Kəpənəklərin bəzəkli xarici görünüşü hər kəsin çox xoşuna gəlir. Rəngli qanadları, zərif uçuşları ilə təbii bir gözəllik olan bu canlılar Allahın bizim üçün yaratdığı gözəlliklərdən biridir. Əlbəttə ki, kəpənəklərin xüsusiyyətləri yalnız bəzəkli olmalarından ibarət deyil. Olduqca qısa ömür sürmələrinə baxmayaraq bu canlılar bəzən bir mütəxəssis kimi hesablama aparır. Məsələn, uçmaq üçün - daha əvvəl də güvələrlə bağlı qeyd etdiyimiz kimi - kəpənəklərin bədəni müəyyən bir temperaturda olmalıdır. Bunun üçün kəpənəklərin nələr etdiklərini birlikdə təhlil edək.
Colias kəpənəyi adlandırılan bir növ bədən temperaturu 28 dərəcədən aşağı olsa, uça bilməz. Belə halda kəpənək dərhal qanadlarını açır və arxası Günəşə doğru, şüaları şaquli alacaq şəkildə dayanır. Kəpənək kifayət qədər isinib bədən temperaturunu 40 dərəcəyə çatdıranda öz ətrafında 90 dərəcə dönür. Beləliklə, Günəş şüalarını üfüqi formada da alır. Bu hərəkətlə Günəş şüalarını isidici təsiri minimuma endirilir. Həmçinin kəpənəyin bədən temperaturu enməyə başlayır.
Bundan başqa, bu cins kəpənəklərin qanadlarında kiçik qara ləkələr olur. Bu ləkələr də temperaturu kəpənəyin bədənində toplamaq funksiyasını daşıyır. Lakin bu ləkələr də təsadüfi yerlərdə deyil. Bunlar bədənin isinməyə ən çox ehtiyacı olan hissələrdə yerləşdirilib. Bu quruluş sayəsində qanadlardakı tez isinən kiçik ləkələrdən başqa hissələrə istiliyin nəqli asanlaşır. Çünki istiliyi ötürmək üçün lazım olan məsafə qısalmışdır.
Başqa bir kəpənək cinsi də bədəninin temperaturunu artırmaq üçün buna bənzər üsuldan istifadə edir. Linzalar haqqında hamınızın məlumatı var. Onların bəzilərindən cisimləri böyütmək, digərlərindən isə kiçiltmək üçün istifadə olunur. Məsələn, eynək şüşələri bir linzadır. Günəş işığının qarşısına tutulan linza isə istiliyi müəyyən bir nöqtədə toplaya bilir. Hətta bu üsulla od yandırmaq da mümkündür. Pieris növündən olan kəpənək isə qanadlarını elə bir vəziyyətdə saxlayır ki, eynilə linza kimi bütün şüaları bədəninin ən çox isinməsi lazım olan yerlərində toplaya bilir.
Renkli kanatları, zarif uçuşları ile canlı birer süs gibi olan kelebekler, kanatlarını birer mercek gibi kullanırlar. Şüphesiz kelebekler, Allah'ın bizim için yarattığı güzelliklerden biridir. |
Şübhəsiz ki, bu kəpənəklər həyatlarının heç bir dövründə fizika və başqa mövzularda təhsil almamışlar. Linzanın xüsusiyyətlərini də bilmirlər. Günəş şüalarının hansı vəziyyətdə daha artıq alınmasından da xəbərsizdirlər. Kəpənəklərə ən əlverişli şəkildə isinmək üçün nələri edəcəklərini ilham edən, hər şeyi qoruyan və nəzarət edən Allahdır. Allah bir ayədə belə buyurur:
"...Allah hər şeyə nəzarət edəndir" ("Əhzab" surəsi, 52)