Materialist fəlsəfə, kainatdakı nizam və tarazlıq qarşısında tək bir şərh irəli sürər: Təsadüf...
Bu iddiaya görə bütün kainat təsadüflərlə şəkil almışdır.
Halbuki, kainatı bir az araşdırdığımızda belə bu iddianın tamamilə həqiqətdən uzaq olduğunu görərik. Çünki təsadüflər ortaya yalnız qarışıqlıqlar çıxarar, kainatda isə qarışıqlıq deyil, nizam vardır. Bu nizam da bizə, kainatı yoxdan var etmiş və sonra da şəkilləndirmiş olan Allahın varlığını və sonsuz gücünü isbatlayar.
"Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, |
Kainatı araşdırmağa çalışdığımızda saysız nizam nümunələriylə qarşılaşarıq. Yaşadığımız Dünya da bunlardan biridir. Dünya sahib olduğu bütün xüsusiyyətlərlə, canlılığın davam etdirilə bilməsinə uyğun olacaq şəkildə son dərəcə həssas tarazlıqlar üzərində yaradılmışdır.
Dünyanın Günəşə olan uzaqlığı, oxunun orbitinə olan meyilliyi, atmosferdəki tarazlıqlar, Dünyanın öz ətrafında və Günəş ətrafındakı fırlanma sürətləri, Dünya üzərindəki okeanların, dağların funksiyaları, canlıların sahib olduqları xüsusiyyətlər və bunların bir-birləriylə olan əlaqələri bu ekoloji tarazlığın parçalarından yalnız bir neçəsidir.
Kainatdakı digər planetlər və Dünya ilə müqayisə edildiyində Dünyanın insan üçün xüsusi olaraq hazırlandığı daha da aydınlaşar. Məsələn, su kosmosda çox nadir rast gəlinən tərkibdir. Maye halındakı su Günəş sistemində yalnız bizim planetimizdə vardır. Üstəlik, Dünyanın 70% hissəsi sularla örtülüdür. Milyonlarla növ canlı bu mühitdə həyatlarını davam etdirər. Suyun donması, istiliyi çəkmə və saxlama tutumunun olması, okeanlar kimi son dərəcə geniş su kütlələrinin varlığı və istiliyin bunun sayəsində Dünya üzərində tarazlı şəkildə dağılması, hamısı Dünyaya xas xüsusiyyətlərdir. Başqa heç bir planetdə belə daim çevrilmə halında olan bir maye kütləsi yoxdur.
Dünyanın oxu orbitinə 23 dərəcəlik bir bucaqla meyillik edər. Mövsümlər bu meyillik sayəsində meydana gələr. Bu meyillik indiki ölçüsündən daha çox ya da daha az olsaydı, mövsümlər arasındakı istilik fərqi həddindən artıq ölçülərə çatacağından yer üzündə dözülməz istilikdə yazlar və həddindən artıq soyuq qışlar yaşanardı.
Dünyanın öz ətrafında fırlanması da canlılar üçün ən uyğun sürətdədir. Günəş sistemindəki digər planetlərə baxdığımızda bunların da gecəni və gündüzü yaşadıqlarını görərik. Ancaq zaman fərqləri dünyakından çox daha uzun olduğu üçün gündüz və gecə arasındakı istilik fərqləri də çoxdur. Digər planetlərin atmosferindəki şiddətli küləklər, bu tarazlı fırlanma sayəsində Yer atmosferində yaşanmaz.
Atmosferi meydana gətirən qazların növləri və atmosferdəki miqdarları da yalnız insanın deyil, yer üzündəki bütün canlıların varlığı üçün son dərəcə əhəmiyyətlidir. Atmosferdəki qazların Dünya üzərində tam lazım olduğu nisbətlərdə meydana gəlməsi və bu nisbətlərin sabit qalması da bir çox həssas tarazlığın bir yerdə olmasıyla reallaşar.
Bu saydığımız xüsusiyyətlərdən əlavə daha yüzlərlə maddə çıxarıla bilər. Ancaq bura qədər verilən nümunələr belə, bizlərə qəti bir həqiqəti göstərir.
Üzərində yaşadığımız Dünya, canlı həyatı üçün çox xüsusi bir şəkildə inşa edilmişdir. Təsadüflərin deyil, tamamilə şüurlu bir tənzimləmənin məhsuludur.
Bütün kainata da hakim olan bu qüsursuz nizam bizi tək bir nəticəyə aparar. Kainatı sonsuz güc və ağıl sahibi olan bir Yaradıcı, yəni aləmlərin Rəbbi olan Allah yaratmışdır.
Dünyanın atmosferində dörd əsas qaz olar. Bunlar azot (78%), oksigen (21%), arqon (1%-dən az) və karbon dioksiddir (0.03%). Atmosferdə olan qazlar "reaksiyaya girən" və "reaksiyaya girməyən" olaraq iki əsas sinfə ayrılırlar. Reaksiyaya girən qazları araşdırdığımızda bunların girdikləri reaksiyaların həyat üçün zəruri olduğunu, digər qazların isə reaksiyaya girmələri vəziyyətində canlılığı yox edəcək tərkiblər meydana gətirdiklərini təyin edə bilərik. Məsələn, arqon və azot passiv qazlardır, bunlar çox az kimyəvi reaksiyaya daxil ola bilərlər. Ancaq bunlar məsələn, oksigen kimi asanlıqla reaksiyaya girə bilsəydilər, okeanlar nitrat turşusu halına gələrdi.
Digər tərəfdən oksigen digər atomlarla, təbii birləşmələrlə və hətta qayalarla belə reaksiyaya girər. Bu reaksiyalar su kimi, karbon dioksid kimi həyatın varlığı üçün ən əsas molekulları meydana gətirərlər.
Qazların reaksiyaya girib-girməmə xüsusiyyətləri ilə yanaşı, mövcud nisbətləri də canlı həyatı üçün son dərəcə kritikdir.
Məsələn, oksigeni araşdıraq. Oksigen atmosferimizdə ən sıx olan reaktiv qazdır. Atmosferimizdəki bol oksigen bizi digər planetlərdən də ayıran bir xüsusiyyətdir, çünki Günəş sistemindəki digər planetlərdə oksigen qazına rast gəlinməmişdir.
Atmosferdə indikindən daha çox oksigen olsaydı, yanma reaksiyaları daha sürətlə reallaşacaq, qayalar və metallar çox tez aşınacaqdı. Buna görə yer üzü sürətlə aşınıb əriyəcək və canlı həyatı üçün böyük bir təhlükə meydana gələcəkdi. Əgər bundan daha az oksigenimiz olsaydı, tənəffüs çətinləşəcək, daha az ozon qazı istehsal ediləcəkdi. Ozon miqdarındakı dəyişmələr də canlılıq üçün ölümcül olacaqdı. İndikindən daha az ozon, Günəşin ultrabənövşəyi şüalarının Dünyaya daha şiddətlə çatmasına və canlıların yox olmasına səbəb olacaqdı. İndikindən daha çox ozon isə Günəş istiliyinin Dünyaya çatmasına maneə törədəcəyindən öldürücü təsirə sahib olardı.
Karbon dioksid də buna bənzər həssas tarazlıqlara malikdir. Bitkilər bu qaz sayəsində Günəşin radiasiyasını alar, onu suyla qarışdırar, bunun nəticəsində də qayaları əridən bikarbonatı meydana gətirər və onu okeanlara buraxarlar. Yenə bu qazı ayıraraq oksigeni atmosferə geri verərlər. Canlıların zəruri ehtiyacı olan oksigen bunun sayəsində atmosferə həmişə verilər. Digər tərəfdən yenə bu qaz sayəsində Dünya bir "istixana təsiri" yaşayaraq indiki istiliyini mühafizə edər.
Əgər daha az karbon dioksid olsaydı, qurudakı və dənizdəki bitkilərin miqdarı azalacaqdı, beləcə heyvanlar üçün daha az qida çıxarılmış olacaqdı. Okeanlarda isə daha az bikarbonat olacaq, bunun nəticəsində də turşu nisbəti artacaqdı. Atmosferdəki karbon dioksidin artması isə qitələrin kimyəvi olaraq aşınmasını sürətləndirəcək, okeanlarda zərərli qələvi mühit meydana gələcəkdi. Digər yandan istixana təsiri artacağından Dünyanın səth istiliyi yüksələcək və həyat yox olacaqdı. Görüldüyü kimi, Dünyadakı həyatın davamlılığı baxımından atmosferin varlığı son dərəcə əhəmiyyət daşıyır. Atmosferin varlığının reallaşması üçün bəzi astrofizik şərtlərin bir yerdə olması lazımdır.
"Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər." |
A) Yer səthi müəyyən bir istilikdə, davamlı və mülayim ölçülər içində qalmalıdır: Bunun təmin edilməsi üçün:
1- Dünya Günəşə müəyyən bir uzaqlıqda olmalıdır. Çünki bu uzaqlıq Günəşdən Dünyaya çatan istilik enerjisinin miqdarında rol oynayacaq. Dünyanın bu gün Günəş ətrafında izlədiyi orbitdən, bir az yaxınlaşma ya da uzaqlaşma şəklindəki dəyişiklik, Günəşdən Dünyaya çatan istilik enerjisinin miqdarında böyük dəyişmələrə səbəb olacaq. Hesablamalara görə Dünyaya çatan günəş enerjisindəki 13%-lik bir azalma yer üzünün 1000 metr qalınlığında buzlaq təbəqəsiylə örtülməsiylə nəticələnər. Enerjinin bir az artması halında isə bütün canlılar qovrularaq öləcəklər.
2- Yer kürəsindəki istiliyin homogen olması lazımdır. Bu məqsədlə Dünyanın öz ətrafında müəyyən bir sürətdə (Ekvatorda 1670 km/saat) dönməsi lazımdır. Əgər Dünyanın fırlanması müəyyən sürətdən daha çox olsa, atmosfer çox isinəcəyindən qaz molekullarının Dünyadan qaçış sürətləri artacaq, bu səbəblə də atmosfer kosmosa dağılaraq yox olacaqdı. Dünyanın fırlanma sürəti lazım olandan daha az olsaydı, bu səfər Dünyadan qaçış sürətləri azalan qaz molekulları, cazibənin təsiriylə torpaq tərəfindən əmilərək yox olacaqdı.
3- Dünyanın oxunun 230 27'-lik meyilliyi, qütblərlə ekvator arasındakı atmosferin meydana gəlməsində maneə meydana gətirə biləcək həddindən artıq istiliyin qarşısını alar. Əgər bu meyillik olmasaydı, qütb bölgələriylə ekvator arasındakı istilik fərqi daha çox artacaq və yaşana biləcək atmosferin mövcud olması qeyri-mümkün olacaqdı.
B) Yaranan istiliyin dağılmasının qarşısını alacaq bir təbəqəyə ehtiyac vardır:
Dünyanın səth istiliyinin sabit qalması üçün xüsusilə gecələri istilik itkisinin qarşısı alınmalıdır. Bunun üçün atmosferdə istiliyin əks olunmasına maneə törədən qarışığa ehtiyac vardır. Bu ehtiyac, atmosferə karbon dioksid əlavə edilərək aradan qaldırılmışdır. Bu qaz, yer üzünü sanki bir yorğan kimi örtərək istiliyin kosmosa dağılıb yox olmasını əngəlləyər.
C) Yer üzündə, qütblər ilə ekvator arasındakı istilik fərqinin tarazlaşmasını təmin edən quruluşlar vardır:
Bilindiyi kimi, Dünyanın ekvatoru ilə qütbləri arasında 120°C-lik istilik fərqi vardır. Əgər belə bir istilik fərqi çox nahamarlıqlar olmayan bir səthdə reallaşmış olsaydı, burada elə şiddətli bir atmosfer hərəkəti olardı ki, sürəti saatda 1000 km.-ə çatan fırtınalar Dünyanı alt-üst edərdi. Bu fırtınalar nəticəsində, qısa müddətdə atmosferdəki statik tarazlıq yox olar və atmosfer dağılardı.
Halbuki yer üzü, istilik fərqindən ötrü ortaya çıxması ehtimal olunan qüvvətli hava axınlarının qarşısını alacaq nahamarlıqlarla təchiz edilmişdir. Bu nahamarlıqlar, Çində Himalay dağlarıyla başlayar, Anadoluda Tavr dağlarıyla davam edər və Avropada Alp dağlarına qədər sıra dağlar şəklində uzanaraq qərbdə Atlantik okeanı, şərqdə Sakit okeanla birləşər. Okeanlarda isə ekvatorda yaranan istilik, mayelərin istilik fərqini dərəcəli bir şəkildə tarazlaması sayəsində şimala və cənuba doğru ötürülər.
Görüldüyü kimi, həyatın ən əhəmiyyətli təməllərindən biri olan havanın varlığı minlərlə fiziki və ekoloji tarazlığın qurulması sayəsində təmin edilmişdir. Üstəlik, Dünya üzərində canlılığın davam etməsi üçün planetimizdəki şərtlərin tək başına reallaşmış olması da kafi deyil. Dünya, geofizik quruluşundan kosmosdakı hərəkət şəkillərinə qədər bu günki halıyla var olsa, ancaq olduğu qalaktikadakı mövqeyi fərqlilik göstərsə, lazım olan tarazlıqlar yenə alt-üst olacaqdı.
Məsələn, Günəşin yerində daha kiçik bir ulduzun var olması, Dünyanın həddindən artıq dərəcədə soyumasına, böyük bir ulduzun var olması isə Dünyanın istidən qovrulmasına səbəb olardı.
Dünyanın bəzi təsadüflərin əsəri olmadığını anlamaq üçün kosmosdakı milyonlarla ölü planetə baxmaq belə kifayətdir. Həyat üçün lazım olan şərtlər, əsla və əsla "özbaşına" meydana gələ bilməyəcək qədər mürəkkəbdir və yalnız Dünya, həyat üçün xüsusi bir yaradılışla yaradılmışdır.
Dünyanın insan həyatı üçün yaradıldığının bir başqa göstəricisi də, yer üzündəki azot dövranıdır. Azot bütün canlıların toxumalarında olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni meydana gətirdiyi halda havadakı azot, insanlar və heyvanlar tərəfindən birbaşa alına bilməz. Azot ehtiyacının qarşılanmasında ən əhəmiyyətli vəzifə bakteriyalara verilmişdir.
Azot dövranı havadakı azot qazı (N2) ilə başlayar. Bəzi bitkilərdə yaşayan bakteriyalar, havadakı azotu ammonyaka (NH3) çevirərlər. Başqa cins bakteriyalar isə ammonyakı nitrata (NO3) çevirərlər. (Havadakı azotun ammonyaka çevrilməsində ildırımlar da əhəmiyyətli rol oynayır)
Bir sonrakı mərhələdə nitrat, yaşıl bitkilər kimi qidasını özü hazırlayan canlılar tərəfindən əmilər. Öz qidalarını hazırlaya bilməyən insan və heyvanlar ancaq bu bitkiləri yeyərək azot ehtiyaclarını qarşılayarlar.
İnsanlar və heyvanlardakı azotun yenidən təbiətə dönməsi isə, bu canlıların tullantıları və cəsədlərinin yenə bakteriyalar tərəfindən parçalanması ilə reallaşar. Bakteriyalar bu işi edərkən yalnız təmizlik işi etməklə qalmaz, azotun təməl qaynağı olan ammonyakı da təkrar ortaya çıxararlar. Ammonyakın bir qismi başqa bakteriyalar tərəfindən karbona çevrilərək təkrar havaya qarışarkən, digər bir qismi də yenə başqa növ bakteriyalar tərəfindən nitrata çevrilər. Bunlardan bitkilər faydalanar və dövran belə davam edər.
Diqqət yetirilsə, bu dövranın içində təkcə bakteriyaların olmamasının belə həyatın sonunu gətirəcəyi aydın olacaq. Çünki bakteriyalar olmadan bitkilər karbon ehtiyaclarını qarşılaya bilməyəcək və yox olacaqlar. Bitkilərin olmadığı bir mühitdə isə əlbəttə həyat mümkün ola bilməyəcək.
Van Allen Kuşakları |
Biz əksərən çox fərqində olmarıq, amma hər planetə olduğu kimi Dünyaya da çox sayda meteorit düşür. Digər planetlərə düşdüklərində nəhəng kraterlər açan bu meteoritlərin Dünyaya zərər verməmələrinin səbəbi, planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı böyük müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dayana bilməz və sürtünmədən ötrü yanaraq böyük bir kütlə itkisinə uğrayar. Beləcə, böyük fəlakətlərə yol aça biləcək bu təhlükə, atmosfer sayəsində sovuşdurulmuş olar. Quranda, atmosferin yaradılışındakı bu xüsusiyyəti Allah belə bildirir:
Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər.(Ənbiya surəsi, 32)
Səmanın "qorunmuş bir tavan" olmasının ən əhəmiyyətli nümunələrindən biri Dünyanı əhatə edən maqnit sahədir. Atmosferin ən üst təbəqəsi "Van Allen" adı verilən maqnit qurşağından meydana gələr. Bu qurşaq Dünyanın nüvəsinin sahib olduğu xüsusiyyətlər səbəbiylə ortaya çıxmışdır.
Nüvə, dəmir və nikel kimi maqnit xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq bunlardan daha əhəmiyyətlisi nüvənin iki fərqli quruluşdan meydana gəlmiş olmasıdır: Daxili nüvə bərk, xarici nüvə isə maye haldadır. Nüvənin bu iki layı bir-biri ətrafında hərəkət edər. Bu hərəkət ağır metallar üzərində bir növ maqnit təsiri yaradaraq maqnit sahəsini meydana gətirər. Məhz Van Allen qurşaqları bu maqnit sahəsinin, atmosferin ən uzağına qədər uzanan hissəsidir. Bu maqnit sahə sayəsində Dünya, kosmosdan gələcək təhlükələrə qarşı qorunmuş olar.
Bu təhlükələrin ən əhəmiyyətlilərindən biri, "Günəş küləkləri"dir. Günəş, Dünyaya istilik və işıqdan başqa, radiasiya ilə birgə saatdakı sürəti 1.5 milyard kilometr olan, proton və elektronlardan ibarət olan külək də göndərər. Günəş küləkləri, Dünyanın 40.000 mil uzaqlığında maqnit halqalar əmələ gətirən Van Allen qurşaqlarından keçə bilməzlər. Zərrəcik yağışı şəklindəki Günəş küləyi, bu maqnit sahə ilə qarşılaşar və ayrılaraq bu sahənin ətrafından axar. Günəşdən gələn X və ultrabənövşəyi şüalarının böyük hissəsi isə atmosfer tərəfindən sorulur. Bu sorulma olmadan, yer üzündə həyatın olması isə mümkün deyil.
Atmosferin koruyucu şemsiyesi olmasaydı, Dünyamız, göktaşı yağmuruna karşı savunmasız kalacaktı. |
Ətrafımızı əhatə edən atmosfer qurşaqları, yalnız zərərsiz nisbətdəki şüalar, radio dalğaları və görünən işığın Dünyamıza çatmasına imkan verəcək keçiriciliyə sahibdirlər. Əgər atmosferimiz bu keçiricilik xüsusiyyətindən məhrum olsaydı, nə xəbərləşmə dalğalarını istifadə edə bilər, nə də canlılığın təməli olan gün işığını görə bilərdik.
Dünyanı əhatə edən ozon təbəqəsi də Günəşdən gələn və canlılar üçün zərərli olan ultrabənövşəyi şüaların yerə qədər çatmasının qarşısnı alır. Günəşdən gələn ultrabənövşəyi şüaları yer üzündəki bütün canlıları öldürəcək qədər enerji yüklüdürlər. Bu səbəblə, Dünyada həyatın var ola bilməsi üçün, səmanın "qorunmuş tavan"ına həmçinin ozon təbəqəsi əlavə olunmuşdur.
Ozon, oksigendən çıxarılar. Oksigen qazının (O2) molekullarında 2 oksigen atomu olarkən, ozon qazının (O3) molekullarında 3 oksigen atomu olar. Günəşdən gələn ultrabənövşəyi şüaları, oksigen qazına bir atom daha əlavə edərək ozonu meydana gətirərlər. Və ultrabənövşəyi şüalar sayəsində yaranan ozon təbəqəsi, öldürücü ultrabənövşəyi şüaları tutaraq yer üzündə həyatın ən əsas şərtlərindən birini meydana gətirər.
Qısacası; əgər Dünya nüvəsinin maqnit sahə meydana gətirəcək bir xüsusiyyəti olmasaydı, atmosfer zərərli şüaları süzəcək quruluş və sıxlıqda olmasaydı, şübhəsiz Dünya üzərində həyat mümkün ola bilməzdi. Və şübhəsiz heç bir insanın ya da başqa bir canlının bunları tənzimləməsi də mümkün deyil. Açıqdır ki, insanın həyatı üçün "olmazsa olmaz" şərtlər olan bu qoruyucu xüsusiyyətlərin hamısını Allah var etmiş və səmanı, "qorunmuş bir tavan" olaraq yaratmışdır.
Başqa planetlərin bu cür "qorunmuş tavan"lardan məhrum olması, Dünyanın insan həyatı üçün xüsusi olaraq yaradıldığının bir başqa göstəricisidir. Məsələn, Mars planetinin nüvəsi qatıdır və bu səbəblə, ətrafında da maqnit olan qoruma mümkün deyil. Marsın böyüklüyü Dünyanınkı qədər olmadığı üçün nüvədə maye qismi meydana gətirəcək qədər təzyiq yarada bilməmişdir. Ayrıca, planetin uyğun böyüklükdə olması da maqnit sahə üçün kafi deyil. Məsələn, Veneranın diametri təxminən Dünyanınkı qədərdir. Kütləsi Dünyanınkından təkcə 2% daha azdır və ağırlığı da demək olar Dünyanınkına bərabərdir. Buna görə, həm təzyiq baxımından, həm də digər səbəblərlə Venerada da metal maye nüvə qisminin meydana gəlməsi zəruridir. Buna baxmayaraq, Venerada da maqnit sahə yoxdur. Bunun səbəbi Veneranın Dünyaya görə olduqca yavaş dönməsidir. Dünya öz ətrafındakı dövrünü 1 gündə tamamlayarkən Venera bir dövrü 243 gündə tamamlayar.
Dünyanın "qorunmuş tavan"ını meydana gətirən maqnit sahəsinin var olması üçün, Ayın və qonşu planetlərin böyüklükləri və Dünyaya uzaqlıqları da əhəmiyyətlidir. Qonşu planetlərdən birinin indikindən böyük olması, o planetə böyük cazibə qüvvəsi qazandıracaqdı. Qonşu planetin sahib olacağı bu böyük cazibə qüvvəsi, Dünyanın nüvəsindəki qatı və maye qisimlərdəki hərəkət sürətini dəyişdirəcək, bu günki şəkildə maqnit sahəsinin meydana gəlməsinə mane olacaqdı. Qısacası, Dünya göyünün "qorunmuş tavan" xüsusiyyətinə sahib olması, Dünyanın nüvəsinin quruluşu, dönmə sürəti, planetlərarası uzaqlıq və planetlərin kütlələri kimi bir çox dəyişikliyin ən uyğun nöqtədə birləşməsini tələb edir.
Hər an milyonlarla kub metr su, okeanlardan atmosferə, oradan da quru ərazilərə daşınar. İnsan həyatı, ancaq bu nəhəng su dövranı sayəsində davam edir. Əgər bu dövranı biz təşkil etməyə çalışsaydıq, şübhəsiz Dünyanın bütün texnologiyasını bir yerə gətirsək belə bacara bilməzdik. Ancaq buxarlanma yoluyla, həyatımızın birinci şərti olan su, bizə məsrəfsiz və zəhmətsiz bir şəkildə verilir. Hər il okeanlardan 45 milyon kub metr su buxarlanır. Buxarlanan su buludlar halına gəlib küləklər vasitəsiylə quru ərazilərə daşınar. Və beləcə hər il 3-4 milyon kub kilometr su, okeanlardan quruya, yəni bizə çatmış olar.
"Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət vardır." |
Qısacası, bizim heç bir şəkildə dövranını idarə edə bilmədiyimiz və onsuz bir neçə gündən çox yaşaya bilməyəcəyimiz su, bizlərə xüsusi olaraq göndərilir. Quranda, bunun insanın "şükür etməsi" üçün ən açıq işarələrdən biri olduğunu Allah belə xəbər verir:
İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)
Quranda yağış haqqında verilən bir başqa məlumat isə, yağışın müəyyən bir ölçü ilə endirildiyidir. Zuxruf surəsində belə buyrulur:
Göydən lazım olduğu qədər su endirildi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də beləcə dirildilib çıxarılacaqsınız.
(Zuxruf surəsi, 11)
Yağışdakı bu ölçü də, yenə dövrümüzdəki tədqiqatlarla təsbit edilmişdir. Hesablamalara görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona çatar. Bu, eyni zamanda bir ildə Dünyaya yağan yağış miqdarıdır. Yəni su, həmişə tarazlıq içində, "bir ölçüyə görə" dövran edir. Yer üzündəki həyatın davamı da, bu su dövrü sayəsində təmin edilər. İnsan sahib olduğu bütün texnoloji imkanları istifadə etsə də bu dövrü əsla süni olaraq reallaşdıra bilməz.
Əgər bu miqdarda çox kiçik bir dəyişiklik olsa belə, qısa bir zaman sonra böyük bir ekoloji balanssızlıq ortaya çıxacaq və bu da həyatın sonunu gətirəcək. Lakin heç bir zaman belə olmaz; yağış, Quranda bildirildiyi kimi, yer üzünə hər il eyni miqdarda düşməyə davam edər.
Okyanusların yüzeyinde, her an, köpüklenmeden dolayı oluşan sayısız küçük hava kabarcığı patlamakta ve deniz tuzlarınca zengin pek çok su damlacığı atmosfere fırlatılmaktadır. Atmosfer, bu damlacıkların rüzgarla taşınması sayesinde, günde 27 milyon ton tuz kazanır. Bu tuzlar sonradan oluşacak yağmur damlasının çekirdeğini oluşturacaktır. Su parçacıkları, okyanuslardan bulutlara kadar taşınan tuz kristallerinin etrafında biraraya gelerek, yağmur damlalarını oluştururlar. Böylece havadan daha ağır bir konuma gelen damlalar buluttan ayrılır ve yağmur şeklinde düşmeye başlarlar. |
Yağışdakı ölçü yalnız miqdarında deyil, eyni zamanda yağış damlalarının düşmə sürətində də mümkündür. Yağış damlası nə qədər böyük olursa olsun, yer üzünə düşmə sürətləri müəyyən bir sərhəddən çıxmaz.
Nobel mükafatı laureatı Alman fiziki Philipp Lenard, təcrübələri nəticəsində yağış damlalarının diametrləri genişlədikcə, düşmə sürətlərinin artdığını təsbit etmişdir. Ancaq düşmə sürətindəki bu artım, yağış damlasının diametri 4.5 mm. olana qədər davam etməkdə idi. Daha böyük yağış damlalarında isə, düşmə sürətləri saniyədə 8 m.-i keçir. (http://www.islandnet.com/~see/weather/history/lenard.htm) Bunun səbəbi damlaların düşərkən aldıqları şəkildir. Yağış damlalarının bu xüsusi şəkli, atmosferin sürtünmə təsirini artırar və damlaların müəyyən bir sürət limitini aşmalarının qarşısını alar.
Görüldüyü kimi Quranda, yağışın endirilməsi ilə əlaqədar, 1400 il əvvəl bilinməsi mümkün olmayan həssas bir nizama diqqət çəkilir.
Yağışların meydana gəlməsi üçün lazım olan mərhələlərin nələr olduğu ancaq hava radarlarının kəşfiylə ortaya çıxarıldı. Buna görə yağış 3 mərhələdən keçərək meydana gəlirdi: Birincisi, küləyin meydana gəlməsi, ikincisi, buludların meydana gəlməsi, üçüncüsü, yağış damlacıqlarının ortaya çıxışı. Quranda yağışın meydana gəlməsi ilə əlaqədar olaraq verilənlər də, bəhsi keçən kəşflərlə böyük bir paralellik göstərir:
"Allah küləkləri göndərər (1-ci mərhələ), beləcə bir bulud qaldırar və onu necə diləsə göydə yayıb paylayar və onu parça-parça edər (2-ci mərhələ); nəhayət onun arasından yağışın axıb çıxdığını görərsən (3-cü mərhələ). Sonunda Öz qullarından dilədiyinə verincə dərhal sevincə qapılarlar." (Rum surəsi, 48)
Okeanlardakı köpüklənmə ilə yaranan saysız hava qabarcığı daima partlayır və su damlacıqları daima səmaya atılır. Duzla zəngin olan bu damlacıqlar daha sonra küləklərlə daşınar və atmosferdə yuxarıya doğru yol alarlar. Aerozol adı verilən bu kiçik parçacıqlar, su tələsi funksiyası daşıyar və yenə dənizlərdən yüksələn su buxarını öz ətraflarında kiçik damlalar halında yığaraq bulud damlalarını meydana gətirərlər.
Duz kristallarının ya da havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar meydana gələr. Bu buludlar içərisindəki su damlacıqları çox kiçik olduqlarından (0.01 ilə 0.02 mm. diametrində) havada asılı qalarlar və göyə yayılarlar. Beləcə, göy buludlarla örtülər.
Duz kristallarının və ya toz zərrəciklərinin ətrafında bir yerə gələn su parçacıqları sıxlaşar, yağış damlalarını meydana gətirərlər. Beləcə, havadan daha ağır bir mövqeyə gələn damlalar buluddan ayrılar və yağış şəklində düşməyə başlayarlar.
"Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür. Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır." |
Quranda, yağışın "şirin" olmasına da Allah belə diqqət çəkir:
"...sizə şirin sulardan içirtmədikmi?" (Mürsəlat surəsi, 27)
Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür.
(Nəhl surəsi, 10)
Bilindiyi kimi, yağış suyunun qaynağı buxarlanmadır və buxarlanmanın 97%-i "duzlu" okeanlarda olur. Halbuki, yağış suyu şirindir. Yağışın şirin olmasının səbəbi Allahın qoyduğu başqa bir qanundur. Bu qanuna görə, su, istər duzlu dənizlərdən, istər minerallı göllərdən, ya da palçıqların içindən buxarlansın, yanında başqa heç bir yad maddə daşımaz.
"Biz, göydən tərtəmiz su endirdik..." (Furqan surəsi, 48) hökmünə görə, duru və tərtəmiz bir şəkildə yerə enər.
Quranda Allah, yağışın "ölü bir diyarı diriltmə" funksiyasına bir çox ayədə diqqət çəkər:
“Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki, onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara və neçə-neçə insanlara ondan içirdək." (Furqan surəsi, 48-49)
Yağışın, canlılar üçün zəruri ehtiyac olan suyu yer üzünə yağması ilə yanaşı həmçinin gübrələmə xüsusiyyəti vardır.
"Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir." |
Dənizlərdən buxarlanaraq buludlara çatan yağış damlaları, ölü torpağı "canlandıracaq" bəzi maddələr ehtiva edərlər. Bu "canlandırıcı" xüsusiyyətli yağış damlalarına “səthi gərginlik damlaları” adı verilər. Səthi gərginlik damlaları, bioloqların dəniz səthinin mikro layı dedikləri üst qisimdə meydana gələrlər; millimetrin onda birindən daha incə olan bu səthi pərdədə, mikroskopik yosunun və zooplanktonun pozulmasından gələn bir çox üzvi qalıqlar vardır. Bu qalıqların bəziləri, dəniz suyunda çox az olan fosfor, maqnezium, kalium kimi elementləri və ayrıca mis, sink, kobalt və qurğuşun kimi ağır metalları seçib ayıraraq, öz içlərində toplanarlar. Yer üzündəki toxum və bitkilərin yetişmələri üçün ehtiyac duyulan çox saydakı mineral duzlar və elementlər məhz bu yağış damlalarında olarlar.
Quranda, bir başqa ayədə Allah bu hadisəni bizə belə bildirir:
Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.(Qaf surəsi, 9)
Yağışlarla torpağa enən bu duzlar, səmərəni artırmaq üçün istifadə edilən ənənəvi gübrələrin bəzilərinin (kalsium, maqnezium, kalium və b.) kiçik nümunələridir. Bu cür aerozollarda olan ağır metallar isə, bitkilərin inkişafında və istehsalında məhsuldarlıq artıran elementləri meydana gətirərlər.
Qısacası, yağış əhəmiyyətli bir gübrədir. Kasıb bir torpaq, yalnız yağış vasitəsilə gələn bu gübrələrlə belə, əsrlərlə bitkilər üçün lazım olan bütün elementləri qazana bilər. Meşələr də, yenə bu dəniz mənşəli aerozolların köməyiylə inkişaf edər və bəslənərlər. Bu yolla, hər il quru parçalarının səthi üzərinə 150 milyon ton gübrə düşür. Bu təbii gübrələmə sistemi olmasaydı, Dünya üzərində çox daha az bitki olacaq, həyat tarazlığı pozulacaqdı.
Suyun ən maraqlı və əhəmiyyətli xüsusiyyətlərindən biri, digər bütün maddələrin əksinə, bərk halının maye halından -yəni buzun sudan- daha yüngül olmasıdır. Bu səbəblə, dənizlərdə donma üst tərəfdən başlayar, çünki bəzən təbəqə, suyun digər maye təbəqəsindən daha yüngüldür. Bunun sayəsində, dənizin bütünlüklə donması və canlılığın yox olması təhlükəsi ortadan qalxar. Çünki donan və üstə çıxan təbəqə, dənizin altda qalan maye qismini çöldəki soyuq havadan təcrid edər.
Əgər buz, sudan ağır olsaydı (belə ki, normal olaraq gözləniləcək vəziyyət də budur) bu dəfə dənizlər də altdan donmağa başlayacaqdı. Bu vəziyyətdə, bəhsi keçən izolyasiya reallaşmadığı üçün dənizlər bütövlükdə asan şəkildə dona bilər və sudakı həyat yox ola bilərdi. Donan su, maye sudan daha çox yer tutduğu üçün, bəzən dənizlər əvvəlkinə görə daha çox yeri əhatə edəcək və digər dənizlərin yüksəlib daşmasına səbəb olacaqdı.
Bununla yanaşı, suyun ən ağır halının, +4°C-dəki vəziyyəti də həyat üçün böyük əhəmiyyət daşıyar. Dənizlərdə +4°C istiliyə çatan su ən ağır mövqeyində olduğundan dibə çökər. Bu səbəblə, səthi buz dağları ilə örtülü dənizlərin dibi daim maye haldadır və canlıların yaşaya biləcəyi +4°C-lik istilikdədir. Eyni şəkildə qış aylarında buz təbəqəsi ilə örtülən göl və çayların da alt qisimləri həyat üçün əlverişlidir.
"Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır." |
Suyun digər bir xüsusiyyəti də buxarlanma və donma sürətinin çox yavaş olmasıdır. Yaz aylarında gündüz istisi ilə çox tez isinən qumun, gecə düşdükdə çox tez soyuduğu bilinər. Buna qarşı olaraq, dəniz suyu istiliyi gecə ilə gündüz arasında ancaq 2-3 dərəcə fərq edir. Bunun səbəbi, suyun ani istiləşmələrdə və ya soyumalarda sahib olduğu istiliyi bir ölçüdə qoruyaraq buxarlanma və donma hadisəsini gecikdirməsidir. Suyun bu təsirini yer üzü üçün düşünəcək olsaq, okeanlarda və atmosferdə maye və ya buxar halda olan suyun Dünyanın istiliyində ən əhəmiyyətli rolu oynadığı görülər. Yer üzünü örtən sular, Dünyanın Günəş şüalarına məruz qalan qismində istiliyi əmərək çox isinməyi əngəlləyər. Eyni şəkildə Günəş şüası ala bilməyən qisimlərdə isə okeanlar və digər sular sahib olduqları istilik sayəsində qızdırıcı funksiyası yerinə yetirərək istiliyin çox azalmasının qarşısını alarlar. Beləcə, gecə ilə gündüz arasındakı istilik fərqi daim insanların və digər canlıların dözə biləcəyi bir sərhəddə qalır. Dünya üzərindəki su miqdarının quruya nisbəti daha az olmuş olsaydı, gecə ilə gündüz istilikləri arasındakı fərq çox artacaq, Dünya səhraya dönəcək və həyat qeyri-mümkün olacaq, ya da ən azından çox çətinləşəcəkdi.
Buludlar inanılmaz dərəcədə ağır ola bilir. Məsələn, "Cumulo-nimbus" növlü fırtına buludunda 300.000 ton ağırlığa çatan miqdarda su toplanır. Səmada 300.000 tonluq kütlənin dayana biləcəyi bir nizamın "qurulmuş" olması şübhəsiz heyrət vericidir. Bir Quran ayəsində buludların ağırlığına Allah bu şəkildə diqqət çəkir:
Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız.(Əraf surəsi, 57)
…Və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır.(Casiyə surəsi, 5)
Külək, fərqli istilik mərkəzləri arasında yaranan hava axınıdır. Atmosferdəki fərqli istiliklər, fərqli hava təzyiqləri meydana gətirdiyindən, hava daima yüksək təzyiqdən alçaq təzyiqə doğru axar. Təzyiq mərkəzləri, yəni atmosferdəki istiliklər arasındakı fərq əgər böyük olsa, hava axını, yəni külək şiddətli olar ki, böyük dağıntılara gətirib çıxaran qasırğaları belə meydana gətirər.
"Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur." |
Maraqlı olan, ekvator və qütblər kimi aralarında çox böyük fərq olan istilik və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və "nizamlama"lar sayəsində, Dünyamızın çox sərt küləklərə məruz qalmamasıdır. Əgər qütblər və ekvator arasında reallaşacaq nəhəng hava axını bir az sonra sayacağımız səbəblərlə yumşadılmış olmasaydı, Yer səthi həmişə şiddətli qasırğaların yaşandığı ölü planetə çevrilərdi.
Əvvəla, Dünyadakı yüksəklik fərqləri küləkləri yumşaldar. Böyük yüksəklik fərqi olan yerlər, isti və soyuq cəbhə sistemləri meydana gətirər. Dağ ətəklərində görülən bu sistemlər, yeni küləkləri doğurar. Beləcə, ekvator-qütb arasındakı iki mərkəzli sistem, yüksəkliklər sayəsində çox mərkəzli sistemə çevrilər və küləklər fərqli bucaqlara dağılaraq yumşalar. Yer qabığı üzərindəki sıra dağlar isə nəhəng hava koridorları xüsusiyyətindədir. Koridorlar sayəsində hava, küləklərlə Dünyaya bərabər olaraq yayılar.
"Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi?" Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. |
Küləklərin yumşadılmasında Dünyanın meyilliyinin də böyük rolu vardır. Əgər, Dünya kosmosda dimdik dayansaydı, bir ucdan digərinə, şiddətli küləklərlə qovrulan bir planet olardı. Halbuki, planetimizin ekvatoru, bilindiyi kimi hərəkət müstəvisinə görə 23°27' meyillidir. Beləcə, iki qütb arasındakı bölgələrdə istilik hər zaman eyni qalmaz, mövsümlərə görə dəyişər. Bu, hava təzyiqinin tarazlanması və buna görə də küləyin şiddətinin qırılması deməkdir. Ekvatorla hər iki qütb arasındakı istilik fərqi azaldıqca küləklər mülayim əsər. İstilik fərqliliyini tarazlamaq üçün həmçinin planetin ətrafında iki qaz təbəqəsi yaradılmışdır. Ozon və karbon dioksid təbəqələri atmosferin istiliyini tarazlayar. Ozon təbəqəsi, "artıq olan" günəş şüalarını əmər. Karbon dioksid isə tərsinə bir təsir göstərib, qazanılan istiliyi qoruyaraq soyumağın qarşısını alar.
Bütün bu məlumatların bizə göstərdiyi, həyatımızın bir-birindən mürəkkəb alt-sistemlər ehtiva edən bir böyük sistemin sayəsində davam etdiyidir. Bütün yer üzü, insan həyatını təmin etmək üçün yaradılmışdır.