Circirama (İjnəcə) Uçuş Mexanizmi Kimi

yusufcuk, uçuş

Cırcıramanı (iynəcəni) su olan bir çox yerlərdə görmək mümkündür. Əgər bu həşəratı tanıyırsınızsa, onun nə qədər böyük sürətlə hərəkət etməsinin və ani manevrlər etməsinin şahidi olmusunuz. Bilməyənlərə iynəcədən bir az bəhs edək.

İynəcələr xarici görünüş baxımından vertolyota bənzəyir. Bu həşərat hansı sürətlə və hansı tərəfə hərəkət edirsə etsin, ani olaraq çevrilib arxaya uça bilmək kimi qüsursuz bir uçuş qabiliyyətinə malikdir. Belə ki, ovuna hücum etmək üçün havada hərəkətsiz dayana və müvafiq vəziyyətdə gözləyə bilir. O, bunu çox sürətlə çırpdığı qanadları sayəsində bacarır. Bundan əlavə, bu vəziyyətdə cəld bir hərəkətlə ovuna tərəf dönə bilir. Bunlar iynəcənin bugünkü inkişaf etmiş texnologiyanın məhsulu olan vertolyotlar üçün layihə təşkil edəcək manevr qabiliyyətlərindən yalnız biridir.

yusufçuk, uçak

İynəcənin bədəni metal təbəqə ilə örtülmüş təsiri bağışlayan həlqəvi quruluşa malikdir. Açıq mavidən tünd qırmızıya qədər müxtəlif rənglərə malik olan iynəcənin üst hissəsində biri öndə, digəri arxada olmaqla iki cüt qanad var. İynəcə uçarkən bu qanadlardan öndəki iki qanad onun yuxarı qaldırır, arxadakı iki qanad isə aşağı endirir.

İynəcənin bu qanad formasının nümunə götürülməsi və müasir texnologiyadan istifadə edilməsi yolu ilə Skorski adlı vertolyotlar istehsal edilib. Əvvəlcə iynəcənin şəkli bir kompüterə yüklənib. Kompüterdə iynəcənin havadakı hərəkətləri nəzərə alınaraq 2000 ədəd xüsusi şəkil çəkilib. Aparılan araşdırmalar nəticəsində Skorskinin əsgər və sursat daşımaq üçün istehsal etdiyi çox möhkəm və yüksək hərəkət qabiliyyətinə malik olan yeni bir modeli ortaya çıxmışdır.

İynəcənin gözlərinə diqqət yetirdinizmi? Çox yüksək sürətlə uçarkən ani hərəkətlər edə bilən iynəcənin görmə qabiliyyəti də qüsursuzdur. İynəcənin gözü alimlər tərəfindən dünyada ən mükəmməl həşərat gözü kimi qəbul edilir. İynəcə hər birində 30.000-ə yaxın müxtəlif linzalar olan bir cüt gözə malikdir. İki yarımkürəyə bənzəyən və başının yarısı böyüklüyündə olan bu gözlər həşərat üçün çox geniş bir görmə sahəsi yaradır. İynəcə bu geniş gözləri ilə demək olar ki, arxasında olanları da görür.

Bunlar iynəcənin malik olduğu xüsusiyyətlərdən yalnız bir neçəsidir və burada onun haqqında çox qısa şəkildə bəhs edilir. Elə isə bu xüsusiyyətlərdən hər hansı biri, məsələn, qanadları olmasaydı, bu həşərat ani hərəkətlər edib ov ovlaya bilərdimi? Və ya hər tərəfini görən gözləri olmasaydı, düşmənlərindən müdafiə olunmağı bacarardımı?

Əgər iynəcədə olan sistemlərin hər hansı birində kiçik bir çatışmazlıq olsaydı, bu qüsur onun başqa sistemlərinin də işləməməsinə səbəb olacaqdı. Lakin iynəcə bütün bu xüsusiyyətləri ilə qüsursuz olaraq yaradılmışdır. Allah digər canlılar kimi iynəcəni da qüsursuz yaratmışdır. Və o da həyatını bunun sayəsində rahatlıqla davam etdirir.

yusufcuk, çizim

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Göjdələnlər Tikən Kor Termitlər
  • Hejvanların Təhlükəsizlik Tədbirləri
  • Qarişqanin Gözlərindəki Kompas
  • Qarişqa İlə Quşun Möcüzəvi İşbirliji
  • Kiçik Mühəndis Quşlar
  • Qiş Güvəsindəki İsitmə Sistemi
  • Alabaliq Jolunu Necə Müəjjən Edir?
  • Baliqlar Suda Necə Jaşajirlar?
  • Tutuquşular Kimjaja Aid Bilikləri Haradan Bilir?
  • Hörümçək Torlarindaki Mühəndis Lajihəsi
  • Maraqli Bir Canli: Nautilus
  • Fizikanin Qanunlarini Bilən Kəpənəklər
  • Gözətçi Naqqa Baliği
  • İşiq Saçan Canlilarin Xüsusijjətlərini Bilirsinizmi?
  • İşiq Verən Sualti Canlilar
  • Tutuquşu Baliğinin Jataq Örtüjü
  • Əqrəb Baliqlarinin Məharətlə Maskalanmasi
  • Dəniz Ajğirlarinin Maraqli Xüsusijjətləri
  • Circirama (İjnəcə) Uçuş Mexanizmi Kimi
  • Gizli Sualti Siğinacaq Olan Mərcanlar
  • Səhradaki Həjat
  • Cejranlarin Xüsusi Sojuducu Sistemi
  • Ağacdələnlərin Dözümlülüjü
  • Böjük Janaqli Sevimli Sincab
  • Dünjanin Ən Uzun Qanadli Quşu - Albatros
  • Bəzək Ustasi Olan Çardaq Quşu
  • Balalari Üçün Juva Qazan Quşlar
  • Ziğ-Ziğ Quşunun Güclü Jaddaşi
  • Hejvanlar Aləminin Zirehli Tanklari
  • Hətta Gecənin Qaranliğinda Da Uça Bilən Köçəri Quşlar
  • Dənizlərin Sanitarlari
  • Səs-Küjlü Circirama
  • Sanitar Quşlar
  • Su Üzərində Gəzən Gölməçə Xizəkçisi
  • Japişqan Vantuz Baliqlari
  • Jerdə Qaçan Qirmizidodaq Baliq
  • Rəngarəng Vağ Quşlari
  • Bir Aj Susuz Jaşaja Bilən Dalğali Tutuquşular
  • Quş Tüklərinin Quruluşu
  • Quşlarin Havada Süzmə Texnikasi
  • Suju Qajçi Kimi Kəsən Su Quşu
  • Reaktiv Mühərrik Kimi Hərəkət Edən Mürəkkəb Baliqlari
  • Vəhşi Boz Qazlar
  • Misilsiz Təhlükəsizlik Sistemi
  • Nəticə