Başdan bəri üzərində dayandığımız kimi, cahil insanların dünya ilə bağlı hesabları tutmamış və heç cür içindən çıxıb xilas ola bilmədikləri sıxıntıya düşmüşlər. Dünyada texniki olaraq mümkün ola biləcək ən mükəmməl şərtlər altında yaşasalar belə, həqiqi hüzuru, həqiqi xoşbəxtliyi əldə edə bilməməyin verdiyi narahatlıqdan xilas ola bilməmişlər. Bu səthi həyat tərzindən, cansıxıcılıqdan, boşluqdan, məqsədsizlikdən, çətinliklərdən və qorxulardan qurtula bilmələrinin tək yolu vardır. Quranda bu əhəmiyyətli sirrə belə diqqət çəkilmişdir:
... Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)
Ayədə xəbər verildiyi kimi, bir insanın həqiqi mənada hüzura və rahatlığa qovuşması, ancaq Allahı anması, Onun razı olacağı şəkildə bir həyat sürməsiylə mümkün olar. Quranın bu sirrindən xəbərsiz olan cahil cəmiyyət isə içərisinə düşdüyü vəziyyətin özlərinə görə "həyatın bir həqiqəti" olduğuna, bundan qurtuluş olmadığına inanar. Halbuki, bu onların etdiyi seçimin nəticəsidir və yanlış məntiqlərinin gətirdiyi əxlaqi pozuqluqlarının bir nəticəsidir. İman edənlərin həyatında isə bu cür sıxıntılar və acılara heç yer yoxdur. Məhz inanan və bu əhəmiyyətli sirrin şüurunda olan möminlərə düşən vəzifə də, bu kəslərə "cahil sistemin təqdim etdiyi bu səthi məntiqdən təmizlənmənin və həm dünyada, həm də axirətdə gözəl bir həyatla yaşamanın" yolunu göstərməkdir. Digər bir sözlə, Allahın bütün insanlara endirdiyi Qurana tabe olmağa dəvət etməkdir.
İlk olaraq xatırladılmalı olan çox əhəmiyyətli bir mövzu vardır: Bəhsi keçən insanlar, əvvəldə cahillik sistemini mənimsədikləri üçün sonuna qədər bu sistemi yaşamaq məcburiyyətində olduqlarını düşünərlər. Bu sistemdən qurtuluşun mümkün ola biləcəyini anlaya bilməzlər. Buna görə, bu kəslərə izah edilməli ilk mövzu budur. Əksinə, Quran əxlaqıyla tanış olmadan əvvəl hər insan cahil cəmiyyətlərin dəyər mühakimələri istiqamətində yetişdirilmiş və bu dünyagörüşüylə həyatını davam etdirmiş ola bilər. Əhəmiyyətli olan, özlərinə din əxlaqını yaşamaları lazım olduğu izah ediləndə içində olduqları vəziyyəti fərq etmələri və cahil cəmiyyətdən qoparaq, Qurana sarılmalarıdır. Necə ki, Allahın kitabları və elçiləri vasitəsiylə insanları xəbərdar etməsinin məqsədi də budur onsuz; ataları xəbərdar edilməmiş və beləcə cahil qalmış birliklərin xəbərdar edilməsi, din əxlaqına dəvət edilməsi və beləcə doğru yolu seçmələrinin təmin edilməsi. Allah peyğəmbərlərini vəzifələndirərək tarix boyunca yaşamış olan bütün cahil cəmiyyətlərin xəbərdar edilməsini təmin etmiş və onlara içində olduqları bu cahillikdən xilas olmaları üçün saysız imkanlar təqdim etmişdir.
Üzərində dayanılmalı bir başqa əhəmiyyətli nöqtə isə budur: Allah cahil cəmiyyətdə yaşayan kəslərin səmimi olaraq iman etmələri və Quran əxlaqını yaşamaları vəziyyətində keçmişdə etmiş olduqları hər cür günahı bağışlayacağını vəd edərək, cahil sistemindən qopub ayrılmalarının yolunu açmışdır.
Cahil cəmiyyətin düşüncələrini, inanclarını, həyat tərzini tərk edib iman edən bir kimsənin Allah Qatında bağışlanacağı müjdələnməsi kimi, möminlər də bu kəsləri keçmişdə etdiklərindən ötrü sorğu-sual etməzlər. Bu insanın etdiklərinin bütün qarşılığı Allaha aiddir. Möminlər bir insanı, hal-hazırdakı əxlaqına və rəftarına görə qiymətləndirərlər.
Göründüyü kimi Allah cahil cəmiyyətdən ayrılıb, din əxlaqını yaşamağı son dərəcə asan etmişdir. Bu vəziyyətdə ediləcək ən ağıllı davranış Qurana tabe olmaqdır. Bir yanda çətinlik içində keçirilən 60-70 illik bir cahillik həyatı və bunun ardından qarşılaşılacaq sonsuz cəhənnəm əzabı; digər tərəfdə isə, dünya nemətlərindən ən təmiz şəkildə istifadə olunan, ən gözəl əxlaqlı insanlarla birlikdə, ən gözəl mühitlərdə yaşanılan bir həyat və qavrayışımızın kənarındakı gözəlliklərlə dolu əbədi cənnət həyatı. Əlbəttə ki, məntiqli tək seçim, Quran əxlaqını yaşamaq və buna qarşılıq Allahın təqdim etdiyi gözəlliklərə qovuşmaqdır. Bununla yanaşı, nəfslərinə uymaqdan imtina edib, vicdanlarını istifadə edən kəslər, bunun yalnız məntiqi deyil, eyni zamanda vicdan cəhətdən də ən doğru seçim olduğunu görəcəklər. Çünki bizi yaradan, ətrafımızı sonsuz nemətlərlə təchiz edən və bu həqiqətin şüuruna çatıb Özünə şükür etdiyimiz təqdirdə, sonsuz cənnət həyatını verəcəyini vəd edən Rəbbimizə yönəlmək, şübhəsiz ki, vicdana və insan yaradılışına ən uyğun davranışdır.
Ancaq bütün bunlara baxmayaraq, Quran əxlaqını yaşamaqda tərəddüd edən kəslər də ola bilər. Quranda, "Xeyr, siz tez keçməkdə olanı (dünyanı) sevirsiniz. Və axirəti tərk edib-buraxırsınız." (Qiyamət surəsi, 20-21) ayələriylə, bu kəslərin, özlərinə daha yaxın gördüklərinə görə dünya həyatına bağlandıqlarından bəhs edilir.
Bu nöqtədə, hələ də qərarsızlıq içində tərəddüd edən bu insanlara Quranda tövsiyə edilən isə "ölümü düşünmələri" dir. Çünki bəlkə də, heç sonu olmayacaq kimi bağlandığı dünyanın bir gün mütləq geridə qalacağını düşünən adamın ağlı başına gələcəkdir. Bəhsi keçən insan düşündüyündə görəcək ki, bəlkə də ani bir qəza ya da gözlənilməz bir xəstəlik, burada bəhs edilən 60-70 illik bir ömrə belə çata bilmədən, hələ iyirmi-otuz yaşlarından ölümünə səbəb olacaq. Belə bir vəziyyətdə bu insan, diplomlarını, malını, mülkünü, fabriklərini, evini, avtomobilini, ailəsini, uşaqlarını, qısacası hər şeyini dünyada buraxaraq torpağın altına girəcək. Çox qısa bir müddət içərisində geriyə bir neçə sümük parçasından başqa bir şeyi qalmayacaq olan bu insanın, dünya həyatından, özü ilə axirətə apardığı tək şey, Allah üçün edib qazandıqları olacaq.
Bu səbəblə, cahillik sistemini yaşayan kəslərin də bu açıq həqiqəti bir an əvvəl görmələri lazımdır. Çünki ölümdən sonra hər insanın qəti olaraq qarşılaşacağı həqiqət, axirətin varlığıdır. Orada hər kəs dünya həyatında etdiklərinin əskiksiz olaraq qarşısına çıxacağına şahid olacaq. Allahı unudanlar, "Elə isə bu (əzab) gününüzlə qarşılaşmağı unutduğunuza görə dadın əzabı!. Biz də sizi həqiqətən unutduq; Əməllərinizə qarşılıq əbədi əzabı dadın." (Səcdə surəsi, 14) ayəsinə görə cəhənnəmə sövq ediləcək və sonsuza qədər tək bir dostları və köməkçiləri belə olmadan orada əzab içində yaşayacaqlar.
Özlərinə Quran əxlaqı izah ediləndə Allahın dəvətinə uyub səmimi olaraq tövbə edən və Qurana tabe olanlar isə, həm dünya həyatında, həm də axirətdə qurtuluşa çatacaqlar:
Onlar üçün Rəbbinin yanında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur. Beləcə, Allah onların etdikləri ən pis əməlləri bağışlayacaq və etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcəkdir. (Zumər surəsi, 34-35)
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)