Türkiyə Cümhuriyyəti Dövlətinin Xüsusiyyətləri

Əvvəlki hissədə açıqladığımız nöqtələr bir millətin niyə güclü bir dövlətə ehtiyac duyduğu sualının cavabı idi. Əlbəttə, dövlət sisteminin güclü olmasının lazım olduğunu ifadə etmək kafi deyil, bunun qədər başqa bir əhəmiyyətli mövzu isə dövlətin xüsusiyyətləridir.

Çünki dünyada fərqli dövlət sistemləri vardır. Əvvəlki hissədə haqqında danışdığımız vəzifələri ifa edən, yəni millətinə təhlükəsizlik, hüzur və rifah təmin edən dövlətlər olduğu kimi, millətini əzən, vətəndaşların konstitusional haqq və azadlıqlarını açıq şəkildə pozan dövlətlər də vardır.

Bu ikinci qrup dövlətlər siyasət elmində "avtoritar rejim" və ya daha da irəli mərhələdə "totalitar rejim" olaraq tanınan rejimlərə malikdir. Totalitar dövlətlər cəmiyyət və vətəndaşlara heç bir azadlıq verməz, bütün cəmiyyəti müəyyən bir ideologiya yönündə istiqamətləndirər, istifadə edər və bunun üçün də təzyiq üsullarını işlədər. Totalitar rejimlərin 20-ci əsrdəki ən açıq iki nümunəsi nasist Almaniyası və Sovet İttifaqıdır. Hər iki ölkədə dövlət müəyyən bir ideologiya (nasist Almaniyasında irqçilik, Sovet İttifaqında isə kommunizm) adına cəmiyyətə böyük təzyiq tətbiq etmişdir. Müxaliflər mərhəmətsizliklə ortadan qaldırılmış, bütün cəmiyyət sanki "qorxu rejimi" ilə idarə olunmuşdur. Sovet İttifaqında təkcə Stalin dövründə 20 milyon insanın dövlətin apardığı siyasət nəticəsində öldürüldüyü hesablanmışdır.

Avtoritar rejimlər isə "beyin yuma" gücləri daha zəif olan, ancaq yenə təzyiq və şiddət üsullarını tətbiq etməklə cəmiyyəti boyun əydirməyə çalışan despot rejimlərdir. Başda Afrika olmaqla üçüncü dünya ölkələrindəki kiçik diktatorluqlar və ya Soyuq müharibə dövründəki Şərq Bloku ölkələri avtoritar rejimlərin bir nümunəsidir. Bu ölkələrdə etibarlı olan sistem millətin tələblərinin heçə sayıldığı, bütün siyasi gücün bir partiyaya və ya diktatora təhvil verildiyi bir sistemdir.

Stalin dönemindeki halkın perişanlığı...

Stalin dönemindeki halkın perişanlığı... Finli siviller 1940 başlarında Sovyet hava saldırısından kaçmak için ormana kaçtı ve üç aydan fazla bir süre boyunca Kızıl Ordu'ya karşı bu zor şartlarda direndiler.

Siyasi gücün millətə aid olduğu sistemlər isə demokratiyalardır.

Demokratiya "xalqın idarəsi" mənasını verir və siyasi iradənin əsas olaraq xalqa aid olduğu siyasi bir sistemi ifadə edir. Demokratiyalarda ölkəni idarə etmə və qanun çıxarma səlahiyyəti bir partiyaya, zümrəyə və ya diktatora deyil, bütün xalqa aiddir. Xalq bu səlahiyyətindən sərbəst seçki yolu ilə seçdiyi siyasətçilər vasitəsilə istifadə edər. Ölkəni idarə edənlər və qanunları çıxaranlar xalqın təsdiqini almaq məcburiyyətindədirlər. Xalq təsdiq etdiyində vəzifə başına keçirlər. Vəzifədən uzaqlaşdırılmaları da yenə xalqın iradəsi ilə, yəni bu iradənin təmsil edildiyi sərbəst seçkilərlə olar.

Demokratik ölkələrdə dövlət əvvəlki hissədə bildirdiyimiz kimi, millətin təhlükəsizlik, hüzur və rifahını təmin etmə məqsədini daşıyır. Dövlətin rəhbərliyi bir zümrənin, məzhəb və ya şəxsin mənafeyini saxlamadığı üçün, dövlət bütün millətin ümumi mənfəətlərini güdər.

Budur, Türkiyə Cümhuriyyəti dövləti bu xüsusiyyətlərə sahib bir demokratik dövlətdir.

Konstitusiyamızda Türkiyə Cümhuriyyətinin əsas xüsusiyyətləri yer almışdır. Bu dəyişdirilməz xüsusiyyətlər Türkiyə Cümhuriyyətinin dünyəvi və sosial bir hüquq dövləti olduğu hökmünü verir. Bunlar son dərəcə əhəmiyyətli xüsusiyyətlərdir və Türkiyə Cümhuriyyəti dövlətinin türk millətinin mənfəətlərini ən yaxşı şəkildə güdəcək bir quruluşa sahib olduğunun göstəricisidir. İndi bunları sıra ilə nəzərdən keçirək.

komunizmde insanlarin perişanlığı

Yukarıdakiler, komünizmin insanlara yaşattığı zulmün resimleridir. Rusya bu duruma çok yerinde bir örnektir. Zaman zaman bu ülkenin insanları, bir tek ekmek alabilmelerini bile zafer olarak değerlendirmektedirler.

Dövlətimizin dəyişməz unitar quruluşu

Türkiyə Cümhuriyyəti dövləti unitar bir dövlətdir, yəni öz bünyəsində fərqli qanunların etibarlı olduğu fərqli idarəetmə bölgələri yoxdur. "Federativ" quruluş yoxdur. Türkiyə Böyük Millət Məclisinin səlahiyyəti bütün Türkiyə torpaqlarını əhatə edir və hər türk vətəndaşı bu torpaqlarda bərabər hüquqa malikdir. Söz mövzusu unitar dövlət quruluşu Türkiyənin bölünməz bütünlüyünün və daxili hüzurunun ən böyük təminatıdır.

Unitar dövlət quruluşumuzun təməlində konstitusiyamızda yer alan milliyyətçilik prinsipi vardır. Cümhuriyyətimizi quran böyük öndər Atatürkün təyin etdiyi və bu səbəblə də "Atatürk milliyyətçiliyi" olaraq xatırlanan bu milliyyətçilik anlayışının ən əhəmiyyətli xüsusiyyəti mədəni əsasa dayanmasıdır. Etnik mənşəyi, dini, dili hər nə olursa olsun, özünü "türk" olaraq təyin edən hər kəs Türkiyə Cümhuriyyətinin vətəndaşı sayılır. Türk mədəniyyətini bölüşən, özünü türk millətinin bir üzvü hesab edən hər kəs mənşəyi nə olursa olsun, türkdür və Türkiyə vətəndaşıdır.

Atatürkün məşhur "necə xoş türkəm deyənə" sözü ilə yekunlaşdırdığı bu milliyyətçilik tərifi son dərəcə ağıllı və məqsədəuyğun bir tərifdir. Çünki bilindiyi kimi, Türkiyə Cümhuriyyəti fərqli etnik qrupların bir yerdə yaşadığı Osmanlı İmperiyasının varisi olaraq quruldu. Osmanlının əsl ünsürü həmişə türklər olmuşdu, hətta buna görə, avropalılar "osmanlı"nın yerinə "türk" sözünü seçmişlər. Ancaq bu imperiya daxilində ərəb, boşnaq, alban, çərkəz, kürd, rum, erməni, yəhudi kimi fərqli etnik qruplar da yaşayırdı. İmperiyanın son dövrlərində əvvəl qeyri-müsəlman azlıqlar, sonra da ərəblər Osmanlıdan ayrılıb öz yollarını təyin etdilər. Türkiyə Misaqi-milli sərhədləri daxilində qalan və başda türklər olmaq üzrə digər bəzi müsəlman etnik qruplardan ibarət olan bir ölkə olaraq quruldu. Atatürk yeni bölünmə və parçalanmalara imkan verməmək üçün, bu torpaqlarda yaşayan hər kəsin türk millətinin bir parçası olduğunu, heç kimin azlıq və ya "ikinci sinif vətəndaş" sayıla bilməyəcəyini qəbul və elan etdi.

Türkiyənin unitar dövlət quruluşu bu milli əsasın üzərinə qurulmuşdur. Türkiyə sərhədləri daxilində ana dili türkcə olmayan, fərqli etnik mənşədən gələn qruplar ola bilər, ancaq bu vətəndaşlarımız da türk millətinin bir parçasıdır. Türkiyənin hər yerində və hər kəs üçün etibarlı olan qanunlar onlar üçün də etibarlıdır. Türkiyənin hər yerində və hər kəs üçün etibarlı olan konstitusional haqq və azadlıqlara onlar da malikdir.

Yaxın keçmişdə Türkiyənin bu unitar quruluşunu dəyişdirməyi və federativ dövlət modeli qurmağı təklif edənlər olmuşdur. Buna görə, ifadə etmək lazımdır ki, federasiya anlayışı Türkiyə üçün həm son dərəcə lazımsız, həm də son dərəcə zərərli bir anlayışdır. Federasiya bir-birindən fərqli millətlərin eyni dövlət daxilində yaşadığı vəziyyətlərdə söz mövzusudur. Halbuki, Türkiyədə tək bir millət vardır. Əgər etnik mənşə bir ayrılıq səbəbi sayılar və federasiyaya səbəb kimi qəbul edilərsə, onda harada bitəcəyi müəyyən olmayan bir bölünmə dövrü başlayar. Bu dövrün böyük narahatlıqlar, köçlər, ictimai gərginliklər yaradacağı isə məlumdur.

Bu səbəblə, Türkiyə Cümhuriyyətinin unitar quruluşuna sahib çıxmaq bu torpaqlarda yaşayan hər kəsə faydalıdır və buna görə də milli vəzifədir. Unitar quruluşu hədəf alan cərəyanlar bilərək və ya bilməyərək Türkiyəni zəiflətmək istəyən xarici qüvvələrə xidmət edirlər.

Dünyəvilik prinsipi

Türkiyə konstitusiyamızda ifadə edildiyi kimi, dünyəvi bir dövlətdir. Dünyəvilik tarixdə və dövrümüzdə zamanla səhv başa düşülmüş və səhv tətbiq olunmuş bir prinsipdir. Buna görə, bu prinsipi və nəticələrini ətraflı araşdırmaq faydalı olar.

İfadə etmək lazımdır ki, dünyəvilik prinsipinin əsas məqsədi həqiqətdə inancı azad etməkdir. Dünyəvilik dövlətimizin vətəndaşlarını bir dini mənimsəmə, bu dinin gərəklərini yerinə yetirmə və ya yetirməmə mövzusunda öz vicdanları ilə baş-başa buraxmaq və onlara azad seçim şansı verir. Dövlət müəyyən bir dinə və ya məzhəbə imtiyaz vermədiyi üçün, hər kəs sahib olduğu inanca görə yaşamaq imkanı əldə edir.

Diqqət edilsə, əslində Türkiyə Cümhuriyyəti dövlətinin sahib olduğu bu dünyəvilik modeli İslam dininin özünə də son dərəcə uyğundur. Çünki İslam inanc üçün azad iradəni və vicdani qəbulu şərt qoyur. Bir insanın İslamı din olaraq mənimsəməsi tamamilə öz azad iradəsi ilə olmalıdır. İslamı qəbul etdikdən sonra da Quranda əmr edilən ibadətləri yerinə yetirməsi və ya qadağalardan (oğurluq, cinayət kimi ictimai cinayət törətmirsə) çəkinməsi tamamilə öz vicdanı ilə olmalıdır. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar və təşviq edə bilərlər. Amma əsla bu mövzuda məcbur etmə ola bilməz. Yaxud dünyəvi imtiyaz verilməklə şəxs dinin tələblərinə əməl etməyə yönləndirilə bilməz.

Bunun əksinə olan bir dövlət modelindən danışaq. Məsələn, insanların zəruri olaraq müsəlman və ya xristian edildiyi bir ölkəni düşünək. Bundan başqa, bu dinlərə inananların dinlərin qaydalarına görə yaşamaları üçün məcbur edildiklərini fərz edək. Deyək ki, söz mövzusu dövlət modeli cəmiyyətdəki insanları namaz qılmaq və ya kilsəyə getmək üçün xüsusi polis gücü ilə məcbur etsin. Yaxud bir az daha "mülayim" bir üsuldan istifadə edib namaz qılanlara və ya kilsəyə gedənlərə xüsusi bir dövlət hədiyyəsi versin. Belə bir dövlət dünyəviliyə tamamilə zidd dövlət olar. Bundan başqa, bir o qədər də dinə zidd olar.

Bunun səbəbi zorla və ya mənfəət qarşılığı əldə edilən bir dini inancın, yaxud ibadətin İslama görə heç bir dəyərinin olmamağıdır. Çünki inanc və ibadətin yalnız Allah üçün olduğunda dəyəri vardır. Əgər dövlət insanları inanca və ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar dövlətdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə dinin yaşanmasıdır.

Buna görədir ki, dövlətimizin sahib olduğu dünyəvilik prinsipi həm vicdan azadlığı kimi əsas insani dəyərə xidmət etdiyi, həm də bu dəyərə böyük əhəmiyyət verən İslam dini ilə uyğunlaşdığı üçün, hər Türkiyə vətəndaşının mənimsəməsinin və müdafiə etməsinin lazım olduğu bir prinsipdir.

Adnan Oktar'ın Uşak Tv'deki Röportajı (Ağustos 2008 )

ADNAN OKTAR: Laikliğe gelince, laiklik İslam'ın özünde olan birşey yani laiklik demek, dinin çok samimi yaşanması demektir. Dürüst yaşanması demektir. Laiklik geldi mi, münafıklık biter. Laiklik yoksa münafıklıkta içeri girer. Yani Müslüman olmadığı halde adam Müslümanım demeye başlar. Bu da bir Müslümanın isteyeceği bir şey değil çünkü münafık çok tehlikeli bir varlıktır. Cehennemin en derin tabakasına gideceklerini Allah belirtiyor. Ama adam mesela diyor ki, dürüstçe söylüyor, ben dinsizim arkadaş diyor. Ateistim diyor, tamam Allah öyle yaratmış yani onunla konuşursun, ikna etmeye çalışırsın olmuyorsa olmuyordur. Allah onu öyle yaratmıştır ama dürüstçe söylüyor gelip böyle kandırmıyor.

UŞAK ART TV: Sinsi olmuyor.

ADNAN OKTAR: Sinsilik yapmıyor tabii, açıkça söylüyor. Dinsizim ona göre davranışını şey yap diyor yani arkadaş da olursun, sohbet de edersin adam çünkü açık kim olduğunu biliyorsun yani sinsilik yok. Bir kalleşlik yok, bir oyun yok. Münafıklığı ortadan kaldıran bir sistem olduğu için laiklik çok kıymetli. Osmanlı'da da uygulanmıştır. Bundan sonra da uygulanması gereken, çok ehemmiyetli bir uygulamadır. Çünkü laiklikte Ermeniler de rahat eder, Yahudiler de rahat eder, Museviler efendim Protestan da, Ortodoks da Katolik de hepsi rahat edeceklerdir. Onun için sırf Müslümanların rahatlığı üstüne kurulu değildir İslamiyet. Ehli kitap da rahat edecek, müşrik de rahat edecek, çünkü onlara da eman veriliyor. Onların da korunması gerekiyor. Allah da hatta ayette şeytandan Allah'a sığınırım, 'Onlar güvenlikle yerlerine kavuşuncaya kadar onlara eşlik edin' diyor Allah. Yanlarında gidin, koruma görevi yapın diyor Allah. Yani ayet bu müşrikler için, putperest onları bile koruyun diyor Allah canlarını koruyun diyor. Yani Müslümanın üstüne bir vazife bu onların canını korumak. Onun için hepsinin birinci sınıf vatandaş olması için laikliğin olması şart yani bunda tartışılır bir konu yok? Zaten Müslümanlığın da bir gereği bu.

Adnan Oktar'ın Endonezya Antara Haber Ajansı Röportajı(16 Eylül 2008)

ADNAN OKTAR: İslam'da kaos olmaz, demin arkadaş tercümede yanlışlıkla söyledi. Kaos yoktur, kargaşa olabilir, onu düzeltiyim. İKİNCİSİ İİSLAM'IN KENDİ ÖZÜNDE ZATEN DEMOKRASİ TAM HAKİMDİR VE LAİKLİK DE TAM HAKİMDİR. Çünkü laiklik münafıklığı ortadan kaldıran bir sistemdir. Yani şahıs açıkça ve dürüstçe dinsiz olduğunu açıklayabilir, ateist olduğunu açıklayabilir veyahut başka bir dinden veya başka bir inançtansa bunu da açıklayabilir. BUNU LAiKLiK SAĞLAR VE BU İSLAM'IN İİÇİNDE VAR OLAN BİR ŞEY ZATEN. DEMOKRASİ DE AYNI ŞEKİLDE, İSLAM'IN İİÇERİSİNDE VAR OLAN BİR ŞEYDİR. Yani eğer demokrasi bir şey öğrenmek istiyorsa zaten bunu İslam'dan öğrenmesi gerekir. Yani demokrasinin kaynağı zaten İslam'dır. İslam dini de çok eskidir biliyorsunuz, Hz. Adem (as)'dan gelmektedir. Demokrasi sonradan ortaya çıkan bir görüştür, düşüncedir; kaynağını yine İslam'dan almıştır. Dolayısıyla demokrasi de, laiklik de İslam içerisinde vardır. Kültür ve bilgi ve sevgi en büyük silahlardır. Sevgiyle, kültürle, bilgiyle İslam ahlakı bütün dünyaya hakim olacak ve oluyor, şu anda devam ediyor; insanlar bunu görüyorlar, fakat tam daha o kadar şuurunda değiller. Fakat adım adım, süratle, hatta koşarak bu gelişme devam ediyor.

Hüquq dövləti

Türkiyə Cümhuriyyəti dövləti bir hüquq dövlətidir. Başqa sözlə, "hüququn üstünlüyü" prinsipini mənimsəmişdir. Bu prinsip ədalət anlayışının əsasını meydana gətirir.

Hüququn üstünlüyü dövlətin bütün mexanizmlərinin əvvəldən təsbit edilmiş bəzi qanun və qaydalar daxilində işləyəcəyi mənasını verir. Hər dövlət quruluşu konstitusiyanın və digər qanunların təsbit etdiyi vəzifə və səlahiyyətlərə malikdir. Heç kimin bu vəzifə və səlahiyyətləri aşmaq və dəyişdirmək kimi bir gücü yoxdur. Hüquq hər kəsin üzərindədir və dolayısı ilə, dövlət "özbaşına" deyil.

Hüququn üstünlüyü prinsipinin etibarlı olmadığı bir dövlət modelində isə dövlət mexanizmi tamamilə özbaşına olar. Məsələn, dövlət başçısına sərhədsiz səlahiyyət və hər cür qanundan üstün olma haqqı verildiyini düşünək. (Diktatorluqlar belədir). Bu vəziyyətdə dövlət mexanizminin ədalətsizliyə və istismara doğru getməsi qaçılmaz olar. Nəyin ədalətli, nəyin doğru və nəyin qanuni olduğunu ifadə edən qaydaların olmadığı və ya bu qaydalara diqqət edilmədiyi vəziyyətdə ədalət, düzgünlük və hökumət də olmaz.

Bir hüquq dövlətində yaşamaq bütün türk vətəndaşları üçün böyük qazancdır. Çünki hüquq dövləti hər kəsin canını və malını, konstitusional haqq və azadlıqlarını qoruyar. Heç kimin malı və mülkü zorla müsadirə edilməz, heç kim zorakılıqla işlədilməz, haqlarından məhrum edilməz. Əgər bir şəxs bu haqlarının tapdalandığını, ədalətsizliyə uğradığını düşünürsə, bu dəfə ona mühakimə yolu açıqdır. Türkiyənin dörd tərəfindəki ədliyyə orqanları başda dövlət ittihamçıları olmaqla hüquq dövlətindəki haqları qorumaq üçün çalışırlar. İstəyən hər kəs hüquq dövlətinin qaydalarına uyğun olaraq, ərizə ilə prokurorluqlara müraciət edə bilər və dövlətdən ədalət tələb edə bilər.

Hüququ, yəni qanunları isə millətin seçdiyi vəkillərdən ibarət olan Türkiyə Böyük Millət Məclisi təyin edir. Əgər qanunlarda bir boşluq görsələr və ya səhvin fərqinə varsalar, bu vəziyyətdə qanunlar dəyişdirilir, yeniləri qəbul edilir. Dolayısilə, bu qanunların hər hansı bir şəkildə millətin əleyhinə işləməsi qeyri-mümkündür.

Göründüyü kimi, hüquq dövləti sistemi və bir ölkənin vətəndaşları üçün ən ədalətli, azad və rahat sistemdir. Dolayısı ilə, hər türk vətəndaşı Türkiyə Cümhuriyyətinin bu əsas xüsusiyyətinə sahib çıxmalıdır. Əgər hüquq dövlətinin işlərində axsaqlıq meydana gələrsə, hər kəs əlbir olub dövlətə kömək etməli və hüququn üstünlüyü prinsipini qorumağa cəhd göstərməlidir.

Sosial dövlət

Dövlətimizin başqa bir konstitusiya xüsusiyyəti "sosial dövlət" olmasıdır. Sosial dövlət qanunlarında və işlərində cəmiyyətin faydasını güdən dövlətdir. Bu əsas prinsip Cümhuriyyətimizin digər əsas xüsusiyyətləri ilə birlikdə konstitusiyamızın 2-ci maddəsində belə açıqlanır:

Maddə 2- Türkiyə Cümhuriyyəti cəmiyyətin hüzuru, milli həmrəylik və ədalət anlayışı daxilində insan haqlarına hörmət edən, Atatürk milliyyətçiliyinə bağlı olan, başlanğıcda ifadə edilən əsas qanunlara əsaslanan, demokratik, dünyəvi və sosial bir hüquq dövlətidir.

Sosial dövlət anlayışına konstitusiyanın 5-ci maddəsində belə aydınlıq gətirilir:

Maddə 5- Dövlətin əsas məqsəd və vəzifələri türk millətinin müstəqilliyini və bütünlüyünü, ölkənin bölünməzliyini, Cümhuriyyəti və demokratiyanı qorumaq, şəxslərin və cəmiyyətin rifah, hüzur və xoşbəxtliyini təmin etmək; şəxsin konstitusional haqq və azadlıqlarını sosial hüquq dövləti və ədalət qanunları ilə uyğun gəlməyəcək surətdə məhdudlaşdıran siyasi, iqtisadi və sosial maneələri qaldırmağa, insanın maddi və mənəvi varlığının inkişafı üçün lazımi şərtləri hazırlamağa çalışmaqdır.

Konstitusiyamızın 60 və 61-ci maddələrində sosial dövlət quruluşunun bəzi xüsusiyyətləri belə hökmə bağlanmışdır:

Maddə 60- Hər kəs sosial təhlükəsizlik haqqına malikdir. Dövlət bu təhlükəsizliyi təmin edən lazımi tədbirləri alar və təşkilatı qurar.
Maddə 61- Dövlət müharibə və vəzifə şəhidlərinin dul və yetimlərini, əlil və qaziləri qoruyar və onları cəmiyyətdə lazımi həyat səviyyəsi ilə təmin edər. Dövlət şikəstlərin qorunmasını və cəmiyyət həyatına adaptasiyalarını təmin edən tədbirlər alar. Yaşlılar dövlət tərəfindən qorunar. Yaşlılara dövlətin köməyi və təmin ediləcək digər haqlar və asanlıqlar qanunla təşkil edilər. Dövlət qorunmağa möhtac uşaqların cəmiyyətə qazandırılması üçün hər cür tədbir alar. Bu məqsədlərlə lazımi təşkilat və təsisləri qurar və ya qurdurar.

Göründüyü kimi, sosial dövlətin varlığı bir cəmiyyətdə həqiqi rifah və hüzurun təmin edilməsinin əsas şərtlərindən birini meydana gətirir. Əgər dövlətimiz güclü olmazsa və dolayısı ilə, sosial dövlət funksiyasını lazımi kimi yerinə yetirməzsə, onda cəmiyyətdəki köməyə möhtac olan insanları, dulları, yetimləri, yaşlıları, kimsəsizləri qoruyan təşkilatlar da işləməz. Cəmiyyətdəki xeyriyyəçi insanların öz cəhdləri ilə köməyə möhtac olan insanlara zamanla yardım etdiyi doğrudur, ancaq belə mülki cəhdlər heç vaxt daimi və kafi olmazlar.

Dövlətimiz sahib olduğu sosial dövlət xüsusiyyətini həyata keçirmək üçün böyük əmək sərf edir. "Çocuk Esirgeme Kurumu"ndan "Kızılay"a, "Darülaceze" və bənzəri təşkilatlardan şəhid ailələrinə edilən yardımlara qədər bir çox sahədə təsirli işlər görülür. Dövlətimiz sosial dövlət xüsusiyyətini ən son olaraq 1999-cu ilin avqust və noyabr aylarında Marmara bölgəsində reallaşan iki böyük zəlzələ fəlakətindən sonra göstərmiş, zəlzələdə evsiz qalan on minlərlə vətəndaşı əvvəl çadırlara yerləşdirmiş, ardından fabrik evləri hazırlayıb buralarda məskunlaşdırmışdır. Zəlzələdə zərər görən ailələrə verilən evsizlik maaşı da yenə böyük bir sosial dövlət işidir.

Bütün bunlar Türkiyə Cümhuriyyəti dövlətinin xüsusiyyətlərinin fəzilətini göstərir və bu xüsusiyyətlərin qorunmasının türk milləti üçün necə zəruri olduğunu ortaya qoyur. Hər bir Türkiyə vətəndaşı özünün və sevdiklərinin xoşbəxtliyi və rifahı üçün dövlətinin xüsusiyyətlərinə sahib çıxmalı və bu xüsusiyyətlərin təsirli şəkildə həyata keçirilməsi üçün dövlətə yardımçı olmağa çalışmalıdır.

Ayrıca, ifadə etmək lazımdır ki, dövlət mexanizmlərində çatışmazlıqlar meydana gələ bilər və yuxarıda bəhs etdiyimiz xidmətlərdə problemlər ola bilər. Ancaq belə problem və çatışmazlıqlara qarşı yönələn tənqidlər mütləq konstruktiv olmalıdır. Bir dövlət idarəsindəki çatışmazlıq və ya səhvlər qarşısında bütün dövləti ittiham edən üslubdan istifadə etmək son dərəcə səhvdir və heç kimə fayda verməz. Başda media olmaqla bütün sivil quruluşlar hər bir şərhlərində dövlətə kömək etməli, mövcud çatışmazlıq və problemləri konstruktiv şəkildə aradan qaldırmaq istiqamətində hərəkət etməlidirlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Niyə Dövlət Haqqında Bir Kitabça?
  • Dövlət Nədir?
  • Türkiyə Cümhuriyyəti Dövlətinin Xüsusiyyətləri
  • Məsələlərin Dövlətə Bağlılıqla Həlli
  • Dövlətə Bağlılıq və Əxlaq