“İnsan Genomu” Layihəsi Haqqinda Darvinist-Materialist Yanilmalar

“İnsan Genomu” layihəsində əldə olunan son nəticənin izah olunmasıyla, Türkiyədə bəzi mətbuat orqanları, təkamül nəzəriyyəsinin içində olduğu çıxılmaz vəziyyətin daha çox ortaya çıxmaması üçün, aldadıcı mesajlar dərc etməyə və xalqı səhv məlumatlandırmağa başladılar.

Təkamülçülərin “genetik bənzərliklər” mövzusunda istifadə etdiyi aldadıcı mesajlara, bu bənzərliklərin birtərəfli şərhlər olduğuna və təkamül nəzəriyyəsinin lehində bir dəlil olmadığına əvvəlki səhifələrdə toxunmuşduq. Darvinist-materialist mətbuatın, ən çox gündəmə gətirdiyi və fərqli şüar və başlıqlarla ifadə etdiyi mövzu isə, gen xəritəsinin kəşfinin Allahın yaratdığı taleyə zidd ola biləcəyini göstərdiyi iddiasıdır. Bu, ölkəmizdə cəmiyyətimizin müəyyən təbəqələri tərəfindən irəli sürülən çox böyük bir yanılma və yalandır. Son vaxtlarda qəzet səhifələrində dərc olunan və televiziya proqramlarına daşınan başlıqlar, gizlicə edilən bir təlqin görünüşü verir: “İnsan artıq taleyinə məğlub olmayacaq” kimi ismarıcların insanın gen xəritəsi haqqındakı məlumatlarla birlikdə insanlara təqdim edilmiş olması böyük bir səhvdir. Çünki, həqiqətdə insanın gen xəritəsinin çıxarılması, insanın taleyini qətiyyən dəyişdirməz, çünki bu da insanın taleyindədir.

Tale Dəyişdirilə Bilməz

İnsan Vücudu

Tale, Allahın keçmiş və gələcək bütün hadisələri tək bir an olaraq bilməsidir. Allah yaşanmamış hadisələrin də hamısını əvvəlcədən bilir. İnsanların əhəmiyyətli bir hissəsi, Allahın hələ yaşanmamış hadisələri əvvəlcədən necə bildiyi mövzusunu, yəni tale həqiqətini başa düşə bilməzlər. Halbuki insanın hələ qarşılaşmadığı bir hadisə özü baxımından yaşanmamış bir hadisədir. “Axırı bilinməyən” kimi xarakterizə edilən bütün hadisələr yalnız bizim üçün “bilinməz”dir. Sonsuz bir elmin sahibi olan Allah isə zamandan və məkandan asılı deyil, onsuz da zamanı və məkanı yaradan elə Özüdür. Buna görə də Allah üçün keçmiş, gələcək və bu an hamısı birdir. Allah Qatında bizim indi yaşadığımız və gələcəkdə yaşanacaq olan hər şey olub bitmişdir. Bütün insanlar Allahın özləri üçün yaratdığı taleyə, vaxtı gəldikdə şahid olarlar.

Filmlərin kadrlarını əlinə götürən bir insanın filmin əvvəlini, sonunu, ortada baş verən hadisələri bütöv halda, tək bir anda görə bilməsi kimi Allah da yaratmış olduğu bütün insanlarla əlaqədar hər şeydən xəbərdardır. Hər şeyi tək bir an olaraq bilən Allah, bu tək bir anda, yəni sonsuz kiçik zamanda sonsuzluğu, yəni sonsuz böyük zamanı yaradaraq gücünün sonsuzluğunu bizə göstərir.

Allah gəlib-getmiş bütün insanların həyatlarını bütün təfərrüatlarıyla birlikdə yaradandır. Allah bir insanın doğumundan ölümünə qədər qarşılaşacağı yaxşı ya da pis kimi görünən bütün hadisələrdən xəbərdardır. Ənam surəsində dünyada baş verən kiçik-böyük bütün hadisələrin Allahın istəyi ilə baş verdiyi belə ifadə edilir: Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Hər insan və hər hadisə üçün bu vəziyyət məqbuldur. Heç kimin Allahın özü üçün yaratdığı taleyə müdaxilə etməsi, hadisələrin gedişində hər hansı bir dəyişiklik etməsi mümkün deyil. Məsələn, Allah hər insanı müəyyən bir ömürlə yaratmışdır və hər insanın ölüm anı Allah Qatında yer, zaman və forma olaraq da məlumdur. Məsələn, bir insanın tutulduğu xəstəlik o insanın taleyində, özü doğulmadan milyardlarla il əvvəldən yazılmışdır. O xəstəlikdən xilas olmayacağı da, Allah tərəfindən taleyində yazılmışdır. Hətta yaxşılaşmasına səbəb olacaq həkimlər, tibb bacıları, xəstəxana, dərmanlar, müalicə üsullarına qədər Allah Qatında əvvəlcədən yazılmışdır. Buna görə də əgər bir insan yaxşılaşsa, bu, onun taleyini məğlub etdiyi mənasını verməz, taleyində şəfa yazıldığı mənasını verər.

Əgər gələcəkdə bir gün, bir insanın ömür genlərinə edilən doğru müdaxilələrlə uzadılırsa, bu hadisə də bəhsi keçən adamın öz müqəddəratını məğlub etdiyi mənasını verməz. Bunun mənası budur: Allah bu insanı uzun bir ömürlə yaratmışdır və gen xəritəsinin çıxardılmış olmasını da bu insanın ömrünün uzun olmasına vəsilə etmişdir. Gen xəritəsinin olması da, bu adamın genlərlə əlaqədar texnoloji inkişafların yaşandığı bir dövrdə yaşaması da, yenə o insanın ömrünün tibbi imkanlarla uzadılması da onun taleyindədir. Bunların hamısı Allah qatında hələ o insan dünyaya gəlməmişdən əvvəl məlumdur.

Eynilə bu layihə çərçivəsində əldə olunan yeniliklər nəticəsində ölümcül xəstəliyi müalicə edilən insan da, yenə taleyini dəyişdirməmişdir. Çünki bu insanın taleyində, keçirdiyi xəstəlikdən bu layihənin vəsiləsiylə xilas olmaq vardır. Nəticədə, insanın gen xəritəsinin çıxardılmış olması və bəşəriyyətin genetik proqrama müdaxilə edə biləcək imkanları əldə etməsi, Allahın yaratdığı taleyə qarşı çıxmaq mənasını vermir. Əksinə, beləliklə bəşəriyyət Allahın özləri üçün yaratdığı irəliləyişləri izləyir, Allahın yaratdığı məlumatı kəşf edir və ondan istifadə edir. Əgər bir insan bu elmi irəliləyişlər sayəsində 120 il yaşasa, bu Allahın onun üçün əvvəldən təqdir etdiyi bir yaşdır, bundan ötrü ömrü bu qədər uzun olar. Allah, hər insanın ömrünün Öz qatındakı bir kitabda yazılı olduğunu bir ayəsində belə bildirir:

Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)

İllərlə universitet imtahanına girən və müvəffəqiyyətli ola bilməyən ancaq axırda arzuladığı yerə girməyi bacaran bir şagird, şirkətini iflasdan xilas edən bir biznesmen, son anda təyyarəyə çata bilmədikləri üçün qəzadan xilas olan insanlar və bənzər hadisələrdəki kəslər həmişə talelərini yaşayırlar. Bu insanların heç biri taleyini dəyişdirə bilməz, eynilə başqaları da bu insanların taleyinə müdaxilə edərək dəyişdirmə gücünə sahib deyil.

Hastane

İnsanın yaşamında gerçekleşen her türlü olay; beklenmedik kazalar, hastalıklar, tedaviler, iyileşmeler kısacası iyi ya da kötü gibi görünen herşey Allah'ın belirlediği kader dahilinde gerçekleşir. Resimlerde görülen kişinin iyileşip iyileşmeyeceği hastalandığı an zaten bellidir. Aynı şekilde hangi hastanede ne kadar kalacağı, nasıl bir tedavi göreceği de Allah katında önceden belirlenmiştir. Bu insan bir gün teknolojinin imkanlarıyla sağlığına kavuşuyorsa bu, onun kaderindedir. Allah herşeyi yaratan ve herşeyden haberdar olandır.

Bir sözlə “taleyimi məğlub etdim”, “taleyimi dəyişdirdim”, “taleyə müdaxilə etdim” kimi ifadələr, tale həqiqətini bilməməyin gətirdiyi cəhalətdən qaynaqlanır. Və bir insanın bu ifadələrdən istifadə edərək danışması da onun taleyində əvvəlcədən müəyyənləşdirilmişdir. Adamın bu cümlədən harada, nə vaxt, hansı şərtlər altında istifadə edəcəyi belə Allah Qatında müəyyənləşdirilmişdir. Allah hər şeydən xəbərdar olandır.

Allah, hər şeyin Qatında bir kitabda yazılı olduğunu bildirmişdir. Bizlər, bu kitabda yazılanların eynisini, heç bir əskiklik və ya artıqlıq olmadan yaşayarıq.

… Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın”. (Səba surəsi, 3)

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)

İnsanı və ya Hər Hansı Bir Canlını Köçürtmək Onu Yaratmaq Deyil

Bəzi mətbuat orqanlarında isə, genetika elminin inkişafıyla insanın da surətinin çıxarıla biləcəyi və beləliklə, insanın insan yarada biləcəyi irəli sürülmüşdür. Bu da olduqca səhv və həqiqətlərdən uzaq bir məntiqdir. Çünki yaratmaq, bir şeyi yoxdan var etməkdir və bu fel yalnız Allaha məxsusdur. Genetik məlumatın surətinin çıxarılmasıyla, bir canlının eynisindən yaradılması bu canlının yaradılması mənasını verməz. Çünki, insan və ya başqa bir canlı köçürülərkən, bir canlının hüceyrələri götürülür və surəti çıxarılır. Ancaq heç vaxt, tək bir canlı hüceyrəsi belə yoxdan yaradıla bilməmişdir. Bu mövzuda görülən işlər isə nəticəsiz qaldığı üçün dayandırılmışdır.

Nəticə etibarilə, insanın genetik quruluşunun kəşf edilməsi insanın taleyinə qarşı çıxdığını göstərən bir hadisə deyil, ola da bilməz. Hər hadisə, hər söhbət və hər inkişaf, Allah Qatında çox əvvəldən məlum olan bir tale əsasında müəyyənləşdirilmişdir. Buna texnologiyanın inkişaf etməsi, elmi irəliləyişlər və bu irəliləyişlərin insan həyatına gətirəcəyi yeniliklər də daxildir. Allah hər şeydən xəbərdardır və hər şeyi elmiylə əhatə edir. Allahın baş verən kiçik-böyük hər cür hadisədən xəbərdar olduğu həqiqəti isə Quranda belə xəbər verilir:

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Bəşəriyyət Tarixində Əhəmiyyətli Bir Dönüş Nöqtəsi
  • Həyatin Məlumat Qaynaği DNT
  • Canli Quruluşundaki Məlumat və Materializmin Sonu
  • Təkamülçülər Şimpanzelərlə 99% Bənzərliyin Olduğu Təbliğatinin Əsassiz Olduğunu Etiraf Etdi
  • “İnsan Genomu” Layihəsi Haqqinda Darvinist-Materialist Yanilmalar