Quranın göndərilmə məqsədlərindən birinin düşünməyə dəvət etmək olduğu Bəqərə surəsinin 164-cü ayəsində belə bildirilir:
"Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır."
Quranın buna bənzər yüzlərlə ayəsi insanları yaradılmışlar üzərində düşünməyə çağırar.
İnsan, yalnız öz bədənini, ya da təbiətdəki hər hansı bir şeyi araşdırdığında böyük bir ölçü, sənət, plan və ağıl tapacaq.
Bu kitab, Allahın saysız ayələrindən bir qismini görə bilmə və göstərə bilmə məqsədiylə hazırlanmışdır.