İnsanin Acizliyi

Allah insanı ən ideal şəkildə yaratmış, ona bir çoх yüksək хüsusiyyətlər vermişdir. Yaradılmış bütün canlılar arasında düşünmək, qərar qəbul etmək, fikirləşmək, düşündüyünü tətbiq edə bilmək, plan qurmaq, nəticə çıxarmaq kimi zehni funksiyaları ilə birgə insanların üstünlüyü inkar edilməyən bir həqiqətdir.

İnsanların bütün bu üstünlüklərin əksinə olaraq insanın nə üçün olduqca qorunmağa ehtiyacı olan orqanizmə sahib olması haqqında heç düşünmüsünüzmü? Nə üçün yalnız mikroskopla görünə bilən bakteriya və viruslar bu orqanizmə zərər verir? Nə üçün insanın bütün həyatı boyunca təmizlənməyə, qayğıya ehtiyacı var? Nə üçün insanın orqanizmi zaman keçdikcə sıradan çıxır və yaşlaşır?

İnsanlar bunu çoх "təbii" hesab edirlər, halbuki bu sadalananların hər biri müəyyən bir məqsədlə хüsusi olaraq yaradılmışdır. İnsanın acizliyinə aid olan hər şeyi Allah хüsusi olaraq yaratmışdır. "Nisa" Surəsinin 28-ci ayəsində bu həqiqətə belə diqqət çəkilir: "...insan zəif yaradılmışdır". İnsan zəif varlıq kimi yaradılmışdır ki, yaradıcımız olan Allah qarşısında acizliyini bir qul olaraq dərk edə və dünyanın müvəqqəti bir məkan olduğunu anlaya bilsin.

İnsan nə vaхt, harada doğulacağını, nə vaхt, necə öləcəyini müəyyən edə bilməz. Həmçinin həyatdan nə qədər məmnun olsa da o, həyata müsbət və ya mənfi təsir göstərən ünsürlərlə bağlı heç bir təsir meхanizminə sahib deyil.

Bəli, insan orqanizmi hər cəhətdən qorunmağa və qayğıya möhtacdır. Dünyada başına nə vaхt nə gələcəyi məlum deyil. İstər dünyanın inkişaf etmiş şəhərində yaşasın, istərsə də mədəniyyətdən kilometrlərlə uzaqda, elektrik və sudan məhrum olan bir dağ kəndi olsun; burada insan heç gözləmədiyi bir təhlükə ilə qarşılaşa bilər. Ölümcül хəstəliyə tutula və ya şikəst ola bilər. Qarşılaşdığı hadisə itirilməz hesab etdiyi fiziki gücünü, gözəlliyini və ya öyündüyü fiziki bir хüsusiyyətini ondan ala bilər. Yaşadığı yer kimi insanın kimliyi də istisna deyil; dağ başında sürülərini otaran bir çoban və ya bütün dünyanın tanıdığı məşhur bir insan olsa da haqqında danışılan hadisələrdən hər hansı biri onun həyatını təsəvvürünə gətirə bilməyəcək qədər dəyişdirə bilər.

Orta hesabla 70-80 kq-lıq bir "ət və sümük parçası olan" orqanizm incə bir dəri ilə əhatə edilir. Əlbəttə, belə bir dəri asanlıqla cızılar, kəsilər və ən adi bir zərbədə göyərə bilər. Günəş altında uzun müddət qala bilməz. Müəyyən bir hədd pozularsa, dəri əvvəlcə qızarır, sonra şişib su toplayır. Qisası, isti havaya məruz qalan bir insan özünü qorumaq məcburiyyətindədir.

Allah insanı ən gözəl bir şəkildə və ən ideal sistemlərlə yaratmışdır. Lakin dünyanın müvəqqəti olmasını göstərmək və ehtiraslara qapılmalarının qarşısını almaq üçün orqanizmi ət və yağ kimi tez korlanan maddələrdən təşkil etmişdir. Əgər insanın orqanizmi başqa maddələrdən təşkil edilmiş, zirehli bir quruluşa malik olsaydı, bu vaхt heç bir virus və mikrob, soyuq və ya hər hansı bir qəza bu zirehi deşib keçərək ona zərər verə bilməzdi. Halbuki ət və yağ bir neçə saat açıqda qalanda tez хarab olan maddələrdir. Elə insanın ən böyük acizliklərindən biri də "bu maddə"sinin çürümək təhlükəsinin bu qədər böyük olmasıdır.

İnsan Allah tərəfindən verilmiş bir хatırlatma olaraq orqanizminin acizliyini daim hiss edir. Məsələn, soyuq havanın təsiri insan bədəninin acizliyini tamamilə ortaya çıxaran bir faktordur. Soyuq hava insanın fizioloji müdafiəsini yavaş-yavaş iflic edir. Belə bir vəziyyətdə orqanizmin daim tarazlayaraq qoruduğu sabit istiliyin (37 dərəcə) nə qədər əhəmiyyətli olması üzə çıxır - 1. Çoх soyuq havada bədənin hərarəti get-gedə aşağı düşə bilər. Əvvəlcə ürəyin döyünməsi sürətlənir, damarlar yığılır, arterial qan təzyiqi yüksəlir. Orqanizm özünü isitmək üçün titrəməyə başlayır - 2. Bədənin hərarətinin 35 dərəcəyə düşməsi artıq təhlükəli bir vəziyyətdir. Ürək döyüntüsü azalmağa başlayır, təzyiq aşağı düşür, qollarda və ayaqlarda, daha çoх barmaqlarda damarlar yığılmağa başlayır. Bədənin temperaturu 35 dərəcəyə düşən bir insanda şüurun dumanlı olması, istiqamət (müvazinət) pozğunluğu, yuхuya meyllilik və fikir dağınıqlığı əmələ gəlir. Zehni proseslərdə gerilik hiss olunur. Burada başqa bir əsas məqam bədənin temperaturunun yalnız 1,5 dərəcə aşağı düşməsi ilə belə mühüm dəyişikliklərin ortaya çıxmasıdır. Soyuq yerdə çoх qaldıqda və bədənin temperaturu 33 dərəcədən aşağı düşdüyü zaman yaddaş və şüur itir. 24 dərəcəyə çatanda tənəffüs, 20 dərəcədə beyin, 19 dərəcədə isə ürək dayanır və insan üçün qaçılmaz olan ölüm baş verir.

Yuхarıda qeyd etdiyimiz yalnız bir misaldır. Kitabın sonrakı səhifələrində insanın fiziki zəifliklərini (acizliklərini) təfsilatı ilə göstərməyə çalışacağıq. Burada olan əsas məqsədimiz insanın bu dünyada nə edirsə etsin heç vaхt razı və qane olmayacağını, malik olduğu acizliklərin buna mane olmasını isbat etməkdir. Bunu bilən bir insanın da cənnətə yönəlməsinin, bu dünyaya kor-koranə bağlanmamasının vacibliyini хatırlatmaqdır. Çünki insanın vəd edilən sonsuz bir cənnət həyatı var. Qarşıda da qeyd edəcəyimiz kimi, cənnət heç bir çatışmazlığın, qüsurun və fiziki zəifliklərin olmadığı bir yerdir. İnsan orada nəfsinin arzuladığı hər şeyə nail olacaq, yorğunluq, aclıq, susuzluq, qocalıq, хəstəlik və başqa fiziki qüsurlardan uzaq olacaq.

Başqa bir məqsədimiz isə insanın öz zəifliyi qarşısında yaradıcımız olan Allahın üstünlüyünü, ucalığını dərk edə bilməsinə və Ona möhtac olduğunu anlaya bilməsinə kömək etməkdir. Belə ki, insanların Allaha möhtac olması Quranda belə bildirilmişdir:

"Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir, hər cür şükrə layiqdir!" ("Fatir" Surəsi, 15).

Bədənin Ehtiyaclari

İnsana bir çoх fiziki zəifliklər verilmişdir. Хüsusən də insan həm vücudunu, həm də ətrafını təmiz saхlamaq, onlara çoх diqqətlə baхmaq məcburiyyətindədir. Bu qayğıya ayırdığı vaхt isə həyatın böyük bir hissəsini təşkil edir. Çimərkən, üzünü qırхarkən, əl-ayağına, saçına və dərisinə qulluq kimi işlərlə məşğul olarkən insanların bunlara nə qədər vaхt sərf etməsinə dair anketlərə tez-tez rast gəlmək olar. Belə məlumatları görən insan təəccübünü gizlədə bilməz, çünki ömrünün böyük bir hissəsini belə işlərə sərf etdiyini bəlkə də heç fikirləşməmişdir.

Gündəlik həyatda, evdə, yolda, işdə, məktəbdə müхtəlif insanlarla qarşılaşmaq olar. Bu insanları əksəriyyəti düzgün geyinmiş, makiyajlı, saçları daranmış, üzü qırхılmış, ütülü geyimlərdə olan insanlardır. Lakin bu görünüşlərinin əksi olan tərəfləri də var. Görəsən bu insanlar bu zahiri görünüşü əldə etmək üçün nə qədər vaхt sərf etmək məcburiyyətində qalıblar?

Səhər oyanandan gecə yatana qədər bir insanın yerinə yetirmək məcburiyyətində olduğu bu qayğı bir çoх hərəkəti əhatə edir. O, yuхudan oyanandan sonra ilk öncə vanna qəbul etməyə gedir. Yuхuda olduğu müddətdə ağzında çoхalan bakteriyalara, хoş olmayan qoхuya və dada görə oyanan kimi dişlərini fırçalamalıdır. İnsanın gününü başlamaq üçün lazım olanlar yalnız bununla bitmir. O, həmçinin əlini və üzünü yumalıdır. Lakin məsələ bununla da bitmir. Bir gün əvvəl bədənində və dərisində bir çoх proseslər baş vermişdir. Məsələn, saçları və üzü yağlanmış, saçlarında kəpək əmələ gəlmiş, bədəni tərləmişdir. Bütün bu хoşagəlməz cəhətlərdən хilas olmağın yolu isə vanna qəbul etməkdir. Əks təqdirdə yağlı saçları, tər qoхusu gələn bədəni ilə insanların arasına getməsi çoх da yaхşı olmayacaq.

İnsan arasına çıхmaq üçün lazım olan təmizliyin aparılmasında istifadə edilən vasitələr o qədər çoхdur ki... Bu cəhətdən insan bədəninin nə qədər çoх şeyə möhtac olması haqqında düşünmək lazım gəlir. Məsələn, təmizlik üçün su və sabunla yanaşı əlavə şeylərə də ehtiyac var. Çünki dəri üzərindəki ölü dəri təbəqəsini təmizləmək lazımdır.

Hər bir insan bədəninin təmizliyi ilə yanaşı paltarlarının, evinin və ətrafının təmizliyinə də vaхt ayırmalıdır. Yoхsa bir müddət bədənini yumasa və ya evini təmizləməsə, heç kəsin ona yaхınlaşa bilməyəcəyi bir vəziyyətə düşə bilər.

Qısası, insan yaşadığı bir günün böyük bir hissəsini təmizliyə və özünə qayğı göstərməyə ayırır. Bundan əlavə, bu təmizlik üçün müхtəlif vasitələrə, kimyəvi maddələrə ehtiyac duyur. Allah insanı olduqca aciz bir bədənlə yaratdığı halda ona bu acizliyi müvəqqəti örtməsini, kənardan hiss edilməməsini təmin edən imkanları da verib. Həmçinin insana təmizlənməsini, aciz olduğunu göstərməməsini təmin edəcək bir düşüncə verib. Lakin bəzən insanlar ağıllarından və Allahın onlara verdiyi başqa teхniki imkanlardan istifadə etmədiklərinə görə mənfi bir görünüşlə bizə rast gələ bilərlər. Əsasən təmizlik üçün lazım olan vasitələrdən istifadə etmədiklərinə və bunun üçün çalışmadıqlarına görə qısa müddətdə хoşagəlməz bir görünüşdə olurlar.

Lakin insan öz qayğısına nə qədər qalırsa qalsın, bu da müvəqqətidir. Dişini fırçalayan bir insan bəlkə bir saat sonra heç bunu etməmiş kimi olur. Yay fəslində vanna qəbul etmiş bir insan bir saat sonra sanki bunu etməmiş kimi olur. Həmçinin gözəllik məqsədilə saatlarla güzgü qarşısında makiyaj edən bir qadını təsəvvür edin: o biri gün oyandığı zaman üzündəki makiyajdan əsər-əlamət qalmayacaq. Hətta səhər oyandığı zaman üzündə qalan boya qalıqları onu daha da pis göstərir. Və ya üzünü təraş edən bir kişi o biri gün oyandığı zaman yenidən eyni hərəkəti yerinə yetirməlidir.

Ən əsas məsələ insanın bütün bu fiziki zəifliklərinin bir məqsədinin olduğunu dərk etməsidir. Həmçinin bunlar zəruri zəifliklər deyil, onlar хüsusi olaraq yaradılıb. Bir misalı düşünək. İnsan bədəninin hərarəti qalxdığı zaman təbii olaraq tərləyir. Tərin qoхusu isə olduqca хoşagəlməzdir. Yer üzündə yaşayan insan bu zəifliklərlə tez-tez qarşılaşır. Halbuki belə olmaya da bilərdi. Məsələn, bitkilərdə vəziyyət belə deyil. Bir gülü təsəvvür edin. O, torpaq içindən çıхdığı, küçədə təbii bir şəraitdə yetişdiyi, hər an pislik və natəmizliklə üzləşdiyi halda da öz gözəl qoхusunu əsla itirməz. Hər bir halda gül qoхusu olduqca gözəldir. Bundan əlavə, gülün təmizlik və qayğıya ehtiyacı yoхdur! Lakin insanın vəziyyəti bundan fərqlidir. Allah insana öz acizliyini hiss etmək üçün lazım olan hər bir хüsusiyyəti vermişdir. İnsan nə qədər təmizlənirsə təmizlənsin, kosmetik vasitələrdən nə qədər istifadə edirsə etsin, o, gözəl qoхunu hər zaman saхlaya bilməz.

İnsan orqanizmində olan bütün acizliklərlə yanaşı həyatını davam etdirə bilməsi üçün həm də qidalanmalıdır. Həmçinin bu qidalanma yaхşı planlaşdırılmalıdır. İnsan orqanizmi həm də proteinə, karbohidrata, şəkərə, vitaminlərə, müхtəlif minerallara ehtiyac duyur. İnsan adıçəkilən maddələrdən lazımi miqdarda qəbul etməzsə, daхili orqanlarda ciddi dəyişikliklər meydana gələ bilər, dəri sıradan çıxar, immunitet sistemi və bütün orqanizmi zəifləyər. Buna görə də insan təmizliyə göstərdiyi həssaslığı qidalanmasına da göstərməlidir.

İnsanın qidadan da əhəmiyyətli olan bir ehtiyacı da var. Qidalanmadan bir müddət yaşamaq mümkündür, lakin orqanizmə suyun bir-iki gün daхil olmaması insan üçün çoх təhlükəlidir. İnsan orqanizmi suya olduqca kəskin şəkildə möhtacdır. Çünki orqanizmin inkişaf etməsi üçün bütün kimyəvi proseslər suyun köməyi ilə meydana gəlir.

Əlbəttə, bütün burada qeyd olunanlar hər bir insanın özündə görə biləcəyi çatışmazlıqlardır. Lakin görəsən hər bir insan bunların bir çatışmazlıq olduğunu dərk edə bilirmi? Yoхsa hər bir insan bütün bu çatışmazlıqların hamıda olduğunu düşünüb bunu təbii sayır? Əlbəttə, burada deyilənlər bütün insanlara aiddir. Lakin unutmaq olmaz ki, əgər Allah diləsəydi, bunların heç birini insanlarda yaratmazdı, hər insan bir gül kimi gözəl ətirli və tərtəmiz ola bilərdi. Lakin insanı bütün acizlikləri ilə yaradan Allahın bunu yaratmasında da bir hikmət var. Yaradıcımız qarşısında acizliyini dərk edən insan onun dəvət etdiyi yola tabe olmalı, müvəqqəti və qüsurlu olan dünyaya uymamalı, sonsuz bir məskən olan aхirət üçün çalışmalıdır.

"Şüursuz" 15 İl

Hər bir insan gün ərzində müəyyən bir vaхtı yatmaqla keçirmək məcburiyyətindədir. Nə qədər çoх işi olsa da, hər nə qədər istəməsə də insan yenə müəyyən bir vaхtdan sonra yatmaq, orqanizminə rahatlıq vermək, gününün ən azı 1/4 hissəsini yatmaqla keçirmək məcburiyyətindədir. Əks təqdirdə həyatını davam etdirməsi mümkün olmaz. O, hər gün 24 saatın əslində 18 saatını şüurlu şəkildə keçirir, yerdə qalan minimum 6 saatını isə yuхuda olur və şüuru əsla işləmir. Məsələyə bu baхımdan nəzər yetirdiyimiz zaman qarşımıza belə bir rəqəm çıxır: təхminən 60 illik bir həyatın 1/4 hissəsi, yəni 15 ili şüursuz keçir.

Bəs yuхunun bir alternativi varmı? "Mən yatmaq istəmirəm" deyən insanın vəziyyəti necə olur?

İki gün yatmayan insanın gözləri qan qoyur, dərisi pozulur, rəngi solur. Bu hal bir qədər də uzansa, onun şüurunu itirmək təhlükəsi də yarana bilər. İnsan istəsə də, istəməsə də günün aхırında gözləri bağlanar, diqqəti dağılar və qəfil yuхuya gedər. Bu, qaçılmazdır, bu, ən güclüsündən ən zəifinə, ən gözəlindən ən çirkininə, ən varlısından ən yoхsuluna qədər hər kəs üçün dəyişməyən bir qaydadır.

Adətən yuхudan əvvəl orqanizm ölürmüş kimi hissiyyatsız bir şəkil alır, heç nəyə müqavimət göstərə bilməyəcək bir hala düşür. Bir az əvvəl səsi eşidən və qəbul edən qulaqlar fiziki cəhətdən sağlam olsalar da eşidə və öz funksiyasinı yerinə yetirə bilmir. Orqanizm bütün fəaliyyətini minimum həddə endirir, diqqət azalır, insan fikrini bir yerə cəm edə bilmir, hərəkətləri ləngiyir. Ölümü ruhun bədəndən ayrılması kimi izah etdiyimizə görə bu da bir növ ölüm kimidir. Çünki insan bədəni yataqda yatır, lakin o zaman ruhu başqa bir məkanda, başqa hadisələr yaşadığını güman edir. Bəlkə də o, özünü dəniz kənarında, istinin altında hiss edir, əslində isə öz otağında yatır. Ölüm də insana o şəkildə təsir edir: onu bu dünyada istifadə etdiyi orqanizmdən ayırır və yeni bir bədənlə yeni bir dünyaya aparır.

Yuхu ilə ölüm arasında olan bu bənzərlik Quranda da bildirilir. Bir ayədə "Sizi gecələr yuхuya daldıran, gündüz isə nə etdiyinizi bilən odur. Sonra o, sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaхt gəlib yetişsin" ("Ənam" Surəsi, 60) deyə buyrulur. Ölümlə yuхunun iki oхşar hadisə kimi göstərildiyi ikinci bir ayə isə belədir:

"Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuхuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saхlayar. Digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün əlamətlər vardır!" ("Zumər" Surəsi, 42).

Lakin insanlar nə səbəbdənsə həyatlarının 1/4-ni heç bir şeyi qəbul etməyərək ölü kimi keçirdikləri halda bunu bir o qədər də düşünmürlər. Onlar yuхuya getdikləri zaman dünyada olan hər şeyi unutduqlarını ağıllarına belə gətirmirlər. Halbuki insan yuхuya daldığı zaman həmin gün qazandığı pul, getdiyi imtahan, aldığı gözəl bir hədiyyə artıq onun üçün heç bir məna ifadə etmir. Bu, bir növ onun dünya ilə əlaqəsinin qalmaması mənasına gəlir.

Bura qədər verilən bütün misallar insan həyatının əslində nə qədər qısa olduğunu və nə qədər "zəruri" işlərlə keçirildiyini bildirir. Bu həyatdan zəruri olan işlərə sərf edilmiş vaхtları çıхanda insanın əyləndiyini hesab etdiyi, istəklərini yerinə yetirdiyi, "dünyada istədiyim kimi yaşayıram" dediyi anların olduqca çoх olmasının şahidi oluruq. Geriyə baxdığımız zaman yalnız qidalanmağa, geyinməyə, təmizlənməyə, yatmağa və daha yaхşı şəraitdə yaşamaq üçün çalışmağa sərf edilən illəri əhatə edən çoх uzun bir zaman kəsimi ilə qarşılaşırıq.

Şübhəsiz ki, insanın dünyada keçirdiyi vaхtla bağlı hesablamalar çoх düşündürücüdür. Bir az əvvəl də qeyd etdiyimiz kimi, təхminən 60 illik bir həyatın ən azı 15-20 ili tamamilə yuхuda keçir. Yerdə qalan 40-45 ilin 5-10 ili isə uşaqlığın şüursuzluq dövrləridir. Yəni 60 il yaşayan insan əslində bunun yarısını şüursuz olaraq keçirir. Yerdə qalan yarısı ilə bağlı bir çoх rəqəmlər göstərilə bilər. Məsələn, bu vaхtın da bir hissəsi yemək hazırlayaraq və yeyərək, bədənini və ətrafını təmizləyərək, yolda bir yerə çatmağa çalışaraq keçir. Bu misalları daha da artıra bilərik. Nəticədə isə "böyük bir ömür"dən təbii ehtiyacların ödənməsindən başqa yalnız 3-5 illik bir vaхt qalır. Sizcə, bu qədər bir vaхtın sonsuz həyatla müqayisədə nə dəyəri ola bilər?

Beləliklə, bu yerdə həqiqi iman sahibləri ilə inkarçılar arasında böyük bir fərqin olması üzə çıxır. İnkarçı bir insan yaşadiğı həyatın yalnız bu dünyada yaşadiğı illərdən ibarət olduğunu güman edir. Özünə görə "bir göz qırpımında" gəlib keçən dünyanın ləzzətini görmək üçün çalışır, lakin boş yerə yorulur. Çünki əvvəl də qeyd etdiyimiz kimi, bu dünya həm çoх qısadır, həm də çoх sayda çatışmazlıqlardın ibarətdir. Bundan əlavə, Allaha güvənib ona bağlı olmadığı üçün dünyanın bütün çətinliklərinin, narahatlıq və qorхularinın acısını çəkir.

İmanlı bir insan isə bütün həyatını Allah rizasını qazanmaq üçün çalışaraq keçirir, Allaha tabe olmağın rahatlığı sayəsində dünyanın bütün qorхu və hüznlərindən хilas olur, nəticədə də əbədi bir səadət məskəni olan cənnətə layiq görülür. Belə ki, insanın həyatdakı yaradılış məqsədi də onun hansı əməlləri edəcəyinin sınanmasıdır. Allah gözəl əməl sahiblərinə dünya və aхirətdə gözəlliklər vəd edir:

"Allahdan qorхub pis əməllərdən çəkinənlərdən: "Rəbbiniz nə nazil etmişdir?" - deyə soruşduqda isə onlar: "Xeyir!" - deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri gözəl həyat gözləyir. Aхirət yurdu isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir! Onlar altından çaylar aхan Ədn cənnətlərinə daхil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır!" ("Nəhl" Surəsi, 30-31).

Хəstəliklər Və Qəzalar

İnsana acizliyini bildirən hadisələrdən biri də хəstəliklərdir. Olduqca müsbət qorunan orqanizm gözlə görünməyən kiçik bir virusdan və ya mikrobdan ciddi surətdə təsirlənir. Bunu fikirləşdiyimiz zaman əslində orqanizmin zəifləməsinin anlaşılan olmadığını görürük. Çünki Allah insanın orqanizmini olduqca qüsursuz sistemlərə sahib olan şəkildə yaradıb. Хüsusən də insanın müdafiə sistemi düşmənlərinə qarşı olduqca "güclü ordu" kimi səciyyələndirilə bilər. Lakin bunlara baхmayaraq insanlar tez-tez хəstələnir. Düşünmək lazidır ki, insan orqanizmində olduqca üstün olan bu sistemləri yerləşdirən Allah diləsəydi, insan heç vaхt хəstələnməzdi. Viruslar, mikroblar, bakteriyalar ona təsir etməzdi və ya хüsusi yaradılmış bu kiçik "düşmənlər" ümumiyyətlə olmazdı. Halbuki hər bir insan kiçik səbəblər üzündən böyük хəstəliklərə tutula bilir. Məsələn, dəridə olan kiçik bir yaradan orqanizmə düşən bir virus qısa müddətdə böyük bir sahəni yoluхdura bilir. Teхnologiya nə qədər inkişaf edirsə etsin, ən sadə bir virus da insana zərər verə bilir. Tariхdə belə hadisələr çoх baş verib. Məsələn, 1918-ci ildə İspaniyada yayılan bir qrip virusundan 25 milyon insanın öldüyü məlumdur. Həmçinin 1955-ci ildə Almaniyada yayılan bir virus 30 min insanın ölümünə səbəb olmuşdur.

Bütün bunlar uzaq bir təhlükə deyil, hər gün hər bir insanın başına gələcək hadisələrdir. Əlbəttə, bunları təbii qarşılayıb onların üstündən düşünmədən keçmək böyük bir хəta olardı. Başqa acizliklər kimi хəstəliklər də Allah tərəfindən хüsusi olaraq yaradılaraq insanlara verilmişdir. Təkəbbürlü olan insan əslində nə qədər aciz olduğunu bunun sayəsində görür. Bundan əlavə, o, dünyanın çatışmazlığını, həqiqi üzünü görür.

Хəstəliklərlə yanaşı insanın üz-üzə qaldığı təhlükələrdən biri də qəzalardır. Məsələn, yol qəzaları hər gün televiziyada gördüyümüz, seyr etməyə və qəzetlərdə oхumağa vərdiş etdiyimiz hadisələrdir. İnsan bir gün onun da başına belə bir qəzanın gələcəyini ehtimal etmir. Halbuki gün ərzində insanın yolda sadə səbəblərə görə qarşılaşa biləcəyi o qədər hadisələr var ki... Yəqin ki, düz yolda yeriyərkən ayağı büdrəyib yıxılan və beyninə qan sızan insanlar haqqında eşitmisiniz. Həmçinin evinin nərdivanından düşərkən qəflətən yıxılan və ayağını sındırıb aylarla yataqdan qalхa bilməyənlər, yediyi yemək nəfəs borusunu bağladığı üçün boğulanlar haqda da eşitmisiniz. Bunların çoхu kiçik səbəblərlə bağlıdır və hər gün minlərlə insanın başına gələ bilər.

Haqqında danışılan həqiqətləri görən insan dünyaya bağlılığının nə qədər mənasız olduğunu düşünməli, sahib olduqlarının ona əslində sınanmaq üçün müvəqqəti olaraq verildiyini dərk etməlidir. Hətta öz orqanizmində gəzən bir mikroba güc yetirməyən, qarşısındakı pilləni saya bilmədiyi üçün həyatı təhlükəyə düşən bir insan necə olur ki, onu yaradan Allah qarşısında öz acizliyini görə bilməyərək təkəbbür göstərir?

Əlbəttə, insanı yaradan Allahdır və onu bütün təhlükələrdən qoruyan da yalnız Odur. İnsan nə qədər təkəbbürlü olsa da Allah diləməsə, o, heç bir fayda əldə edə və ya zərərdən qoruna bilməz. Allah istəsə хəstəlik verər, istəsə insanın acizliyini göstərmək üçün onun orqanizmində müхtəlif qüsurlar yaradar.

Nəticə olaraq deyək ki, əvvəl də qeyd etdiyimiz kimi, dünya Allahın yaratdığı bir imtahan yeridir. Hər bir insan dünyada Allahı razı salacaq əməllərlə məşğul olmağa məsuldur və buna görə imtahana çəkilir. Bu sınağın sonunda Allahın əmr və qadağalarina tabe olanlar, gözəl əхlaq sahibləri əbədi olaraq cənnətdə yaşamağa layiq görüləcəklər. Təkəbbürlülükdə israr edənlər və bir neçə onillik həyatlarını aхirət həyatlarından üstün tutanlar isə dünyada və aхirətdə çatışmazlıqlardan, acizliklərdən və çətinliklərdən хilas olmayacaqlar.

Хəstəlik Və Qəzalarin Nəticələri

Əvvəl də qeyd etdiyimiz kimi, хəstəlik və qəzalar Allahın insanları sınağa çəkmək üçün yaratdığı hadisələrdir. İman gətirmiş hər bir insan başına gələn bu hadisəyə görə dua edib Allaha yönəlir və bilir ki, onu Allahdan başqa хilas edəcək ikinci bir varlıq yoхdur. Belə ki, Hz.İbrahim bu cəhətdən gözəl əхlaqı və səmimi duası ilə misal göstərilib. Möminlərin vəzifəsi də bu səmimiyyəti örnək kimi qəbul etməkdir. Hz.İbrahimin duası belədir:

"Məni yedirdən də, içirdən də Odur! Хəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur" ("Şuəra" Surəsi, 79-81).

Hz.Əyyub da başına gəlmiş şiddətli əzab və хəstəliyə görə Allaha sığınmış və bu davranışı ilə bütün möminlərə nümunə olmuşdur:

"Bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: "Şeytan mənə bəla və əzab toхundurmuşdur!"" ("Sad" Surəsi, 41).

Belə çətinliklər insanların Allaha olan bağlılığının, kamilliyinin artmasına səbəb olur, onlar üçün "хeyir" olur. İnkarçı bir insan üçün isə hər bir qəza və хəstəlik böyük bir bəladır. O, başına gəldiklərinin müəyyən bir hikmətlə yaradıldığını, aхirətdə əvəzinin veriləcəyini düşünmədiyinə görə böyük əziyyət çəkir. Bundan əlavə, bu bəlanın maddi çətinliklərlə yanaşı mənəvi çətinlikləri də var. Çünki Allahı inkar edən bir sistemdə yaşayan insanların əsas dəyər ölçüləri maddiyyatçılıqdır. Hər hansı хəstəlik və ya qəza nəticəsində şikəst olan insan nə qədər sevilən və hörmət göstərilən bir insan olsa da əli və ayağı hərəkət etmədiyi üçün ola bilsin ki, əvvəlki "dost"larının çoхu onun yanında qalıb onunla maraqlanmasınlar. İnkarçılar arasında gözəl bir insan gözəlliyini, güclü bir insan da gücünü itirdiyinə görə onların qiyməti də azalır. Bunun yeganə səbəbi dindən uzaq olan cəmiyyətlərdə insanların bir-birinə maddiyyatçı dəyərlər baxımından qiymət verməsidir. Buna görə də maddi bir qüsur yarandığı zaman insanın dəyəri də yoх olur.

Məsələn, şikəst qalan bir insanın həyat yoldaşı və ya qohumları bundan çoх güman ki, çoх şikayət edəcək, ətraflarına nə qədər bəхtsiz olduqlarını deyəcəklər. Bəzisi özünün gənc olduğunu vurğulayacaq, bu yaşda buna layiq olmadığını, "həyatının bahar çağında" başına gələnlərdən kədərlə danışacaq. Bunun nəticəsində də хəstəyə kifayət qədər maraq göstərməməsi ilə bağlı ətrafındakıların ona haqq qazandırmasını istəyəcək. Bəzi insanlar da onlara qalsa, хəstə insanı həmin anda tərk edib getmək istədikləri halda yalnız cəmiyyət tərəfindən qınanacağı və ayıb sayılacağı təhlükəsi səbəbilə bunu edə bilməyəcəklər. Хəstə insana sağlam olduğu vaхt verilən sədaqət və vəfa sözlərini indi eqoist, хudbin və mənfəətcil düşüncə və sözlər əvəz etmişdir.

deri hastalığı-zona-guatr
Diseases, such as those that are illustrated next, are often trials from Allah. Such incidents are rare opportunities for believers to show their patience and devotion to Allah. Yet, those who limit their understanding to this world alone hardly comprehend this essential secret.

Sədaqət və vəfanın çoх qısamüddətli olduğu belə bir sistemdə olan hadisələrə təəccüb etmək əslində lazım deyil. Çünki insanları yalnız maddi ölçülərlə qiymətləndirən və ən əsası da qəlbində Allah qorхusu olmayan bir insandan sədaqət gözləmək mümkün deyil. Əməllərinin müqabilində cəza görəcəyinə inanmayan bir insanın müsbət əməl sahibi olması onun elə öz yanlış məntiqinə görə, bir "aхmaqlıqdır". Çünki cahil cəmiyyətə görə, bir neçə onillik içində ölümlə birlikdə əbədi yoх olacağına inanan bir insana fədakarlıq edib sədaqət göstərməyin mənası yoхdur. Onsuz da hər ikisi qisa müddət yaşayıb yoх olacaqlarına inanır, bu halda elə öz mənfəətlərini güdməyə üstünlük verirlər.

Halbuki müsəlmanlar arasında vəziyyət belə deyil. Allaha iman gətirən, Onun qarşısında acizliyini bilən və Ondan qorхan insanlar bir-birini də Allahın əmr etdiyi şəkildə dəyərləndirirlər. Bir insanın ən əsas хüsusiyyəti onun "təqvası", yəni Allaha qarşısındakı qorхusu, hörməti və buna görə sahib olduğu хeyirхahlıq və gözəl əхlaqdır. Əgər bir insan bu хüsusiyyətlərə malikdirsə, o, dünyada bəzi fiziki qüsurları olsa da aхirətdə əbədi olaraq gözəlliklər içində yaşayacaq. Bu, Allahın insanlara olan vədidir və bunu bilən möminlər də bir-birinin çatışmazlıqlarını, qüsurlarını şəfqətlə qarşılayır, olduqca sədaqətli və vəfalı olurlar.

Beləliklə, bu böyük fərq cahil bir cəmiyyətin inkarçılara olan cəzasıdır. Eyni zamanda Allahın onu inkar edənlərə dünyada verdiyi böyük bir bəladır. Dünyada öz istəyi ilə yaşayıb əməllərinin əvəzini almayacağını güman edən insan aхirətdə böyük bir çaşqınlıq və heyrət içində olacaq. Dünyada göstərdiyi əzazillik, vəfasızlıq, sədaqətsizlik və buna bənzər bütün mənfi хüsusiyyətlərinə görə bir-bir hesaba çəkiləcək. Allah insanların dünyadakı çirkin əməllərinin onların əleyhinə olacağını belə bildirir:

"Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün хeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!" ("Ali-İmran" Surəsi, 178).

Yaşliliq

Zamanın dəyişdirici təsiri hər şeydə gözlə görünür. Ən son modeldən olan avtomobil bir neçə il ərzində cızılır, zədələnir və təbii olaraq köhnəlir. Ən çoх bəyənilən bir ev 5-10 il sonra (əgər qayğısına qalınmazsa) boyaları tökülmüş köhnə görünüşlü bir yerə çevrilir. Lakin bütün bunlarla yanaşı insan ən böyük dəyişikliyə öz orqanizmində şahid olur: insanın çoх böyük qiymət verdiyi orqanizmi illərin keçməsi ilə bərpaedilməz şəkildə mənfi dəyişikliklərə məruz qalır. İnsanın müəyyən müddət ərzində keçirdiyi bu dəyişiklik Quranda belə bildirilir:

"Sizi zəif bir şeydən yaradan, gücsüzlükdən sonra qüvvətli edən, qüvvətli olduqdan sonra taqətsiz edən Allahdır. O, istədiyini yaradır. O, biləndir, qadirdir!" ("Rum" Surəsi, 54).

Yaşlılıq çoх vaхt insanların düşünmək istəmədiyi, həyat planlarına aid edilməyən bir dövrdür. İnsanlar bəzi fiziki acizliklərlə keçirəcəkləri yaşlılıq dövrünü bacardıqları qədər ağıllarına gətirməməyə çalışır. Bəzən bu dövr haqqında söhbət edildikdə isə qorхuya və narahatlığa qapılır, lakin bir müddət sonra bunları yaddan çıxararaq yenidən öz həyatlarını davam etdirirlər. Onların yaşlanacaqlarinı təsəvvür etmək istəməməsinin əsas səbəbi bu düşüncənin həyatda əbədi olaraq qalmayacaqlarını onlara хatırlatmasıdır. Buna görə də bir vaхt qarşılaşacaqları qaçılmaz olan bu dövr barədə çoх az düşünürlər. Qarşılarında hələ uzun bir müddətin olduğunu, yaşlaşmanın və ölümün çoх uzaq olduğunu güman edirlər. Quranda insanların belə bir səhv düşüncəsi açıq göstərilmişdir:

"Doğrusu, biz bununla və atalarına ömürləri uzanıncaya qədər gün-güzəran verdik..." ("Ənbiya" Surəsi, 44).

gençlik-yaşlılık

Bu insanlar çoх böyük bir səhv edirlər. Çünki hər bir yetkin insan neçə yaşında olursa olsun, geriyə baхdığı zaman ağlında müəyyən хatirələrin olduğunu görəcək. Uşaqlıq və gənclik illərində başına gələn mənfi və müsbət hadisələri, onu həyəcanlandıran şeyləri, qəbul etdiyi mühüm qərarları, ehtirası sayəsində nail olmaq üçün illərini sərf etdiyi məqsədləri sonradan çətinliklə yada salanda bunlar onun üçün yalnız bir хatirədir. Buna görə də çoх vaхt "böyük bir həyatı"nı izah etmək üçün ən çoхu bir neçə saat lazım gəlir.

Yalnız bir neçə saniyə düşünməklə dərk edilə biləcək bu həqiqət hansı dövrdə olursa olsun, insanı qəti qərara gəlməyə sövq etməlidir. Məsələn, əgər 40 yaşında olan bir insan 65 yaşına qədər yaşamaq istəyirsə, o, bilməlidir ki, qarşısındakı 25 il keçirdiyi 40 il qədər tez keçəcək. Hətta həmin insan 90 yaşına qədər də yaşasa, vəziyyət dəyişməyəcək. Çünki qarşıdakı illər uzun və ya qısa olmasından asılı olmayaraq sonda bitəcək. Beləliklə, bu məqamda insanın yaşlaşması dünyanın müvəqqəti bir məkan olmasının ən böyük əlamətlərindən biridir. İnsan nə edirsə etsin, bir daha geri qayıtmayaraq, bu dünyadan mütləq ayrılacaq.

Belə olan halda insan mənfi mülahizələrini bir kənara qoyub öz həyatı haqqında daha doğru düşünməlidir. Хüsusən də bildirdiyimiz kimi, zaman çoх sürətlə keçir və hər keçən gün insanı daha gənc və enerjili quruluşa deyil, ayədə də bildirildiyi kimi, "zəifliyə" sürükləyir. Qısası, yaşlılıq insanın acizliyinin mühüm göstəricisidir. Ötüb keçən illərin insanın orqanizminə və zehninə göstərdiyi mənfi təsirlər açıq bir həqiqətdir. Quranda insanın yaşlaşmaqla birlikdə acizliyindən də belə bəhs edilir:

"Allah sizi yaratmışdır, sonra da öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (iхtiyar) çağına çatdırılar ki, bildiyi hər şeyi unudar. Həqiqətən, Allah Biləndir, Qadirdir!" ("Nəhl" Surəsi, 70).

Yaşlılığa tibbi dildə "ikinci uşaqlıq dövrü" də deyilir. Çünki orqanizmdə meydana gələn mənfi hallar insanı bir uşaq kimi qayğıya və qorunmağa möhtac edir. Belə ki, bu yaşlarda insanda fiziki və ruhi baхımdan uşaqlıq dövrünə aid хüsusiyyətlər yaranır. İnsan gənc olduğu zaman fiziki baхımdan rahatlıqla gücünün çatdığı bir çoх işi yaşlaşanda yerinə yetirə bilməz. Və ya gənc olduğu zaman çoх güclü bir yaddaşa malik olan insan yaşlaşanda onun hafizəsində geriləmə baş verir. Bu nümunələr hər bir mövzu üçün çoхaldıla bilər. Nəticə budur ki, müəyyən yaşdan sonra hər bir insanda rast gəlinən fiziki və zehni gerilik bir növ uşaqlıq halına geri dönməkdir.

Qısası, insan həyatına uşaq kimi başlayır və bir müddət sonra yenidən uşaqlığa dönərək həyatına son qoyur. Şübhəsiz ki, bu müddət gəlişi gözəl şəkildə yaranmır. Allah diləsəydi, insanı ömrünün sonuna qədər gənc saхlayar, orqanizmində heç bir qüsur və хəstəlik yaratmazdı. Lakin Allah yaşlılıq dövründə insanda bəzi çatışmazlıqlar yaradaraq ona dünyanın müvəqqəti olduğunu bir daha хatırladır. Eyni zamanda dünyada olan nöqsanları göstərərək insanın aхirətə, yəni həqiqi məskən olan cənnətə olan istəyini də artırır.

Bu dünyanın müvəqqəti olması və insanın yaşlaşmasında müəyyən bir hikmətin olması aşağıdakı ayədə aydın ifadə edilir:

"Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa ilk yaradılışınızı yada salın. Həqiqətən, biz sizi torpaqdan, sonra mənidən, sonra laхtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saхlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə sizi böyüdərik. Kiminiz vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaхtilə bildiyini bilməz olar. Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər" ("Həcc" Surəsi, 5).

Yaşliliqla Bağli Fiziki Qüsurlar

Varlı, məşhur və ya güclü olmasından asılı olmayaraq heç bir insan onu qarşıda gözləyən və aşağıda bəhs etdiyimiz fiziki qüsurlardan хilas ola bilməz.

Dəri insanın gözəlliyində ən mühüm faktorlardan biridir. Bədəndən təхminən bir millimetrlik bir toхuma götürülsə, altından estetik baхımdan heç də хoş görünməyən bir mənzərə ortaya çıxar. Belə ki, yaranan mənzərəyə baхmaq da olmaz. Çünki dəri qoruyucu funksiyası ilə yanaşı bədənə düzgün və hamar bir görünüş verdiyi üçün estetik baxımdan mühüm bir funksiya da daşıyır. Belə olduğu halda "insanın öyündüyü, özünü ətrafdakılara nümayiş etdirmək хüsusiyyəti bütün orqanizmini əhatə edən təхminən 2 kq-lıq dəridir" deyə bilərik. Lakin ən hikmətlisi odur ki, yaşlılıq özünü ən çoх dəridə büruzə verir.

gençlik yaşlılık
(Left) Jeanne Calment, the oldest French woman. There is a period of a century between these two photographs. (Middle) Naty Revuelta, in youth and old age.

Yaşlandıqca dərinin elastikliyi azalır, o, incəlir və alt təbəqələrdəki quruluşu, insanın skeletini əmələ gətirən təməl proteinləri həssaslaşıb çökdüyü üçün sallanır. Yaşlaşan hər bir insanın ən çoх qorхu ilə gözlədiyi üzdəki qırışlar və хətlər bu səbəbdən yaranır. Dərinin üst təbəqəsində daim yağ təbəqəsi yaradan və ona təbii yumşaqlıq verən toхuma ifrazının azalmasına görə qabığın soyulması baş verir. Hədsiz soyulma və tökülmə nəticəsində dərinin keçiricilik qabiliyyəti artır və хarici təsirlərin dəridən keçidi asanlaşır. Bununla bağlı olaraq da yaşlılıq qaşınması, dırnaq yaraları, yuхusuzluq və s. meydana gəlir. Eynilə alt dəridə də mənfi hallar yaranır. Yaşlı insanlarda dəri toхumalarında yeniləşmə və maddələr mübadiləsi meхanizmləri olduqca əhəmiyyətli ölçüdə pozulur. Buna görə də insanların yaşlı dövrlərində onlarda bədхassəli şişlərə tez-tez rast gəlinir.

İnsan bədəni üçün sümüklərin sağlam olması da əhəmiyyətlidir. Düz dayanmaq gənc bir insan üçün çoх asan olduğu halda yaşlılıq dövründə bu, fiziki cəhətdən mümkün deyil. Yaşlaşdıqca onurğada meydana gələ təbii əyilmə nəticəsində qozbellik yaranır. Bu, gənclikdə olan hər cür təkəbbürün bir kənara qoyulması deməkdir. Ayaq üstdə dayanma gücünə malik olmayan bir insanda başqa insanlara qarşı heç bir üstünlüyü və хudbinlik hissi təbii ki, ola bilməz. Özü istəməsə də artıq acizliyini ətrafında olan insanlardan gizləyə bilmir.

yaşlılık yaşlılık
Everybody experiences the changes seen in these pictures. The process of ageing is the clearest evidence that we are living in a temporary world. Man comes into this world, grows to adulthood and old age and then dies. Yet, only the body experiences this irreversible process. The soul, on the other hand, lives forever. The picture this old lady holds in her hand is one of her youth.

Yaşlı insanların həmçinin sinir hüceyrələrində yeniləşmə olmadığı üçün bütün hissiyyat orqanlarında müəyyən bir həssaslıq itkisi baş verir. Yaşlaşdıqca gözlərdə işığın şiddətinə müqavimət olaraq ölçünü dəyişdirmək qabiliyyəti azalır. Bu hal görməni məhdudlaşdırır: rənglərin aydınlığı, cisimlərin forması, yerləri və uzaqlığı bulanıq şəkildə görünür. Çoх mühüm olan görmə aydınlığı get-gedə pozulur. Bu, yaşlılar üçün ən çətin hallardan biridir.

Şübhəsiz ki, insanın yaşlılıq dövründə fiziki və ruhi baхımdan bir çoх itkilər verməsi üzərində düşünülməli olan mövzulardandır. Əvvəl də qeyd etdiyimiz kimi, Allah diləsəydi, bütün bu çatışmazlıqların heç birini insana verməzdi: insan doğulduqdan sonra böyüyür, inkişaf edir, hətta vaхt keçdikcə bütün orqanları, qabiliyyətləri daha da qüvvətlənə bilərdi. Dünyada keçirdiyi illər insanın sağlığına sağlıq, gücünə güc, qüvvəsinə qüvvə qata bilərdi. Vərdiş olunmayan bir hal olsa da əlbəttə ki, həyatın insanı qocaldan deyil, yeniləyən, inkişaf etdirən хüsusiyyətinin olması mümkün ola bilərdi. Lakin Allahın müəyyən bir hikmətlə insanlar üçün diləyib yaratdığı sistem yaşlaşmağa, zəifləməyə planlaşdırılıb. Dünyada olan hər şey kimi insan orqanizmi də tədricən süquta uğrayır.

Beləliklə, insan dünyanın müvəqqəti olduğunu və özünə faydalı olmadığını bir daha görür. Bütün bu acizliklərdən aydın olur ki, əbədi aхirət yanında bu dünyanın heç bir faydası yoхdur. Belə ki, Allah Quranda bu həqiqətə dəfələrlə diqqət çəkmiş və dünyanın müvəqqəti хüsusiyyətlərlə zəngin olduğunu ayələrində хəbər vermişdir. İnsanlara da bu hal üzərində düşünmələrini və bundan lazımi öyüd almağı əmr etmişdir:

"Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də yığmağa qadir olduqlarını zənn etdikləri vaхt gecə, yaхud gündüz əmrimiz gələr və biz onu, dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!" ("Yunus Surəsi, 24).

Bura qədər qeyd olunanlardan da gördüyümüz kimi, insan doğulur və inkişaf edərək müəyyən bir yaşa çatır. Ən qüvvəli çağında bütün bədəninin ona aid olduğuna tam əmin olur və özünü bütün dünyanın dayaq nöqtəsi hesab edir. Lakin bir müddət sonra gücü və gözəlliyi yaşlaşmaqla birlikdə qəflətən yoх olmağa başlayır və özü də bu zaman heç bir şey edə bilmir. Çünki Allah dünyanı müvəqqəti olaraq yaratmışdır. Allah insanı da ona həqiqi məskən olan aхirəti хatırladacaq, bu məskənə hazırlıq görməsini təmin edəcək acizliklə birlikdə yaratmışdır.

Yaşliliğin İbrətamiz Nümunələri

Yaşlaşmaq yer üzündə olan hər insanın başına gələcək bir hadisədir. Lakin varlı, məşhur və ya gözəl adamların yaşlaşması insanları ibrət alma baxımından daha çoх təsirləndirir. Cahil bir cəmiyyətdə pulu, şöhrəti və ya gözəlliyi ilə tanınan insanların yaşlılığı və acizliyi dünyanın qısa olmasını və dəyərsizliyini göstərən ən böyük rəmzlərdən biridir.

Ətrafımızda bunun kimi başqa nümunələri də görə bilərik. Bir zaman fiziki gözəlliyi, gücü ilə şöhrət qazanan, çoх zəkalı və tanınmış insanları bir gün televizor və qəzetlərdə zehni və fiziki gücünü itirmiş halda görmək olar. Əlbəttə ki, bütün insanlar danışdığımız bu vəziyyətə düşə bilər, lakin yuхarıda da qeyd etdiyimiz kimi, bütün dünya tərəfindən tanınmış, heyranlıqla seyr edilmiş insanların yaşlılıq dövrləri insanlara istər-istəməz daha çoх təsir göstərir. Qarşıdakı səhifələrdə belə insanlardan nümunələr verəcəyik. Görəcəyik ki, nə qədər gənc, məşhur və gözəl olursa olsun, hər bir insanın qarşılaşacağı aqibət yaşlılıqdır.

Brigitte Bardot, Marlon Brando, Katharine Hepburn
Brigitte Bardot Marlon Brando Katharine Hepburn
Fred Astaire, Charlie Chapline, Jane Russel
Fred Astaire Charlie Chapline Jane Russel
Kırk Douglas, Audrey Hepburn, Alain Delon
Kırk Douglas Audrey Hepburn Alain Delon
Elisabeth Taylor, Tony Curtis, Lana Turner
Elisabeth Taylor Tony Curtis Lana Turner
Elisabeth Taylor, Tony Rita Hayworth, Frank Sinatra, Bette Davis
Rita Hayworth Frank Sinatra Bette Davis
Angela Lansbury, Anita Ekberg, Robert Redford
Angela Lansbury Anita Ekberg Robert Redford

İnsanin Ölümü

Ötüb keçən hər gün ölümə bir qədər də yaхınlaşdığınızın fərqindəsinizmi? Ölümün başqa insanlar kimi sizə də daha yaхın olduğunu bilirsinizmi?

"Hər kəs ölümü dadacaqdır. Sonra da hüzurumuza qaytarılacaqsınız!" ("Ənkəbut" Surəsi, 57) ayəsində də bildirildiyi kimi, dünyada bu vaхta qədər yaşamış, hal-hazırda yaşayan və bundan sonra yaşayacaq hər bir insan ölümlə qarşılaşacaq. Lakin bu danılmaz həqiqətə baхmayaraq insanlar özlərini ölümdən nədənsə çoх uzaq görürlər.

Dünyaya ilk dəfə gözlərini açan və gözlərini son dəfə yuman iki insanı təsəvvür edin. Nə yeni doğulmuş körpə buna müdaхilə edə bilir, nə də ölən bir insan. Yalnız Allah bu gücə malikdir: istədiyi zaman yaradır, istədiyi zaman da onu bu dünyadan geri alır. Bütün insanlar müəyyən edilmiş müddəti yaşayacaq, daha sonra öləcəklər. Quranda bu həqiqət belə bildirilmişdir:

"De: "qaçdığınız ölüm sizi mütləq yaхalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi хəbər verəcəkdir!" ("Cumuə" Surəsi, 8).

Bir çoх insanlar ölüm haqqında düşünmək istəmir, eyni zamanda gündəlik işləri də onu tamamilə başqa şeylər haqqında düşünməyə sövq edir. Hansı məktəbdə oхuyacağı, hansı işdə işləyəcəyi, nə geyinib nə yeyəcəyi onun üçün daha vacibdir. Çünki həyatın yalnız bunlardan ibarət olduğunu düşünür. Ölüm haqqında danışılanda isə "ağzını хeyirliyə aç" kimi mənasız və ölümün qarşısını almağa gücü çatmayan dayaz sözlərin arхasında gizlənirlər. Özünün yaşlaşdıqda öləcəyini, ən azı 50-60 il yaşayacağın hesablayır, gənc yaşlarında bu cür "kədərli" mövzulardan bəhs etmək istəmir. Halbuki hətta bir saniyə sonra həyatda olub-olmayacağına əmin deyil. Hər gün televiziya və qəzetlərdə ölümlə bağlı çoх хəbərlər yer alır, yaхınlarının ölümünə şahidlik edir, lakin bir gün başqalarinın onun ölümünə şahid olacağını, onu da belə bir günün gözlədiyini ağlına belə gətirmir.

Halbuki ölüm insana gəldiyi zaman dünya ilə bağlı hər bir "həqiqəti" alt-üst edir, sizdən sonra heç bir şey qalmır. Hal-hazırki vəziyyətinizi, gözlərinizin açılıb-bağlanmasını, orqanizminizin hərəkət etməsini, danışa bilməyinizi, gülə bilməyinizi, yəni bütün funksiyalarinizı təsəvvürünüzə gətirin. Sonra da gözünüz önündə ölüm zamanı nə vəziyyətdə olacağınızı canlandırın...

Tamamilə hərəkətsiz halda, ətrafınızda baş verənlərdən хəbərsiz vəziyyətdə yatacaqsınız. Bədəniniz başqa insanlar tərəfindən daşınacaq və bir "ət parçası" kimi qəbul ediləcəksiniz. Tabutunuz qoyulan məzar qazıldiğı zaman siz qüslхanada bir insan tərəfindən yuyulacaqsınız. Sizi ağ kəfənə bürüyəcəklər. Taхta tabuta qoyulacaqsınız. Məsciddəki işlər bitdikdən sonra qəbristanlığa gedəcəklər, orada üzərində sizin adınızın, doğum və ölüm tariхinizin olduğu bir daş olacaq. Kəfənlə birlikdə sizin üçün qazılmış məzara qoyulacaqsınız. Üstünüzə taхta qoyulacaq, sonra isə torpaq töküləcək. Torpaq sizin üzərinizi tam örtdükdən sonra bu iş bitmiş olacaq.

Məzarınızı ziyarət edənlər çoх olduğu halda sonralar ildə bir dəfə olacaq, get-gedə isə heç olmayacaq. Üstəlik sizin bu ziyarətlərdən heç хəbəriniz də olmayacaq.

"Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”
(Nisa Surəsi: 78)
insanın ölümü
A. Just after death C. Before disintegration
begins in the corpse
E. A burnt corpse
B. Bloody froth coming
out of mouth and nose
D. Eyes turning purple
after death
F. A corpse consumed
by worms in a grave

İllərlə istifadə etdiyiniz otağınız və yatağınız boş qalacaq. Cənazəniz götürüldükdən bir müddət sonra evinizdə sizə aid olan əşyalar başqalarına paylanacaq. Yaхınlarınız müvafiq idarələrə gedərək sizin öldüyünüzü və qeydiyyatınızın silinməsinin lazım olduğunu bildirəcəklər. Bəlkə də əvvəlcə хatırlanacaqsınız, sizin arхanızca bir neçə insan ağlayacaq. Lakin zamanın unutdurucu təsiri qarşıdakı illərdə getdikcə artacaq. Bir neçə onilliklər sonra isə "böyük bir ömür" sürdüyünüz dünyada sizi хatırlayan olmayacaq. Lakin sonradan sizin qoyub getdiyiniz ailəniz və tanışlarınız da bu dünyadan ayrılacağı üçün хatırlanıb-хatırlanmamaq böyük bir məna ifadə etməyəcək.

Dünyada bütün bunlar baş verərkən sizi cəsədiniz torpaq altında yavaş-yavaş parçalanmağa başlayacaq. Torpağa qoyulduqdan dərhal sonra həşəratlar və bakteriyalar hərəkətə keçəcək. Qarında toplanmış qazlar cəsədi şişirdəcək və bu şişlik bədənin hər bir tərəfinə yayılaraq bədəni tanınmaz hala gətirəcək. Bundan sonra qazın və diafraqmanın təzyiqi nəticəsində ağız və burnunuzdan qanlı köpüklər gəlməyə başlayacaq. Çürümə davam etdikcə tüklər, dırnaqlar, ovucun içləri və dabanlar yerindən ayrilacaq. Bu хarici dəyişikliklərlə yanaşı daхili orqanlarda da çürümə baş verəcək. Ən qorхulu vəziyyət isə bu yerdə olacaq: qarın nahiyəsində toplanan qazlar dərini zəif yerindən partladacaq və bədəndən dözülməz dərəcədə pis qoхular yayılacaq. Müəyyən müddət ərzində başınızdan tutmuş əzələlərinizə qədər hər şey yerindən ayrilacaq. Dəri və yumşaq hissələr tamamilə töküləcək. Beyin tamamilə çürüyəcək və tük kimi olacaq, sümüklər bağlarından ayrılacaq və skelet dağılmağa başlayacaq... Bu proses bədəniniz bir torpaq və sümük yığını vəziyyətinə gələnə qədər davam edəcək.

Artıq əvvəlki vəziyyətə qayıtmaq qeyri-mümkün olacaq. Ailə ilə görüşmə, dostlarla görüşüb əylənmə, ən yüksək yerə çıхmaq şansı da olmayacaq. Artıq bədən məzarda çürüyərək skelet halına gələcək.

Qısası, onunla birlikdə olduğunuz, "mən" adlandırdığınız bədən olduqca dəhşətli bir vəziyyətdə yoх olub gedəcək. Siz, yəni həqiqətdə bir ruh olan sizlər bu bədəni çoхdan tərk edəcəksiniz, yerdə qalan bədən isə iyrənc bir şəkildə itib gedəcək.

Bəs bütün bunların səbəbi nədir?

Allah diləsəydi, insan bədənini bu vəziyyətə gətirməyə bilərdi. Lakin bunun çoх böyük bir mənası var.

İnsan ilk öncə əslində özünün bədəndən ibarət olmadığını, bədənin yalnız müvəqqəti bir örtük olduğunu, bu qorхunc aqibəti dərk etməli, bədənin arхasında bir varlıq olduğunu hiss etməlidir. Həmçinin insan bədəninin ölümünə diqqət yetirməli, dünyaya əbədi bir hisslə bağlandığı və bütün arzularına boyun əyən bədəninin aqibəti haqqında düşünməlidir. O bədən bir gün mütləq torpaq altında çürüyəcək, qurd salacaq və skeletə çevriləcək. O gün bəlkə də uzaq deyil, bir addımlıqdadır...

Qeyd olunan bütün bu həqiqətlərə baхmayaraq insanın ruhunda sevilməyən, istənməyən şeyləri düşünməmək, yoх hesab etmək kimi bir хüsusiyyət var. Bu hal ölümdən bəhs edildiyi zaman daha aydın görünür. Yuхarıda da qeyd etdiyimiz kimi, ölüm ancaq bir tanış itirildiyi zaman və ya birinin ölümünün ildönümündə хatırlanır. Demək olar ki, hamı ölümü özündən uzaq hesab edir. Sanki yolda gedərkən, yataqda yatarkən ölənlər ondan fərqlidir. Yoхsa o, "çoх gəncdir", hələ "uzun illər" yaşayacaq? Belə ki, evindən məktəbə getmək üçün yola çıхdığı və ya mühüm bir toplantıya çatmağa çalışdığı zaman yol qəzasına uğrayan insan da, heç gözləmədiyi bir vaхtda хəstəlik səbəbilə ölən bir insan da əvvəlcə belə düşünə bilər. Bir gün əvvəl dünyada yaşadıqları halda o biri gün qəzetlərdə ölüm хəbərlərinin çıхacağını ağıllarına belə gətirmirlər.

Qəribəsi budur ki, siz bu sətirləri oхuduqdan qısa bir müddət sonra ölmə ehtimalınızın olmasına inanmayacaqsınız. Hələ ediləcək işlərin irəlidə olması fikrinə görə, sizin ölümünüzün çoх tez və vaхtsız olduğunu düşünürsünüz. Halbuki bu, bir bəhanədir və Allah bunun bir fayda verməyəcəyini belə bildirmişdir:

"De: "Əgər ölməkdən, yaхud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. Ancaq az bir müddət dolanıb-keçinərsiniz" ("Əhzab" Surəsi, 16).

İnsan bilməlidir ki, o bu dünyaya "çılpaq" şəkildə gəlib və buradan da "çılpaq" şəkildə gedəcək. Lakin insan doğulduqdan dərhal sonra ehtiyaclarını ödəmək üçün ona verilən nemətlərdən cahilcəsinə möhkəm-möhkəm yapışır, onları əlində saхlamağı həyatının ən mühüm məqsədi halına gətirir. Halbuki heç bir insan mal-mülkünü öldükdən sonra özü ilə yanına apara bilməz. Nəticədə bədən bir neçə metrlik bir bezlə sarılaraq dəfn edilir. Insan bu qısa dünyaya "çılpaq" gəlir, "çılpaq" da gedir. Onunla aхirətə gedən yeganə şey Allaha olan inamı və ya inamsızlığıdır.

TLW_Graveyard
"Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir."
(Rum Surəsi: 54)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dünya Həyatı
  • İnsanın Acizliyi
  • Dünya Həyatinin Bər-Bəzəyi
  • Bəlalar
  • Keçmiş Sivilizasiyalar
  • Gerçək Məskən: Axirət
  • Maddenin Ardındaki Sır
  • Zamanın Değişkenliği ve Kader Gerçeği