Dövlətə Bağlılıq və Əxlaq

Bu nöqtəyə qədər dövlətə bağlılığın əhəmiyyətini fərqli ölçülərlə bildirdik. Vətəndaşlarımızın dövlətimizə daimi hörmət etmələrinin lazım olduğunu, ancaq bu şəkildə sülh, hüzur və rifah təmin edilə biləcəyini açıqladıq. Ancaq bütün bu məntiqi səbəblərdən başqa dövlətə bağlılığı təmin edən əsl amil cəmiyyətdə görünən əxlaq anlayışıdır.

Əgər bir cəmiyyətdə mənfəətpərəstlik yayılarsa, üsyan və qarşıdurma məqbul olaraq görülərsə və hörmət və fədakarlıq kimi anlayışlar tərk edilərsə, bu vəziyyətdə o cəmiyyətin fərdlərinin dövlətə bağlı olmaları da düşünülə bilməz. Çünki dövlətə bağlılığın təməlində müəyyən tərbiyə və əxlaq durur. Bu tərbiyə və əxlaq olmazsa və yuxarıda ifadə etdiyimiz pis əxlaq xüsusiyyətləri bir cəmiyyətdə məşhurlaşarsa, dövlətə bağlılıq anlayışı da özlüyündən ortadan qalxmağa başlayar.

Haqqında danışdığımız tərbiyə və əxlaqın təməlində isə dini inanclar durur. Necə ki, Cümhuriyyətimizi quran böyük öndər Atatürk: "Dinsiz millətlərin davamına imkan yoxdur", -deməklə bu həqiqəti açıq şəkildə elan etmişdir.

Dinin insanlara qazandırdığı itaət xüsusiyyəti

Bilindiyi kimi, bir cəmiyyətdə hüzur və sakitlik o cəmiyyətdəki insanların dövlətə və onun bütün idarələrinə göstərdikləri itaət, hörmət və etibarla təmin edilə bilər. Quranda isə itaət məqbul sayılan əxlaq xüsusiyyəti olaraq təşviq edilir. Allah müsəlmanlara bir çox ayəsi ilə itaəti əmr edir. Dolayısilə, Quran əxlaqına görə yaşayan insanların meydana gətirdiyi bir cəmiyyət eyni zamanda dövlətə itaət və hörmətin ən yüksək dərəcədə yaşandığı bir mühit olar.

Din eyni zamanda insanları hər cür anarxiya və terror hərəkatından də uzaq tutar. Çünki Allah Quranda insanları fitnə-fəsaddan uzaq durmağa çağırmışdır. Bu mövzu ilə əlaqədar bir çox ayə vardır:

…Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin! (Bəqərə surəsi, 60)

(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə surəsi, 205)

Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin... (Əraf surəsi, 56)

…Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu, sizin üçün xeyirlidir! (Əraf surəsi, 85)

Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz! (Qəsəs surəsi, 77)

Din əxlaqını lazımi kimi qavrayan və yaşayan bir insan Allahın yuxarıdakı ayələrindəki əmrinə uyğun olaraq yer üzündə qarışıqlıq çıxarmaqdan, sıxıntı və qarışıqlıq dolu mühitlər yaratmaqdan şiddətlə qaçar. Quran əxlaqına uyğun hüzur və sükunət dolu, etidallı, həmişə problemləri həll etməyə çalışan, hadisələri böyütməyən, əksinə, həmişə uzlaşdırıcı mövqe göstərər.

Dövrümüzdə dinin bəzi çevrələr tərəfindən səhv başa düşüldüyü və tətbiq olunduğu doğrudur. Halbuki yuxarıdakı Quran ayələrində izah edilən həqiqi dindar modeli cəmiyyətdə yayılarsa, ictimai həyat da son dərəcə sülh və əminliklə dolu olar. İnsanlar dövlətə duyduqları güvən və hörməti ona itaət etməklə göstərərlər. Polisə və digər təhlükəsizlik güclərinə qızğın, tərs davranan, çətinlik yaradan insanlar olmaz. Əksinə, İslam əxlaqını yaşayan insanlar son dərəcə yardımsevər və mərhəmətli mövqeləri ilə təhlükəsizlik qüvvələrinin yanında yer alar, onların işlərini asanlaşdıracaq şəkildə hərəkət edərlər. Bu əxlaqdakı insanların varlığı sayəsində cəmiyyətdən anarxiya, terror, qarışıqlıq və düşmənlik aradan qaldırılar. İnsanlar arasındakı qarşıdurma və mübahisələr tamamilə qalxar. İnsanlar küçələrə rahat çıxa bilər, gecə-gündüz güvən içində hər yerdə gəzə bilər.

atatürk

Mustafa Kemal Atatürk:
"Efendiler, Allah Bir'dir, büyüktür. Kur'an bir Kitab-ı Ekmel'dir. Cenab-ı Peygamber Hatemül Enbiya'dır." "Dinsiz milletlerin devamına imkan yoktur."

Din əxlaqı ictimai həyatı necə dəyişdirir?

Dinin varlığı Allah sevgisini özü ilə gətirdiyi üçün, bu, bütün insanlara çox müsbət və gözəl təsir edər. Hər kəs Allahın razılığını qazanmaq üçün gözəl əxlaq göstərər, bir-birini Allah rizası üçün sevər. Bütün cəmiyyətə şəfqət, mərhəmət və gözəllik hakim olar. İnsanlar Allahın əmri istiqamətində xeyirlərdə yarışarlar. Digər tərəfdən Allah qorxusu sayəsində hər kəs əxlaqsızlıqlardan və pisliklərdən qaçar. Əsrlərlə önü alına bilinməyən hər cür mənfi hallar bir anda bitər. Dinin sevgi və sülhsevər ruhu hər yerə hakim olar. Əlbəttə, burada nəzərdə tutulan Qurandakı həqiqi dindir və bu dinin səmimi olaraq yaşanmasıdır.

Bir cəmiyyətin varlığında ailənin rolu çox böyükdür. Dinin tam mənası ilə yaşandığı bir mühitdə daha əvvəlki mövzularda ifadə edildiyi kimi, ailə əlaqələri çox gözəlləşər, həqiqi sevgi və hörmət yaşanar. Ailə olmazsa, dövlət və millətin də mənası qalmaz. Bunlar bir-birləri ilə çox əlaqəli anlayışlardır. Ailə dağıldıqda millət anlayışı da yox olar, dövlət də zərər görər. Bu vəziyyət domino daşları nümunəsində olduğu kimi, belə davam edər.

Necə ki, dinin yaşanmadığı cəmiyyətlərdə insanların üsyankar davrandıqları, anarxist hərəkatlara qoşulduqları, dövlətə qarşı cəbhə aldıqları məlum olan bir həqiqətdir. Xüsusilə də milli və mənəvi dəyərlərin qorunmasının lazım olduğu vəziyyətlərdə Allah qorxusu olmayan insanların vecsiz davranacaqları qətidir. Milli və mənəvi mənfəətlərlə öz mənfəətləri arasında müqayisə lazım gəldiyində dindən uzaq insanların asanlıqla nəfslərini seçəcəkləri aydındır. Bu, yeri gəldiyində vətənə və millətə xidmət etməkdən, onun uğrunda mübarizə aparmaqdan qaçmağa, hətta bölücü fəaliyyətlərdə olmağa qədər geniş ölçüdə düşünülə bilər.

Halbuki dini yaşayan insanlar üçün dövlət və millət anlayışları çox böyük dəyərə malikdir. Lazım olduğunda dövlət üçün canını təhlükəyə atar, dövlətinin və millətinin mənfəətlərini şəxsi mənfəətlərindən üstün bilərlər. Milli və mənəvi dəyərlərini canla-başla qoruyarlar.

Din əxlaqının yaşandığı bir mühitdə tələbələr də dövlətə, millətə qarşı hörmət və sevgi göstərərlər. Bu müqəddəs quruluşlara qarşı mübarizə aparmaz, əksinə, dəstək verib, kömək edərlər. İndiki dövrdə olduğu kimi, əsgər və polislərə hücum etməzlər; dövləti qoruyan, müdafiə edən bu vəzifəlilərə qarşı son dərəcə hörmət göstərərlər. Cəmiyyət daxilində dövlətə, orduya və polisə qarşı tam bir güvən və sahib çıxma duyğusu inkişaf edər. Tələbə hadisələri, qardaş davaları, sağ-sol qarşıdurmaları kimi problemlər ortadan qalxar. Çünki heç kimin razılaşmadığı və çəkişdirib-döyüşdüyü bir xüsus qalmaz. Hər kəs Allahın kitabına iman edər, onda bildirilən gözəl əxlaq anlayışını mənimsəyər, nəticədə də heç kimin sözü çəp gəlməz. Problemlərin həllində hər kəs özünü qarşısındakının yerinə qoyar, mərhəmət edər, hörmətlə yanaşar. Beləcə, hər problem qısa müddətdə gözəlliklə həll olar.

Dövlət belə bir mühitdə çox rahat idarə olunar. Ölkə daha etibarlı və rifahlı hala gələr. İdarəçilər də insanlara qarşı çox ədalətli, mərhəmətli olarlar, hər cür ədalətsizlik ortadan qalxar. Dolayısilə, özləri də çox hörmət görərlər. Belə dövlətlər də çox güclü və sarsılmaz bir təmələ sahib olarlar.

Din əxlaqı yaşanmadığında isə ata oğula, oğul ataya düşmən olar, qardaş qardaşa qarşı çıxar, işçi müdirə, işə götürən işçiyə düşmən olar. Anarxiya üzündən fabriklər, iş yerləri işləməz, ziyan görər. Sosial anarxiya başlayar, kasıb təbəqələr zənginlərə hücum edər, zənginlər kasıbları əllərindən gəldiyi qədər istismar etməyə çalışar. Müxtəlif peşə qrupları digərlərinə hücum edər. İctimai qarışıqlıqlar, anlaşılmazlıqlar, anarxiya bitməz.

Bütün bunların səbəbi insanların Allah qorxularının olmamağıdır. Allah qorxusu olmayan insanlar rahat şəkildə haqsızlıq və ədalətsizlik edər, cinayət işləyər, bənzəri görünməmiş zülm və qəddarlıqlardan çəkinməzlər. Üstəlik, vicdan əzabı çəkmədən etdikləri vəhşilikdən peşman olmadıqlarını söyləyərlər. Halbuki Allaha qarşı məsuliyyət hissi olan bir adam bu hərəkətlərə əsla yol verməz.

Din əxlaqı yaşandığında bu saydığımız mənfi halların heç biri qalmaz. Hər şey sakitliklə, gözəlliklə, ədalətlə həll edilər. Qanuna zidd hadisələr olmaz, polis bölmələri, ədliyyə orqanları demək olar işləməzlər.

Nəticə

Bütün bunlar dinin insanlara qazandırdığı əxlaq xüsusiyyətlərinin dövlətin davamlılığı və cəmiyyətin hüzuru baxımından son dərəcə lazımlı olduğunu göstərir. Dinsiz bir insan modelinin meydana gətirdiyi cəmiyyət quruluşu eqoizm və qarşıdurma üzərinə qurulduğu üçün, istər-istəməz dövlətə dəstək olan dəyərləri də korlayar. Dinsizlik üsyanı, qarşıdurmanı, anarxiyanı, nifrəti, etibarsızlığı gətirdiyi halda din insanlara itaəti, sülhü, nizamı, sevgini və etibarı qazandırar. Allah bir ayəsində insanlara: "Ey iman gətirənlər, hamınız bir yerdə sülhə gəlin!" - deyə buyurur (Bəqərə surəsi, 208). Bu ayədə dəvət edildiyi şəkildə sülh və təhlükəsizliyə girən insanlar dövlətin davamlılığının ən böyük dayağı olarlar.

Adnan Oktar'ın Azerbaycan Reyting Gazetesi Röportajı (6 Kasım, 2008)

ADNAN OKTAR: ... İslam ülkelerinin birleşeceği Türk devletlerinin birleşeceği bir güç olacağı, Türkiye'nin büyük bir süper devlet olacağı ile ilgili Atatürk'ün birçok sözü var. Rahmetli Atatürk bunları taa o zamandan görmüş. Bu da Allah'ın bir harikası, yani Atatürk'ün olağanüstü yönlerinden birisidir bu, hayret edilecek bir şeydir. Yani gelecekle ilgili bütün tahminleri doğru çıkmıştır Atatürk'ün maşaAllah. Bu konuda da gelecekle ilgili bir tahmini de doğru çıkmıştır. Türk İslam Birliği inşaAllah kuruluyor.

... Türk İslam Birliğinin çok güzel olacağı, bereket bolluk getireceği çok açık, sevinç getireceği çok açık. Yani bunlar sudan bahaneler, sudan izahlar bunlarla hiç muhatap olmamak lazım, büyük ağabey Türkiye onları şefkatle kucaklayacak, muhabbetle kucaklayacak ve hizmete talip Türkiye, Türkiye'nin bundan bir çıkarı yok. Yani baba ve oğulları bir araya gelseler, bir sohbet olsa, beraber yemek yeseler bunda şaşacak ne var? Bir baba yani Türkiye Türk İslam âleminin babasıdır, lideridir. Hepsini, bütün evlatlarını sofraya çağırıyor, beraber yemek yiyelim diyor şenlik olsun, bayram olsun, neşeli bir ortam olsun diyor.