İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 2/3

İtirilən Maddi Zövqlər

Yaşadıqları Mühitlərdən Zövq Ala Bilməmələri

Allahın Quranda əmr etdiyi əxlaqı yaşamayan insanlar, yaşadıqları mühitlər və içində olduqları vəziyyətlərlə əlaqədar olduqca sıxıntı verən üslubdan istifadə edərlər. Bir anlıq düşünmək belə, bu insanların necə ruh halı içində olduqlarını anlamaq üçün kifayət edəcək.

Sizcə bu insanlar ümumiyyətlə hər şeyin çox yolunda getdiyindən, sahib olduqları hər şeyə görə çox xoşbəxt olduqlarından, əllərindəki hər şeyin tam istədikləri kimi olduğundan mı bəhs edərlər? Hər gün gördükləri dəyişməz işlərindən, yaşadıqları monotonlaşmış, hətta hər anınadək əzbərlənmiş həyatlarından çox razı olduqlarını, bu monotonluqdan çox həyəcan duyduqlarını mı dilə gətirərlər?

Hər gün eyni evin eyni otağında oyanıb, eyni yatağı toplayıb, eyni paltarları geyib, eyni koridorlarda yeriyib, eyni avtobusa minib, eyni prospektlərdən keçərək, eyni iş yerinin eyni otağındakı eyni kresloya oturub, axşama qədər burada eyni insanlarla eyni sözləri təkrarlayaraq etdikləri qəlibləşmiş söhbətlərdən çox zövq aldıqlarını mı söyləyərlər?

Yaxud hər gün eyni evin eyni divarlarını, eyni iş yerinin həmişəki klassik mühitini, vərdiş etdikləri eyni dekorasiyanı, eyni mebelləri, eyni nizamı görməkdən, eyni küçələrdən keçib, eyni insan üzləriylə qarşılaşmaqdan nə qədər sıxıldıqlarından və əhvallarının korlandıqlarından mı bəhs edərlər? Bu dəyişməzliyin və monotonluğun həyatlarını necə mənasızlaşdırdığından mı gileylənərlər?

Əlbəttə ki, bu sualların cavabları çox aydındır. Cahil əxlaqı mənimsəmiş insanlar, həmişə yaşadıqları mühitlərin dəyişməzliyindən, özlərinə həyəcan verəcəyini sandıqları şeylərin getdikcə mənasızlaşıb gözəlliyini itirdiyindən, hər gün eyni monotonluğu yaşamaqdan çox bezdiklərindən danışarlar. Bu bezginlik elə həddə çatmışdır ki, bu insanlar artıq ətraflarındakı heç bir gözəlliyi görə bilməz, sahib olduqları və ya təmasda olduqları heç nədən zövq ala bilməzlər. Bu, yalnız yaşadıqları yerlərdən, əşyalarından, dekorasiyalarından, mənzərələrindən sıxıntı duymalarıyla məhdudlaşmaz. Yaşadıqları şəhərdən, hətta olduqları ölkədən qaçıb getməyi istəyəcək qədər ciddi ölçülərə çatar.

İman sahibləri üçünsə, bu vəziyyət qətiyyən yaşanmaz. Həyatları boyu eyni yerdə, eyni əşyalar içərisində, həmişə eyni işləri görərək yaşamaq məcburiyyətində qalsalar da yenə də bunların hər birinə görə həmişə xoşbəxt olarlar. Çünki möminə bu zövqü verən ətrafındakı maddi dəyərlər deyil, Allaha iman gətirməyin və əbədi cənnət həyatına qovuşmağı ümid etməyin gətirdiyi həyəcandır.

Burada bunu ifadə etmək lazımdır: Əlbəttə ki, bir insanın dəyişiklik istəməsi və ya yaşadığı həyatın dəyişməzliyini aradan qaldıracaq fərqlər axtarması yanlış hərəkət deyil. Əksinə bu, insan ruhunun zənginliyini göstərən gözəl xüsusiyyətdir. Lakin burada bəhs edilən cahil insanların yaşadıqları bezginlik və axtarış arzusu, bundan tam fərqlidir. Bu insanların yaşadıqları mühitlər ayrı-ayrılıqda ələ alınıb, bunlara nümunələr verildikdə bu fərq çox aydın şəkildə ortaya çıxacaq.

Şübhəsiz ki, bu mühitlərin başında, insanların həyatlarının böyük hissəsini keçirdikləri evləri gəlir. Bəzi insanlar çöldə olduqları vaxtlarda, bütün yol boyunca tezliklə evlərinə çatmağa can atar, rahat nəfəs alıb ləzzətli bir axşam keçirəcəklərinin xəyalını qurarlar. Həqiqətən də insan evində çox rahat, təhlükəsiz və sevinc içində olmalıdır. Çünki evində ən sevdiyi, ən güvəndiyi insanlarla birlikdə yaşayır, küçənin bütün qarışıqlıqlarından, təhlükəli və nə baş verəcəyi bilinməyən mühitindən qorunur. Həmçinin bir çox insan evində ən rahat olacağı şəraiti yaratmış və evini xoşladığı şəkildə dekorasiya etmişdir. Lakin meydana gətirdikləri bütün bu müsbət şərtlərə və hər gün bu istiqamətdə qurduqları xəyallara baxmayaraq, din əxlaqını yaşamayan insanlar demək olar ki, evdə olduqları hər anı sıxıntı içində keçirərlər.

Halbuki satın aldıqları və ya içinə yerləşdikləri ilk günlərdə evlərinin hər küncünün özlərinə ayrı bir zövq verəcəyini güman ediblər. Lakin hər birini diqqətlə seçib aldıqları mebel və aksesuarlar, getdikcə öz mənalarını itirməyə başlayar. Bəzən bir neçə gün, bəzən bir neçə həftə, ən çoxu da bir neçə ay ərzində, evləri artıq dözə bilmədikləri, tezliklə çölə çıxıb başqa yerlərə getmək istədikləri, özlərinə sıxıntı və narahatlıqdan başqa bir şey verməyən mühitə çevrilər. Böyük və geniş də olsa, evləri, artıq onlara dar, sıxıntılı, qaranlıq və kiçik gələr, yalnız sıxıntı və bezginlik hissi verməyə başlayar. Belə ki, onlar; "bu ev mənim əhvalımı korlayır", "əşyalar üstümə gəlir", "bezdim hər gün eyni şeyləri görməkdən" kimi sözlərlə bu sıxıntılarını tez-tez dilə gətirərlər. Artıq bu mövzudakı bütün zövqlərini tükədər, ilk günlərdə böyük həyəcan duyaraq döşədikləri evləri üçün keçirdikləri həyəcan hissini itirərlər.

Yaranan bu vəziyyətin ən mühüm səbəblərindən biri isə, bu insanların həyatlarını demək olar ki, tamamilə "eyni" yaşamaları, həyatlarının hər anını, Quran əxlaqını yaşamayan cəmiyyətin dəyər mühakimələri əsasında əvvəlcədən müəyyənləşdirdikləri standart qəliblər əsasında keçirmələridir. Yatıb-oyanmaq saatlarından gün ərzində görəcəkləri bütün işlərə, yeyəcəkləri yeməyin növündən televizorda seyr edəcəkləri verilişlərə qədər hər şey avtomatlaşmış, zövqdən savayı hər biri demək olar ki, məcburiyyətə çevrilmişdir.

Bu insanların yaşadıqları sıxıntıların digər bir səbəbi də, daha əvvəl ifadə etdiyimiz kimi, dünya həyatına qarşı bitib-tükənmək bilməyən hərislik içində olmalarıdır. Başqalarının sahib olduğu nemətləri öz əlindəkilərlə müqayisə etdikləri vaxt, böyük qısqanclıq və narahatlıq hissi yaşayarlar. Başqasında olan və özlərində olmayan hər nemət, hər gözəllik onlar üçün kədərlənmə səbəbi olar. Məsələn, evin lüks, dəniz mənzərəli, bağçalı, hovuzlu və ya iki mərtəbəli olmaması, dekorasiyasının dövrün dəbinə uyğun olub-olmaması onlarda daxili sıxıntı yarada bilər.

Yaşadıqları sıxıntı, hərislik duyduqları dəyərləri əldə etdiklərində də sona çatmaz. Belə olan halda da, sahib olduqlarını başqalarıyla paylaşmaq istəməzlər. Özlərindən hər hansı şey istəyən dostları və ya qohumları olduqda, sahib olduqlarının azalacağını düşünməyin narahatlığını yaşayarlar. Bəzən də sahib olduqlarını itirmək qorxusuna bürünərlər. Ən gözəl mülklərə sahib olsalar da, bunları müəyyən yanğın hadisəsi, sel və ya başqa bir təbii fəlakətlə bir anda itirə biləcəklərini bilməyin narahatlığından xilas ola bilməzlər.

Həyatlarından bu qədər narazı olmaları din əxlaqından uzaq həyat yaşamalarından qaynaqlanır. Allahın gücünü və dünya həyatındakı hər hadisəni sınanmaları üçün yaratdığını düşünmədiklərinə görə ürəkləri daimi əzab içindədir.

Halbuki möminlər heç vaxt belə bir sıxıntı yaşamazlar. Onlar hər an hər yerdə Allahla birlikdə olduqlarını qavrayırlar. Dünya həyatının hər anının Allaha olan sədaqətlərini göstərə biləcəkləri imtahan mühiti olduğunu bilirlər. Bundan ötrü də, qarşılaşdıqları hər hadisədən, Allahın özləri üçün yaratdığı istənilən şərait və vəziyyətdən razıdırlar. Bütün bunları Allahın yaratdığını bilmələri, onlara bütün bunlardan zövq ala biləcək təslimiyyətli və təvəkküllü ruh halı bəxş edər.

Məhz eyni ruh halı yaşadıqları mühitlərdə də özünü göstərər. Kiçik bir daxmada, bir köşk və ya sarayda da yaşasalar, hamısından razı qalar və Allaha qarşı şüküredici əxlaq göstərərlər. Çünki qaldıqları binanın arxitekturası, inşasında istifadə edilən vəsaitlər, bu vəsaitlərin növü, rəngi, forması, evin böyüklüyü-kiçikliyi, müasirliyi-sadəliyi və ya həmin evdə nə qədər müddət qaldıqları əhəmiyyətli deyil.

Əlbəttə ki, bütün bunlar insanlar üçün bir nemətdir, lakin möminlərin əhəmiyyət verdikləri, özlərini xoşbəxt və rahat edən dəyərlər bütün bunlardan kənardır. Möminlər üçün, Allahın razı qalacağı əxlaq göstərə bilmək hər şeydən əhəmiyyətlidir. Əlbəttə ki, onlar da yaşadıqları mühitin ən gözəl, ən müasir və ən estetik görünüşdə olmasını istəyərlər. Hətta ətraflarındakı hər şeyə iman gözüylə baxdıqları üçün, gözəllikləri və incəlikləri görə bilmə qabiliyyətləri bir çox insanla müqayisədə çox inkişaf etmişdir. Bundan ötrü də, gözəllik, estetika, dəyişiklik və fərqlilik axtarışları olduqca çeşidli olar. Lakin eyni zamanda, nə qədər çatışmazlıqları olsa da, əllərindəki nemətlərin qiymətini bilər və bunlardan zövq almağı bacararlar. Hərisliyə qapılmamağın qazandırdığı açıq görmə gücüylə əllərindəkinin incəliklərini və gözəlliklərini görə bilərlər. Allah, bu əxlaqlarına qarşılıq möminlərə hər şeyin ən gözəlini və bunlardan da ən dərin zövqü ala bilmə qabiliyyətini verəcəyini vəd edərək, onlara olan rəhmətini və sevgisini göstərər. Rəbbimiz Quranda möminlər üçün belə buyurur:

O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)

Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracaq və onlara olan lütfünü artıracaq. Allah istədiyinə hesabsız ruzi verər. (Nur surəsi, 38)

Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü var... (Yunis surəsi, 26)

İş Həyatlarından Zövq Ala Bilməmələri

Cahil cəmiyyət insanlarının yaşadığı sıxıntılı ruh halının digər bir əlamətini də, bu insanların iş həyatlarında görmək mümkündür. İş həyatları bu insanların yaşadıqları "sonsuz dövr"ün çox mühüm əlamətidir. Dünya həyatını mümkün qədər ən yaxşı şəkildə yaşaya bilməyi və dünya nemətlərindən maksimum dərəcədə faydalana bilməyi həyatlarının yeganə məqsədinə çevirmiş bu cür insanlar üçün, işləmək əslində böyük əziyyətdir. Çünki işləmək, yorulmaq və dolayısilə müəyyən mənada “yaxşı yaşaya bilməmək” deməkdir. Lakin eyni zamanda həyatı daha yaxşı yaşaya bilmək üçün işləməyə və iş həyatının özlərinə qazandıracağı maddi imkanları əldə etməyə də məcburdurlar. Lakin bu çox yorucu, çox zəhmət tələb edən və çox da vaxt aparan bir səydir. Onlar üçün ideal olan, az işləmək vaxtlarının geri qalan hissəsini də dünya həyatını daha yaxşı yaşamağa ayıra bilməkdir. Lakin bu mümkün olmaz. Hətta şəraitlərindən razı qalmayıb daha da yaxşı şəraitə nail olmaq istədikləri vaxt, iş templərini daha da artırmaq məcburiyyətində qalarlar. Həmçinin nəticə etibarilə də, daha yaxşı yaşamaq üçün, daha çox işlədikcə, dünya həyatının nemətlərindən faydalanıb bunlardan istifadə edə biləcək vaxtları və enerjiləri qalmaz.

Quran əxlaqını yaşamayan insanların iş həyatlarına ətraflı şəkildə nəzər salındıqda, işləməyin onlar üçün necə çətinliyə və sonsuz dövrə çevrildiyi açıq şəkildə ortaya çıxır. İş həyatı, insanların vaxtlarının böyük hissəsini alar. Ümumiyyətlə səhər 0800-0900 kimi başlayan iş saatlarında iş yerlərində ola bilmək üçün, bu insanlar səhərlər çox erkən oyanıb yola çıxmalıdırlar. Bunun üçünsə, gecə erkən saatda yatmalıdırlar. Onsuz da iş yerindəki iş saatının da demək olar ki, 1800-da başa çatdığını və istifadə edilən nəqliyyat vasitələri və sıx nəqliyyat şəbəkəsindən ötrü, evə saat 1900-2000 radələrində çatılacağını düşünsək, bu təqdirdə bir gün ərzində özlərinə ayıra biləcəkləri vaxt ən çoxu dörd-beş saatı keçməyəcək.

Bu dörd-beş saata da, duş qəbul etmək, yemək yemək, ev təmizləmək, paltar və qab-qacaq yumaq, ütü ütüləmək kimi məcburi ehtiyaclar sığdırıldıqda isə, əldə yox deyiləcək qədər az vaxt qalar. Ən sürətli şəkildə hərəkət edildiyi fərz edildikdə belə bu vaxt bir-iki saatı keçməz... Çox aydındır ki, dünya həyatını hərisliklə yaşamağı özünə məqsəd qəbul etmiş insan üçün gündə bir-iki saat, olduqca məhdud vaxtdır. Həmçinin düşdükləri bu vəziyyəti görmək də, bu insanları xeyli qəzəbləndirər və əhvallarını korlayar. Necə ki, bu cür həyat tərzində dünyadan istədikləri kimi faydalana bilmələri praktiki cəhətdən qeyri-mümkün olur.

Bu vəziyyət din əxlaqını yaşamayan insanlar üçün başlı-başına narahatlıq səbəbidir. Həmçinin məcburiyyətlə yanaşı, iş həyatı öz daxilində də bir çox sıxıntı və çətinliklə doludur. Mövzunu ən başından ələ alsaq, bu insanların iş həyatları ilə əlaqədar sıxıntıları hələ tələbəlik illərindən başlayır. Televiziya və ya qəzet xəbərlərində də tez-tez görülə biləcəyi kimi, yeni məzunlarla aparılmış müsahibələrdə bu insanların iş həyatlarında axtardıqlarını tapa bilməmək mövzusundakı ümidsizlikləri hələ bu illərdə özünü göstərir. Bu ümidsizlikləri, həyatları boyu qarşılaşacaqları bütün hadisələri Allahın yaratdığını və bunların hər birində bir çox xeyir və hikmət olduğunu düşünməmələrindən qaynaqlanır. Allaha güvənib təvəkkül etmədikləri üçün, gələcəkdə nələrlə qarşılaşacaqlarını düşünmək, onlar üçün böyük gərginlik səbəbinə çevrilir. "Görəsən iş tapa biləcəyəm mi?", "çox pul qazana biləcəyəm mi?", "işimdə istədiyim kimi yüksəlib karyera sahibi ola biləcəyəm mi?" kimi bir-biri ardınca gələn narahatlıqlar bu insanların narahatlıq yaşamalarına səbəb olar.

İş üçün etdikləri müraciətlər, qapı-qapı dolanıb özlərini bu yerlərə qəbul etdirməyə çalışmaları və hərdənbir mənfi reaksiyalarla qarşılaşmaları, hadisələrin Allahın nəzarəti altında baş verdiyi həqiqətindən xəbərsiz olan bu insanlar üçün, olduqca yorucu və kədərlidir. Eləcə də, bütün bu yorucu işlər, çox vaxt istəmədikləri bir işə girmələriylə sona çatar. Bütün tələbəlik illəri müddətində xəyalını qurduqları mühitlə qarşılaşa bilməmiş və istədikləri mövqedə, istədikləri tələblərə cavab verən bir işdə işləmək əvəzinə, məcbur olduqları üçün qəbul etdikləri bir işdə könülsüz şəkildə işləməyə başlayarlar. Hədəflədikləri və istədikləri işi görməmələri də, iş həyatını onlar üçün əziyyətə çevirən mühüm səbəblərdən biridir.

Hər nə qədər yorğun və ya yuxusuz olsalar da, hər səhər erkəndən qalxıb bu (heç istəmədikləri, lakin pul qazanmaq üçün məcbur olduqları) işə getmək məcburiyyətində olmaları, onlar üçün ayrı bədbəxtlik səbəbidir. Hələ bir də bu işə çata bilmək üçün yağış, qar, palçıq demədən bir neçə nəqliyyat vasitəsindən istifadə etmələri və bunlar üçün növbədə gözləmək məcburiyyətində qalmaları, yayın istisində tərləyib qışın soyuğunda üşümələri də, ayrı sıxıntı yaradar. İş yerinə avtomobil və ya servis avtobusu ilə gedən insanlar üçün də vəziyyət yenə eynidir. Bu dəfə isə, saatlar boyu sıx nəqliyyat şəbəkəsində ilişib qalmalarının, hər biri bir-birindən stressli olan digər avtomobil sürücüləriylə hərdənbir mübahisə etmələrinin sıxıntısını yaşayarlar.

İş yerindəki iş mühiti isə, bu insanlar üçün ayrı sıxıntı səbəbidir. Halbuki hər biri, yeni bir işə böyük ümidlərlə başlayar. Yeni ətraf və pul qazanmağın və yaxşı karyera sahibi olmaq yolunda ilk addımları atmağın verdiyi həyəcan və şövqü yaşayarlar. Lakin rahat, etibarlı və şən mühitə girmə xəyallarıyla başladıqları iş həyatı, qısa müddətdə böyük sıxıntı səbəbinə çevrilər. Gözəl əxlaqın tətbiq olunmadığı bütün mühitlərdə olduğu kimi, bu cür insanların çoxluq təşkil etdiyi iş mühitlərində də, həmişə çəkişmələrin, qısqanclıqların və daha bir çox problemin yaşandığını görərlər.

Allahın əmr etdiyi gözəl əxlaqı yaşamayan insanlar, özləri üçün, bu mühitdəki insanlarla çəkişəcək müxtəlif səbəblər taparlar. Özlərindən daha yuxarı vəzifədə olan insanlarla qısqanclıqdan, daha aşağı vəzifədə olan insanlarla isə, onları kiçik hesab etmələrindən qaynaqlanan çəkişmələr yaşayarlar. Katiblər, məmurlar və müdirlər, aralarındakı rəqabətdən ötrü heç vaxt dost ola bilməzlər. Öz istədikləri vəzifəyə başqasının gətirilməsi, bu insanları böyük sıxıntıya salan məsələlərin başında gəlir. Həmişə öz haqqlarının çeynəndiyini, etdiklərinin qarşılığını layiq olduqları şəkildə ala bilmədiklərini düşünərlər. Bundan ötrü də, iş yerindəki bütün insanlara (xüsusilə də müdir və ya rəhbər mövqeyində olanlara) qarşı böyük qəzəb bəsləyərlər. Həmçinin bütün bunların nəticəsində də, qısa müddətdə iş həyatından xeyli bezməyə başlayarlar. Peşələrindən, gördükləri işin növündən, olduqları vəzifədən, görülən işin monotonluğundan ötrü narahatlıq yaşayarlar. Həmişə eyni məkanda olub heç sevmədikləri halda eyni insanların üzünü görmək və sevmədikləri bu mühitdə olduqca ağır tempdə işləmək məcburiyyətində olmaq, bu insanları zamanla ciddi şəkildə əldən salar. Beləliklə də, iş yerləri artıq qətiyyən getmək istəmədikləri, onları həmişə yoran, stressə salan və heç bir xoşbəxtlik bəxş etməyən sıxıntılı məcburiyyətə və sanki bir bəlaya çevrilər.

Lakin unudulmamalıdır ki, bu vəziyyət tamamilə, bu insanların həyatlarını üzərinə qurduqları inanclardakı səhvlərdən qaynaqlanır. Yoxsa, əlbəttə ki, yaşamağa davam etmələri üçün, özlərinə fayda verə biləcək bir işdə işləməlidirlər. Eləcə də, insanların, iş həyatının gətirdiyi bəzi məcburi çətinlikləri öyrənmək məcburiyyətində qalmaları da olduqca normaldır. Burada əsil əhəmiyyətli olan, iş həyatının və iş mühitinin gətirdiyi bütün bu çətinliklərin, cahil insanlarının yaşadıqları ruh halından ötrü sıxıntıya çevrilməsidir.

Həm özlərinin, həm də ətraflarındakı insanların Quran əxlaqını yaşamamaları, həyatı və hadisələri bu gözlə qiymətləndirmələri, onlar üçün hər şeyi daha da çətinləşdirən, böyük sıxıntılara çevirən əsil səbəblərdir.

İş həyatında maddi cəhətdən çox yaxşı mövqedə olan, işini istədiyi kimi idarə edən, karyera və vəzifə sahibi ola bilmək üçün səy göstərməyən insanlar üçün də eyni vəziyyət hakimdir. Yüksək həyat şəraitinə sahib olsalar da, əllərindəki imkanlar bu insanların qəlblərindəki boşluğu aradan qaldıra bilmir. Eyni sıxıntılı ruh halını onlar da yaşayırlar. Dünya həyatına hərisliklə bağlanmaları, mal-dövlətə və pula qarşı olan hərislikləri, ətraflarında olub bitən hər hadisəyə, qarşılarına çıxan hər insana mənfəət gözüylə baxmaları, onların da narahatlıq içində yaşamalarına səbəb olar.

Görüldüyü kimi bu sıxıntılar, insanların çətinliklərlə qarşılaşmalarından deyil, bütün bunları cahil insanların dünyagörüşüylə, yəni Quranda əmr edilən gözəl əxlaqdan uzaq qiymətləndirmələrindən qaynaqlanır. Dolayısilə yaşadıqları sıxıntı, onlara, israrla cahil insanların inanclarından imtina etməmələrindən ötrü Allahdan verilən qarşılıqlardan biridir. Özlərinə verilən nemətlərin Allahdan gəldiyini görməzlikdən gəlib Ona şükür etməyi unutmalarına qarşılıq, Allah onları belə sıxıntılı həyat yaşamağa məcbur edir. Dünya hərisliyinə qapılmasalar, əllərindəki imkanların qiymətini bilib Allaha şükür etsələr həm nemətlərdən çox böyük zövq alar, həm də belə sıxıntıya qapılmamış olarlar. Allah bu insanların vəziyyətinə Quranda belə diqqət çəkir:

Elə isə qazandıqlarının cəzası olaraq az gülsənlər, çox ağlasınlar. (Tövbə surəsi, 82)

Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik. (Taha surəsi, 124)

İnsan Allahın rizasını qazanacağını düşünərək görəcəyi bir işdən ötrü sıxıntı və bezginlik yaşamaz. Bunun əksinə dünyəvi məqsədlər güdülərək görülən bir işdən alınacaq zövq isə, olduqca məhdud və qısa müddətli olar. Əldə olunan mənfəət bitdikdə, işə qarşı duyulan həyəcan da bitər və artıq həmin işə, yalnız əziyyət gözüylə baxılar. Allahın rizasını qazanmaq üçün görülən bir işdə isə, vəziyyət çox fərqli olar. Səmimi niyyətlə görülən işin qarşılığında Allahın sevgisini və yaxınlığını qazanmaq ümidinin verdiyi zövq yaşanılar. Allahın Quranda: "Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ!" (Həcc surəsi, 37) ayəsiylə diqqət çəkdiyi kimi, möminlər gördükləri işin mahiyyətinə görə deyil, bu işi görərkən niyyətlərinə görə qarşılıq ala bilərlər. Bundan ötrü də, gördükləri iş nə olursa olsun, bununla Allahın rizasını qazana biləcəklərini ümid edərlərsə, həyatlarının sonuna qədər eyni işi görsələr də, bundan ötrü bezginliyə qapılmaz və aldıqları zövqü itirməzlər.

Həmçinin günlərlə, aylarla və ya da illərlə eyni işi görsələr də, heç vaxt bununla kifayətlənməzlər. Allahın rizasını qazanmaq sevgisi və şövqü sayəsində həmişə düşüncə üfüqlərində gözəl və yeni şeylər yaradarlar. Allah qorxularından qaynaqlanan gözəl əxlaqlarından ötrü ətraflarındakı insanlarla da olduqca yaxşı əlaqələr və gözəl dostluqlar qurarlar. Məqam, mövqe və ya pul qazanmaq kimi dünyəvi hərisliklərə qapılmadıqları üçün, qısqanclıq, çəkişmə kimi çirkin rəftarlar göstərməzlər. Çəkdikləri zəhmətin qarşılığı dünya həyatında nə olsa da, bundan ötrü sıxıntıya qapılmaz, Allahın rizasını və cənnətinə qovuşmağa ümid etməyin bəxş etdiyi hüzur və xoşbəxtliyi yaşayarlar.

Əyləncə Məkanlarından Zövq Ala Bilməmələri

Dünyaya hərisliklə bağlanan bəzi insanlar, çox qısa yaşaya bilib və hər an ölümlə qarşılaşa biləcəklərini düşünərək, əllərindəki zamanı ən gözəl şəkildə keçirmək istəyərlər. İnsanların dünya həyatını imkanlarının əl verdiyi ən yaxşı şəkildə yaşamaq istəmələri səhv bir şey deyil. Çünki Allahın dünya həyatını müxtəlif gözəlliklərlə bəzəmiş olmasının bir hikməti də, bütün bunlardan istifadə edib Özünə şükür etməyimizdir.

Cahil insanların bu arzularını həyata keçirərkən etdikləri səhv, dünya həyatının gözəlliklərini; "cahil üsullar"la əldə edə biləcəklərini sanmalarıdır. Bu insanlar, öz ağıllarıyla tapdıqları və ya cəmiyyətin əksəriyyətindən gördükləri üsulları tətbiq etdikləri təqdirdə, dünya həyatının zövqlərindən ən yaxşı şəkildə faydalana biləcəklərini düşünərlər. Məhz bu məqsədlə də yapışdıqları üsullardan biri də "əylənmək"dir. Lakin əyləncənin növünü və şəklini də yenə öz ağıllarıyla, öz həyat tərzləri və öz əxlaq anlayışları çərçivəsində təyin etdikləri üçün, bundan da lazımınca zövq ala bilmirlər. Çünki Allah, bir Quran ayəsində: "...Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır" (Rad surəsi, 28) deyə buyuraraq, insanın ancaq qəlbən Allaha bağlandığı təqdirdə həqiqi mənada sevinə biləcəyinə diqqət çəkir.

Bundan savayı insan hər nə etsə də, dünyanın ən rəngarəng, ən keyfiyyətli, ən çeşidli əyləncə növlərini tapsa da, bunların heç biri ona həqiqi mənada daimi zövq verə bilməz.

Cahil insanların əyləncə axtarışlarını ətraflı şəkildə araşdırsaq, bu axtarışlarının necə məyusluqla nəticələndiyini daha yaxşı görə bilərik.

Əvvəlcə bunu ifadə etmək lazımdır ki, din əxlaqını yaşamayan insanların əyləncə anlayışları olduqca məhduddur. Həyatlarını cahil cəmiyyətin gözləntiləri istiqamətində, bu insanlar arasında yaxşı yer tutub, onların gözündə etibar qazana bilmək kimi, hədəflər üzərinə qurduqları üçün, əyləncə mövzusunda da öz zövqlərindən çox, cəmiyyətin qəliblərinə uymağa çalışarlar.

Bu düşüncələrə sahib bir çox insan bəlkə özlərinə qalsa evdə oturub sevdikləri bir televiziya proqramını izləməkdən, gözəl bir yemək yeməkdən, mənzərə seyr etməkdən və ya söhbət etməkdən olduqca zövq alacaq və vaxtlarını bu şəkildə dəyərləndirməyi seçəcəklər. Lakin hər nə qədər özlərini məmnun etsə də, bunlarla öyünə və etibar qazana bilməyəcəklərini düşünərlər. Bundan ötrü də, cəmiyyətin əksəriyyəti son vaxtlarda nə edirsə eynisini etməyi, hər kəs əylənmək üçün hansı yerlərə gedirsə o yerlərə getməyi, nə cür əylənirsə o cür əylənməyi seçərlər.

Bu dünyagörüşlərindən ötrü cahil cəmiyyətdə insanların əyləncə anlayışları yalnız müəyyən bir neçə mövzu ilə məhdudlaşar. Bunlar da ümumiyyətlə bir neçə dostun bir yerə toplanıb yeməyə çıxmaları, teatr, kinoteatr kimi yerlərə getmələri, məktəb və ya iş ətraflarında keçirilən ictimai fəaliyyətlərə qoşulmaları, kafe və ya çay bağçaları kimi yerlərə gedib söhbət etmələri və ya bar, disko kimi məkanlarda musiqi dinləyib rəqs etmələrindən ibarətdir. Əlbəttə ki, bu sayılanlardan bəziləri insanların həqiqətən də zövq ala biləcəkləri, əylənib sevinə biləcəkləri gözəl fəaliyyətlərdir, ancaq bütün bunlardan həqiqi mənada zövq alına bilməsi üçün, bu insanların Allahdan qorxan, imanlı və gözəl əxlaqlı insanlar olmaları vacibdir. Bunun əksi olduqda, əllərindəki bu gözəl imkanların hər biri özlərinə sıxıntı verəcək, cahil əxlaqın sıxıntısı çəkdikləri mühitlərə çevriləcək. Necə ki, din əxlaqından uzaq ruh halı içində yaşayan insanların bir yerə toplandıqları bu mühitlərə daha ətraflı nəzər salındıqda bu həqiqət çox açıq şəkildə ortaya çıxır.

Əvvəlcə, yuxarıdakı sətirlərdə toxunulduğu kimi, cahil insanlar əsasən öz istəklərindənsə, cəmiyyətin tələbləri istiqamətində hərəkət edərlər. Bundan ötrü də, necə əylənəcəklərinə, hansı kinofilmi seyr edəcəklərinə, hansı restorana, çay bağçasına və ya hansı gecə klublarına gedəcəklərinə cəmiyyətin müəyyənləşdirdiyi standartlar istiqamətində qərar verərlər. Çünki cəmiyyətin əksəriyyəti tərəfindən qəbul edilən şeyləri etməyin özlərinə insanlar arasında yer, əhəmiyyət və etibar qazandıracağını düşünərlər. Məsələn, tanınmış və hər kəsin getdiyi yerlərdə görünmək cahil insanlar üçün mühüm etibar qazanma məsələsidir. Narahat olub sıxılsalar da, yenə də bu mühitlərdə olaraq istər iş, istərsə də dost ətraflarındakı insanlara, həmin günlərdə ən tanınmış yerlərdə gəzib əyləndiklərini söyləyərək öyünə bilməyi qarşılarına məqsəd qoyarlar.

Bu əyləncə mühitlərinə nəzər salındıqda isə, əslində bu məkanların insan ruhuna zövq verə biləcək xüsusiyyətlərdən çox, insanı yorub sıxıntıya salacaq xüsusiyyətlərə sahib olduğu görülər. Əsasən bir çoxundakı mühit mümkün qədər izdihamlı və havasızdır. Güclü siqaret tüstüsünün hakim olduğu, insanların, səs-küyün dərəcəsindən bir-birlərinin sözlərini eşidə bilmədikləri mürəkkəb mühiti var. Çalınan musiqilər və ya təqdim edilən yeməklər nə qədər gözəl olsa da, izdihamın və səs-küyün dərəcəsindən, bu gözəllikdən faydalanıb zövq alına biləcək vəziyyət yaranmaz. Lakin belə şey də var ki, bu mühit çox ürəkaçan, aydınlıq, təmiz və keyfiyyətli də olsa nəticə yenə eyni olacaq. Yaşadıqları ortaq cahil əxlaqdan ötrü bu mühitdə də rahat ola bilməyəcəklər.

Hər kəsin bir-birinin qarşısında öyünə bilmək, etibar qazana bilmək, ön plana çıxa bilmək üçün gəldiyi, həsəd və rəqabət dolu mühitdə insanların həqiqi mənada əylənə bilməsi, əlbəttə ki, qeyri-mümkündür. İnsanlar ancaq təbii, səmimi, dostyana və güvən dolu bir mühitdə ürəklərincə əylənmək imkanı tapa bilərlər. Əks vəziyyətdə isə, həmişə bir-birlərinə qüsur axtarmaq gözüylə baxdıqları, bir-birlərinin nöqsanlarına lağ edib alçatdıqları cahil mühitlər meydana gətirərək bir-birlərini narahat edərlər. Həsəd və rəqabət hərisliyi ilə, bir yerə toplanmış insanların nə yemək yeməkdən, nə söhbət etməkdən, nə musiqi dinləməkdən, nə də rəqs etməkdən zövq ala bilməyəcəkləri, əksinə həm mənəvi, həm də fiziki cəhətdən ciddi şəkildə yorulacaqları, bu insanların özlərinin də rədd edə bilməyəcəyi qədər açıq həqiqətdir.

Bütün bunlarla yanaşı, cahil əxlaqı yaşayan insanların bir yerə toplandıqları bu cür mühitlərin mühüm xüsusiyyəti də, hər cür təhlükəyə açıq olmasıdır. Bu insanlar əylənmə məqsədiylə getdikləri yerlərin nə qədər seçilən və keyfiyyətli olmasına diqqət göstərsələr də, bu məkanlarda istər-istəməz cəmiyyətin müxtəlif təbəqələrindən gəlib müxtəlif xarakterlərə sahib insanlarla bir yerdə olmaq məcburiyyətində qalarlar. Bu insanlar arasında müxtəlif çirkin rəftarlar nümayiş etdirən insanlarla yanaşı, qaranlıq keçmişə və ya cinayətə meyilli xarakterə sahib, alkoqol və ya narkotik aludəçisi olan insanlar da ola bilir. Şübhəsiz ki, bu da, qarşılarına əylənmək məqsədi qoyan insanlar üçün olduqca narahat edici vəziyyət yaradar. Dolayısilə heç tanımadıqları, keçmişləri, həyat tərzləri, əxlaq anlayışları və ya şəxsiyyətləri barədə heç nə bilmədikləri insanlarla eyni mühitdə olarkən, həmin bu insanların həqiqi mənada rahat və şən olmaları qeyri-mümkündür.

Cahil əxlaqın hakim olduğu bir mühitdə, insanların özlərini zəmanət altında hiss etmələri qətiyyən mümkün deyil. Çünki Allah qorxusu olmayan, axirətdə Allaha haqq-hesab verəcəyini düşünməyən insanların nə düşünəcəkləri, necə davranacaqları və necə reaksiyalar verəcəkləri, öz fikir və prinsiplərindən asılıdır. Öz prinsiplərindən başqa heç bir prinsipləri yoxdur. Bu da, hər kəsin, öz mənfəətləri istiqamətində, heç bir sərhəd tanımadan, istədiyi kimi davranacağını göstərər ki, bu da, olduqca təhlükəli, etibarsız mühitlərin yaranmasına səbəb olar. Bundan ötrü də, Allah inancı olmayan insanların bir yerə toplandığı mühitlərin, oradakı insanlara rahatlıq və güvən verməsindən söhbət gedə bilməz. Narahatlığın olduğu və insanların özlərini zəmanət alıtında hiss etmədikləri bir yerdə isə, əylənə bilməyin qətiyyən mümkün olmayacağı çox aydındır.

Necə ki, bu insanların özləri də həqiqi mənada sevinə bilmədiklərindən və istədikləri kimi əylənə bilmədiklərindən xəbərdardırlar. Lakin problemin əslində ruhlarındakı boşluqdan, iman gətirməmələrindən qaynaqlandığını anlamaq istəməzlər. Bunun əvəzinə çıxış yolunu, özlərinə başqa əyləncə növləri tapmaqda axtararlar. Lakin bu da qətiyyən nəticə verməz. Cahil əxlaqın və cahillərin əyləncə anlayışının hakim olduğu hər yer, hər mühit ruhlarında eyni sıxıntını yaradar. Gərginlik və bezginlik onları getdikləri hər yerdə izləyər. Kənardan baxıldıqda əylənirmiş kimi görünsələr də, əslində bütün bu deyilənlərdən də aydın olduğu kimi, mənəvi cəhətdən rahatlıq, sükunət və dincliyi qətiyyən tapa bilməzlər.

Allah Quran ayələrində bu insanların vəziyyətinə diqqət çəkir və həyat tərzlərinin kənardan baxan insanları aldatmamalı olduğunu xatırladır:

Allahın ayələri barəsində yalnız inkarçılar mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın. (Mümin surəsi, 4)

Qoy inkarçıların diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır! (Ali İmran surəsi, 196-197)

Bu vəziyyət, inkarçılara Allahdan gələn bəladır. Əylənə bilmək üçün, lazım gələn hər cür imkana sahib olsalar da, Allah onları bunlardan ala biləcəkləri zövqlərdən məhrum buraxaraq, onlara qafil həyat tərzi yaşamalarının ziyanla nəticələnəcəyini göstərir.

Eyni mühitlərdə Quran əxlaqını yaşayan insanlar olduqda isə, qətiyyən belə narahatlığın olmasından söhbət gedə bilməz. Çünki bu insanlar bir-birlərinin Allahdan qorxduqlarını və Quran əxlaqına uyğun rəftarlar sərgiləyəcəklərini bilməyin rahatlığı içində olarlar.

İstirahət Məkanlarından Zövq Ala Bilməmələri

Cahil cəmiyyətdəki insanlar, öz sözləriylə; sıxıntılardan xilas olub başlarını dincəltməyin və ilin yorğunluğundan xilas olub gözəl vaxt keçirə bilməyin ən yaxşı yolunun "istirahətə çıxmaq" olduğuna inanarlar. Bu məqsədlə də cəmiyyətin demək olar ki, hər təbəqəsindən olan insanlar maddi imkanları istiqamətində özlərinə istirahət məkanı yaratmağa çalışarlar. Bəziləri evlərində oturub dincələrək, bəziləri də bu müddəti fərqli bir məkana gedərək qiymətləndirməyə çalışar. Fərqli seçimləri olsa da, hər birinin ortaq məqsədi, il ərzində yerinə yetirmək məcburiyyətində olduqları işlərinə müəyyən müddət üçün fasilə verib, bu vaxtı əylənib, sevinə biləcəkləri müxtəlif fəaliyyətlərə ayıra bilməkdir.

Bu məqsədlə də, bütün il boyu işləyərək pul toplayar, istirahət edəcəkləri günlərin xəyalını quraraq yaşayarlar. Hər incəliyi böyük diqqətlə əvvəlcədən planlayarlar. Geyəcəkləri paltarları diqqətlə seçib götürər, qalacaqları yerlərin ən rahat olacaqları şəraitə sahib olmasına böyük diqqət göstərərlər. Hətta mühiti mümkün qədər gözəlləşdirə bilmək üçün, özləriylə ən yaxşı dostlarının da gələ bilməsi üçün müxtəlif planlar qurarlar. Lakin sizin də ətrafınızda tez-tez şahidi olduğunuz kimi, göstərilən bütün bu diqqətə, qurulan mükəmməl planlara və əldəki imkanlara baxmayaraq, bu istirahətlər ümumiyyətlə gözlənildiyi kimi nəticələnməz. Bu insanlar ümumiyyətlə xəyallarında canlandırdıqlarının əksinə bu istirahət mühitindən istər maddi, istərsə də mənəvi cəhətdən yorulmuş halda qayıdarlar.

Qarşılaşılan bu vəziyyətin bir neçə müəyyən səbəbi var: Əvvəla daha əvvəl də ifadə etdiyimiz kimi, dünya həyatı, sahib olduğu bənzərsiz gözəlliklərlə yanaşı bir çox çatışmazlıqla birlikdə yaradılmışdır. Necə ki, Allah həm çatışmazlıq kimi görünən bəzi hadisələr, həm də nəfsin xoşlayacağı bəzi mühitlər yaradaraq insanları sınayar. Quranın bir ayəsində Allah bu həqiqətə: "...Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!" (Ənbiya surəsi, 35) hökmüylə diqqət çəkir. Məhz Allahın bu hikmətli yaratmasından ötrü, insanlar həyatları boyu xoşladıqları və ya xoşlamadıqları bir çox hadisə ilə qarşılaşarlar. Əgər bu hadisələr qarşısında gözəl əxlaq göstərsələr, Allah, mənfi hal, sıxıntı və ya çətinlik kimi görünən hadisələri onlar üçün gözəlliklərə çevirər, xeyirlərə vəsilə edər. Dolayısilə bu dünyagörüşüylə hərəkət edən bir insan, həyatın hər anından razı qalar, gözəllikləri görüb bunlarla xoşbəxt olmağı bacarar. Allahın insanları sınamaq üçün yaratdığı bu hadisələri cahil əxlaqla qarşılayan insanlar isə, nəinki mənfi kimi görünən hadisələrdə bir çox xeyir görüb bunlarla xoşbəxt ola bilmək, bunlar qarşısında göstərdikləri əxlaqdan ötrü əllərindəki gözəlliklərdən də zövq ala bilməzlər.

Allah qorxusunun qazandırdığı gözəl əxlaqın yaşanmadığı bir mühitdə, insanların nə bir-birlərindən, nə də özlərinə təqdim edilən gözəlliklərdən zövq almaları qeyri-mümkündür. Çünki təvəkkül, hadisələrə xeyir gözüylə baxmaq, çatışmazlıq kimi görünən halları, yanlış rəftarları kamilliklə və tolerantlıqla qarşılamaq, problemləri qəzəblənmədən həll edə bilmək kimi xüsusiyyətlər olmadıqda, bunların yerini insanları böyük sıxıntıya salan cahil rəftarlar alar. Məhz bütün səylərinə baxmayaraq, bəzi insanların həyatlarının hər mərhələsində olduğu kimi, istirahət məkanlarından da gözlədikləri zövqü ala bilməmələrinin səbəbi budur. Bu məkanlarda baş verə biləcək mümkün ləngimələrdən qısa şəkildə bir neçə nümunə gətirməli olsaq, bu insanların tamamilə öz əxlaqları ucbatından bədbəxt olduqları daha yaxşı aydınlaşa biləcək.

İstirahət məkanlarında ən tez-tez qarşılaşılan hadisələrdən biri, istirahət üçün gedilən məkanın gözləniləndən fərqli çıxmasıdır. Qalacaqları yerin gözlədikləri tələblərə cavab vermədiyini görmələri, bu insanların hələ ən başından rahatlıqlarının qaçmasına kifayət edər. Hələ bir də bundan əvvəl bura çata bilmək üçün, pis səfər keçiriblərsə, belə vəziyyət qarşısında xeyli dözümsüz rəftar nümayiş etdirərlər. Bir tərəfdən istəmədikləri mühitlə qarşılaşmalarının verdiyi narahatlıq, digər tərəfdən isə, məhdud istirahət imkanlarını istəmədikləri məkanda keçirməli olduqlarının verdiyi narazılıq hissi, əhvallarının xeyli korlanmasına səbəb olar. Buna bir də; "bir işin rast getmədiyi təqdirdə, həmişə rast getməyəcəyi" şəklindəki batil inancları əlavə olunduqda xeyli narahat olarlar.

Bəzən də qarşılaşdıqları bütün şərtlər tam istədikləri kimi olar. Lakin yenə də istirahət müddətində qarşılaşdıqları tək bir gözlənilməz hadisə belə bütün rahatlıqlarının qaçmasına səbəb ola bilər. Məsələn, günəş şüası qəbul etmək məqsədiylə getdikləri istirahət məkanında bir anda hava şəraitinin korlanıb yağış yağmağa başlaması, qısa müddətli də olsa olduqları məkanda işıq və suların tez-tez kəsilməsi, hovuzda izdihamlı insan kütləsi olması və ya restoranda özləri üçün ən yaxşı yerlərin tutulmuş olması bu insanlar üçün həmişə narazılıq səbəbidir.

Halbuki Allah inancına sahib bir insanın bu şərtlər altında eyni mühitdən alacağı zövq tamamilə fərqli olar. Çünki iman gözüylə qiymətləndirildikdə çatışmazlıq kimi görünən hadisələrin hər biri, insanlara zövq verən nemətlərə çevrilər. Mömin, istənilən mənfi halla qarşılaşsa belə, özünə verilən imkanlarda Allaha şükür edəcək xeyli incəlik görə biləcək və bunlarla xoşbəxt olmağı bacaracaq anlayışa sahibdir. Məsələn, bəlkə hava günəşli deyil yağışlı olar, lakin yağışlı havada vaxt keçirməyin də ayrı gözəllikləri var. Yaxud hovuz çirkli və ya izdihamlı ola bilər, lakin eyni zamanda açıq havada idman etmək, yerimək və ya alış-veriş etmək də mümkündür.

Restorandakı masanın yeri ən yaxşısı olmaz bəlkə də, lakin insanın yanında bu yeməyi yeyərkən söhbət edə biləcəyi dostları olar. Sağlamdır, gözəl istirahət məkanındadır, dolayısilə sevinə biləcəyi bir çox nemət vardır. Həmçinin işıq və ya suların kəsilməsi bəlkə çətinlik yarada biləcək problemlərdir, lakin bu müddəti insanın özünü narahat edərək keçirməsi bu problemin həlli istiqamətində heç bir fayda verməz. Belə olan halda, narahatlıq ancaq insanın özünə zərər verəcək. Belə vəziyyətlərdə edilməli şey, hadisələrə kamilliklə yaxınlaşaraq hər şeyə müsbət baxmaqdır.

Həmçinin bu da bir həqiqətdir ki, cahil insanların istirahət məkanlarından zövq ala bilməmələrinin səbəbləri yalnız texniki ləngimələrlə əlaqəli deyil. Bu insanlar hər şeyin tam mükəmməl olduğu mühitlərdə belə, narazılıq yaşaya bilirlər. Hər şeyin mükəmməl nizamlandığı, heç bir incəliyin nəzərdən qaçırılmadığı, heç bir ehtiyacın görməzlikdən gəlinmədiyi olduqca rahat bir mühitdə belə bədbəxt ola bilirlər. Çünki (daha əvvəl də ifadə etdiyimiz kimi) mənəvi boşluqları, daxili narahatlıqları və göstərdikləri cahil əxlaqdan ötrü hər şey mükəmməl olsa da, onlar əllərindəki bu nemətlərdən lazımınca zövq ala bilməzlər. Olduqları məkandakı gözəlliklər üçün şükür etməyi, qarşılaşdıqları hər hadisəyə xeyir gözüylə baxmağı bacarmadıqları, insanların səhvləri qarşısında tolerant və bağışlayıcı ola bilmədikləri, yeri gəldikdə fədakarlıq edə bilmədikləri, təvazökar davrana bilmədikləri müddətcə, istənilən gözəl nemətlərə sahib olsalar da bunlardan zövq ala bilməzlər. Bütün bu gözəl əxlaq xüsusiyyətlərini və bunları ömür boyu davam etdirməyi təmin edən Allah qorxusunu qəlblərinə yerləşdirmədikləri müddətcə, Allah bu insanları dünya həyatının zövqlərindən məhrum edər.

Sahib Olduqlarından Sıxılmaları

Allah Quranın: "Sən onları bir müddət öz cəhaləti içində burax! Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar?" (Muminun surəsi, 54-56) ayələri ilə cahil cəmiyyət insanları barəsində çox mühüm bir məlumat verir. Belə ki, sahib olduqları nemətlər bu insanların xeyirləri üçün deyil.

Din əxlaqından uzaq yaşayan bəzi insanlar, dünya həyatını saysız nemət içində keçirə bilərlər. Bir insanın dünya həyatında istəyə biləcəyi demək olar ki, hər şeyə; zənginliyə, gözəlliyə, şana, şöhrətə, etibara və ağla gələ biləcək böyük-kiçik hər cür imkana sahib ola bilərlər. Lakin Rəbbimizin ayəsində bildirdiyi kimi, bunlar onlara heç bir xeyir verməz, onlar üçün həqiqi mənada nemətə çevrilməz. Allah bütün bunları onların dünyada və axirətdə dadacaqları əzabın dərəcəsinin daha da artması üçün verir. Allah onlara görünüşdə nemət verir, lakin bunlardan zövq alacaq ruh halını yaşamalarına imkan vermir. Dolayısilə bu insanlar dünya həyatının bütün gözəl nemətlərini əldə etsələr də, müəyyən mənada "nemətlər içində məhrumiyyət" yaşayarlar. Bir insanın istəyə biləcəyi hər şeyə sahib olması, ancaq bunlardan həqiqi mənada zövq ala bilməməsi isə, böyük əzabdır.

Lakin bu da unudulmamalıdır ki, bu insanlar yaşadıqları vəziyyətin əsil səbəbini vicdani cəhətdən çox yaxşı bilir, qəlblərində yaşadıqları boşluğun və narahat ruh halının vicdanlarına uyğun həyat tərzi yaşamamaqdan qaynaqlandığını da anlayırlar. Lakin bunu inkar edir və israrla anlamazlıqdan gəlirlər. Çıxış yolunu, imanda, Allaha sığınmaqda axtarmaq əvəzinə, yenə cahil üsullara əl atmaqda axtırarlar. Vərdişlərini, həyat tərzlərini, ictimai ətraflarını, dostlarını, getdikləri, gəzdikləri yerləri dəyişdirdiklərində hər şeyin yoluna girəcəyini, həyatlarındakı boşluqdan, qəlblərindəki sıxıntıdan xilas ola biləcəklərini güman edərlər.

Siz də çox vaxt ətrafınızdakı bəzi insanların tez-tez; "yeni həyata başlamaq istəyirəm", "hər şeyə yenidən başlayacağam", "keçmişimi silib atdım, həyatımda yeni bir səhifə açdım" kimi sözlər işlətdiklərini eşitmisiniz. Həqiqətən də bəzi insanlar hərdənbir həyatlarındakı hər şeyi, bütün incəlikləri yenidən ələ alar, hər şeyi daha gözəl və daha mükəmməl olanıyla dəyişdirməyə çalışarlar. Lakin yenə də axtardıqları mənanı, həsrətini çəkdikləri rahatlığı, zövqü və xoşbəxtliyi tapa bilməzlər. Məsələn, gündəlik həyatlarındakı vərdişlərini tamamilə dəyişdirərlər. Günlərini evdə, ailələriylə, uşaqlarıyla, ev işləriylə məşğul olmaqla keçirdikləri halda, həyatlarındakı monotonluğun bu həyat tərzindən qaynaqlandığını zənn edərək özlərinə yeni məşğuliyyətlər tapmağa çalışarlar. Həyatlarına yeni məna gətirəcəyini və özlərinə müxtəlif şəxsiyyət qazandıracağını düşünərək iş həyatına atılmağa qərar verərlər. Lakin qısa müddətdə eyni bəsitliyin iş həyatında da olduğunu görərlər.

Yenə də bu həqiqəti görməzlikdən gəlib axtarışlarına davam edərlər. Məsələn, incsənət fəaliyyətlərinə üz tutarlar; müəyyən şeylər yaratmaqdan, şəxsiyyətlərini əks etdirən əsərlər meydana gətirməkdən çox zövq alacaqlarını zənn edərlər. Lakin qısa müddətdə bu vərdişlərin də özlərinə gözlədikləri zövqü vermədiyini anlayarlar. Beləliklə də, özləriylə fəxr edə biləcəkləri, ətraflarındakı insanlar arasında öyünə biləcəkləri, cəmiyyətdə özlərinə yaxşı yer qazana biləcəkləri hər şeyi sınayarlar. Müxtəlif yığıncaqlarda iştirak edər, xeyriyyə təşkilatlarında boyunlarına vəzifələr götürər, sərgilərə, teatrlara, konsertlərə gedər, alış-verişə çıxar, müxtəlif idman sahələrini sınayar, dost yığıncaqlarına qatılarlar. Lakin qısa müddətdə bunlardan da sıxılar, qətiyyən axtardıqları zövqü tapa bilmədiklərini görərlər. Ortada dəyişən heç nə olmaz, çünki ruhlarında dəyişiklik etməyiblər. Cahil cəmiyyətin fərdləri ancaq sahib olduqları pis əxlaqdan uzaqlaşıb, Allahın əmr etdiyi gözəl əxlaqı yaşamağa başlayarlarsa, rahat və xoşbəxt ola bilərlər.

Bəziləri də xoşbəxtliyi pulla əldə edə biləcəklərini zənn edərək, diqqətlərini tamamilə bu istiqamətə verərlər. Pulla əldə edə biləcəkləri hər şeyin ən gözəlini, ən yenisi, ən son modelini, ən komfortlu və ən dəbdəbəlisini alarlar. Lakin daha əvvəl də ifadə etdiyimiz kimi, istədikləri hər şeyi əldə etmələri bu insanları xoşbəxt edə bilməz. Bunun başlıca səbəblərindən biri, cahil əxlaqı yaşayan insanların həmişə əllərindəkindən daha artığını istəmə arzularıdır. Daha çox pul, daha gözəl avtomobillər, daha gözəl evlər, daha yuxarı vəzifə və daha artıq rahatlıq arzusu, onları əsla qane etməz. Xoşbəxtliyi bunlarda axtardıqları halda, bunların heç birinin ruhlarına zövq verməməsini isə, əllərindəki imkanların qeyri-kafiliyi ilə əlaqələndirər və daha da artığını əldə etmə hərisliyinə qapılarlar. Məsələn, bəzi insanlar böyük avtomobil hərisliyinə qapılıblar. Avtomobilin markası, son model olması, yaxşı texniki təchizata, keyfiyyətli musiqi sisteminə sahib olması bu insanlar üçün olduqca mühüm incəliklərdir. Avtomobillərinə böyük düşkünlük göstərər və onlara ən kiçik bir zərər gəlməsini istəməzlər. Lakin çox gözəl bir avtomobil aldıqları vaxt, yaşadıqları xoşbəxtlik də qısa davam edər. Qısa müddət sonra aldıqları avtomobilin yeni modeli çıxar və əllərindəki, köhnə modelə çevrilər. Daha böyük sürətə, daha artıq aksesuara sahib və ya daha texnoloji xüsusiyyətlərə sahib bir avtomobilin mövcudluğunu bilmək də onları kədərləndirər. Bir anda sahib olduqları bu nemətdən aldıqları bütün zövqü itirərlər.

Eynilə paltar mövzusu da cahil insanlar üçün başlı-başına problemdir. Modanı ən yaxşı şəkildə izləmək istəyərlər. Maddi imkanı yaxşı olanlar qədər, bu mövzuda məhdud büdcəyə sahib olan insanlar da ətraflarıyla yarış içindədirlər. Lakin çox bəyənərək, özlərinə çox yaraşdığını düşünərək aldıqları bir paltar, dəbdən düşməsiylə birlikdə bir anda onlar üçün bütün mənasını itirə bilər. Bu paltarı, xoşlamadıqları və ya özüylə rəqabət apardıqları bir insanın üzərində görmək də, bu insanlara olduqca mənfi təsir göstərər. Bir anda bu paltardan soyuyub sıxılarlar. Eynilə özlərindən daha gözəl paltarlara sahib insanları görmək də, onlar üçün böyük narahatlıq səbəbi olar. Öz əllərindəki geyimlər nə qədər gözəl olsa da, bir müddət sonra onlara sıxıntı verməyə, bəsit gəlməyə başlayar.

Vərdişlər, ictimai fəaliyyətlər, maddi imkanlar və sahib olduqları digər imkanların heç biri bu insanlara axtardıqları xoşbəxtliyi verməz. Daimi təkrarlanılan bu sınaqların çoxluğu onları daha da mənfi ruh halına sürükləyər. Dünya həyatındakı bütün zövqləri tam mənasıyla tükətdiklərini anladıqlarında isə, ümumiyyətlə öz deyimləriylə; "həyatdan küsərlər".

Bütün bu mənfi hallara baxmayaraq, həmin bu insanlar çıxış yolunu imanda axtarmazlar. Bundan ötrü də, çəkdikləri bütün zəhmətə baxmayaraq, bədbəxtlik içində tərəddüd edərlər. Halbuki din əxlaqını yaşasalar, bu nemətlərdən heç təsəvvür edə bilməyəcəkləri qədər böyük zövq alarlar.

Bu həqiqət, möminlərin həyatlarında çox nəzərə çarpan şəkildə müşahidə olunar. Möminlər heç vaxt bezməzlər. Əksinə hər keçən gün, ruhlarındakı dərinliyin artmasıyla birlikdə, əllərindəki nemətlərin qiymətini daha da dərin şəkildə anlayarlar. Həmçinin bunlardan hər keçən an daha çox zövq almağa, daha çox həyəcan duymağa başlayarlar. Bunların hər birini, Allahın özlərinə olan rəhmətinin, sevgisinin və lütfünün təcəlliləri kimi görərlər. Bütün həyatlarını Allah üçün yaşadıqları, sahib olduqları hər neməti Allahın rizasını qazanmaq üçün istifadə etdikləri, hər işi Onun rizasını hədəfləyərək etdikləri üçün həmişə eyni böyük zövqü və həyəcanı yaşamağa davam edərlər. Allah iman gətirənlərin razı qalmış bu ruh hallarını Quran ayələrində belə bildirir:

O gün möminə deyiləcəkdir: “Ey razı qalmış kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)

Təbii Gözəlliklərdən Zövq Ala Bilməmələri

Cahil cəmiyyət insanları, maddiyatçı dünyagörüşlərindən ötrü təbii gözəlliklərə olan həssaslıqlarını da böyük ölçüdə itirərlər. Demək olar ki, ətraflarındakı hər şeyi, özləri üçün necə mənfəət təmin edə biləcəyi, dünya həyatından daha çox faydalana bilmələrində onlara necə töhfə verəcəyi düşüncəsiylə qiymətləndirərlər. Bu mənfəət axtarışı xarakterlərinə o qədər işləmişdir ki, onlar üçün hər hansı bir şey özləri üçün, ancaq mənfəət təmin edəcəyi təqdirdə qiymətli və mənalı ola bilir. Məsələn, gözəllik onların olacaqsa, bununla öyünüb ətraflarında etibar qazana biləcəklərini düşünürlərsə mənalıdır. Bu məhdud dünyagörüşlərindən ötrü də, dünyanın hər tərəfini bəzəyən təbii gözəlliklərin çox azını görər və bunlardan da ancaq çox az zövq alarlar.

Halbuki Allah dünyanın hər küncünü insan ruhuna dərindən təsir edən, bir-birindən ehtişamlı təbii gözəlliklərlə bəzəmişdir. Rəbbimiz insanların düşünüb ağıllarını işlətmələri, Özünün gücünü, böyüklüyünü görüb iman gətirmələri, şükür etmələri üçün hər an, hər yerdə, çox sayda nemət yaradar. İnsan, dünyanın hansı ölkəsində, hansı şəhərində yaşasa da, bu gözəlliklərin bir çoxuyla təmasda olar. Yağan bir yağışın, sahili döyən bir dalğanın, batan bir günəşin, yeni tumurcuqlanan bir çiçəyin görünüşü insan ruhuna çox böyük zövq verər. Allah, dünyanın hər yerində, gecə-gündüz müxtəlif görünüşə və valehediciliyə malik mənzərələr yaradar. Həmçinin Allah bunların hər birini insanlar üçün ayrı nemət kimi təqdim edər.

Möminlər, ətraflarında baş verən hər hadisəyə iman gözüylə baxdıqlarından, Allahın özləri üçün yaratdığı bütün bu gözəllikləri ən incə nöqtələrinə qədər görər və bunlardan böyük zövq alarlar. Cahil insanlarla aralarındakı fərq isə, bu məqamda ortaya çıxır: Şübhəsiz ki, dünya insanlara, baxdıqları kimi görünür. Qəflət gözüylə baxan dünyanı da qəflət pərdəsinin arxasından görər. Məhz bundan ötrü də, cahil insanların böyük hissəsi yaşadıqları dünyadakı gözəlliklərin bir çoxunu görə bilməzlər, gördükləri isə, onlar üçün elə də çox məna ifadə etməz. Onlar üçün ətraflarındakı bütün gözəlliklərin, nemətlərin, möcüzələrin üzərində pərdə var. Quranda gözləri olub da görməyən insanların vəziyyətini Rəbbimiz: "Sinələrindəki qəlblərinin kor olmasıyla" (Həcc surəsi, 46) ayəsiylə açıqlamışdır. Bu mövzudakı bir ayə belədir:

...Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha alçaqdırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

Allah Mutaffifin surəsinin 24-cü ayəsində isə, möminlərin üzlərində nemətlərin parıltılı sevincinin görüləcəyini bildirir. Başqa bir ayədə isə, Rəbbimiz belə bildirir:

Həqiqət budur ki, Rəbbinizdən sizə bəsirətlər gəlmişdir. Kim bəsirətlə görsə, öz lehinə, kim də kor olsa, (görmək istəməsə) öz əleyhinədir. Mən sizin üstünüzdə gözətçi deyiləm”. (Ənam surəsi, 104)

Məhz bu şəkildə qəflət gözüylə baxan bəzi insanlar ətraflarındakı gözəllikləri də ancaq bu qəflət pərdəsinin arxasından görə bilirlər. Əlbəttə ki, bu insanlar da müxtəlif təbii gözəlliklərlə iç-içə yaşayar və bütün bunlardan yeri gəldikcə faydalanarlar. Məsələn dəniz kənarına getməyi, günəşin batışını seyr etməyi, çiçəklərə, ağaclara baxmağı xoşlaya bilərlər. Lakin bu xoşlanmanın dərəcəsi çox məhduddur. Ruhlarında böyük təsir oyadan həyəcan hissi yaşamazlar. Yaşadıqları ancaq çox qısa davam edən və bəsit bir həyəcan hissi olar. Bu həyəcan tezliklə öz yerini qeyri-həssaslıq və diqqətsizliyə verər. Bütün gözəlliklərdən çox tez sıxılarlar. Dərhal daha yenisini, daha valeh edicisini və daha orijinalını istəyərlər. Bu, tamamilə onların ruhlarındakı korlanmadan və qeyri-həssaslıqdan qaynaqlanır.

Cahil cəmiyyətlərdə "təbiətin pərəstişkarıyam", "təbiətlə iç-içə yaşamaq istəyirəm" kimi sözlər işlədən və hətta həyatının böyük hissəsini bu təbii gözəlliklər içində keçirən insanlar da var. Lakin bu məqamda bu insanlar barəsində verilməli bir sual var: Həqiqətdə bütün bu təbii gözəlliklərdən nə qədər zövq alınar?

Bu gözəlliklərdən zövq ala bilməyin yolu; Allahın gücünü və böyüklüyünü hiss edib, bu ehtişamın yaradıcısı olan Rəbbimizin qarşısındakı acizliyimizi görərək böyük hörmətlə Rəbbimizə təslim olmaqdır. Allah təkcə bu həqiqətləri görüb yaşaya bilən insanların bu gözəlliklərdən həqiqi mənada zövq ala bilmələrinə icazə verir.

Bütün bu gözəlliklər içində yaşamalarına baxmayaraq, bəzi insanlar, qəlblərindəki boşluqdan, daxili narahatlıqlarından və bədbəxtliklərindən xilas ola bilmirlərsə, bu, onların gözəlliklərdən həqiqi mənada zövq ala bilmədiklərini göstərər. Allaha iman gətirmədikləri müddətcə, bütün bunlar onlar üçün müvəqqəti heyranlıq duymalarını təmin edən və onlara ancaq qısa müddət maraqlı gələn əsərlər olmaqdan kənara çıxa bilməz.

Halbuki ətrafındakı bir gözəlliyi Allahın yaratdığını bilən insan, bu gözəlliyin arxasında bir çox mənalar, çox böyük təfərrüatlar tapar və bunları tapmağın verdiyi həyəcanı doyunca yaşayar. Bu, Allahın üstün sifətlərini, sonsuz yaratma gücünü, ağlının və elminin sonsuzluğunu, böyüklüyünü, bütün kainat üzərindəki hakimiyyətini hiss etməyin verdiyi çox böyük zövqdür. Eləcə də, bunun üçün dünyanın bütün ölkələrini gəzib, hər yerin mənzərəsini, hər yerin təbii gözəlliklərini ayrı-ayrılıqda görməsinə ehtiyac da yoxdur. İnsanların minlərlə dəfə görməyə alışdıqları üçün, yanından keçib getdikləri hər hansı təfərrüat da bu insana eyni zövqü verər. Ruhundakı zənginlik və dərinlik, bu insanı bu görünüşdən, qəlibinin çox dərinliklərinə təsir edən, böyük coşğu meydana gətirən zövq almasını təmin edər.

Məsələn, heyvanlar Allahın dünya həyatında insanlar üçün yaratdığı nemətlərdəndir. Minlərlə növ quşun səmada süzülməsindəki zəriflik, qanadlarındakı estetika, rənglərindəki canlılıq, tüklərindəki simmetriya və uyğunluq, iman gözüylə baxan bir insan üçün çox böyük zövq mənbəyidir. Bir sincabın dişlərindəki, əl hərəkətlərindəki, quyruğundakı gözəllik və sevimlilik möminin qəlbində çox böyük şəfqət hissi oyadar. Bir dovşanın gözəlliyi, mehribanlığı, əlinə aldığı kökü yeyərkən meydana gələn görünüş iman gətirənlər üçün sevinc mənbəyi ola bilər. Bir zebrin naxışındakı estetika, bir atın qaçışındakı ehtişam, bir ceyranın gözəlliyi, minlərlə müxtəlif növ canlının xüsusiyyətləri möminlər üçün zövq, sevinc və xoşbəxtlik vəsiləsidir.

Eyni vəziyyət təbiətdəki bənzərsiz təsvirlərə də aiddir. Yamyaşıl bir meşə, bir şəlalənin ehtişamlı görünüşü, buludları yaran dağların görkəmli duruşları, minlərlə növ ağac, çiçək, tərəvəz və meyvə insan ruhunda çox böyük heyranlıq hissləri oyadar. Möminlər gördükləri bütün bu gözəlliklərdən, Rəbbimizi düşündükləri, Onun üstün elmini və yaratma sənətini gördükləri üçün belə böyük zövq alarlar. Allahın yaratdığı bütün nemətlərə şükür edər, hər şeyi Allahın təcəllisi olaraq görərlər.

Möminin hər nemətdən olduğu kimi təbii gözəlliklərdən ala bildiyi zövq də, sərhədi olmayan, insanın ruh və iman dərinliyinə bağlı olaraq arta bilən həddə malikdir. Bu, Allahın, səmimi yanaşma tərzlərinə, iman gözüylə baxmalarına qarşılıq, təkcə möminlərə verdiyi zövqdür. İnkarçılar üçün dünyada itirilən bu gözəlliklər axirət həyatında da olmayacaq və onlar orada yalnız əzab içində yaşayacaqlar. Allah Quranda bu həqiqətə belə diqqət çəkir:

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir vəlisi (hamisi), nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır. (Ənam surəsi, 70)

Təmizlikdən Zövq Ala Bilməmələri

Təmizlik, əslində bir insanın şəxsiyyətini, əxlaqını, ağlını və zəkasını göstərən mühüm xüsusiyyətlərdən biridir. Allah, Quranda: "Geyimini təmiz saxla! Murdarlıqdan qaçıb uzaqlaş!" (Müddəssir surəsi, 4-5) ayələriylə insanlara təmizliyə diqqət göstərmələrini bildirmişdir. Lakin bu xüsusiyyət, həqiqi mənada yalnız iman sahiblərində var. Çünki digər bütün əxlaq xüsusiyyətləri kimi, təmizlik də, ancaq Allah qorxusuyla qazanıla bilər. Allahdan qorxan insan, tək qaldıqda belə, Allahın etdiyi hər şeyi gördüyünü və bütün bunların axirətdə qarşısına çıxacağını, vicdansız şəkildə etdiyi hər hərəkətin qarşılığını alacağını bilər. Bundan ötrü də, Allahın bəyənməyəcəyi, Quranda doğru olmadığını bildirdiyi, hər cür rəftardan çəkinər. Allahın Quranla bildirdiyi təmizlik anlayışını ibadət olaraq ən gözəl şəkildə həyatına tətbiq edər. Bundan ötrü də, təkcə təmiz mühitlərdə olmaqdan, təmiz əşyalardan istifadə etməkdən, təmiz insanlarla bir yerdə olmaqdan zövq alacaq anlayışa malik olar.

Əlbəttə ki, inkarçıların da özlərinə görə təmizlik anlayışları var. Hətta cahil cəmiyyətlərdə vasvasılıqlarıyla, səliqəli və təmiz olmalarıyla tanınan insanlar da var. Lakin bu insanlar, təmizlik mövzusundakı bu həssaslığı, Allahdan qorxduqları və Onun rizasını qazanmağa çalışdıqları üçün göstərmirlər. Buna görə də, təmizliyi ancaq cəmiyyətdəki ümumi dünyagörüşünün tələb etdiyi formada və ətraf insanlara görə olacaq şəkildə yaşayırlar.

Quranda bildirilən təmizlik anlayışına uyğun həyat tərzi yaşamamaları, ruhlarında buna qarşı ehtiyac hiss etməmələri isə, bu insanlar üçün böyük itkidir. Allah, iman əvəzinə inkarı seçmələrinə qarşılıq, bu insanların ruhlarından bu zövqü də almış və onları öz əlləriylə pis mühitdə yaşamağa məcbur etmişdir.

Cahil insanların təmizlik anlayışlarına nəzər salmalı olsaq, bu insanlar üçün "görünən təmizlik" və bir də "görünməyən təmizlik" kimi iki cür tətbiqin olduğunu görərik. Əsil əhəmiyyət verdikləri şey isə, təmizliyin "görünən hissəsi"dir. Məsələn, kənardan baxıldıqda bir insanın istər bədəninin, istərsə də, paltarlarının olduqca təmiz olduğu düşünülə bilər. Çünki baxıldıqda ortada nə ləkə, nə də çirk olar. Lakin, bu çox vaxt insanı aldadar. Bu hadisənin (təsvirin) həmişə bir də "görünməyən tərəfi", yəni "arxa planı" olar. Allahdan qorxmayan bir insanın tək qaldığı, özünü heç kəsin görmədiyini düşündüyü zamanlardakı rəftarı ilə cəmiyyətdəki rəftarı bir-birindən tamamilə fərqli ola bilir. Heç kəsin görmədiyini güman etdiyi yerlərdə, belə bir insanın nələr edəcəyini, nələrə diqqət yetirib, nələrə həssaslıq göstərəcəyini, nələri isə əhəmiyyətsiz hesab edəcəyini anlamaq qeyri-mümkündür. Çünki Allah qorxusu olmayan insan doğru və səhvlərini öz ağlına görə müəyyənləşdirər.

Bu insanların bir çoxu, həm öz bədənlərini, həm də evlərini kənardan baxıldıqda çirkin görülməməsini prinsip qəbul edərək təmizləyərlər. Duş qəbul etmək, çirklənən geyimləri yumaq, ütüləmək, dəsmalları, çarşabları dəyişdirmək, ortalığı toplamaq çox vaxt tənbəllik etdikləri, zövq almadıqları və təxirə saldıqları işlərdir. Şkafların içinin təmizlənməsi və səliqəyə salınması nadir hallarda və məcbur qaldıqca gördükləri işlərdir. Bəziləri çirkli geyimlərini rahatlıqla təmiz paltarların olduğu şkaflara qoyub, ehtiyacları olduqda yenidən istifadə edə bilərlər. Əsasən də həftədə bir gün evə gələn və pul qarşılığında bu insanların təmizlik işlərini görməyi boynuna götürən insanları çıxmaq şərtiylə, özləri, vanna otaqlarının, yerlərin, küncdə bucaqda toplanan toz zərrəciklərinin təmizlənməsiylə, otaqların səliqəyə salınmasıyla maraqlanmazlar.

Bəziləri çox vaxt çirkli olduqları halda (xüsusilə də soyuq havalarda) yuyunmağa tənbəllik etdikləri üçün, təkcə saçlarını yuyub onsuz da kənardan baxanda görünmür deyərək, bədənlərinin çirkini təmizləməyə əhəmiyyət verməzlər. Qadınlar isə, eyni şeyi əsasən bərbərlərə etdirərlər və saçları dağılanadək qədər də yuyunmağa ehtiyac duymazlar. Çirklənən bədənlərini isə, vurduqları ağır iyli ətir və dezodorantlarla ört-basdır etməyə çalışarlar ki, bu olduqca narahatedici vəziyyət yaranmasına səbəb olar. Siqaret, his, yemək və ya tər qoxusu kimi narahatedici qoxuların üstlərinə çökmüş olmasını normal qarşılayarlar. Zahirdə paltarları və ya özləri təmiz kimi görünə bilər, lakin təmizlik anlayışlarındakı yanlışlıqdan ötrü, əslində təmiz olmaya bilərlər. Məsələn, geyimləri çirkli bir yerə dəymiş və ya üzərinə bir şey tökülmüş, lakin ləkəsi qalmamış ola bilər. Əlləriylə çirkli bir yerə toxunmuş, yağlı bir yemək yemiş və sonra da əllərini ağızlarını yumamış ola bilərlər. Yemək hazırlayarlarkən onsuz da heç kəs görmür deyə düşünərək, yumadıqları bir şeyi, yerə və ya çirkli mətbəx dəzgahına düşən şeyi rahatlıqla yeməyə qata bilər, çirkli qaşıqla, çirkli qazanlarla yemək bişirə bilərlər. Vanna otağının təmizliyinə diqqət yetirməz və beləliklə də, həm öz sağlamlıqlarını, həm də özləriylə birlikdə yaşayan digər insanların sağlamlıqlarına qəti əhəmiyyət vermədən təhlükəyə ata bilərlər.

Bu insanlar üçün mümkün ehtimalları artıqlamasıyla çoxalda bilmək mümkündür. Lakin çox vaxt özlərindən soruşsanız, əyin-başlarının və əl-üzlərinin təmiz olmadığından xəbərsiz olduqlarını söyləyə bilərlər. Çünki bu vəziyyətlərini olduqca normal qarşılayar və ətraflarına narahatlıq, hətta zərər versələr də, onların da bu vəziyyətə göz yummalarını istəyərlər. Unudulmamalıdır ki, bu da cahil cəmiyyətə Allahdan gələn qarşılıqdır. İman gətirməyə yanaşmayan insanlar, müdafiə etdikləri əxlaqı yaşayan insanların verdikləri zərərlərlə, müəyyən mənada öz çirkin əxlaqlarının qarşılığını alırlar.

Cahil cəmiyyətdə mənimsənilən təmizlik mövzusundakı geniş gəlinmiş edilmiş qənaətlərdən biri də, təmizlik mövzusuna əhəmiyyət verməməyin müasirlik əlaməti olduğu şəklindəki yanlış inancdır. Belə insanlar, ətraflarını çirklətməyə istiqamətli rəftarlarına müdaxilə edən insanları da "geri düşüncəli" insanlar kimi adlandırırlar. Bir-birlərini bu cür düşüncə tərzinə sövq etdikləri üçün, səhv olduğunu görsələr də, artıq bu həyat tərzinə müdaxilə etməkdən çəkinməyə başlayarlar. Məsələn, evlərə çirkli və palçıqlı ayaqqabılarla daxil olub, daha sonra yenə üzərində özlərinin oturacağı divanları, özlərinin üstündə gəzəcəyi xalçaları toz-torpaq içində saxlamaqda, heç bir problem görməzlər. Bunun müasirliyin və rahatlığın tələbi olduğunu müdafiə edərlər. Eynilə digər bir insan evlərinə gəlib çirkli, palçıqlı ayaqqabılarıyla xalçalarının üzərinə çıxdıqda isə, buna qətiyyən müdaxilə etməz və laqeyd rəftar göstərərlər. Əksini etməyin alçaldıcı hərəkət olduğuna inanarlar.

Bu yanlış inancın gətirdiyi tətbiqlərə gənclərdə də rast gəlinər. Bütün gün küçələrdə gəzdikləri, məktəb pilləkənlərində, səki kənarlarında oturduqları paltarlarıyla yatıb qalxmağı, yağlı və ya souslu buterbrodları yeyib əllərini ağızlarını yumadan saçlarına, üstlərinə başlarına sürtməyi, üst-başlarına sıçrayan palçıqlı suları əlləriylə silkələyib yollarına davam etməyi olduqca normal qarşılayarlar. Nə qədər çirklənər, nə qədər ləkələnər və köhnələrsə bir o qədər məqbul olduğuna inandıqları dəri pencəkləri, cins şalvarları sanki mikrob və bakteriya yuvasına çevrilər.

Bəzi gənclərdə müşahidə olunan bu vərdişlərin bənzər əksi də, özünü ziyalı kimi göstərməyin müasirlik olduğunu hesab edən bəzi insanlarda görülər. Bu insanlar, dağınıq həyat və dağınıq geyim tərzinin özlərinə ayrı gözəllik və üstünlük təmin etdiyinə inanarlar. Bədənlərinə və geyimlərinə çökən siqaret qoxusundan və tüstüdən yanlarına yanaşmaq mümkün olmayan, dağınıq, uzun və çirkli saçlarından, baxımsız və çirkli saqqallarından ötrü, üzlərinə baxıla bilməyən bu insanlar, əslində tam əksinə ciddi mənada xoşagəlməz görkəm alarlar. Təmiz, səliqəli, baxımlı olduqlarında, işıqlı, havalı və təravətli mühitlərdə oturub söhbət etdiklərində "inteligent" xüsusiyyətlərini itirəcəklərini və adi insanlara çevriləcəklərini zənn edərlər.

Bu cür sağlamlığa zərərli mühitlərdə yaşamaları isə, cahil insanlar üzərində ruhən olduğu qədər, fiziki cəhətdən də böyük zərərlər meydana gəlməsinə səbəb olar. Yaşadıqları mühitlərin çirkli olmasından ötrü, tez-tez xəstələnər, havasız, tozlu və çirkli mühitlərdə yaşamaqdan ciyərləri sıradan çıxar, dəriləri korlanar, rəngləri saralar. Zamanla estetikadan, gözəlliklərdən təsirlənməyən, qəlbləri qatılaşmış, incəliklərdən zövq ala bilmə qabiliyyətlərini itirmiş, ruhları korlanmış insanlara çevrilərlər.

Möminlər üçünsə, təmizlik həm mühüm ibadət, həm də ruhən çox zövq aldıqları böyük nemətdir. Təmizlik ruhlarına zövq verər. Rahatlıq bəxş edər. Güvən verər. Möminlərin yaşadıqları mühitlərdə insan qəti tərəddüd etmədən, narahat olmadan istədiyi əşyadan istifadə edər, istədiyi yerə oturub qalxar və istədiyi şeydən könül rahatlığıyla yeyər. Bütün möminlərin Allahdan qorxduqlarını, gözəl əxlaqa zidd olan hər hansı rəftar göstərməyəcəklərini, insanlar arasında olarkən də, tək qaldıqlarında da həmişə eyni əxlaqı göstərəcəklərini, həmişə istənilən şəraitdə Allahın hökmü gərəyi təmiz və vasvası davranacaqlarını bilər. Çünki möminlər təmizlikdə, özləri qədər ətraflarındakı insanların da rahatlığını, sağlamlığını və təhlükəsizliyini nəzərə alarlar. Bunun mühüm vicdanı məsuliyyət olduğunu bilərək, onlara zərər verəcək hər şeydən çəkinərlər. Dünya həyatının imkanları çərçivəsində cənnəti xatırladan mühit meydana gətirmək istəyər və bundan da böyük zövq alarlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • "Dünya Həyatındakı Bütün Zövqləri Mənimsəyənlər" Kimlərdir?
  • Nemətlərdən Lazımınca Zövq Almağın Yeganə Yolu İman Gətirməkdir
  • İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 1/3
  • İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 2/3 İtirilən Maddi Zövqlər
  • İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 3/3 İtirilən Mənəvi Zövqlə
  • Bütün Zövqləri Yenidən Qazanmaq Mümkündür
  • Dünyəvi Zövqlərin Bitdiyi An: Ölüm
  • Axirətdə Itirilən Nemətlər
  • Nəticə