Ağacdələnlər dimdikləri ilə ağacları dələrək özlərinə yuva və qida anbarı yaradırlar. Bir ağacdələnin ağacı dəlmə sürəti saatda təqribən 40 km-dir. Bu, qeyri-adi bir sürətdir və ağacdələnə əslində zərər verməli idi. Lakin quşun dimdiyinin ucunda xüsusi bir kilid sistemi olduğu üçün quş heç bir zərər çəkmir. Əgər belə dimdik quruluşu olmasaydı, belə sürət nəticəsində ağacdələnin dimdiyi sına bilərdi. Bundan əlavə, əgər ağacdələnin vurduğu dimdiyin təsiri birbaşa onun beyninə getsəydi, bu halda quşun beyni zədələnərdi. Amma Allah ağacdələni bütün lazımi xüsusiyyətlərə sahib olaraq yaratdığı üçün belə bir hal baş vermir. Məsələn, quşun beyni dimdiyi səviyyəsində yerləşmişdir. Bundan əlavə, ağacdələnin dimdiyinin alt hissəsindəki əzələlərin də "zərbə təsirini azaldan" xüsusiyyəti var. Bu səbəbdən quş ağacı dələrkən meydana gələn zərbənin təsirinin qarşısı alınır.
Bura qədər sizə danışdıqlarımız ağacdələnlərin əsas xüsusiyyətlərdən yalnız bir neçəsidir. Bundan əlavə, hər ağacdələn növünün özünə xas bir çox maraqlı xüsusiyyətləri var. Buna misal olaraq palıd qozalarını ağac oyuqlarında gizlədən bir ağacdələn növünü götürək.
Palıd qozası ilə qidalanan ağacdələn yaz boyunca ölü bir ağac kötüyü üzərində davamlı olaraq "oyuqlar" açır. Çünki yayın sonunda bu oyuqları qışda yeyəcəyi palıd qozaları ilə dolduracaq. Palıd qozalarını hər oyuğa bir-bir, sanki çəkiclə vururmuş kimi yerləşdirir. Lakin bu proses ağacdələn üçün olduqca uzun çəkir. Çünki əvvəlcədən hazırladığı oyuqların ölçüsünə uyğun olan qozanı tapıb yerləşdirməyə çalışır. Əgər oyuq böyük, qoza isə kiçik olsa, yuvadan asanlıqla çıxa bilən qozanı başqa quşlar rahatlıqla götürə bilərlər. Tam əksinə, əgər oyuq kiçik olub, qozanı zorla oyuğa salmaq istəsə, bu vaxt da qoza zədələnə bilər. Buna görə də bu üsulla özü üçün qida gizlətmək ağacdələn üçün çox uzun sürür.
Ağacdələnin işi bununla da bitmir. Vaxt keçdikcə qozalar quruduğu üçün kiçilir. Bu isə ağacdələnin quruyan qozaları çıxarıb yeniləri ilə əvəz etməsi deməkdir. Həm də ağacdələnlər bunu 5-10 qozadan ötrü etməzlər. Ağacdələnlər böyük bir ağacda 50 minə yaxın qozanı ehtiyata toplaya bilir.
Bu maraqlı xüsusiyyətlərə fikir verdiyimiz zaman ağacdələnlərə bütün bunları öyrədən çox ilahi bir qüvvənin olduğunu dərk edirik. Bu ilahi qüvvənin sahibi Allahdır. Allah ağacdələnlərin dimdiklərini ağacları oya biləcək möhkəmlikdə yaratmışdır. Bundan əlavə, etdikləri bütün bu işləri onlara öyrədən də Allahdır. Allahdan başqa heç bir tanrı, heç bir yaradıcı yoxdur. Allah hər şeyin Özü tərəfindən yaradıldığını bizə aşağıdakı kimi bildirir:
"O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də Ona ibadət edin. O, hər şeyə vəkildir!" ("Ənam" surəsi, 102)