Erkək dəniz atı və balaları
Dəniz ayğırlarını televizorda və ya kitablarda görə bilərsiniz. Onların ata bənzəyən qeyri-adi xarici görünüşü və yırğalanaraq hərəkət etməsi yəqin ki, sizin də diqqətinizi çəkmişdir. Bəs bu canlıların təsəvvür ediləndən də kiçik olduqlarını bilirdinizmi? Dəniz ayğırlarının boyu 4-30 sm arasında olur və onlar əsasən dəniz sahillərində, yosun və bitkilərin arasında yaşayırlar. Bədənlərini örtən sümüyəbənzər zireh bu heyvanları təhlükədən qoruyur. Bu zireh o qədər möhkəmdir ki, hətta ölmüş quru bir dəniz ayğırının zirehini qırmaq mümkün deyil.
Dəniz ayğırının başı bədəninə düz bucaq altında birləşir. Başqa heç bir balıqda belə xüsusiyyət yoxdur. Buna görə də dəniz ayğırları suda bədənləri düz (şaquli) vəziyyətdə olmaq şərtilə üzür və onlar başlarını yuxarı və aşağı hərəkət etdirə bilirlər. Lakin başlarını sağa-sola hərəkət etdirmirlər. İndi isə birlikdə düşünək. Bu xüsusiyyət başqa canlılarda olsa, başlarını sağa-sola çevirə bilmədiklərinə görə onlar üçün təhlükə yarana bilər. Lakin dəniz ayğırları belə bir bədən quruluşu sayəsində heç bir problemlə üzləşmirlər. Dəniz ayğırlarının gözləri bir-birindən ayrı, hər tərəfə sərbəst hərəkət edə biləcək və döndüyü zaman hər tərəfi görə biləcək şəkildə yaradılmışdır. Bu səbəbdən başlarını sağa-sola çevirə bilməsələr də ətraflarını rahat görürlər.
Bu canlının sudakı hərəkətləri də diqqəti cəlb edir və onların üzməsi də xüsusi bir sistem sayəsində baş verir. Dəniz ayğırlarının üzmə kisələri var və bu kisədə olan havanın miqdarını dəyişməklə suda enib-qalxırlar. Əgər bu hava kisəsi zərər görərsə və ya az da olsa qaz itirərsə, dəniz ayğırı dənizin dibinə çökər. Bu vəziyyət isə dəniz ayğırı üçün ölüm deməkdir. Burada diqqəti çəkən bir məqam da var. Üzmə kisəsindəki havanın miqdarı çox həssas şəkildə müəyyən edilib. Beləliklə, hər hansı bir dəyişiklik heyvanın ölümünə səbəb ola bilər.
Sahip oldukları koruyucu kemiksi zırh denizatını tehlikelerden korur. Bu zırh o kadar sağlamdır ki, kurumuş ölü bir denizatını elinizle kırmanız neredeyse imkansızdır. |
Bu həssas planın bizə göstərdiyi həqiqət isə çox mühümdür. Əgər dəniz ayğırları bu həssas planla yaşaya bilirsə, bu hal onların ilk yarandıqları zaman eyni xüsusiyyətlərə malik olduğunu göstərir. Jəni dəniz ayğırları təkamülçülərin iddia etdiyi kimi, bu xüsusiyyətləri müəyyən müddət ərzində qazanmayıblar. Onlar bütün xüsusiyyətləri ilə birlikdə, bir anda yoxdan yaradılıblar. Kainatdakı hər bir canlı kimi dəniz ayğırlarını da bütün xüsusiyyətləri ilə birlikdə qüsursuz şəkildə Allah yaratmışdır.
Su altında yaşayan canlı növlərindən yalnız biri olan dəniz ayğırlarındakı planlı yaradılış Allahın sonsuz gücünün, sonsuz elminin göstəricisidir.