Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı? |
Əgər insan, ağlını istifadə edib "mən necə var oldum?" sualına səmimi bir cavab tapmağa çalışmazsa, ümumiyyətlə "necə oldumsa oldum! ..." kimi bir məntiqə qapılacaqdır. Bu məntiqə qapılınca onsuz da, ona bu cür mövzular üzərində bir daha düşünməyə vadar etməyəcək həyat tərzini mənimsəyəcək.
Halbuki, ağıl sahibi insana düşən, necə var olduğu üzərində düşünmək və həyatın mənasını buna görə təyin etməkdir. Bunu edərkən də, bəzilərinin etdiyi kimi, əldə edəcəyi nəticənin "mən yaradılmışam" şəklində çıxmasından qorxmamalıdır. Çünki danışdığımız insanlar, özlərini Yaradıcıya qarşı məsul hiss etmək istəməzlər. Yaradılmış olduqlarını qəbul etdiklərində, həyat tərzlərini, təşkilat nizamlarını və ya bağlı olduqları ideologiyalarını tərk etmək məcburiyyətində qalmaqdan çəkinərlər. Ya da özlərini Yaradana boyun əyməkdən qaçarlar. Bu psixologiyanı daşıyanlar, Quranda Allahın bildirdiyi kimi "vicdanları qəbul etdiyi halda, zülm və təkəbbür üzündən" (Nəml surəsi, 14) Allahı inkar edənlərdir.
Varlığını "zülm və təkəbbürlənmə" yə qapılmadan, ağıl və vicdan ölçüsündə qiymətləndirən insan isə, özündə Allahın yaratdığından başqa bir şey görməyəcək. Varlığının, özünün yaratmadığı və idarə edə bilmədiyi minlərlə mürəkkəb sistemin uyğunlaşmasına bağlanmış olduğunu fərq edəcək. "Yaradılmış" olduğunu qavrayacaq və Yaradanımız olan Allahı tanıyıb Onun özünü hansı məqsədə görə yaratdığını anlamağa yönələcək.
"Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır." |
Varlığını "zülm və təkəbbürlənmə" yə qapılmadan, ağıl və vicdan ölçüsündə qiymətləndirən insan isə, özündə Allahın yaratdığından başqa bir şey görməyəcək. Varlığının, özünün yaratmadığı və idarə edə bilmədiyi minlərlə mürəkkəb sistemin uyğunlaşmasına bağlanmış olduğunu fərq edəcək. "Yaradılmış" olduğunu qavrayacaq və Yaradanımız olan Allahı tanıyıb Onun özünü hansı məqsədə görə yaratdığını anlamağa yönələcək.
İnsan "yaradılmış" olduğunu izləyərkən, ona rəhbərlik edən bir qaynaq var: Quran. Bu kitabı, Yaradıcımız olan Allah ona və digər insanlara endirmişdir. Quran bütün insanlar üçün bir "yol göstəricidir". Yaradılış hadisəsinin eynilə Quranda tərif edildiyi kimi reallaşmış olması da, ağıl sahibi insanlara mühüm mesajlar verir. Sonrakı səhifələrdə, ağıl və vicdan sahiblərinə necə "yaradıldıqlarını" və bu yaradılışın içindəki möhtəşəmliyi göstərən məlumatlara yer verilmişdir.
İnsanın yaradılışının əhvalatı, bir-birindən çox uzaq iki ayrı yerdə başlayar. İnsan, qadın və kişi bədənində bir-birindən tamamilə müstəqil olaraq yaranan, amma bir-biriylə tamamilə uyğun olan iki ayrı mayenin birləşməsiylə həyata addım atar. Kişi bədənində yaranan spermanın kişinin istəyi ya da idarəsi ilə meydana gəlmədiyi ortadadır, eynilə qadın bədənində yaranan yumurtanın qadının istəyi və ya nəzarəti ilə meydana gəlmədiyi kimi. Onların bu hadisələrdən xəbəri belə yoxdur.
Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz? (Vaqiə surəsi, 57-59)
Əslində, çox açıqdır ki, kişidən gələn maye də, qadından gələn maye də, bir-birlərinə uyğun olaraq yaradılmışlar. Bu iki mayenin yaradılışı da, birləşməsi də, inkişaf edib insan halına çevrilməsi də əslində böyük bir möcüzədir.
Yeni bir insanın yaradılmasının ilk mərhələsi olacaq spermalar kişi bədəninin "xaricində" istehsal olunur. Bunun səbəbi, istehsalın ancaq bədən istiliyinin təxminən 20C-dən aşağı temperaturda reallaşa bilməsidir. Bu istiliyin sabitləşməsi üçün də xaya üstünə yerləşdirilmiş xüsusi dəri işləyər. Bunun funksiyası soyuqda büzüşərək, istidə isə genişlənib tərləyərək lazım olan istiliyi sabit tutmaqdır. Görəsən, bu həssas tarazlığı kişinin özü "nizamlayıb" təşkil edir? Əlbəttə ki, xeyr. Kişinin bundan xəbəri belə yoxdur. Yaradılışı rədd etməkdə müqavimət göstərənlər, bunun ancaq "insan bədəninin kəşf edilməmiş bir funksiyası" olduğunu söyləyə bilərlər. Bu "kəşf edilməmiş funksiya" sözü isə "əsassız adlandırma" dan başqa bir şey deyil.
Testislerin iç görüntüsü ve spermler |
Xayalarda, dəqiqədə orta hesabla, 1.000 ədəd çıxarılan spermalar kişinin xayalarından qadının yumurtalarına doğru edəcəyi səfər üçün xüsusi bir yaradılışa malikdir; sperma, baş, boyun və quyruqdan meydana gəlir. Quyruğu ilə bir balıq kimi ana bətnində irəliləyəcək.
Körpənin genetik şifrəsinin bir hissəsini ehtiva edən baş qismi xüsusi bir qoruyucu zirehlə örtülmüşdür. Bu zirehin faydası ana bətninin girişində bilinir: Buradakı mühit - olduqca turşuludur. Spermanın, bu turşunun varlığını bilən "birisi" tərəfindən qoruyucu zirehlə örtüldüyü isə son dərəcə açıqdır. (Bu turş mühitin də səbəbi ananın mikroblardan qorunmasıdır)
Kişidən uşaqlığa atılan yalnız milyonlarla sperma deyil. Toxumluq bir-birindən fərqli mayelərin qarışığından əmələ gəlir. Allah Quranda bu həqiqəti belə vurğulayır:
Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir? İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.(İnsan surəsi, 1-2)
Toxumluq içindəki bu mayelər spermaların ehtiyac duyduğu enerji tələbatını ödəyəcək şəkəri ehtiva edir. Ayrıca, bəzi xüsusiyyəti ilə ana bətni girişindəki turşuları neytrallaşdırmaq, spermanın hərəkət edəcəyi sürüşkən vəziyyəti təmin etmək kimi vəzifələri də vardır. Burada da yenə iki ayrı və müstəqil varlığın bir-biriylə qüsursuz bir harmoniya içində yaradıldığını görürük.
Spermalar yumurtaya çatana qədər ananın bədənində çətin bir səfər keçirərlər. Özlərini nə qədər müdafiə edirlərsə etsinlər, 200-300 milyon spermadan yumurtaya çatanların sayı mindən çox ola bilməz.
Sperma yumurtaya uyğun olaraq təşkil edilərkən, çox ayrı və fərqli bir mühitdə də yumurta həyata toxum olmağa hazır hala gətirilir ... Qadının xəbəri belə yoxkən, yumurtalıqlarda yaranan bir yumurta əvvəl qarın boşluğuna buraxılar və dərhal sonra, ana bətninin uşaqlıq borusu deyilən uzantılarının ucunda yer alan qollar sayəsində tutular. Ardınca, yumurta uşaqlıq borusunun daxili səthindəki tüklərin hərəkətiylə irəliləməyə başlayır. Böyüklüyü isə bir duz dənəsinin yarısı qədərdir.
Yumurta-sperma görüşməsinin yeri uşaqlıq borusudur. Burada yumurta xüsusi bir maye ifraz etməyə başlayar. Məhz bu maye sayəsində spermalar yumurtanın yerini taparlar. Diqqət yetirək: Yumurta "ifraz etməyə başlayır" deyərkən bir insandan və ya şüurlu bir varlıqdan söz etmirik. Bu kiçik zülal yığınının, "öz-özünə" belə bir şeyə "qərar verməsi", daha sonra da spermanı özünə çəkəcək bir kimyəvi birləşmə "hazırlayıb" ifraz etməsi təsadüflə açıqlana bilməz. Ortada açıq bir dizayn vardır.
Qısacası, bədənin çoxalma sistemi xüsusilə yumurtayla spermanı görüşdürəcək şəkildə hazırlanmışdır. Və qadın çoxalma sistemi spermalara, spermalar da qadın bədənindəki mühitə uyğun olaraq yaradılmışdır.
Yumurtanın etrafını saran spermler. |
Yumurtanı mayalandıracaq sperma yumurtaya yaxınlaşdığında, yenə yumurtanın ifraz etməyə "qərar verdiyi" (!) və sperma üçün xüsusi olaraq hazırlanmış bir maye, spermanın qoruyucu zirehini əridir. Bunun nəticəsində də, bu dəfə spermanın ucunda olan və yenə xüsusi olaraq yumurta üçün hazırlanmış olan əridici ferment kisəcikləri ortaya çıxar. Sperma yumurtaya çatdığında bu fermentlər yumurtanın pərdəsini deşərək spermanın içəri girməsini təmin edərlər. Yumurtanın ətrafını əhatə edən spermalar içəri girmək üçün böyük bir yarışa başlayarlar. Ancaq yumurtanı ümumiyyətlə, tək bir sperma mayalandırar.
VE BİRLEŞME ANI...Uzun ve zorlu bir yolculuk geçiren spermlerden biri yumurtayı döllemek için içeri giriyor... |
Allahın Quranda bu mərhələ ilə əlaqədar olaraq verdiyi məlumatlar son dərəcə diqqət çəkicidir. Allah Quranda, insanın mayesinin, yəni toxumluğun özündən meydana gətirildiyini belə bildirir:
Sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirdi (Səcdə surəsi, 8)
Allahın ayədə bildirdiyi kimi, yumurtanı spermaları daşıyan mayenin özü deyil, içində daşıdığı tək bir sperma, hətta onun da "əsası" olan xromosomlar mayalandırır. Tək bir spermanı içəri alan yumurtaya artıq bir başqa spermanın girməsi mümkün deyil. Bunun səbəbi, yumurtanın ətrafında bir elektrik sahəsi olmasıdır. Yumurtanın ətrafı (-) elektrik yüklüdür və ilk sperma yumurtaya girər girməz bu potensial (+) olar. Beləcə, çöldəki spermalarla eyni elektrik yükünü daşıyan yumurta, bu dəfə onları itələməyə başlayar.
Yəni bir-birindən ayrı və müstəqil olaraq yaranan iki əsasın elektrik yükləri də bir-birləriylə uyğunlaşır.
Sonunda, spermadakı kişinin DNT-siylə qadının DNT-si birləşir. Artıq ananın qarnında yad, yeni bir hüceyrə (ziqot), yeni insanın ilk toxumu vardır.
Yumurtayı dölleyecek sperm yumurtaya yaklaştığında, yumurta birdenbire özel bir sıvı salgılar ve bu sıvı spermin koruyucu zırhını eritir. Böylece spermin ucunda özel olarak hazırlanmış bulunan eritici enzim kesecikleri açığa çıkar. Sperm yumurtaya ulaştığında bu enzimler yumurtanın zarını delerek spermin içeri girmesini sağlar. |
Tek bir hücreyle başlayan gelişim, hücrelerin sürekli bölünmesiyle devam eder. Hücre topluluğunun ana rahmine asılmış hali. (sağda) |
Kişidən gələn sperma və qadındakı yumurta yuxarıda toxunduğumuz şəkildə birləşdiyində, doğulacaq uşağın ilk özəyi əmələ gəlmiş olur. Biologiyada "ziqot" olaraq adlandırılan bu tək hüceyrə, heç zaman itirmədən bölünərək çoxalacaq və getdikcə bir "ət parçası" halına gələcəkdir.
Ancaq ziqot bu böyüməsini boşluqda həyata keçirmir. Uşaqlıq divarına yapışır, sahib olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi oraya yapışar. Bu əlaqə sayəsində də inkişafı üçün ehtiyac duyduğu maddələri ananın bədənindən ala bilər.
Şübhəsiz ki, belə bir təfərrüat, çox yaxşı bir tibb məlumatı olmadan bilinə bilməz. Bundan 14 əsr əvvəl insanların belə bir məlumata sahib ola bilməyəcəyi də açıqdır. Amma nə maraqlıdır ki, Allah Quranda ana qarnında böyüməyə başlayan ziqotdan bəhs edərkən, onu həmişə "ələq" olaraq təyin edir:
Yaradan Rəbbinin adı ilə oxu. O, insanı ələqdən (asılıb yapışan şeydən) yaratdı. Oxu, Rəbbin ən böyük kərəm sahibidir.(Ələq surəsi, 1-3)
Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı."(Qiyamət surəsi, 36-39)
Bu "Ələq" sözünün ərəb dilindəki mənası isə, "bir yerə asılıb yapışan şey"dir. Hətta söz əslində bədənə yapışıb oradan qan soran zəli üçün istifadə edilər. Bu sözün, uşaqlıq divarına yapışıb oradan həyatı üçün lazımlı şeyləri soran ziqotu təsvir etmək üçün istifadə edilən ən uyğun söz olduğu isə açıqdır.
Allahın Quranda ziqot haqqında verdiyi məlumatlar bununla da bitməz. Döl yatağına tam mənasıyla yapışmış olan ziqot inkişafa başlayar. Ana bətni isə, ziqotu əhatə edən və "amnion mayesi" deyilən bir maye ilə doludur. Körpənin içində böyüdüyü amnion mayesinin diqqət çəkən ən əhəmiyyətli xüsusiyyəti, kənardan gələcək zərbələrə qarşı körpənin təhlükəsizliyini təmin etməsidir. Quranda bu həqiqəti də Allah belə bildirir:
Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? Biz onu etibarlı bir yerdə yerləşdirdik.(Mürsəlat surəsi, 20-21)
İnsanın əmələ gəlməsi ilə əlaqədar olaraq verilən məlumatlar, Quranın bu yaradılışı ən incə təfərrüatına qədər bilən bir qaynaqdan gəldiyini bizə göstərir. Bu vəziyyət, bizlərə Quranın Allahın sözləri olduğunu bir dəfə daha isbatlayar.
ÜÇ KARANLIK BÖLGEÇocuğun döllenmeden itibaren gelişimi üç bölge içinde olmaktadır. Bu üç bölge: 1. Fallop borusundaki bölge; bu bölge spermle yumurtanın birleştiği ve yumurtalığın rahime bağlı olduğu bölümdür. |
"...Sizi annelerinizin karınlarında, üç karanlık içinde, bir yaratılıştan sonra (bir başka) yaratılışa (dönüştürüp) yaratmaktadır. İşte Rabbiniz olan Allah budur, mülk O'nundur. O'ndan başka ilah yoktur. Buna rağmen nasıl çevriliyorsunuz?" (Zümer Suresi, 6) |
Həmçinin, zaman keçdikcə, başlanğıcda jelatini xatırladan döldə böyük bir dəyişmə görülər. İlk başdakı o yumşaq quruluşun içində bədənin dik dayanmasını təmin edəcək bərk sümüklər meydana gəlməyə başlayar. Belə ki, başlanğıcda eyni quruluşa sahib olan hüceyrələr fərqliləşərək, bəziləri işığa qarşı həssas göz hüceyrələrini, bəziləri istisi, soyuğu və ya ağrını qəbul edən sinir hüceyrələrini və ya səs titrəmələrini qəbul edən hüceyrələri meydana gətirər. Bu fərqliləşməyə hüceyrələr qərar verir? Öz-özlərinə, insan gözünü və ya ürəyini meydana gətirməyə qərar verib, bu ağlasığmaz işi onlar bacarır? Yoxsa onlar bu işə uyğun olaraq yaradılmışlar? Ağıl və vicdan şübhəsiz ikinci variantı qəbul edəcək.
Bütün bu izah edilən əməliyyatların sonunda, körpə anasının qarnındakı inkişafını tamamlamış və dünyaya gəlmişdir. Bu halıyla ana qarnındakı halından 100 milyon qat böyük, 6 milyard dəfə də ağırdır ... Burada izah edilənlər, başqa hər hansı bir canlının deyil, bizim həyata başlanğıc hekayəmizdir. İnsan üçün, belə mürəkkəb, fövqəladə bir hadisənin qaynağını tapmaqdan daha əhəmiyyətli nə ola bilər?
GÖZ OLUŞURKEN... |
Bütün bu mürəkkəb əməliyyatların "öz-özünə" meydana gəldiyini düşünmək ağılsızlıqdır. Heç kim öz-özünü ya da başqa bir insanı və ya hər hansı bir maddəni yaratma gücünə sahib deyil. İzah edilən mükəmməl sistemlərin hamısını Allah yaradır. Həm də hər anını, hər saniyəsini və hər mərhələsini ...
Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)
"Axıdılan bir nütfədən" insana çevrilən bədənimiz milyonlarla həssas tarazlıq ehtiva edir. Biz hiss etməsək də, orqanizmimizdə yaşamağımızı təmin edən son dərəcə mürəkkəb və həssas sistemlər var. Bütün bu sistemləri, insanın, özünün "yaradıldığını" anlaması üçün, hər şeyin tək sahibi, Yaradıcımız və Rəbbimiz olan Allah var edir.
İnsan Allahın yaratdığı bir varlıqdır. Yaradıldığına görə, "özbaşına və məsuliyyətsiz" buraxılacaq deyildir.
Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar." |
İnsan yüzünün ilk günleri (solda) ve sonrası... |
Sizə surət verib surətlərinizi gözəl şəklə salan, |
EMME REFLEKSİBebekler anne karnından emme refleksini kazanmış olarak doğarlar. Anne karnında parmak emme ile başlayan emme talimleri doğum sonrası bebeğin beslenmesi için büyük önem taşımaktadır. Çünkü bebeğin, tek besin kaynağı olan sütü başka bir şekilde almasına olanak yoktur. |
Spermadan körpəyə çevrilən yeni insanın qidalanması də özü özlüyündə bir möcüzədir. Körpə üçün xüsusi olaraq hazırlanan və nə ananın, nə də başqasının hazırlanmasında iştirakı olmadığı ana südü, olduqca yaxşı qidadır.
Ana südü tərkibindəki maddələr sayəsində həm yeni doğulan körpə üçün mükəmməl bir qida qaynağı, həm də körpənin və ananın xəstəliklərə qarşı müqavimətini artıran bir maddədir. Həkimlər süni olaraq istehsal edilən mamaların ancaq südün kifayət etmədiyi halda istifadə edilməsi, uşağın xüsusilə ilk aylarda qəti olaraq ana südüylə bəslənməli olduğu mövzusunda eyni fikirdədirlər. Ana südünü bir az tanıyaq:
l. Ana südünün ən maraqlı xüsusiyyəti, körpənin inkişaf dövrlərinə görə qarışığının dəyişməsidir. Südün kalori miqdarı və qida tarazlığı, körpənin erkən və ya zamanında doğulmuş olmasına görə də dəyişikliklər göstərər. Körpə erkən doğumla dünyaya gəlmişsə, ana südünün ehtiva etdiyi yağ və zülal miqdarı normal olan uşağa nisbətən daha çoxdur. Çünki erkən doğulan körpənin yüksək kaloriyə ehtiyacı vardır.
2. Uşağın ehtiyacı olan müdafiə sistemi elementləri, yəni anticisimlər və müdafiə etmə hüceyrələri, ana südünün içində körpəyə hazır şəkildə verilər, sanki pullu əsgərlər kimi aid olmadıqları bir bədəni müdafiə edər və körpəni düşmənlərindən qoruyarlar.
3. Antibakterialdır. Otaq istiliyində altı saat qalan südlərdə bakteriyalar inkişaf edərək südü xarab etdiyi halda, bu müddət ərzində ana südündə bakteriya meydana gəlməz.
4. Körpəni damar sərtliyindən qoruyar.
5. Körpə tərəfindən qısa müddətdə həzm edilər.
Müasir laboratoriyalarda qidalanma mütəxəssisləri tərəfindən hazırlanan mamaların heç birinin ana südü qədər faydalı olmadığını bilirik. Bu körpə mamalarından daha üstün olan körpə südünün, bir laboratoriyada deyil, insan bədənində və ananın xəbəri belə yoxkən kimin tərəfindən çıxarıldığı sualı necə açıqlana bilər? Açıqdır ki, ana südünü, o südə ehtiyacı olan körpəni də yaradan Allah var etmişdir.
"Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir." |