Gizli Sualti Siğinacaq Olan Mərcanlar

denizaltı, muhteşem

Mərcanları ilk dəfə gördüyünüz zaman onları rəngli daş yığını zənn edə bilərsiniz. Lakin bu, yanlış bir ehtimaldır. Çünki mərcanlar canlıdır. Milyardlarla mərcan bir yerdə yaşayır, xüsusi ifrazat maddələri ilə bir-birinə birləşir və bu daş görünüşlü quruluşu meydana gətirir.

Mərcanlar öldükdən sonra qalıqları daşlaşır və bu qalıqlar müəyyən müddət ərzində bir çox canlının birlikdə yaşadığı mərcan yuvalarına çevrilir. Burada yaşayan balıqların özünə xas xüsusiyyətləri var. Məsələn, mələk balığı kimi gündüzlər ov edən balıqlar Günəş batdıqdan sonra mərcan riflərindəki gizli yerlərdə və yarıqların içində gizlənirlər.

Mərcanlarda yaşayan balıqların əsas davranışı da bir-birindən fərqlənir. Məsələn, bir az əvvəl haqqında danışdığımız tutuquşu balığı kimi bəzi balıqlar gecələr yataq örtüyü içində dərin bir yuxuya dalırlar. Tikanlı balıq kimi bəzi növlər isə yarıoyaq şəkildə dincəlirlər. Keçi balığı və digər bəzi balıqlar gündüz çox parlaq rənglərdən istifadə edir, gecələr isə adətən bu balıqların dərisi dəyişir, rəngləri daha solğun olur.

Süngərlər, mərcanlar və kürü tökən bəzi balıqlar da ölü mərcan qalıqlarında yaşayan canlılardır. Bundan başqa, kiçik yengəclər və krevetlər də mikroskopik bitkilərlə, heyvanlarla qidalanmaq üçün mərcan qayalarına doğru gedir. Mərcan qayalarında yaşayan köpək balıqları və müren balıqları isə qaranlıqda qida tapmaq üçün çox güclü olan qoxu orqanlarından istifadə edirlər.

mercan kayalıkları, doğal güzellik

Allahın su altında yaratdığı müxtəlif canlılar, Onun bu canlıları örnəksiz yaratması, ecazkar xüsusiyyətləri bizə Rəbbimizin çox yüksək yaradıcılıq qabiliyyətini və qüsursuz elmini tanıdır. "Nəhl" surəsindəki ayələrdə Allah yaratdığı canlılardan bəzi örnəklər verir. Bundan başqa, insanların bütün bunlara şükr etməli olduğu belə bildirir:

"Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Allahın nemətindən sizin ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə şükr edəsiniz" ("Nəhl" surəsi, 13-14)

denizatı, çizim

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Göjdələnlər Tikən Kor Termitlər
  • Hejvanların Təhlükəsizlik Tədbirləri
  • Qarişqanin Gözlərindəki Kompas
  • Qarişqa İlə Quşun Möcüzəvi İşbirliji
  • Kiçik Mühəndis Quşlar
  • Qiş Güvəsindəki İsitmə Sistemi
  • Alabaliq Jolunu Necə Müəjjən Edir?
  • Baliqlar Suda Necə Jaşajirlar?
  • Tutuquşular Kimjaja Aid Bilikləri Haradan Bilir?
  • Hörümçək Torlarindaki Mühəndis Lajihəsi
  • Maraqli Bir Canli: Nautilus
  • Fizikanin Qanunlarini Bilən Kəpənəklər
  • Gözətçi Naqqa Baliği
  • İşiq Saçan Canlilarin Xüsusijjətlərini Bilirsinizmi?
  • İşiq Verən Sualti Canlilar
  • Tutuquşu Baliğinin Jataq Örtüjü
  • Əqrəb Baliqlarinin Məharətlə Maskalanmasi
  • Dəniz Ajğirlarinin Maraqli Xüsusijjətləri
  • Circirama (İjnəcə) Uçuş Mexanizmi Kimi
  • Gizli Sualti Siğinacaq Olan Mərcanlar
  • Səhradaki Həjat
  • Cejranlarin Xüsusi Sojuducu Sistemi
  • Ağacdələnlərin Dözümlülüjü
  • Böjük Janaqli Sevimli Sincab
  • Dünjanin Ən Uzun Qanadli Quşu - Albatros
  • Bəzək Ustasi Olan Çardaq Quşu
  • Balalari Üçün Juva Qazan Quşlar
  • Ziğ-Ziğ Quşunun Güclü Jaddaşi
  • Hejvanlar Aləminin Zirehli Tanklari
  • Hətta Gecənin Qaranliğinda Da Uça Bilən Köçəri Quşlar
  • Dənizlərin Sanitarlari
  • Səs-Küjlü Circirama
  • Sanitar Quşlar
  • Su Üzərində Gəzən Gölməçə Xizəkçisi
  • Japişqan Vantuz Baliqlari
  • Jerdə Qaçan Qirmizidodaq Baliq
  • Rəngarəng Vağ Quşlari
  • Bir Aj Susuz Jaşaja Bilən Dalğali Tutuquşular
  • Quş Tüklərinin Quruluşu
  • Quşlarin Havada Süzmə Texnikasi
  • Suju Qajçi Kimi Kəsən Su Quşu
  • Reaktiv Mühərrik Kimi Hərəkət Edən Mürəkkəb Baliqlari
  • Vəhşi Boz Qazlar
  • Misilsiz Təhlükəsizlik Sistemi
  • Nəticə