Su Quşu
  • Reaktiv Mühərrik Kimi Hərəkət Edən Mürəkkəb Baliqlari
  • Vəhşi Boz Qazlar
  • Misilsiz Təhlükəsizlik Sistemi
  • Nəticə