Juvalarını bəzəyən quşların olduğunu bilirdinizmi? Eynilə bir insanın öz yaşadığı yeri bəzədiyi kimi bəzi quş növləri də yuvalarını bəzəyir. Bəzən topladıqları bəzək əşyaları ilə yuvalarında dekorasiya işləri aparan, bəzən də çəhrayı rəngli meyvələrlə yuvalarının divarlarını rəngləyən bu quşların davranışı əlbəttə ki, insanı heyrətləndirir...
Juvasını rəngləyən quşlardan biri olan parıltılı çardaq quşu əsl "memar"dır. Erkək çardaq quşu bir göyərçin boyda olur. Juva qurarkən ətrafdan topladığı yüzlərlə incə budağı şəkildə gördüyünüz kimi qarşılıqlı olmaqla iki sıra sancır. Beləliklə də bir çardaq qurur. Çardağın qarşısına isə ətrafdan topladığı bütün əşyaları yığır. Bu əşyalar bir kəpənək qanadı, quş tükü, avtomobil açarı və ya sarğı kağızı da ola bilər. Quşun əsasən mavi rəngli cisimlərə qarşı xüsusi bir marağı var. Şəkildə də gördüyünüz kimi, mavi rəngdə hər şeyi yuvasına toplayır.
Quşun böyük bir diqqətlə yaratdığı dekorasiya bunlarla bitmir. Çardaq quşu yuvasının divarlarını da rəngləyir. Həm də boyanı özü əldə edir. Necə? Müxtəlif rəngli bitkilərdən və onların suyundan istifadə edərək yuvasının divarlarını rəngləyir. Bəzən də rəngləmə prosesi üçün ağzından ifraz etdiyi su ilə kömürdən istifadə edir. Bundan əlavə, ağzında çeynədiyi bir parça ağac qabığı ilə də budaqlardan təşkil olunan yuva divarlarını rəngləyir.
Çardaq quşu kimi heç görmədiyimiz və ya göyərçinlər, qağayılar kimi daim gördüyümüz bütün quş növlərini yaradan Allahdır. Kiçik bir quşa necə yuva quracağını, bu yuvanı necə bəzəyəcəyini öyrədən uca Allahdır. Bizim vəzifəmiz isə Allahın gücünün sonsuz olduğunu daha yaxşı anlamaq üçün heyvanların belə xüsusiyyətləri üzərində incəliyinə qədər düşünməkdir. Allah bir ayəsində belə buyurur:
"Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən bunda düşünən bir qövm üçün ibrətlər vardır!. (Casiyə" surəsi, 13)