Balalari Üçün Juva Qazan Quşlar

Meqapod quşları Avstraliyada yaşayır və balalarını böyütmək üçün xüsusi yuvalar qurur. Əvvəlcə erkək meqapod böyük bir çuxur qazır, daha sonra bu çuxuru çürüməkdə olan nəm ot və yarpaqlarla doldurur. Bunun da çox əhəmiyyətli bir səbəbi var. Çürüyən bitkilərdə olan bakteriyalar yüksək istilik yaradacaq və yuvanı qızdıracaq. Erkək quş bu istiliyi sabit saxlamaqdan ötrü havanın dəyişməsi üçün deşik açır və dimdiyini bu deşiklərdən içəri soxaraq yuvanın istiliyinə mütəmadi olaraq nəzarət edir. Həmçinin bitki yığınının üzərində əlavə bir də qıfa bənzər dəlik açır. Bu dəlik qış boyunca yağışın içəri sızmasını və bitki yığınının nəmli qalmasını təmin edir.

Juva hazır olduqdan sonra dişi quş yuvaya gələrək yumurta qoyur. Lakin yayın istisində yuvadakı istilik get-gedə artdığından erkək meqapod quşu yuvasını qumla örtür. Bu şəkildə istiliyin yuvaya daxil olmasının qarşısını alır.

temel kazan kus, insa

İndi sizə bir sual verək. Bu yazını oxumamışdan əvvəl bitkilərin çürüdükdən sonra istilik verdiyini bilirdinizmi? Əgər bu mövzu ilə bağlı bir kitab oxumasaydınız, bunu bilməməyiniz çox təbii görünərdi və sizin kimi bir çox insan da bunu bilmir. Lakin meqapod quşu bunu çox yaxşı bilir, həm də bu biliyindən balalarının xeyrinə istifadə edir.

Bəs bu quş belə incə hesablamanı və həssas ölçmələri necə aparır? Daha sonra bu ölçmələrdən əldə etdiyi nəticələrə görə necə texniki tədbirlər görə bilir? Nə üçün balaları üçün belə bir zəhmətə qatlaşırlar?

Bütün bunları yerinə yetirə bilməsi üçün quş mühəndis kimi texniki bir biliyə və sağlam bir insan ağlına sahib olmalıdır. Əlbəttə ki, quşun zəkalı və bilikli bir insan kimi davrana biləcək ağlı və beyni yoxdur. Bütün bu ağıl tələb edən işləri meqapod quşuna hər an etdirən, yəni ilham verən və bu quşu istiqamətləndirən bir qüvvə var. Bu qüvvə hər şeyi ən gözəl şəkildə yaradan Allaha aiddir.

Siz burada qeyd olunanları oxuduğunuz zaman dərhal bütün bunları edənlərin əslində canlılar deyil, bütün canlıları yaradan Allah olduğunu dərk edirsiniz. Lakin dərhal anladığınız bu həqiqəti qəbul etməmək üçün inad edən bəzi insanlar da var. Allah belə insanlara Quranda da işarə edib. Allah "Rəd" surəsində bu insanlarla bağlı belə buyurur:

"De ki: "Göylərin və yerin Rəbbi kimdir?" De ki: "Allahdır!" De ki: "Belə olduqda özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən özünüzə dostmu, hamimi edirsiniz?" De ki: "Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?! Joxsa müşriklər ona görə Allaha şərik qoşdular ki, bütlər də Allahın yaratdığı kimi yaratdılar və onların nəzərində Allahın yaratdığı oxşadı?!" De ki: "Allah hər şeyin xaliqidir. O, hər şeyə qalib olan tək bir Tanrıdır!"("Rəd" surəsi, 16)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Göjdələnlər Tikən Kor Termitlər
  • Hejvanların Təhlükəsizlik Tədbirləri
  • Qarişqanin Gözlərindəki Kompas
  • Qarişqa İlə Quşun Möcüzəvi İşbirliji
  • Kiçik Mühəndis Quşlar
  • Qiş Güvəsindəki İsitmə Sistemi
  • Alabaliq Jolunu Necə Müəjjən Edir?
  • Baliqlar Suda Necə Jaşajirlar?
  • Tutuquşular Kimjaja Aid Bilikləri Haradan Bilir?
  • Hörümçək Torlarindaki Mühəndis Lajihəsi
  • Maraqli Bir Canli: Nautilus
  • Fizikanin Qanunlarini Bilən Kəpənəklər
  • Gözətçi Naqqa Baliği
  • İşiq Saçan Canlilarin Xüsusijjətlərini Bilirsinizmi?
  • İşiq Verən Sualti Canlilar
  • Tutuquşu Baliğinin Jataq Örtüjü
  • Əqrəb Baliqlarinin Məharətlə Maskalanmasi
  • Dəniz Ajğirlarinin Maraqli Xüsusijjətləri
  • Circirama (İjnəcə) Uçuş Mexanizmi Kimi
  • Gizli Sualti Siğinacaq Olan Mərcanlar
  • Səhradaki Həjat
  • Cejranlarin Xüsusi Sojuducu Sistemi
  • Ağacdələnlərin Dözümlülüjü
  • Böjük Janaqli Sevimli Sincab
  • Dünjanin Ən Uzun Qanadli Quşu - Albatros
  • Bəzək Ustasi Olan Çardaq Quşu
  • Balalari Üçün Juva Qazan Quşlar
  • Ziğ-Ziğ Quşunun Güclü Jaddaşi
  • Hejvanlar Aləminin Zirehli Tanklari
  • Hətta Gecənin Qaranliğinda Da Uça Bilən Köçəri Quşlar
  • Dənizlərin Sanitarlari
  • Səs-Küjlü Circirama
  • Sanitar Quşlar
  • Su Üzərində Gəzən Gölməçə Xizəkçisi
  • Japişqan Vantuz Baliqlari
  • Jerdə Qaçan Qirmizidodaq Baliq
  • Rəngarəng Vağ Quşlari
  • Bir Aj Susuz Jaşaja Bilən Dalğali Tutuquşular
  • Quş Tüklərinin Quruluşu
  • Quşlarin Havada Süzmə Texnikasi
  • Suju Qajçi Kimi Kəsən Su Quşu
  • Reaktiv Mühərrik Kimi Hərəkət Edən Mürəkkəb Baliqlari
  • Vəhşi Boz Qazlar
  • Misilsiz Təhlükəsizlik Sistemi
  • Nəticə