Cənubi Amerikada yaşayan və "armadil" adlanan bu canlılar bütün bədənlərini örtən zirehləri ilə çox maraqlı bir görünüşə malikdir. Böcəklərlə qidalanan bu canlılar qidalarını əsasən torpağı qazaraq axtarırlar. Armadillər çox yüksək qoxubilmə hissiyyatına malikdir. Qidanın qoxusunu dərhal hiss edən armadil burnunu torpağa dayayaraq onu elə həyəcanla qazır ki, sanki iyi itirməkdən qorxur. Armadilləri bu vəziyyətdə görənlər heyvanın necə nəfəs aldığına təəccüb edə bilər. Halbuki armadillər bu vəziyyətdə nəfəs almırlar. Çünki onlar altı dəqiqəyə yaxın nəfəslərini saxlama qabiliyyətinə malikdir. Bu isə torpağı qazdıqları zaman boğulmalarının qarşısını alır.
Allahın onlara verdiyi nəfəslərini uzun müddət saxlaya bilmək qabiliyyəti sayəsində armadillər torpağı qazıb qida tapırlar. Bu nümunə bizə Allahın canlılar üzərindəki şəfqət və mərhəmətini göstərir. Allah bir ayəsində Özünü bizə belə tanıdır:
"Həqiqətən Rəbbin yenilməz qüvvə və mərhəmət sahibidir!"("Şüəra" surəsi, 9)