Dünyanın hər yeri saymaqla qurtarıla bilməyəcək gözəlliklərlə doludur. Lakin Allahdan uzaq yaşayan bəzi insanlar, bu zövqlərin bir çoxundan xəbərsizdirlər. Görə bildikləri gözəlliklərin və əllərindəki nemətlərin zövqünü isə, inkarlarıyla tükədiblər. Öz dərdlərinə, sıxıntılarına qərq olmuş, bunların ağırlığından ötrü, ətraflarında olub bitən seviniləcək, zövq alınacaq hadisələri, gözəllikləri görə bilməyəcək vəziyyətə gəliblər. Həmişə bezdiklərindən bəhs edirlər. Dünyada yaşadıqları bu sıxıntılardan olduqca mühüm olanı isə, (iman gətirmədikləri təqdirdə) dünyada olarkən tükətdikləri bu zövqlərdən, axirətdə də sonsuza qədər məhrum qalacaq olmalarıdır.
Bu kitabın məqsədi, din əxlaqı yaşanmadıqda necə məhrumiyyət, nemət itkisi və sıxıntılı həyat yaşandığını göstərmək, bu vəziyyətə düşən insanları dünyada yaşadıqları nemət itkisindən və axirətdə qarşılaşacaqları əzablı aqibətdən xilas olmağa dəvət etməkdir. Həmçinin dünya həyatının bir çox nemət və gözəlliklə dolu olduğunu, bütün bu nemətlərdən ancaq iman gətirməklə lazımınca zövq ala biləcəklərini xatırladaraq, bütün insanları Allahın yolu ilə getməyə, Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə təslim olmağa və imanlı şəkildə yaşamağa çağırmaqdır.