Axirətdə Itirilən Nemətlər

Allah Inkarçıları Əbədiyyən Danışdırmayacaq Və Onları Qorumayacaq

...Allah onları danışdırmayacaq, qorumayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır. (Ali İmran surəsi, 77)

Allah buyuracaq: “Ora alışın və Mənə heç nə deməyin!” (Muminun surəsi, 108)

Əbədiyyən Nə Ölə Biləcək, Nə Də Yaşaya Biləcəklər

O kimsə ki, ən böyük oda atılacaq, o orada nə öləcək, nə də yaşaya biləcək. (Əla surəsi, 12-13)

...Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir... (İbrahim surəsi, 17)

Dünya Həyatında Sonsuza Qədər Yaşamağı Istədikləri Halda, Orada Ölməyi Istəyəcəklər

Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. (Furqan surəsi, 13)

Ümidlərini Itiriblər

...Onlar orada naümid qalacaqlar. (Zuxruf surəsi, 75)

Qiyamət Saatının gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər. (Rum surəsi, 12)

Rahat, Etibarlı Bir Mühit Əvəzinə, Höcətləşmələrin Olduğu Bir Mühitdə Yaşayacaqlar

Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir. (Sad surəsi, 64)

Onlar orada höcətləşərək deyərlər: “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik. (Şuəra surəsi 96-97)

Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizə qəti xəbərdarlıq vermişdim. (Qaf surəsi, 28)

Əbədiyyən Bədbəxt Olacaqlar

Ona ancaq ən bədbəxt kimsə girər. (Leyl surəsi, 15)

Əbədiyyən Səmimi Və Yaxın Dostları Olmayacaq, Yeganə Dostları Od Olacaq

İndi isə bizim nə şəfaətçimiz, nə də səmimi bir dostumuz var! (Şuəra surəsi, 100-101)

...Məhz onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Əraf surəsi, 36)

Əbədiyyən Zalım Insanlarla Birlikdə Yaşayacaqlar

Onların gözləri Cəhənnəm sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlarla bir yerdə qoyma!” (Əraf surəsi, 47)

Şad Xəbərlər Qadağan Edilmişdir

Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. Mələklər deyəcəklər: “Sizə (şad xəbərlər) qadağandır, qadağan!” (Furqan surəsi, 22)

Hörmət Və Sevgi Görə Bilməyəcək, Eləcə Də, Alçaldılacaqlar

O gün onlar Cəhənnəm oduna doğru alçaldıcı şəkildə süründürələcəklər. (Tur surəsi, 13)

Üzüstə sürüklənib Cəhənnəmə toplanılacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kimsələrdir. (Furqan surəsi, 34)

Ey Rəbbimiz! Sən Oda saldığın kəsi alçaldarsan. Zalımların köməkçiləri olmaz. (Ali İmran surəsi, 192)

Nur Istəyəcək, Lakin Tapa Bilməyəcəklər

Belə deyəcəklər: “Bir az gözləyin ki, biz də sizin nurunuzdan alaq”. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. (Hədid surəsi, 13)

Onlar Üçün Ən Pis Yurd Var

O gün zalımlara bəhanələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də ən pis yurd gözləyir. (Mömin Surəsi, 52)

Yataqları Və Yorğanları Cəhənnəm Odundan Olacaq

Onların Cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq. (Əraf surəsi, 41)

Dumanlı Və Qaranlıq Mühitlərdə Yaşayacaqlar

Qapqara duman kölgəsində olacaqlar. Bu duman nə sərin, nə də təravətlidir. (Vaqiə surəsi, 43-44)

Dar Və Sıxıntılı Yerlərdə Qalacaqlar

Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. (Furqan surəsi, 13)

Gözləri Kor Olaraq Haşredileceklerdir

...O gün günahkarları (üzləri qara, gözləri) göm-göy (daş kimi və kor) halda bir yerə toplayacağıq. (Taha surəsi, 102)

Əbədiyyən Sərinlik Və Rahatlıq Tapa Bilməyəcəklər

Onlar orada nə bir sərinlik, nə də bir içki dadacaqlar. İçdikləri yalnız qaynar su və irin olacaq. (Nəbə surəsi, 24-25)

Qapqara duman kölgəsində olacaqlar. Bu duman nə sərin, nə də təravətlidir. (Vaqiə surəsi, 43-44)

Gözəlliklərini Itirəcək, Çirkinləşdirilib, Ürküdücü Görkəm Alacaqlar

Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar çirkinləşdirilmiş kimsələrdən olacaqlar. (Qəsas surəsi, 42)

O gün neçə-neçə üzlər də qaralıb-turşuyacaq. (Qiyamət surəsi, 24)

Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur? (Zumər surəsi, 60)

Gözləri qorxudan və dəhşətdən yerə dikiləcək, üzlərini də zillət bürüyəcəkdir. Budur onlara vəd olunan Gün! (Məaric surəsi, 44)

Bütün Ruzilər Və Bütün Cənnət Yeməkləri Onlara Haram Edilmişdir

Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları inkarçılara haram etmişdir”. (Əraf surəsi, 50)

Qorxu Içində Yaşayacaqlar

(Ey Məhəmməd,) Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır. (İbrahim surəsi, 42)

Gözləri qorxudan və dəhşətdən yerə dikiləcək, üzlərini də zillət bürüyəcəkdir... (Məaric surəsi, 44)

Tək Yeməkləri, "Qaynar Su, Qan, Irin Və Od" Olacaq

Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir. (Saffat surəsi, 67)

Qabaqda onu Cəhənnəm gözləyir; orada ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir... (İbrahim surəsi, 16-17)

Üstündən də qaynar su içəcəksiniz. Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz. (Vaqiə surəsi, 54-55)

Bu, qaynar su və irindir. Qoy onu dadsınlar! (Sad surəsi, 57)

Qanlı irindən başqa yeməyi də yoxdur. (Haqqə surəsi, 36)

...Öz qarınlarına oddan başqa bir şey doldurmurlar... (Bəqərə surəsi, 174)

Yeməkləri Cənnət Nemətləri Əvəzinə, Boğazı Tıxayıb Keçməyən Zəqqum Və Darı Tikanı Olacaq

Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Qazan kimi, qarınlarda qaynayar – qaynar su qaynayan kimi. (Duxan surəsi, 43-46)

Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu kafirlər üçün bir sınaq etdik. O, qızğın surətdə yanan odun lap dibindən bitib çıxan ağacdır. Onun meyvəsi şeytanların başları kimidir. (Saffat surəsi, 62-65)

Siz mütləq zəqqum ağacından yeyəcəksiniz, qarınlarınızı onunla dolduracaqsınız. (Vaqiə surəsi, 52-53)

boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır (Müzzəmmil surəsi, 13)

Onlara (zəhərli) dari tikanındən başqa bir yemək verilməyəcəkdir. O onları nə doydurar, nə də aclıqdan xilas edər. (Ğaşiyə surəsi, 6-7)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • "Dünya Həyatındakı Bütün Zövqləri Mənimsəyənlər" Kimlərdir?
  • Nemətlərdən Lazımınca Zövq Almağın Yeganə Yolu İman Gətirməkdir
  • İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 1/3
  • İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 2/3 İtirilən Maddi Zövqlər
  • İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 3/3 İtirilən Mənəvi Zövqlə
  • Bütün Zövqləri Yenidən Qazanmaq Mümkündür
  • Dünyəvi Zövqlərin Bitdiyi An: Ölüm
  • Axirətdə Itirilən Nemətlər
  • Nəticə