İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 1/3

Dünya həyatı insan nəfsinin xoşlayacağı nemətlərlə yaradılmışdır. Allah Quranda: "O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur" (İbrahim surəsi, 34) ayəsiylə buna diqqət çəkir. Üstəlik, Rəbbimiz, insanın, yaşadığı ömür müddəti boyu, bu gözəlliklərdən istədiyi kimi istifadə etməsinə icazə vermişdir. Həmçinin Allah Quranda, özlərinə verilən bütün bu nemətlərin Rəbbimizdən gəldiyini bilən və Ona qarşı şüküredici davranan qullarına, bu nemətlərin daha da artacağını vəd etmişdir. Hər biri bir-birindən gözəl olan bu nemətlərə qarşı nankorluq edənlər üçünsə, Allah bütün bunları əzab vəsiləsinə çevirəcəyini bildirir.

Bu, Quranın mühüm sirlərindən və Allahın ədalətinin təcəllilərindən biridir. Həmçinin Allahın hikmətli yaratmasının mühüm əlamətidir. Allah dünya həyatında insanlara verdiyi müddət ərzində, doğru yolu görüb iman gətirmələri üçün insanlar üçün, həmişə yeni fürsətlər yaradır, onlara imanın gözəlliyini, inkar içində keçən həyatın isə, qaranlıq üzünü göstərir. Məhz insanların inkar ruhu içində olarkən, istənilən gözəl nemətlərə nail olsalar da, ruhlarında həqiqi mənada hüzur və etimad duyğusu hiss edə bilməmələri Allahın qullarına olan rəhmətinin əlamətidir. Bu, onların həqiqi xoşbəxtliyin, həqiqi hüzur və rahatlığın, ancaq iman gətirməklə əldə edilə biləcəyini anlamaları və Allaha təslim olmalarını təmin etmək üçün, çox mühüm vəsilədir. Allahın bu hikmətli yaratmasını görə bilən insanlar, inkarın zərərini və imanın gözəlliyini anlamaqla, həm dünya həyatında yaşadıqları məhrumiyyətdən, həm də axirətdə qarşılaşacaqları, çətinliyini və şiddətini təsəvvür edə bilməyəcəkləri sonsuz əzabdan xilas olacaqlar.

Məhz bundan ötrü də, kitabın sonrakı hissələrində bəhs ediləcək "inkarçıların dünya həyatında tükətdikləri maddi-mənəvi zövqlər" ifadəsiylə nəzərdə tutulanların doğru şəkildə başa düşülməsi olduqca əhəmiyyətlidir. Çünki kitabın başlığını görən və ya giriş hissəsini oxuyan bir insan, özünü bu deyilənlərdən və zövqlərini tükətmiş insanlardan deyilmiş kimi hesab edə bilər. Həyatdan, insanlardan, təbiətdən və ya dünyaya aid gözəlliklərdən çox qaneedici zövq ala bildiyini, bu sətirlərdə dilə gətirilən sıxıntılardan, depresiyyalardan olduqca uzaq olduğunu düşünmüş ola bilər. Lakin yenə də bunun sürətlə və kor-koranə düşünülərək əldə olunmuş qənaət ola biləcəyini xatırlatmaqda fayda var. Əgər diqqətlə nəzər yetirilsə, əslində hər insanın bu deyilənlərdən ibrət götürəcəyi şeylər çıxara biləcəyi aydın olacaq. Çünki bəzi insanlar, bəlkə də, zamanla alışmalarından ötrü, içində olduqları vəziyyəti normal qarşılaya bilərlər. Halbuki əslində bir çox zövqdən və gözəllikdən məhrum bir həyat tərzi də yaşaya bilərlər. Necə ki, dünya həyatında Allahın insanlar üçün yaratdığı gözəlliklər çox təfsilatlı və çox müxtəlifdir. İnsan çox vaxt, bu gözəlliklərin bir çoxunu heç yaşamamış olmasından ötrü, aldığı bir neçə adi və bəsit zövqü kifayət hesab edə bilər. Dünya həyatının nemətlərinin bunlardan ibarət olduğuna və ya bunlardan alınacaq zövqün, ancaq özünün aldığı zövq səviyyəsi ilə məhdudlaşdığına inanmış ola bilər. Halbuki əslində nemətlərin hər birindən daha böyük zövq almaq mümkündür. Necə ki, hər insanın eyni gözəllikdən aldığı zövq fərqlidir, bəziləri çox böyük həyəcan və zövq aldığı halda, bəziləri bu gözəllikləri görməyə də bilər.

İnsanın dünya həyatından kifayət qədər zövq aldığını və özünün bu deyilən insanlardan fərqli olduğunu düşünməsinin digər bir səbəbi də budur: İnsan özünü həmin günə qədər ətrafında görüb, tanıdığı insanlarla müqayisə edərək, həyatdan, nemətlərdən və gözəlliklərdən orta hesabla onların aldığı zövqdən daha çox zövq almasını kafi görə bilər. Hətta yaşadığı razılıq hissinin hamıdan xeyli çox olduğunu düşünərək bu xatırlatmaların özünə aid olmadığına qənaət gətirə bilər.

Bu mövzudakı üçüncü variant isə, insanın bu sətirləri oxuduğu ana qədər, daha üstün və daha dərin zövqü nə özündə, nə də ətrafındakı insanlarda heç görməmiş və eşitməmiş olmasıdır. Bu vəziyyət də insanı yanılda bilər. Heç kəsin ona belə bir həqiqətdən bəhs etməmiş olması, həyatında belə bir nemət artımı ola biləcəyindən xəbərdar olmaması da, onu bu mövzuda belə bir qənaətə yönəltmiş ola bilər. Lakin əhəmiyyətli olan bu sətirləri oxumasıyla birlikdə, Allahın onu dünyada və axirətdə belə bir nemət itkisinə qarşı xəbərdar etməsi və ona bu məhrumiyyətdən qurtulma yollarını eşitdirib göstərməsidir. Həmin ana qədər bu mövzudan xəbərsiz olmuş ola bilər, lakin bu məlumatları əldə etdikdən sonra bunları nəzərə alıb düşünməklə və bu nöqsandan xilas olmaq üçün səmimi səy göstərməklə məsuliyyət daşıyacaq.

İnsanın bu mövzunu qiymətləndirərkən qəbul etməli olduğu prinsip isə budur: Bəlkə həyatının hər anını bu ruh halı içində keçirməyə bilər, bəlkə hərdənbir nemətlərdən zövq ala bilər. Lakin bu insanı yanıltmamalıdır. Çünki əgər insan hərdənbir, həyatının bəzi hissələrində də olsa, həyatından, təkrarlanan vərdişlərindən, etdiyi hərəkətlərdən ötrü sıxılır və bezirsə, narazı ruh halına qapılıb həyatın mənasızlaşdığı qənaətinə gəlirsə, bu vəziyyət, deyilənləri düşünməsi və səmimiyyətlə qiymətləndirməsi üçün kifayət olmalıdır.

Unudulmamalıdır ki, dünyada itirilib tükədilən zövqlər, axirətdə də əbədiyyən davam edəcək zülmətin başlanğıcıdır. İnsan axirətdə yalnız əlindəki nemətlərdən lazımınca zövq ala bilməmək əzabını yaşamaqla kifayətlənməyəcək. Allah, imandan üz döndərmələrindən ötrü, bu insanları əbədiyyən çox böyük əzablar içində yaşada bilər. Əksi olduqda isə, həm dünya, həm də axirət həyatı əbədiyyən böyük nemətə çevrilər.

İnkarçıların içində olduqları bu vəziyyətin başa düşülməsi, eyni zamanda iman gətirənlərin, dinsizliyin kabusunu görüb ibrət götürmələri baxımından da olduqca əhəmiyyətlidir. Bunu qavrayan insanlar Allahın özlərinə iman nəsib etməsindən ötrü böyük minnətdarlıqla şükür edəcəklər.

Sonrakı səhifələrdə inkarçıların bəzilərinin gördüyü, bəzilərinin isə görmədən yaşamağa davam etdiyi, lakin əslində həyatlarını böyük əzaba döndərən nemət itkisindən, itirdikləri maddi-mənəvi zövqlərdən bəhs edərək, dinsizliyin insanlara dünya həyatında gətirdiyi itkiləri göstərəcəyik.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • "Dünya Həyatındakı Bütün Zövqləri Mənimsəyənlər" Kimlərdir?
  • Nemətlərdən Lazımınca Zövq Almağın Yeganə Yolu İman Gətirməkdir
  • İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 1/3
  • İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 2/3 İtirilən Maddi Zövqlər
  • İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 3/3 İtirilən Mənəvi Zövqlə
  • Bütün Zövqləri Yenidən Qazanmaq Mümkündür
  • Dünyəvi Zövqlərin Bitdiyi An: Ölüm
  • Axirətdə Itirilən Nemətlər
  • Nəticə