Göjdələnlər Tikən Kor Termitlər

Termitlər qarışqa kimi kiçik böcəklərdir, amma buna baxmayaraq onlar çox bacarıqlıdır. Məsələn, şəkillərdə gördüyünüz qülləyəbənzər hündür yuvaları bu kiçik canlılar hazırlamışlar. Xarici görünüşünə baxarkən heç də zənn etməyin ki, bu yuvalar sadədir. Çünki termitlər yuvalarını eyni layihə əsasında hazırlayırlar. Burada bala termitlər üçün xüsusi otaqlar, mantar hazırlayan hücrələr, ana termitin otağı və s. otaqlar var. Ən əsas cəhət isə termit yuvalarında havanı dəyişmək üçün xüsusi bir ventilyasiya sisteminin olmasıdır. Termitlərin dərisi çox incə olduğu üçün onların rütubətli havaya ehtiyacı var. Buna görə onlar yuvanın içindəki hərarəti və rütubəti müəyyən bir tarazlıqda saxlamalıdır. Əks halda ölə bilərlər. Termitlər havanı yuvanın içində xüsusi kanallarla dövr etdirərək və yer altında qazdıqları tunellərdən gələn sudan istifadə edərək hərarəti və rütubəti tənzimləyirlər.

Bunun nə qədər çətin bir proses olmasına, termitlərin bütün bunları hazırlamaq üçün bir çox şeyi eyni vaxtda düşünərək çox planlı şəkildə hərəkət etməsinə diqqət yetirdiniz, elə deyilmi? Bundan əlavə, burada sizlərə çatdırdıqlarımız termitlərin gördüyü bir çox işin yalnız kiçik bir hissəsidir.

termit yuvası, hayvanlar

Termitlərin xüsusiyyətlərindən biri də uzunluğu bəzən 7 metrə çatan yuvalarını çox yaxşı qorumalarıdır. Juvanın divarlarında bir dəlik açıldığı anda həyəcan siqnalı verilir. Keşikçilər başlarını divarlara vuraraq təhlükə yarandığını xəbər verir və vəziyyəti koloniyanın bütün üzvlərinə bildirirlər. Bundan sonra sürfələr qorunur və yuvanın daha təhlükəsiz yerlərinə aparılır. Ata və ana termitin olduğu otağın girişləri də sürətlə divarlarla örtülür. Uçulan hissə həmin anda "hərbçi" termitlər tərəfindən əhatə olunur. Divarın təmiri üçün lazım olan materialı daşıyan işçilər onları izləyir. Bir neçə saat ərzində uçulmuş hissənin üzəri bir yığınla örtülür. Sonra isə içindəki hissələri bərpa etməyə başlayırlar. Termitlər çox planlı bir şəkildə hərəkət edir və heç bir qarışıqlıq yaratmadan hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirir.

Həmçinin termitlərin çox qısa müddət ərzində bu işləri görə bilməsindən bizə aydın olur ki, onların aralarında mükəmməl bir əlaqə var. Lakin termitlərlə bağlı daha heyrətamiz bir məlumat da var: bütün bu nizam-intizamı yaradan, göydələnə bənzər yuvalar tikən, yuvalarını qorumaq üçün təhlükəsizlik tədbirləri görən termitlər əslində KOR CANLILARDIR.

Onlar bütün bu işləri yerinə yetirərkən heç bir şey görmürlər. Bəs bu canlıların bu qədər bacarıqlı olmasının və plan qurmasının səbəbi nədir?

Təkamülçülər məhz bu tipli suallara "təsadüfən" cavabını verir. Lakin bu, səhv bir cavabdır. Çünki termitlərin yuvalarındakı sistemin təkcə bir hissəsi, məsələn, onların qurduğu ventilyasiya kanalları belə bir sistemin təsadüfən meydana gəlmədiyini təsdiq etmək üçün bizə kifayətdir. Əlbəttə, kor termitlər yuvadakı mükəmməl nizam-intizamı və bütün işlərin heç bir qarışıqlıq olmadan həyata keçirilməsini öz-özünə təmin edə bilməzlər. Hansı işləri görəcəkləri onlara öyrədilir.

Allah Quran ayələrində belə məsələlər haqqında düşünməyimiz üçün bəzi heyvanlardan nümunələr vermişdir. Məsələn, "Nəhl" surəsindəki bal arısı nümunə göstərilir. Bundan əlavə, bizim üçün bal hazırlayan arılara nə edəcəklərini Rəbbimizin öyrətməsi ayədə bildirilir. Ayələr aşağıdakı kimidir:

"Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə (evlərin damında, üzümlüklərdə) özünə yuva tik; sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yola rahat, asanlıqla get! O arıların qarınlarından insanlar üçün şəfa olan mütəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!"("Nəhl" Surəsi, 68-69)

Ayədə nümunə olaraq verilən arılar kimi termitlər də Allahın onlara öyrətdiyi, yəni vəhy etdiyi kimi yaşayırlar. Hətta qarşılarını da görməyən bu canlıların arasında qüsursuz bir əlaqə yaradan, onlara nələr edəcəklərini öyrədən, yuvadakı milyonlarla termitin hər birinin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini təmin edən Rəbbimizdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Göjdələnlər Tikən Kor Termitlər
  • Hejvanların Təhlükəsizlik Tədbirləri
  • Qarişqanin Gözlərindəki Kompas
  • Qarişqa İlə Quşun Möcüzəvi İşbirliji
  • Kiçik Mühəndis Quşlar
  • Qiş Güvəsindəki İsitmə Sistemi
  • Alabaliq Jolunu Necə Müəjjən Edir?
  • Baliqlar Suda Necə Jaşajirlar?
  • Tutuquşular Kimjaja Aid Bilikləri Haradan Bilir?
  • Hörümçək Torlarindaki Mühəndis Lajihəsi
  • Maraqli Bir Canli: Nautilus
  • Fizikanin Qanunlarini Bilən Kəpənəklər
  • Gözətçi Naqqa Baliği
  • İşiq Saçan Canlilarin Xüsusijjətlərini Bilirsinizmi?
  • İşiq Verən Sualti Canlilar
  • Tutuquşu Baliğinin Jataq Örtüjü
  • Əqrəb Baliqlarinin Məharətlə Maskalanmasi
  • Dəniz Ajğirlarinin Maraqli Xüsusijjətləri
  • Circirama (İjnəcə) Uçuş Mexanizmi Kimi
  • Gizli Sualti Siğinacaq Olan Mərcanlar
  • Səhradaki Həjat
  • Cejranlarin Xüsusi Sojuducu Sistemi
  • Ağacdələnlərin Dözümlülüjü
  • Böjük Janaqli Sevimli Sincab
  • Dünjanin Ən Uzun Qanadli Quşu - Albatros
  • Bəzək Ustasi Olan Çardaq Quşu
  • Balalari Üçün Juva Qazan Quşlar
  • Ziğ-Ziğ Quşunun Güclü Jaddaşi
  • Hejvanlar Aləminin Zirehli Tanklari
  • Hətta Gecənin Qaranliğinda Da Uça Bilən Köçəri Quşlar
  • Dənizlərin Sanitarlari
  • Səs-Küjlü Circirama
  • Sanitar Quşlar
  • Su Üzərində Gəzən Gölməçə Xizəkçisi
  • Japişqan Vantuz Baliqlari
  • Jerdə Qaçan Qirmizidodaq Baliq
  • Rəngarəng Vağ Quşlari
  • Bir Aj Susuz Jaşaja Bilən Dalğali Tutuquşular
  • Quş Tüklərinin Quruluşu
  • Quşlarin Havada Süzmə Texnikasi
  • Suju Qajçi Kimi Kəsən Su Quşu
  • Reaktiv Mühərrik Kimi Hərəkət Edən Mürəkkəb Baliqlari
  • Vəhşi Boz Qazlar
  • Misilsiz Təhlükəsizlik Sistemi
  • Nəticə