Dünyanın hər yeri saymaqla qurtarıla bilməyəcək gözəlliklərlə doludur. Lakin bir çox insan bu gözəlliklərdən xəbərsizdir. Öz dərdlərinə, sıxıntılarına qərq olmuş, bunların ağırlığından ötrü, ətraflarında olub bitən seviniləcək, zövq alınacaq hadisələri, gözəllikləri görə bilməyəcək vəziyyətə gəliblər. Özlərindən soruşsanız; həyatın "sərt və çətin yoxuş" olduğundan, özlərinin də bu sərt yoxuşu aşmaq üçün böyük "həyat mübarizəsi" apardıqlarından bəhs edərlər. Həyatı həmişə "çətinlik və mübarizə meydanı" kimi ifadələrlə təsvir edərlər. Apardıqları bu həyat mübarizəsinin səbəb olduğu bezginlikdən və yorğunluqdan danışarlar. "Artıq yaşamaqdan bezdim", "artıq heç nədən zövq ala bilmirəm" kimi cümlələri demək olar ki, hər gün, hər söhbətlərində işlədərlər. Hətta bu bezginlikdən ötrü bəziləri həyatın heç bir mənası qalmadığını söyləyib bu vəziyyətdən xilas olmaq üçün ölməyi istəyir, intihara qədər aparan hərəkətlər edirlər.
Halbuki əslində dünya həyatı, bu insanların təsvir etdikləri və yaşadıqları şəkildə olmaq məcburiyyətində deyil. Əlbəttə ki, dünya həyatı bir çox çatışmazlıq, insanlar isə, bir çox acizliklə yaradılmışdır. Lakin bu çatışmazlıqlar və acizliklərə etiraz etməyin yolu "həyat mübarizəsi aparmaq" deyil. Allah insanlara çıxış yolunu Quranla bildirmişdir. Çıxış yolu yalnız iman gətirməkdir. Allah: "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (Nəhl surəsi, 97) ayəsiylə "iman gətirən insanlar üçün" dünyada "gözəl həyat" olduğunu bildirir.
Belə ki, dünya, çatışmazlıqlarla yanaşı, saymaqla qurtarıla bilməyəcək qədər çox nemətlə doludur. İman gözüylə baxanlar üçün dünya həyatının maddi və mənəvi zövqləri bitib-tükənmək; hər şəraitdə, hər mühitdə yüzlərlə gözəllik görülə bilər və bütün bunlardan böyük zövq alına bilər.
Allahdan uzaq yaşayan insanlar, bu zövqlərin bir çoxunu yaşamırlar. Çünki görə bildikləri gözəlliklərin və əllərindəki nemətlərin zövqünü, inkar ruhunun qaranlığıyla çoxdan tükədiblər. İmandan uzaq yaşamağa davam etdikcə, ömürlərinin geri qalan hissəsini də, bu itki içində keçirəcəklər. Həyatlarına həmişə bezginlik, boşluq və məhrumluq hakim olacaq. Günlər, aylar, illər keçəcək, lakin onlar ətraflarındakı saysız gözəlliyi ya görə bilməyəcək, ya da görsələr belə bunlardan lazımınca zövq ala bilməyəcəklər. Həmçinin yaşadıqları sıxıntı dünya həyatıyla da məhdudlaşmayacaq.
Allahın Quranda: "İnkarçılar Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: “Siz dünya həyatınızda bütün gözəl nemətlərinizi və zövqlərinizi tükətdiniz onlarla yaşayıb zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və fasiqlik etdiyinizə görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 20) ayəsiylə bildirdiyi kimi, dünyada olarkən zövqlərini tükətdikləri kimi, axirətdə də sonsuza qədər bu zövqlərdən məhrum qalacaqlar
Halbuki heç bir insan, nə dünyada, nə də axirətdə belə vəziyyətdə qalmaq, belə qarşılıq almaq istəməz. Tam əksinə, Allahın özünə dünyada və axirətdə verdiyi imkanları ən gözəliylə, ən çox zövqü alaraq yaşamaq istəyər. Həmçinin əslində insanların bu istəklərinə nail olmaları da (Allah istədiyi təqdirdə) olduqca asandır.
Bu kitabın məqsədi, din əxlaqı yaşanmadıqda necə məhrumiyyət, nemət itkisi və sıxıntılı həyat yaşandığını göstərmək, bu insanlara düşdükləri vəziyyəti tam açıq şəkildə göstərərək, onları dünyada yaşadıqları nemət itkisindən və axirətdə qarşılaşacaqları əzablı aqibətdən qurtarmağa çağırmaqdır. Onlara dünya həyatının çoxlu nemət və gözəlliklə dolu olduğunu, bütün bu nemətlərdən, təkcə iman gətirməklə zövq ala biləcəklərini xatırladaraq, bütün insanları Allah yoluna, Qurana təslim olmağa, imanla yaşamağa dəvət etməkdir.