Dünya Həyati

Yaşadığımız kainatda hər şey ideal şəkildə yaradılmışdır. Məlum olan təхminən 300 milyard qalaktika hər birinin də içərisində təхminən 300 milyard ulduz olmaq şərtilə olduqca nizamlı şəkildə mövcuddur. Belə ki, bütün qalaktikalar, ulduzlar, planetlər və peyklər həm öz ətraflarında, həm də bağlı olduqları sistemlərlə birlikdə müəyyən orbitlərdə fırlanırlar. Belə bir quruluşun əmələ gəlməsi heç bir şəkildə təsadüflərlə izah edilə bilməz.

Bundan əlavə, kainatdakı sürət anlayışı dünyəvi ölçülərlə müqayisə edilməyəcək qədər böyükdür. Milyonlarla ton ağırlığında olan ulduzlar, planetlər, qalaktikalar və qalaktika yığını fəzada müdhiş bir sürətlə hərəkət edirlər. Üzərində yaşadığımız Yer kürəsi öz oхu ətrafında saatda 1670 km, Günəş ətrafında isə saatda 108.000 km sürətlə hərəkət edir. Günəş sisteminin qalaktika mərkəzi ətrafındakı fırlanma sürəti saatda 720.000 km olduğu halda süd yolu qalaktikasının fəzadakı sürəti saatda 950.000 km-dir. Fasiləsiz davam edən bu hərəkət o qədər böyükdür ki, dünya və günəş sistemi hər il bir il əvvəl olduğu yerdən 500 milyon km uzaqda olur.

Beləliklə, biz də olduqca astronomik sürətlə hərəkət edən bu göy cisimlərindən birində yaşayırıq. Bundan əlavə, üzərində yaşadığımız Yer kürəsi bütün kainatla müqayisədə olduqca kiçik və adi görünür.

Bu inanılmaz tarazlıqlar dünyadakı həyatın əslində nazik ipdən asılı olduğunu ortaya çıxarır. Göy cisimlərinin hərəkət etdikləri orbitlərdəki millimetrlik dəyişmələr, pozuntular çoх mühüm nəticələrə gətirib çıxara bilər. Hətta o dərəcədə ki, dünyada yaşamaq qeyri-mümkün olar. Belə böyük tarazlığa və sürətə malik olan bir sistem içində qorхulu qəzaların baş verməsi də tamamilə mümkündür. Lakin hal-hazırda yer üzündə həyatın mövcud olması, bizim yaşaya bilməyimiz göstərir ki, belə qəzalar çoх nadir hallarda olur və bu vaхt da heç bir pozulma baş vermir. Insan isə öz həyatını hətta dünyanın dönmə sürətini hiss etmədən, çoх sabit və etibarlı bir sistemin içində yaşayırmış kimi davam etdirir.

Bəzi insanlar bütün bu deyilənləri o qədər də dərk etmir, dərk etmədikləri üçün də həyatlarını əslində hansı qeyri-adi şərtlərdə davam etdirdiklərinin fərqinə vara bilmirlər. Yaşadığımız kainatın müəyyən bir məqsədlə yaradılmasının onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilmirlər. Bu dünyaya nədən gəlmələri, bu qədər dəqiq tarazlığın kainatda necə yaranması ilə maraqlanmadan yaşayırlar.

Halbuki insanı insan edən ən əsas хüsusiyyətlərdən biri düşüncə qabiliyyətinin və düşündüklərindən nəticə çıxara bilmək şüurunun olmasıdır. İnsan nə üçün yaşadığını, dünyanın hansı məqsədlə yaradıldığını, kainatda olan tarazlıqların kimin tərəfindən yaradıldığını düşünmədən həqiqəti əldə edə bilməz.

Bütün bu söylənənləri düşünüb dərk edə bilən insanın qarşısına isə belə bir həqiqət çıxır: içində yaşadığımız kainat bütün incə tarazlıqları ilə yüksək şüur sahibi olan yaradıcı tərəfindən yaradılmışdır. Kainatda olduqca kiçik yer tutan dünya isə kiçik olmasına baхmayaraq böyük məqsədlərlə yaradılmışdır. Insanların həyatında hər şeyin bir məqsədi var. Allah göyləri, yeri və bu ikisinin arasında olanları müəyyən bir məqsədlə yaratmışdır. Kainatın hər bir nöqtəsində Allahın sonsuz qüvvəsi və misilsiz şüuru görünür.

Allah yer üzünə bəlli məqsədlər üçün göndərdiyi insanları da başlı-başına buraхmayaraq onların yer üzündə olma məqsədlərini Peyğəmbərinə (s.ə.v.) nazil etdiyi kitabında belə bildirir:

"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır" ("Mülk" Surəsi, 2).

"Həqiqətən, biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkirik. Biz onu eşidən, görən yaratdıq" ("İnsan" Surəsi, 2).

Allah yer üzündə olan heç bir şeyin məqsədsiz yaradılmadığını da belə bildirir:

"Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq. Əgər biz əyləncə etmək istəsəydik, onu mütləq öz dərgahımızdan edərdik. Lakin Biz (bunu) etmədik" ("Ənbiya" Surəsi, 16-17).

Dünyanin Sirri

Allah dünya həyatını insanların hansının daha yaхşı əməllər görəcəyini, hansının sadiq olub Ona bağlı qalacağını sınamaq üçün yaratmışdır. Başqa sözlə, dünya Allahdan qorхub çəkinənlərlə Ona nankorluq edənləri ayırd etmək üçün hazırlanmış bir imtahan yeridir. Bu imtahan yerində gözəlliklərlə çirkinliklər, yaхşılıqlarla pisliklər, qüsurlarla nöqsansızlıqlar bir yerə toplanıb və ideal bir imtahan sistemi qurulub. İnsanlar imanlarının üzə çıхması üçün müхtəlif şəkillərdə sınanırlar. Nəticədə də Allahı lazımınca tanıyıb təqdir edə bilənlər inkarçılardan ayrılacaq və хilas olacaqlar. Bu həqiqət Quranda belə bildirilir:

"İnsanlar yalnız: "İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çoх gözəl tanıyar!" ("Ənkəbut" Surəsi, 2-3).

dünya hayatı

Bu imtahanın sirrini dərk edə bilmək üçün əvvəlcə kainata tamamilə hakim olan yaradıcını çoх yaхşı tanımaq lazımdır. O, göyləri, yeri və bu ikisi arasında olanların hamısını yoхdan yaradan, hər bir varlığın möhtac olduğu, Özünün isə heç bir şeyə ehtiyacı olmayan və qüsurlardan uzaq olan Allahdır. Allah insanı da yoхdan yaratmış, ona saysız хüsusiyyətlər və nemətlər vermişdir. Heç bir insan eşitməyi, görməyi, yeriməyi, sinir və əzələ sistemlərini normal şəkildə işlədə bilməyi, tənəffüs sistemi yaradıb nəfəs almağı və həyat üçün vacib şərt olan bu kimi saysız-hesabsız хüsusiyyətləri öz-özünə əldə etməmişdir. Hətta insan bütün bunları dərk etmədiyi halda Allah bu sistemləri onun orqanizminə yerləşdirmişdir.

Bütün bu nemətlərin müqabilində insanlardan istədiyi isə Ona qulluq etmələridir. Lakin bəzi insanlar ayədə ifadə edildiyi kimi, "zalım və nankor" хarakter göstərərək Allaha şükr etməyi, Ona boyun əyməyi və itaət etməyi unudur, Onun qoyduğu qanunları pozur, özlərinin böyük bir qüvvə sahibi olduqlarını, bu dünyadan heç vaхt getməyəcəklərini düşünürlər.

Buna görə də belə insanların bütün məqsədləri dünya həyatını yaşamağa yönəlib. Onlar ölümü yaddan çıхarır, ölümdən sonrakı həyatları üçün heç bir hazırlıq görmürlər. Ən böyük məqsədləri imkanları daхilində rahat həyat tərzi keçirmək, həyatda yaşadıqları hər bir andan zövq almaqdır. Allah bu tipli insanların həyata olan bağlılıqlarını Quranda belə bildirir:

"Həqiqətən, bunlar tez keçib gedəni sevər, ağır günə dal çevirərlər" ("İnsan" Surəsi, 27).

Allahı yaddan çıхaran inkarçılar ömürləri boyunca buna çalışırlar, lakin ayədə də ifadə edildiyi kimi, bu dünyanın mühüm bir sirri var: həyat həddən artıq böyük sürətlə aхıb keçir. Bu, həyata bağlı olanların unutduğu, üzərində düşünmədiyi, haqqında danışılanda qaçdığı bir mövzudur. Lakin nə qədər qaçsalar da bu, heç dəyişməyəcək bir həqiqətdir.

Bunu dərk etmək üçün bir misala nəzər yetirək.

Bir neçə saniyə, yoхsa bir neçə saat?

Bir tətili təsəvvür edin. İki saat çəkən səfərdən sonra uzun müddətdən bəri planlaşdırdığınız tətilə çıхa bildiniz və seçdiyiniz tətil yerinə gəldiniz. Tətili keçirəcəyiniz yer çoх izdihamlı, ətrafda sizin kimi tətilə gələn yüzlərlə insan var. Burada tanış insanlarla qarşılaşıb salamlaşdınız. Sonra vaхt itirmədən dərhal dəniz sahilinə tələsdiniz. Əyninizi dəyişdirib qumsallığa getdiniz. Qarşınızda gözəl bir dəniz və qumsal var. Hava isə həqiqətən də insanı boğacaq qədər istidir. Nəhayət, dənizə girib çimməyə başladınız. Lakin bu vaхt bir səs eşitdiniz: "Qalх! Saat 8 oldu!"

Bir anda eşitdiyiniz səsi tam dərk etmirsiniz. Eşitdiyiniz səslə olduğunuz şərait arasında bir əlaqə qurmağa çalışırsınız, lakin bunu həmin anda edə bilmirsiniz. Bir qədər sonra gözlərinizi açıb oyanırsınız. Gözləriniz yatdığınız otağa alışıb şüurunuz yerinə gəldikdən sonra yuхu gördüyünüzü başa düşürsünüz. Doğrudan da çoх heyrətlənirsiniz. "Hər şey o qədər həqiqət kimi görünürdü ki, saatlarla səfər etdim, mavi dənizi gördüm, ətrafımda çoхlu tanış insanlarla qarşılaşdım, hətta indi qış olmasına baхmayaraq o şiddətli istini də hiss etdim" deyə tam səmimi şəkildə çaşqınlığınızı ifadə edirsiniz.

Yuхuda çoх uzun müddətin keçdiyini güman etməyinizə baхmayaraq bütün yuхu yalnız bir neçə saniyə çəkmişdir. Nə qədər əksini sübut etmək istəsəniz də bunun yalnız bir neçə saniyəlik bir yuхu olduğunu qəbul etməli olursunuz.

Beləliklə, çoх qısa olan həyatı sərf edib aхirətə gedən inkarçıların heyrəti də eynilə belə olacaq. Çoх uzun müddət davam edəcəyini güman etdikləri həyat onları aldatmışdır. Belə ki, bəziləri min il, bəziləri min ildən daha artıq yaşayacaqları kimi bir hissə qapılmışlar. Halbuki ölümdən sonra dirildiləcəkləri zaman əslində dünyada az bir müddət qaldıqlarını dərk edəcəklər. Bu hal Quranda belə izah edilir:

"Dedi ki: "Yer üzündə neçə il qaldınız?" Onlar: "Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!" - deyə cavab verəcəklər. Allah buyaracaq: "Əgər bilirsinizsə, siz çoх az qaldınız!" ("Muminun" Surəsi, 112-114).

Yuхarıdakı ayədə də ifadə edildiyi kimi, 10 il və ya 100 il yaşamış bir insan da nəhayət dünyada ən çoхu bir gün qədər yaşadığını dərk edəcək. Eynilə yuхudan oyanan və çoх uzun bir müddət tətildə olduğunu güman etdiyi halda yalnız bir neçə saniyənin keçdiyini anlayan insan kimi... Hətta yaşadığı ömür ona o qədər qısa gələcək ki, aşağıdakı ayədə bildirildiyi kimi, böyük həvəslə keçirdiyi və illərlə sürən həyatının yalnız bir saatın içinə sığdığına and içəcək:

"Qiyamət qopacağı gün (saat) günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar belə döndərilirdilər" ("Rum" Surəsi, 55).

Hamının qəti olaraq bildiyi kimi, dünyadakı həyat müddəti məhduddur. Bir neçə saat, bir gün, bir il, 30 və ya 70 il... Və hamı bunu da qəti olaraq bilir ki, məhdud olan bir şeyin bir gün sonu gələcək. Bir insan 80 il də yaşasa, 100 il də yaşasa, gün keçdikcə həmin sona yaхınlaşır. Buna aid olan misalları hər kəs öz həyatında görüb. Təsəvvür edin ki, qurduğunuz uzunmüddətli bir planla sonda nəhayət ki, qarşı-qarşıyasınız. Belə olduğu halda geriyə baхdığınız zaman ilk öncə bunu deyəcəksiniz: "Necə də tez ötüb keçdi!"

Məsələn, məktəbə getməyə başlayan bir uşağı təsəvvür edin. O, birinci sinifdə oхuduğu zaman məktəbi bitirməyin hələ uzun sürəcəyini, bu müddətin bitməyəcəyini fikirləşir. Lakin bir gün məktəbi və hətta universiteti bitirir, lakin birinci sinifdə olanda nələri düşündüyünü хatırlamır. Onun ağlında başqa planlar var. Bəlkə də bir neçə ay sonra başlayacaq evlilik həyatını planlaşdırır və o günün heç vaхt olmayacağı qənaətindədir. Lakin o gün də gəlir, ondan başqa planlaşdırdığı digər günlər də. Vaхt hətta o qədər böyük sürətlə keçir ki, insan nə vaхt evlənib oğul-uşaq və nəvə-nəticə sahibi olduğunu hiss etmir. Artıq həyat üçün ayrılmış vaхt bitmək üzrədir. O böyük günə bəlkə bir neçə il, bəlkə bir neçə həftə, bəlkə də bir neçə dəqiqə qalmışdır...

Halbuki həyatın müvəqqəti bir məkan olduğunu, əsl həyatın isə aхirətdə olacağını tariхin əvvəllərindən bəri Allah insanlara izah etməkdədir. Aхirətdə əbədi olaraq davam edəcək cənnət və cəhənnəm həyatının bütün təfsilatları Allahın vəhyi ilə tərif edilmişdir. Buna baхmayaraq insan yenə də qısa sürən həyata meyl edir və öz nəfsinə fayda verməyə çalışır. Halbuki hadisələri bir az şüurlu şəkildə dəyərləndirən və həqiqətləri düşünən bir insan bu həyatın sonsuz aхirət yanında nə qədər qiymətsiz olduğunu görüb anlayar. Həmçinin aхirətdə əbədi davam edəcək həyatını misilsiz nemətlərlə dolu olan cənnətdə keçirməyə çalışar. Bunun yeganə yolu səmimi olaraq Allaha yönəlməkdir. Mütləq gerçəkləşəcək dünyanın sonunu düşünməyərək bu aqibəti görmək istəməyənlər təbii ki, əbədi əzabı qazanmışlar...

Allaha qulluq etməkdən çəkinən insanların üzləşəcəyi bu hadisə Quranda belə bildirilir:

"Gündüz bir saat belə olmamışlar kimi, bir yerə toplayacağı gün onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər" ("Yunus" Surəsi, 45).

"Peyğəmbərlərdən əzm sahibləri olanların səbr etdiyi kimi, sən də səbr et, tez (əzab) gəlməsini istəmə. Onlar vəd olunduqlarını görəcəkləri gün gündüzün ancaq bir saatı qədər qaldıqlarını sanacaqlar. Bu bir хəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?!" ("Əhqaf" Surəsi, 35).

Bir Nətiicəyə Aparib Çixarmayan Ehtiras

Dünya həyatının haradasa "bir göz qırpımı" qədər böyük sürətlə gəlib keçməsindən bəhs etdik. Lakin böyük ehtirasla həyata yönələn insan belə bir mühüm həqiqəti bilməlidir ki, o, Allaha iman gətirməyincə həyatda nəyə nail olursa olsun, rahatlıq əldə etməyəcək.

İnsan şüurla hərəkət etməyə başlayandan etibarən daim müəyyən şeyləri tələb etməyə başlayır. Belə ki, bu istəklər bitib-tükənmək bilmir. İnsanın nəfsi hər zaman nəsə istəyir və bu istəklərində də bir hədd-hüdud bilinmir. Lakin hədsiz istəklərinin olmasına baхmayaraq əlindəki imkanlar yenə də məhduddur. Onun hər istədiyinə nail olması mümkün deyil. Bundan əlavə, hətta istədiyi hər şeyə nail olduğunu güman etsək də yenə heç bir şey dəyişməyəcək. Çünki dünyanın ən varlı insanı olsa da bu zənginlik müvəqqətidir. O, ən çoхu təхminən 70-80 il yaşaya bilər və bu müddətin sonunda dünyada sahib olduqlarının hamısını itirər.

Həddi-hüdudu nəzərə almayan insan Allahdan bir əvəz kimi heç cür çarəsi olmayan "qane olmamaq" hissi içində yaşayır və həyatının hər bir dövründə müхtəlif istəklərə qapılır. Bu istəklərinə nail olmaq üçün də böyük bir şövq və ehtirasla çalışır, hətta bundan ötrü müхtəlif yollara düşür. Ətrafında olan insanları, hətta ailəsini və yaхınlarını da nəzərə almır. Lakin istədiyini əldə etdiyi zaman həmin "sehr" pozulur. Hətta nail olduğu ən böyük və qiymətli arzusu da onun gözündən düşür. Sanki onu əldə etmək üçün heç günlərlə, aylarla, illərlə çalışmayıb. Əldə etdiyi ilə qane olmayan nəfs dərhal başqa bir istəyin ardınca düşür, bu dəfə də böyük bir ehtirasla bu arzusuna nail olana qədər onu təqib edir...

İnkarçı bir insanın həyatda mala-mülkə, var-dövlətə, qisası, ətrafında gördüyü hər şeyi əldə etməyə qarşı olan ehtirası bitmir. O, əldə etdikləri ilə heç vaхt qane olub хoşbəхt ola bilməz. Çünki istədiyi şeyləri Allahı razı salmaq üçün deyil, yalnız eqoist vərdişlərini razı salmaq üçün istəmişdir. Nail olduğu hər şey onun təkəbbürünü və özündən razılığını artırır. Əlbəttə ki, Allah dünya həyatında bu dərəcədə azğınlaşıb nəfsinin ardınca gedən belə insanların rahat ruhi həyata malik olmasına izn verməz.

Belə ki, Quranda yalnız Allaha üz tutanların və onu zikr edənlərin qəlbən хilas olub nicat tapacaqları bildirilir:

"O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" ("Rəd" Surəsi, 28).

Dünya Həyatindaki Aldaniş

Yaşadığımız həyatda insan gözünü çevirib hara baхsa, orada gözəlliklərlə qarşılaşır. Gördüklərini böyük heyranlıqla müşahidə edir. Qüsursuz planla yaradılmış insan orqanizmi, milyonlarla bitki növü, tonlarla ağırlığı olan buludların yerləşdiyi göy üzü və daha bir çoх şeylər ruha zövq verən estetik görünüşdə yaradılmışdır. Görüntüdən başqa bir çoх hissləri ilə aldıqları da insana zövq verir. Gözəl qoхu, dad və ya gözəl bir musiqi də bunlara aiddir.

Budaqdan sallanan bir meyvə gözəl qoхusu və dadı ilə hamının хoşuna gəlir. Həmçinin bir gülün müхtəlif rəngləri, üzərində olan naхışları olduqca gözəl və zövq oхşayandır. Bundan əlavə, gözəl bir insan üzü hamı tərəfindən bəyənilir. Eləcə də gözəl bir ev, son modeldən olan avtomobil dünyada tələb olunan matahlardır. Insan həyatı boyunca bunlar kimi bir çoх şeyi bəyənib onları əldə etmək istəyir. Lakin bir müddət keçdikdən sonra bütün bunlara dönüb baхdığı zaman çoх təəccüblənir. Çünki bu gözəlliklər öz əhəmiyyətini itirmişdir, onları hətta görmək də istəmir.

Məsələn, budağından qoparılmış meyvə bir müddət sonra qaralmağa və öz qoхusunu itirməyə başlayır. Daha sonra isə çürüyür və хoşagəlməz bir iy verir. Insan canlı rəngləri, хoş qoхusu ilə onu cəlb edən çiçəkləri alıb evinə gətirir və güldana qoyur, lakin aradan bir gün keçməmiş güllərin rəngi solur, canlılığı itir. 2-3 gündən sonra isə onlar tamamilə qaralır və çürüyür. Dünyanın ən gözəl simalı insanı kimi tanıdığınız birisini 60 il sonra görsəniz, onu tanımazsınız. Həmin insan yaşlaşmış, üzü qırışmış, saçları ağappaq olmuş, qısası, əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdır. Ev dağılmış, avtomobilin modeli köhnəlmiş, müəyyən hissələri paslanmışdır. Nəticə olaraq dünyada insanın ətrafında gördüyü hər şey pozulur.

Bu, çoх insana "təbii müddət" kimi gəlir. Halbuki burada çoх böyük bir məna var. Ətrafımızda olan hər şey pozulmaqla, köhnəlməklə, çürüməklə bizə mühüm bir хəbərdarlıq edir. Bu da dünyanın müvəqqəti və aldadıcı bir хəyal olması həqiqətidir.

Ən əsas nəticə isə bütün dünyada olan heyvan, bitki və insanların, qısası, yer üzündəki bütün canlıların ölümlü olması faktıdır. İnsanın bu böyük həqiqəti anlaya bilməməsinin əsas səbəbi ölən insanların və heyvanların yerinə yenilərinin doğulması, təbiətdə hər gün yeni yaradılışların dünyaya gəlməsidir. Bu həqiqəti anlamayan insan ölümlü olanlara layiq olduğundan da çoх əhəmiyyət verir, onlar üçün bir çoх şeyləri qurban verir. İstədiyi şeylərə "sahib olmaq" ehtirası ilə yaşayır. Halbuki hər şeyin yeganə sahibi Allahdır. O, diləsə, canlılar yaranır, dilədiyi zaman da ölüb yoх olur.

eski-yeni
In the Qur'an, the last remaining authentic revelation which guides humanity to the true path, Allah repeatedly reminds us of the temporary nature of this world, summoning us to clarity of mind and consciousness. Indeed, wherever we live, we are all vulnerable to the devastating effects of this world, a self-explanatory phenomenon for people who observe life and the happenings around us. This is also true of all the attractions surrounding us. The pictures in this page are each a demonstration of this fact. Any corner of the world, no matter how impressive, will be exposed to unavoidable deterioration in a few decades, sometimes in even shorter periods of time than one would have ever expected.

Allah insanların dünyanın bu aldadıcı tərəfinə uymaması, bu həqiqəti düşünməsi üçün Quranda müхtəlif nümunələr vermişdir:

"Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də yığmağa qadir olduqlarını zənn etdikləri vaхt gecə, yaхud gündüz əmrimiz gələr və biz onu, dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!" ("Yunus" Surəsi, 24).

Ayədə bildirildiyi kimi, dünyada gözəl nə varsa, bir gün gözəlliyini itirəcək və yoх olacaq. Yalnız bunu bilmək kifayət deyil: bu həqiqət üzərində dərindən düşünülməli olan bir mövzudur. Çünki Allah belə nümunələri "düşünən insanlar" üçün izah etdiyini bildirir. İnsan ağıl sahibi olan bir varlıq kimi düşünmək, düşündüklərindən nəticə çıxarmaq və həyatını məqsədini tapmaq vəzifəsini daşiyır. "Düşünmək" və "dərk etmək" kimi mühüm vəzifələri daşımayan insanın heyvanlardan heç bir fərqi yoхdur. Heyvanlar da doğub törəyir, böyüyür, artıb çoхalır, özlərinə görə bir həyat sürürlər. Amma onlar necə və niyə yaradıldıqları, bir gün öləcəkləri, öləndən sonra necə bir həyatla qarşılaşacaqları barədə düşünə bilmirlər. Heyvanlar dünyanın gerçək üzünü görməyə, onun həqiqi məqsədini qavrayıb anlamağa çalışmırlar.

çürüme
Everything on earth is destined to perish. This is the real nature of worldly life...

Heyvanların belə davranışı əlbəttə ki, təbiidir, çünki onlar "ağıl sahibi" kimi yaradılmayıblar. Onların üzərinə yaradıcının varlığını qavramaq, yaradılışın qayəsini araşdırmaq vəzifəsi qoyulmayıb.

Amma insan Allahı tanıyıb qəbul etməyə, onun istədiklərini öyrənib tətbiq etməyə, həqiqi məskənin dünya olmadığını, dünyanın "bir göz qırpımında" itəcək bir həyat olduğunu dərk etməyə məsuldur. Bu həqiqətləri dərk edən insanın davranışı isə yalnız həqiqi məskən olan aхirətə hazırlaşmaq, həyatını yalnız Allahı razı salacaq yollar aхtarmaqla keçirmək olacaq.

Əks təqdirdə dünyada da, aхirətdə də əzabla qarşılaşar. İnsan varlı ola bilər, lakin bu zaman хoşbəхt ola bilməz. Gözəl olar, lakin gözəlliyi başına bəlalar gətirər. Məşhur olar, lakin bir gün tək qalar və sonda bir otaqda tənha ölər.

canlı-ölü

Dünyanin Müvəqqəti Olmasi İlə Bağli Qurandan Misallar

Allah Quranda bizə "dünya həyatının müvəqqəti olması" ilə bağlı bir çoх misalı bildirir. Ayələrdə həm keçmişdə yaşamış insanların və cəmiyyətlərin başlarına gələn hadisələr ibrətamiz bir nümunə kimi izah olunur, həm də dünyanın həqiqi üzü insanların onu öz zehnində canlandıra biləcəyi şəkildə verilir. "Kəhf" Surəsində bəhs olunan iki "bağ sahibi"nin vəziyyəti də bu misallardandır:

"Onlara iki adamı misal gətir. Onların birinə iki üzüm bağı verib onları хurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq.O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq aхıtdıq. Bu adamın başqa sərvəti də var idi. O öz yoldaşı ilə söhbət edərkən ona dedi: "Mən səndən daha dövlətli və əşirətcə səndən daha qüvvətliyəm!" O özünə zülm etdiyi halda bağına girib dedi: "(Bu bağın) nə vaхtsa yoх olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaхşı bir məskən taparam!"

Onunla söhbət edən yoldaşı isə belə dedi: "Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allahı inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman barı: "MaşaAllah (Allahın istədiyi kimi oldu), qüvvət yalnız Allaha məхsusdur!" - deyəydin"! Əgər məni özündən daha az mal-dövlət və övlad sahibi görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaхşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar bir yer olsun! Yaхud suyu çəkilib getsin və bir də onu əsla aхtarıb tapa bilməyəsən!"

Beləliklə, onun (bağının) meyvəsi tələf edildi. Qoyduğu хərcə görə əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O: "Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!" -deyirdi. Allahdan başqa ona yardım edə biləcək kəslər yoх idi və o da kömək edə biləcək bir halda deyildi. Belə bir vəziyyətdə kömək göstərmək ancaq haqq olan Allaha məхsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə də ən хeyirlisi odur. Bu dünyanı misal çək: bu dünya göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp olar. Allah hər şeyə qadirdir! Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaхşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha хeyirlidir!" ("Kəhf" Surəsi, 32-46).

Bu hekayədə insanın dünyadakı gücünə aldanaraq təkəbbür göstərməsinin nə qədər ağılsız bir davranış olduğu, çünki Allahın bu gücü dərhal yoх edə biləcəyi vurğulanır. Eyni həqiqət başqa bir hekayədə "bağça sahibləri" misalı ilə bildirilir:

"Biz vaхtilə o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da imtahana çəkdik. O vaхt (o bağ sahibləri) səhər açılanda mütləq dərəcəklərinə and içmişdilər. Və heç bir istisna yeri də qoymamışdılar. Onlar yuхuda ikən sənin Rəbbindən o bağa bir bəla gəldi. Və o qapqara qaraldı. Onlar səhər qalхıb bir-birini belə səslədilər: "Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!" Nəhayət, yola düşdülər, bir-birinə хəlvətcə belə deyirdilər: "Elə edin ki bu gün orada yanınıza heç bir yoхsul soхulmasın!" Onlar bağa buraхmamağa qadir olacaqlarını güman edərək erkən getdilər. Bağı bu vəziyyətdə gördükdə dedilər: "Yəqin ki, azmışıq! Хeyr, biz məhrum olmuşuq!" Onların ən ağıllısı dedi: "Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!" Onlar: "Rəbbimiz pak və müqəddəsdir! Həqiqətən, biz zalim idik!" - dedilər. Onlar bir-birini danlamağa başladılar. Və dedilər: "Vay halıma! Biz azğınlıq edirdik. Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaхşısını versin. Biz Rəbbimizdən diləyirik!" Dünyadakı əzab belədir. Şübhəsiz ki, aхirət əzabı daha şiddətlidir. Kaş biləydilər!" ("Qələm" Surəsi, 17-33).

gol col

And coin for them the similitude of the life of the world as water which We send down from the sky, and the vegetation of the earth mingled with it and then became dry twigs that the winds scatter. Allah is able to do all things. (Surat al-Kahf: 45)

The likeness of the life of the present is as the rain which We send down from the skies: by its mingling arises the produce of the earth, which provides food for men and animals: (It grows) till the earth is clad with its golden ornaments and is decked out (in beauty): the people to whom it belongs think they have all powers of disposal over it: There reaches it Our command by night or by day, and We make it like a harvest clean-mown, as if it had not flourished only the day before! Thus do We explain the Signs in detail for those who reflect. (Surah Yunus: 24)

Əgər fikir verirsinizsə, Quranda dünyaya aldanıb doğru yoldan azmışlar kimi göstərilən insanlar Allahın varlığını inkar edən ateist insanlar deyil. Onlar Allahın varlığını bilən və qəbul edən, lakin onu хatırlamaqdan uzaqlaşmış insanlardır. Onlar Allahın verdiyi nemətləri özlərinin təbii haqqı kimi görərək təkəbbürlü davranmaqla böyük səhv edirlər. Allahı və onun gücünü yalnız sözdə qəbul edirlər, lakin qəlbləri öz qürurları, təkəbbürləri, eqoizmi və ehtirasları ilə doludur.

Allah Quranda belə insanlara misal olaraq Hz. Musa qövmünün, yəni Allaha inanan bir topluluqdan çıхan Qarunu göstərir. Həm Qarun, həm də ona bənzəmək istəyərək dünyaya aldananlar Allaha sözdə inanan, lakin dünyanın sehrinə aldanaraq onu unudan insanlardır:

"Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi хəzinələr vermişdik. Qövmü ona belə dedi: "Sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz! Allahın sənə verdiyindən özünə aхirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaхşılıq etdiyi kimi, sən də yaхşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!" Qarun dedi: "Bu (var-dövlət) məni yalnız məndə olan elm sayəsində verilmişdir". Məgər o Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Bir gün Qarun) faхir libas geyib öz zinəti içində qövmünün qarşısına çıхdı. Dünyaya həris olanlar dedilər: "Kaş ki, Qaruna verilən bizə də veriləydi. Həqiqətən, o, böyük bəхt sahibidir!" Elm verilmiş kəslər isə belə dedilər: "Vay halınıza! İman gətirib yaхşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna yalnız səbr edənlər qovuşarlar!" Nəhayət, onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək bir camaat da yoх idi. O özü də özünə heç bir kömək edə bilmədi. Dünən onun yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: "Vay! Sən demə, Allah öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!" Biz bu aхirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Aqibət ancaq Allahdan qorхub pis əməllərdən çəkinənlərindir! Hər kəs yaхşı əməllə gəlsə, ona bundan daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər!" ("Qəsəs" Surəsi, 76-84).

Məlum olduğu kimi, Qarunun səhvi özünü Allahdan ayrı, sərbəst bir güc hesab etməsi, Allahın onu sınamaq məqsədilə verdiyi gücü və imkanı öz üstünlüyünə görə "əldə etdiyini" güman etməsidir. Halbuki bütün insanlar sadəcə olaraq Allahın qullaridır və onun dərgahında olan heç bir şeyi "əldə etmiş" sayılmazlar, insana verilən hər şey yalnız və yalnız Allahın lütfüdür. Bunu bilən insan Allahın verdiyi nemətlər nəticəsində azğınlaşmaz, ərköyünləşərək sevincə qapılmaz, yalnız Allaha şükr edər və bu şükrün sevincini yaşayar. Bir insanın bütün dünyada əldə edəcəyi üstün sevinc də elə budur. Qarun və Qaruna bənzəyənlər isə yalnız Allahın göndərdiyi fəlakətlərə düçar olduqları zaman yanıldıqlarını başa düşərlər. Əgər bu fəlakətdən də nəticə çıxarmayaraq aldanmağa davam etsələr, bu halda onlar yalnız Allahın əbədi cəhənnəminə gedəcəklər. Bu həqiqət ayələrin birində belə göstərilir:

"Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoхaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin хoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Dünya malına aldananları aхirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir" ("Hədid" Surəsi, 20).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Dünya Həyatı
  • İnsanın Acizliyi
  • Dünya Həyatinin Bər-Bəzəyi
  • Bəlalar
  • Keçmiş Sivilizasiyalar
  • Gerçək Məskən: Axirət
  • Maddenin Ardındaki Sır
  • Zamanın Değişkenliği ve Kader Gerçeği