Köç etməyin yalnız quşlara xas olduğunu güman etməklə səhvə yol verirsiniz. Bu bölümdə sizə köç edən dəniz canlılarından alabalıqların macəralarından bəhs edəcəyik.
Alabalıqlar tamamilə çaylarda, analarının tökdüyü kürülərdən çıxaraq dünyaya gəlir. Dünyaya gəldikləri bu yerdə bir neçə həftə ərzində ov etməklə böyüyürlər. Sonra isə həmin çayın axını ilə irəliləməyə başlayırlar. Dənizə doğru bu səfərləri zamanı bəndlərlə və çirkli sularla qarşılaşır, onları ovlamaq istəyən böyük balıqlar kimi müxtəlif təhlükələrdən keçməyə çalışırlar. Bütün bu maneələri keçərək dənizə çatıb burada bir neçə il qalırlar. Kifayət qədər inkişaf edib törəmə yetkinliyinə çatanda isə geri dönmək üçün yenidən yola çıxırlar.
Alabalıqların geri dönən zaman əsas məqsədi kürü şəklində ilk yarandıqları yerə çatmaqdır. Lakin bunu qısa məsafə saymayın. Bəzən balığın geri dönərkən qət edəcəyi məsafə 1500 km-ə çatır. Bu isə aylarla davam edən yorucu bir səfər deməkdir. Balığın bu müddət ərzində dəf edəcəyi bir çox maneələr var.
Balığın həll etməsi lazım olan ilk, bəlkə də ən əsas problem kürüdən yenicə yarandıqdan bir müddət sonra ilk səfərində içində üzdüyü çayın dənizə töküldüyü yeri tapmaqdır. Çünki balıq geriyə səfərində təqib etdiyi istiqaməti buna görə təyin edəcək. Heç bir alabalıq bu məsələdə səhv etmir. Dənizə çıxdığı çayın məcrasını ilk cəhddəcə tapır.
Bundan sonra tapdığı çaya atılaraq böyük qətiyyətlə su axınına qarşı üzməyə başlayır. Onun işi bu dəfə daha çətindir, çünki alabalıq ilk səfərində axının köməyi ilə rahatlıqla keçdiyi şəlalələri indi artıq əks istiqamətdə, yəni üzüyuxarı keçmək məcburiyyətindədir. Şəkillərdə gördüyünüz alabalıqların şəlaləyə doğru tullanmasında məqsəd ilk yarandıqları yerə çatmaqdır. Bu səfər əsnasında alabalıq üzərkən üst üzgəci sudan kənarda qalacaq şəkildə dayaz sulardan keçməli olur. Bu dayaz sularda isə onları ovlamaq üçün fürsət axtaran çoxlu ayı və bir çox vəhşi heyvanlar var.
Alabalıqların qatlanacağı əziyyət yalnız bunlarla da bitmir. Əgər xatırlayırsınızsa, bu balıq qurunun ortasında, bir çayın hər hansı bir qolunda dünyaya gəlmişdir. İndi həmin yerə çata bilmək üçün çayın yeni qollara ayrıldığı yerlərdə doğru tərəfə getməlidir. Alabalıqlar bu seçimlərində də səhvə yol verməyərək hər səfərində doğru çayı tapırlar.
İndi isə fikrinizdə belə bir səhnəni canlandırın. Bir şəhərdəkı hər hansı bir evdə dünyaya gəlib burada böyüyürsünüz. Bir az böyüdükdən sonra də evi tərk edib günlərlə yol gedərək buradan 1500 km-ə qədər uzağa gedirsiniz. Aradan illər keçdikdən sonra isə geri - doğulduğunuz evə qayıtmaq istəyirsiniz. Sizcə, yalnız bir dəfə keçdiyiniz küçələri bir-bir yada salıb evə dönə bilməyiniz mümkündürmü? Alabalıqlar heç bir insanın edə bilməyəcəyi bu çətin işi bacarır və istiqaməti də hər dəfə doğru təyin edir.
Alabalıqların bu heyrətamiz səfəri necə həyata keçirdiyini öyrənmək məqsədilə müxtəlif araşdırmalar aparılıb. Bu araşdırmalardan belə məlum olur ki, alabalıq öz yolunu "qoxulayaraq" tapır. Alabalıqlar xüsusi quruluşlu burunları sayəsində suyun içindəki qoxuları eynilə bir ov iti kimi dəqiq müəyyən edirlər. Hər axının özünəməxsus qoxusu var. Körpə alabalıq ilk səfərə çıxandan bəri bu qoxuları bir-bir yadında saxlayır. Geri dönərkən yaddaşındakı bu qoxulardan istifadə edərək doğulduğu yerə gəlir.
Bu qeyri-adi hadisə necə baş verir? Doğulan hər alabalıq öz yolunu səhvsiz necə təyin edir? Nə üçün bütün alabalıqlar öz həyatını təhlükəyə ataraq, şəlalələr keçib vəhşi heyvanlarla mübarizə apararaq doğulduqları yerə dönməyə can atırlar? Həm də bunu özlərinə görə deyil, yalnız kürülərini bu sulara tökməkdən ötrü edirlər.
Somon balıkları, 1500 km uzaklıktaki doğdukları yeri sadece koklayarak bulurlar. Üstelik bu yere ulaşmak için akıntının tersi yönde yüzerler. |
Bütün bu sualların tək bir cavabı var: alabalıqları və onların istiqaməti müəyyən etməsinə imkan verən sistemləri yaradan sonsuz elm sahibi olan Allahdır. Alabalıqlar da bütün digər canlılar kimi Allahdan aldıqları ilhamla hərəkət edir və beləliklə də Rəbbimizin yüksək Jaradıcı olduğunu nümayiş etdirirlər.
Alabalıqların kürü tökmək üçün həyatını təhlükəyə ataraq min kilometrlərlə yol getməsi, eyni zamanda - sizə haqqında kitabın əvvəlində də bəhs etdiyimiz - təkamül nəzəriyyəsini təkzib edən dəlillərdən biridir.
Təkamülçülər təbiətdəki canlıların daim bir-biri ilə mübarizə apardığını və bu mübarizə nəticəsində ən güclü olanların da həyatlarını davam etdirdiyini iddia edirlər. Lakin təkamülçülərin iddiasının əksinə olaraq canlılar arasında daimi yardımlaşma var. Ana və ata heyvanlar balaları üçün öz həyatını təhlükəyə atır. Hətta qarşıdakı səhifələrdə veriləcək nümunələrdə də görəcəyiniz kimi, birgə yaşayan və bir-birinə fayda verən, lakin müxtəlif növlərdə olan canlılar var. Alabalıqlar da balaları üçün fədakarlıq göstərən canlılardan yalnız biridir. Kürü tökmək üçün yerini dəyişən və doğulduqları yerə qayıda bilən çox az sayda alabalıq kürü tökdükdən sonra ölür. Buna baxmayaraq onlar öz səfərlərindən əsla qalmır. Beləliklə, təkamül nəzəriyyəsi alabalıqlarda gördüyümüz fədakar davranışı heç cür izah edə bilməz. Halbuki həqiqət göz qabağındadır. Alabalıqları yaradan Allahdır və bu canlılar da Rəbbimizin onlara ilham etdiyi davranışı həyata keçirməkdədir. Düşünən insanlar heyvanların belə davranışından ibrət alır. Bunu Allah bizə bir ayədə belə izah edir:
"Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır..."("Nəhl" surəsi, 66)