19-cu əsrə istiqamət verən üç mühüm materialist mütəfəkkirin olduğu deyilər: Bu şəxslər Freud, Marks və Darvindir. İlk ikisinin nəzəriyyələri keçdiyimiz 20-ci əsr daxilində sınanmış, araşdırılmış və sonunda əsassız olduqları başa düşülərək bir-birinin ardınca rədd edilmişdir. Darvin nəzəriyyəsi isə yaşadığımız dövrdə çökür.
2000-ci ilin iyun ayında baş verən bəzi əhəmiyyətli hadisələr, materializmin bu böyük çöküşünü sürətləndirdi. Bu hadisələrin ən əhəmiyyətlilərindən biri insanın gen quruluşunu açmaq üçün həyata keçirilən “İnsan Genomu” layihəsi idi. Bu layihəylə, Allahın canlıları nə cür üstün bir yaradılışla yaratdığını göstərən “genetik informasiya”nın təfərrüatları insanlara göstərildi. Bu layihənin nəticələrini yoxlayan, tək bir insan hüceyrəsində minlərlə ensiklopediya səhifəsini dolduracaq qədər məlumat saxlandığını öyrənən hər insan, bunun nə qədər böyük bir yaradılış dəlili olduğunu dərk edir.
Ancaq təkamülçülər həqiqətdə öz əleyhlərinə olan bu son hadisəni, olduğundan fərqli və “təkamül” dəlili kimi göstərməyə çalışırlar. Bu kitabda bəhsi keçən təkamülçü yanılmalar izah olunur, yaradılışa qarşı gətirilən etirazların məntiqsizliyi və səthiliyi ortaya qoyulur.