Bu gün bir çox cəmiyyətdə, Quran, əsil məqsədindən çox fərqli olaraq dəyərləndirilir. Soruşulduğunda "mən müsəlmanam" deyən insanların əhalinin əksəriyyətini meydana gətirdiyi ölkələrdə və hətta İslam dünyasının daxilində, Quranın içində nələrin yazdığını bilən insan sayı olduqca azdır.
Quran, ümumiyyətlə, evlərin divarlarında bəzəkli bir mühafizə içində asılı dayanır. Və sadəcə, yaşlılar tərəfindən oxunur. Oxuyan kəsləri "qəzadan-bəladan" qoruyacağı ümid edilər. Bu batil inanca görə, bəlalara qarşı bir növ tilsim olaraq görülər.
Halbuki, Quran ayələrində Allah, Quranın göndərilmə məqsədinin bütün bu sayılanlardan çox fərqli olduğunu bizə bildirir. Məsələn, İbrahim surəsinin 52-ci ayəsində; "Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar." şəklində Allah buyurur. Buna bənzər bir çox ayədə, Quranın nazil olunmasının əhəmiyyətli kəsb edən məqsədinin, insanları düşünməyə dəvət etmək olduğu vurğulanır.
Quranda, insanlar, cəmiyyətin verdiyi inanc və dəyərləri kor-koranə qəbul etməkdən imtina etməyə və düşünməyə dəvət edilir; bütün ön mühakimələri, tabuları, insan zehninə tətbiq olunan təzyiqləri bir kənara buraxıb azad şəkildə düşünməyə ...
"Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi?" Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. |
İnsan, necə var olduğunu, həyatının məqsədinin nə olduğunu, niyə öldüyünü və ölümündən sonra onu nələrin gözlədiyini düşünməlidir. Özünün və içində yaşadığı kainatın necə var olduğunu və var olmağa davam etdiyini nəzərdən keçirməlidir. Bunu edərkən də, özünü bütün təzyiq və ön mühakimələrdən qurtarmalıdır.
Beləcə, vicdanını bütün sosial, ideoloji və psixoloji təzyiqlərdən qurtararaq düşünən insan, həm özünün, həm də kainatın üstün bir güc tərəfindən var edilmiş olduğunu rahatlıqla qavrayacaq. Yalnız öz bədənini və ya təbiətdəki hər hansı bir şeyi araşdırdığında, böyük bir uyğunluq, plan və ağıl görəcək.
Məhz bu mərhələdə insanın rəhbəri yenə Qurandır. Quranda insana, nələr üzərində düşünməli, nələri araşdırmalı olduğu bildirilir. Allahın varlığına inanan bir insan, Quranda verilən düşüncə üsulları sayəsində, Allahın yaratmasındakı mükəmməlliyi, sonsuz ağıl, məlumat və gücü daha yaxşı anlayacaq. Allahın varlığına inanan bir insan, Quranda verilən üsulla düşünməyə başlayınca, bütün kainatın Onun güc və sənətinin bir göstəricisi olduğunu fərq edər. Çünki "təbiət bir sənətdir; sənətçi ola bilməz" və hər sənət əsəri, o əsəri hazırlayanın üstün qabiliyyətini sərgiləmək və vermək istədiyi mesajları ötürmək üçün vardır.
Quranla bütün insanlar, Allahın varlığına, birliyinə və sifətlərinə açıq şəkildə şahidlik edən bir çox hadisə və canlı üzərində ətraflı düşünməyə dəvət edilir. Və Quranda bütün bu şahidlik edən varlıqlara, "sübutlu dəlil, qəti məlumat və həqiqəti ifadə edən" mənasını verən "ayə" adı verilir. Buna görə, Allahın ayələri, kainatın hər tərəfində Allahın varlığını və xüsusiyyətlərini göstərib-bildirən bütün varlıqları əhatə edir. Ağılla baxan bir göz isə, əslində bütün varlıq aləminin yalnız Allahın ayələrindən meydana gəldiyini görəcək.
Məhz insanın vəzifəsi budur, Allahın ayələrini görmək ... Beləcə, özünü və bütün digər varlıqları yaradan Rəbbimizi tanıyacaq, Ona yaxınlaşacaq, varlığının və həyatının mənasını biləcək və qurtuluşa çatacaq.
Şübhəsiz, insanın aldığı nəfəsdən, sosial və siyasi inkişaflara, kainatdakı böyük uyğunlaşmadan, bütün varlıqların elementi olan atoma qədər hər şey Allahın bir dəlilidir və Onun qoyduğu qaydalarla, Onun idarəsi və məlumatı daxilində fəaliyyət göstərər. Bu səbəblə, Allahın ayələrini bilib-tanımaq, hər insanın edə biləcəyi bir işdir. Hər kəs, öz ağlı və vicdanı dərəcəsində Allahın ayələrini bilib-tanıyacaq.
Əlbəttə, hər mövzuda olduğu kimi, bu nöqtədə də insanın yol göstəricisi Qurandır. İnsan, bütün kainatın Allahın yaratdığı şeylərin tamamı olduğunu qavrayacaq düşüncə quruluşuna qovuşmaq üçün, Quranda xüsusilə diqqət çəkilən müəyyən mövzuları araşdıra bilər.
Məhz bu kitab, Allahın Quranda diqqət çəkdiyi və üzərində düşünülməsi istədiyi bəzi mövzuları gündəmə gətirmək üçün yazılmışdır. Allah, təbiətdəki ayələrin əhəmiyyətini, Quranın Nəhl surəsində belə xəbər verir:
Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür. Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 10-11)
Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür. Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı. Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər. Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? |
Quranda, ayrıca ağıl sahiblərini Allah, digər insanların heç düşünmədiyi -ya da "təkamül", "təsadüf", "təbiət möcüzəsi" kimi "quru adlar" la saxta şərhlərlə üzərini örtməyə çalışdıqları- mövzular üzərində düşünməyə dəvət edir:
Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 190-191)
Bu ayələrdə də görüldüyü kimi ağıl sahiblərinin məsuliyyəti, Allahın ayələrini görmək və gördükləri bu mükəmməllikləri əsas alaraq Allahın sonsuz bilik, güc və sənətini qavramağa çalışmaqdır.
Çünki Allahın elmi sonsuz, yaratması qüsursuzdur ...
Və düşünən insanlar üçün, ətraflarındakı hər şey bu yaradılışın bir dəlilidir ...