Təkamülçülər Şimpanzelərlə 99% Bənzərliyin Olduğu Təbliğatinin Əsassiz Olduğunu Etiraf Etdi

Xeyli vaxtdan bəri təkamülçülər “insanlar və şimpanzelər arasında yalnız 1%-lik bir genetik fərqlilik vardır” iddiasıyla təkamül təbliğatı aparırdılar. İnsan və şimpanze genləri arasında qəti bir müqayisə aparılmamasına baxmayaraq, darvinist ideologiya onları bu iki növ arasında çox kiçik bir fərqlilik olduğunu fərz etməyə sövq edirdi. Ancaq elm sahəsindəki inkişaflar, eynilə digər təkamülçü təbliğatlarda olduğu kimi, bu iddianın da əsassız bir təhrifdən ibarət olduğunu aşkar etdi.

İnsan və şimpanze arasında yalnız 1%-lik fərq olduğunu iddia edən əvvəlki tədqiqatlar, hər iki canlının gen düzülüşlərinin tamamilə deyil, qismən müqayisəsinin aparılmasından alınan nəticəyə əsaslanırdı. Çünki elm adamları şimpanze genomunu hələ də aça bilməyiblər. Apardıqları müqayisə işləri, bəzi əsas zülallardakı amin turşularının düzülüşündən yola çıxılaraq görülən işlərdən ibarət idi.

Təkamülçülər bu iki canlının genlərini ancaq qismən təmsil edən 98,5%, 99% kimi oxşarlıq nisbətlərini əldə etdilər. Sonrakı on illiklərdə bu böyük göstəriciləri insanın şimpanze ilə ortaq bir atadan təkamül keçirməsi ssenarisinin dəlili kimi yaydılar. Bu hiyləli təbliğat, iki qalın kitabın yalnız üç-beş cümləsinin bir-birinə oxşadığını görüb bu kitabların demək olar tamamilə eyni olduğunda israr etməkdən fərqlənməyən axmaq bir iddiaydı.

Təkamülçülərin bu təhrifləri, DNT analiz üsullarındakı irəliləyişlərlə yanaşı insan və şimpanze genlərinin açılması prosesində hərtərəfli aşkar olundu. Təkamülçülər iki canlı arasında daha əvvəl təbliğatını apardıqları 1% ilə 1,5% fərqlilik nisbətlərinin həqiqətləri əks etdirmədiyini, bunların öz ifadələriylə “kədərli şəkildə səhv” olduqlarını etiraf etdilər. Bu prosesdə aşağıdakı əhəmiyyətli irəliləyişlər əldə olundu:

1. Proceedings of the National Academy of Sciences jurnalında R.J. Britten tərəfindən nəşr olunan 2002-ci il tarixli yazı: “Divergence between samples of chimpanzee and human DNA sequences is 5% counting indels (İndeller* nəzərə alınanda insan və şimpanze DNT nümunələrin düzülüşləri arasındakı fərq 5%-dir)” (Proceedings of the National Academy of Sciences 99:13633-13635)

İnsan

Modern laboratuvarlarda yapılan araştırmalar evrimcilerin hayatın kökeni ile ilgili iddialarının birer masal olduğunu ortaya çıkarmıştır.

Kaliforniya Texnologiya İnstitutundan genetik Roy Britten, iki canlıdan götürdüyü (735 000 əsas cütündən ibarət olan) DNT nümunələrini yalnız fərqli nukleotid nöqtələri (SNP) baxımından deyil, bir-birlərinə görə cərgələr halında əskik ya da çox olduqları yerlər (*indel: insertions and deletions, yəni əlavələr və çıxarışlar) baxımından da tədqiq etdi.

Britten, indeller əhəmiyyətli yer tutduğu halda əvvəlki işlərdə nəzərə alınmadıqlarını, bunları nəzərə almaqla aparılan müqayisələrin bənzərlik nisbətini əhəmiyyətli dərəcədə aşağı saldığını göstərmiş oldu. Britten, tədqiq etdiyi DNT nümunələri arasındakı oxşarlığın ancaq 95% olduğunu aşkar etdi. Darvinizmə olan qatı bağlılığı ilə tanınan İngilis elm jurnalı New Scientist də eyni mövzunu 23 sentyabr 2002-ci il tarixli internet xəbərində “Human-Chimp DNA Difference Trebled” (insan-şimpanze genetik fərqi üç mislinə çıxdı) başlığıyla xəbər verdi və təkamülçü yanılmanı bu sözlərlə etiraf etdi:

İnsan və şimpanze DNT-ləri arasında aparılan yeni müqayisələrə əsasən, şimpanzelərlə aramızda olan fərqlilik əvvəllər düşünüldüyündən xeyli çoxdur. Uzun bir müddət, ən yaxın qohumlarımızla genetik quruluşumuzun 98,5% oxşarlıq təşkil etdiyi fikri müdafiə olundu. İndi bunun səhv olduğu ortaya çıxır. Həqiqətdə, genetik quruluşumuz arasındakı oxşarlıq 95%-dən daha azdır, şimpanzelərlə aramızdakı fərqlilik düşünüldüyündən 3 qat daha çoxdur.(19)

Sinekle akraba çıktık

Gazetelerde yer alan genetik benzerlik haberlerinden bir örnek. Bu gibi haberler genetik benzerlik kavramını evrim teorisine bir delil olarak gösterme çabasının örnekleridir. Ancak genetik benzerlik hiçbir zaman evrime delil teşkil etmez.

2. 2003-cü ilin aprel ayında Meksikanın Cancun şəhərində həyata keçirilən “İnsan Genomu” Cəmiyyəti Yığıncağına təqdim edilən bir tədqiqatda Yaponiyanın Yokohama şəhərindəki RİKEN Genomik Elmlər Mərkəzindən Tod Taylorun rəhbərli altındakı qrup şimpanzenin 22-ci xromosomuyla insanın 21-ci xromosomunu müqayisə etdi.

Nature jurnalının xəbər saytında Taylorun fikirləri belə əks olunurdu:

“Daha əvvəl, insan və şimpanzenin gen düzülüşlərinin DNT-də yalnız bir neçə müxtəlif hərf ortaya qoyduğu və bir-birinə 99% nisbətində bənzədikləri deyilirdi. Tod Taylor, əslində bənzərlik nisbətinin 94-95% qədər aşağı ola biləcəyini deyir.” (20)

Yazıda müqayisə üsullarından da bəhs edilir, bu üsullarının etibarlılığı haqqında təkamülçülərin belə əmin olmadıqlarını göstərən bir şərh vardı. Əvvəlki və yeni üsullardan ümumi şəkildə bəhs edildikdən sonra bu ifadələrə yer verilirdi: “Taylor, nə qədər bənzər olduğumuzu göstərə bilməyin hələ də yaxşı bir metodunun olmadığını etiraf edir”.

3. 2003-cü ildə Genome Research jurnalında nəşr olunan bir yazı: “Genomic DNA Insertions and Deletions Occur Frequently Between Humans and Nonhuman Primates (insanlar və digər primatlar arasında genomik DNT əlavə və çıxarışlarına tez-tez rast gəlinir)” (Kelly A. Frazer, Xiyin Chen, David A. Hinds, P.V. Krishna Pant, Nila Patil, and David R. Cox. Genome Research, 2003 13: 341-346)

Kaliforniyada yerləşən Perlegen Sciences təşkilatında işləyən Kelli Freyzerin rəhbərliyi altında aparılan bir tədqiqatda insanın 21-ci xromosomuyla oranqutan, resus makakaları, şimpanze və yunlu meymunların uyğun olan genetik maddəsiylə müqayisə edildi. Əldə olunan nəticələr Brittenin əldə etdiyi nəticələrlə eyni idi: Əlavə və çıxarışlar (indel) insanı bu meymunlardan əhəmiyyətli dərəcədə fərqləndirirdi.

New Scientist jurnalı xəbəri “meymunlarda dərin boşluqla fərqlənirik (Yawning Gap Divides Monkeys and Us)” başlığı altında dərc etdi. (21)

4. Nature jurnalının 27 May 2004-ci il tarixli buraxılışında nəşr olunan A. Fujiyamaya aid məqalə: “DNA sequence and comparative analysis of chimpanzee chromosome 22”, (Nature 429, 27 May 2004, səh. 382 - 388)

İngilis elm jurnalı Nature-də nəşr olunan bu tədqiqatda, şimpanzenin 22-ci xromosomunun düzülüşüylə bunun insanda qarşılığı olan 21-ci xromosomunun düzülüşü müqayisə edildi. Şimpanzenin 22-ci xromosomu Beynəlxalq Konsorsiumu tərəfindən həyata keçirilən tədqiqat, əhəmiyyətli fərqliliklər ortaya çıxardı. Nature jurnalının xəbər bürosu bu tədqiqatı, “Şimpanze xromosomu çaşqınlıq yaratdı” başlığıyla elan edildi və xəbərdə “aparılan ilk ətraflı müqayisə, şimpanze və insan genlərinin gözlənilməz dərəcədə fərqli olduğunu göstərdi” şərhinə yer verdi.(22) Oxşar yazıda, Fransanın Evry şəhərindəki Milli Düzülüş Mərkəzində vəzifəli dr. Jean Weissenbachın “22-ci xromosomun, genomun 1%-ni təşkil etdiyi, şimpanze ilə insanda fərqlilik göstərən minlərlə gen ola biləcəyi” sözləri də əks etdirildi.

5. Şimpanze genomu bütöv şəkildə analizinin aparıldığı ilk iş, təkamülçülərin bənzərlik iddialarının şişirdilmiş olduğunu göstərdi. (The Chimpanzee Sequencing and Analysis Consortium 2005. “Initial sequence of the chimpanzee genome and comparison with the human genome,” Nature 437:69-87)

Nature jurnalının xəbər xidmətində nəşr olunan və University of Washington School of Medicine-dan olan Evan Eichlerin şərhlərinə də yer verilən bir xəbərdə bu mövzuda bu ifadələrə yer verildi:

“İnsan və şimpanze, əvvəllər zənn edildiyi kimi yaxın əmoğlular deyil. DNT-miz üzərində keçmişdə aparılan səthi müqayisələr gen düzülüşlərimizin 98,5% ilə 99% eyni olduğunu göstərirdi. Sayı 35 milyon olan və ümumi genomun 1,2%-sinə bərabər olan tək hərf dəyişiklikləri tək başlarına ələ alındıqları vaxt bu nəticə çıxa bilir. Amma, Eichler, başqa fərqliliklərin olduğunu” da deyir. Ayrı bir yazıda, oxşarı çıxarılmış parçaların iki canlıya aid düzülüşlərdə fərqli formalarda yayıldığını yazır. Bu bölgələr çərtiyə 2,7%-lik fərqlilik daha əlavə edir. “Buna görə də, Eichler, 1,2% nisbəti kədərləndirici bir şəkildə xətalıdır” deyir. “23

Bir Təkamül Təbliğatının Daha Məlumatsızlığa Əsaslandığı Məlum Oldu

Yuxarıdakı aparılmış tədqiqatlar yenidən göstərmişdir ki, bir yandan elmi məlumat əldə edərkən, o biri yandan təkamülçülər ziyana uğramışlar. Kütləşmiş orqan və qırıntı DNT iddialarının aqibəti belə olmuşdu. Bu iddialar, “bunların funksiyalarını bilmirik, deməli funksiyaları olmamalıdır” şəklində səhv bir məntiqə əsaslanırdı. Ancaq bu mövzularda elmi anlayış inkişaf etdikcə təkamülçülərin iddialarının cəhalətə əsaslanan böyük yanılmalar olduğu məlum oldu. (Ətraflı məlumat üçün baxın. Hayatın həqiqi mənşəyi, Harun Yəhya, araşdırma nəşriyyatı) İndi, genetik bənzərlik təbliğatı da eyni prosesdən keçir. Elm adamları genetik bənzərliklə əlaqədar köhnə təkamülçü şərhlərin səthi və yanıldıcı bir yanaşmaya əsaslandığını görürlər.

Qaldı ki, insan və şimpanze arasındakı genetik bənzərlik nisbəti nə olursa olsun, bu nisbətləri təkamül dəlili olaraq irəli sürmək darvinizm adına heç nə qazandırmır. Yalnız şimpanzelərdə deyil, tamamilə fərqli canlılarda olan genlər də insandakı genlərlə oxşarlıq təşkil edir.

İnsan DNT-si, Soxulcan, Ağcaqanad və ya Toyuğa Da Bənzəyir!

Məsələn, New Scientist jurnalında dərc olunan genetik analizlərin nəticələri nematod soxulcanları və insan DNT-lərində 75%-lik bir oxşarlıq olduğunu aşkara çıxardı.(24)

Digər tərəfdən ötən illərdə türk mediasında, Drosophila növünə aid olan meyvə ağcaqanadlarının genlərinin insan genləriylə müqayisəsi nəticəsində 60%-lik bir oxşarlıq olmasıyla əlaqədar əldə olunan yenilik öz əksini tapdı.(25)

Digər tərəfdən bəzi zülallar üzərində aparılan analizlər də, insanı xeyli fərqli canlılara yaxın kimi göstərir. Kembric Universitetindəki tədqiqatçıların apardığı bir tədqiqatda, quru canlılarının bəzi zülalları müqayisə edilir. Heyrətləndirici bir şəkildə, təxminən bütün nümunələrdə insan və toyuq, bir-birlərinə ən yaxın qohum olaraq cütləşdirilir. Sonrakı ən yaxın qohum isə timsahdır.(26)

Bu nümunələr, genetik bənzərlik anlayışının təkamül nəzəriyyəsinə bir dəlil meydana gətirmədiyini göstərir. Çünki genetik bənzərliklər iddia edilən təkamül sxemləriylə uzlaşmır, əksinə bunlarla tamamilə ziddiyyət təşkil edir.

Genetik Bənzərliklər, Çəkilməsi Arzulanan “Təkamül Sxemi”-ni alt-üst edir

molekül

Hadisəyə ümumi olaraq baxıldığı təqdirdə “biokimyəvi bənzərliklər” mövzusunun təkamülə dəlil olmadığı, əksinə nəzəriyyəni çıxılmaz vəziyyətdə qoyduğu görünür. Cənubi Karolina Universiteti Tibb fakültəsindən biokimya tədqiqatçısı dr. Kristian Şvab, molekulyar sahədə təkamülə dəlil tapa bilmək üçün ömrünün uzun illərini buna həsr etmiş təkamülçü bir elm adamıdır. Xüsusilə insulin və relator növlü zülallar üzərində tədqiqatlar apararaq canlılar arasında təkamül xarakterli qohumluqlar qurmağa çalışmışdır. Lakin işlərinin heç bir məqamında təkamülə heç bir dəlil əldə edə bilmədiyini dəfələrlə etiraf etmək məcburiyyətində qalmışdır. Bir məqaləsində belə deyir:

“Molekulyar təkamül, təkamül xarakterli qohumluqlar ortaya çıxarılması üçün demək olar ki, paleontologiyadan daha üstün bir metod olaraq qəbul edilməyə başlandı. Bir molekulyar təkamülçü olaraq bununla fəxr etməliydim. Amma əksinə, növlərin mütəmadi bir inkişaf prosesi keçirdiyini göstərməsi lazım gələn molekulyar oxşarlıqların bir çox istisnası olması olduqca cansıxıcı görünür. Bu istisnalar o qədər çoxdur ki, həqiqətdə istisnaların və qəribəliklərin daha əhəmiyyətli bir mesaj daşıdıqlarını düşünürəm.“ (27)

Məşhur biokimyaçı prof. Maykl Denton da molekulyar biologiya sahəsində əldə edilən yeniliklərə əsaslanaraq belə bir şərh verir:

“Molekulyar səviyyədə hər canlı sinfi, özünəməxsus xüsusiyyətlərə, fərqliliklərə sahib olub, digərləriylə heç bir əlaqəyə malik deyil. Buna görə də molekullar, eyni fosillər kimi, təkamülçü biologiya tərəfindən xeyli vaxtdır axtarılan nəzəri ara keçidlərin olmadığını göstərmişdir. Molekulyar səviyyədə heç bir orqanizm başqa bir orqanizmin “əcdadı” deyil, digərindən daha “ibtidai” ya da “inkişaf etmiş” də deyil. Əgər bu molekulyar dəlillər bundan bir əsr əvvəl mövcud olsaydı. Üzvi təkamül düşüncəsi heç vaxt qəbul edilməyə bilərdi.” (28)

Nəticə: Bənzərliklər, Təkamülün Deyil Yaradılışın Dəlilidir

Bütün bunlar, bənzərliyin təkamülə dəlil olmadığını aydın şəkildə göstərir. Təkamülçülərin bu mövzuda etdikləri şey, minlərlə müxtəlif elmi yenilikdən yalnız işlərinə yarayan tək bir yeniliyi ön plana çıxararaq cəmiyyəti aldatmağa çalışmaqdır. Məsələn, meymunla insan zülallarının bəziləri bir-birinə bənzəyir. Məhz yalnız bunları göstərib “baxın meymun insana bənzəyir, deməli onun əcdadıdır” deyirlər. Halbuki başqa bir zülala baxıldığı təqdirdə, bu dəfə insanın toyuğa və ya soxulcana bənzədiyi görünür. Yaranan mənzərəyə ümumi olaraq baxıldıqda isə, prof. Dentonun yuxarıda da ifadə etdiyi nəticə ortaya çıxır: Molekulyar səviyyədə heç bir orqanizm başqa bir orqanizmin “əcdadı” deyil, digərindən daha “ibtidai” ya da “inkişaf etmiş” də deyil.

Əlbəttə ki, insan bədəninin digər canlılarla molekulyar oxşarlıqları olacaq, çünki eyni elementlərdən əmələ gəlir, eyni sudan və atmosferdən istifadə edir, eyni molekullardan ibarət qidalardan istifadə edir. Əlbəttə ki, maddələr mübadilələri və buna görə, genetik quruluşları bir-birinə bənzəyəcək. Amma bu “ortaq material”, bir təkamülün deyil “ortaq yaradılışın”, hamısının eyni plan əsasında Allah tərəfindən yaradılmış olmalarının nəticəsidir.

Bir nümunə mövzunu izah edə bilər: Dünyadakı bütün tikililər də bənzər materiallarla (kərpic, dəmir, sement və s.) tikilir. Amma bu vəziyyət bu binaların bir-birlərindən “təkamül keçirdikləri” mənasını verməz. Ortaq bir materialdan istifadə edilərək, ayrı-ayrı tikilirlər. Canlıların vəziyyəti də belədir.

Canlılar təkamülün iddia etdiyi kimi şüursuz təsadüflərlə deyil, sonsuz bilik və ağıl sahibi olan Uca Allahın yaratmasıyla əmələ gəlmişdir.

Qeydlər

19 Andy Coghlan, Human-chimp DNA difference trebled, NewScientist.com news service, 23 September 2002

20 "Chimps expose humanness", Helen Pearce,29 Nisan 2003: http://www.nature.com/nsu/030428/030428-3.html

21 "Yawning gap divides monkeys and us", New Scientist, 15 Mart 2003, sf 26

22 Laura Nelson, "First chimp chromosome creates puzzles", Nature Science Update, 27 Mayıs 2004, http://www.nature.com/nsu/ 040524/040524-8.html

23 Michael Hopkin, "Chimpanzee joins the genome club", news@nature.com, 31 August 2005, http://npg.nature.com/ news/2005/050829/full/050829-9.html

24 New Scientist, 15 May 1999, s. 27

25 Hürriyet, 24 Şubat 2000

26 New Scientist, c. 103, 16 Ağustos 1984, s. 19

27 Christian Schwabe, "On the Validity of Molecular Evolution", Trends in Biochemical Sciences, c. 11, Temmuz 1986

28 Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, ss. 290-91

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Bəşəriyyət Tarixində Əhəmiyyətli Bir Dönüş Nöqtəsi
  • Həyatin Məlumat Qaynaği DNT
  • Canli Quruluşundaki Məlumat və Materializmin Sonu
  • Təkamülçülər Şimpanzelərlə 99% Bənzərliyin Olduğu Təbliğatinin Əsassiz Olduğunu Etiraf Etdi
  • “İnsan Genomu” Layihəsi Haqqinda Darvinist-Materialist Yanilmalar