Cahil cəmiyyət insanları, tək mütləq gücün Allaha aid olduğu həqiqətini qavraya bilməz və bunun nəticəsində də hər şeydən ayrı-ayrı qorxarlar. Bu qorxu onlara həyat boyu davam edən bir çətinlik və sıxıntı gətirər. Qarşılaşdıqları hər hadisə onlar üçün bir narahatlıq səbəbidir. İnsanlar belə onlar üçün bir qorxu mənbəyidir; hər an hər hansı birindən özlərinə zərər gələ biləcəyini düşünərlər. Eyni şəkildə təbiət hadisələri də qorxu duyduqları bir başqa mövzudur. Zəlzələnin, selin, qasırğaların özbaşına hadisələr olduğunu zənn edərlər.
Quranda, Allaha iman gətirib yalnız Ondan qorxmaq yerinə, müxtəlif saxta ilahlar edən insanların vəziyyətləriylə əlaqədar belə bir nümunə verilmişdir:
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir. Əslində, sən də öləcəksən, onlar da öləcəklər! Sonra siz Qiyamət günü Rəbbinizin yanında mübahisə edəcəksiniz. (Zumər surəsi, 29-31)
Ayədə bildirildiyi kimi, cahil cəmiyyətin bir çox saxta ilaha sahib insanları, "sahibləri çox şərikli kölə olan bir adam" kimi, öz meydana gətirdikləri saysız qorxu ilə yaşayarlar. Evlənə bilməmək, uşaq sahibi ola bilməmək, xəstələnmək, çirkinləşmək, yaşlanmaq, başqalarına möhtac vəziyyətə gəlmək, iflasa uğramaq, işdən çıxarılmaq, pulsuz qalmaq, ac qalmaq cahil cəmiyyətin minlərlə qorxusundan yalnız bir neçəsidir. Bunlarla yanaşı bir də mübtəla halına gətirdikləri batil inancları vardır. Misal olaraq, qaranlıqdan qorxarlar, nərdivan altından keçə bilməzlər, qara pişiyə baxa bilməzlər ...
Sonrakı səhifələrdə cahil cəmiyyətin inkişaf etdirdiyi bu qorxuların növlərini və özlərinə həm dünyada, həm də axirətdə gətirdiyi itkiləri araşdıracağıq.
Cahil insanlar, yoldaşları, uşaqları, anaları, ataları da daxil olmaq üzrə ətraflarındakı heç kimə güvənə bilməzlər. Hər kəsin lazım olduğunda mənfəətləri uğruna özlərinə xəyanət edəcəyini düşünərlər. Bu qorxularında əslində haqlıdırlar da. Çünki yaşadıqları sistem Quran əxlaqına uyğun olmayan batil bir sistemdir.
Quran əxlaqının tətbiq olunmadığı yerdə isə, həqiqi mənada etibarlılıq, sədaqət ya da vəfa kimi əxlaqi xüsusiyyətlər yaşanmaz. Bu xüsusiyyətlər ancaq Allah qorxusu və axirət inancı ilə ortaya çıxar. Cahil insanlar Quran əxlaqının təqdim etdiyi təhlükəsizlik mühitini yaşaya bilmədikləri üçün həyatları boyunca "xəyanətə məruz qalmaq qorxusu" ilə yaşayarlar. Xəyanətə məruz qalmalarının qarşısını almaq üçün öz ağıllarına görə aldıqları ən yaxşı tədbir, kimsəyə güvənməməkdir. Bunu ifadə etmək üçün istifadə etdikləri deyimlərdən biri də "bu dövrdə atana belə güvənmə" sözüdür.
Bu sözə əməl edər və özlərindən başqa heç kəsə etibar etməzlər; ancaq bu onların xəyanətə məruz qalmalarına mane olmaz. Xəyanət nümunələrinə qəzetlərdə, TV kanallarında tez-tez rast gəlinir. Misal olaraq, bir iş adamı, kiçik bir rəsmi əməliyyat üçün verdiyi vəkalətnamə ilə, arvadının bütün malını, mülkünü öz üzərinə keçirərək onu tərk etdiyinə şahid olunur. Ya da iş ortağı onu aldatmış, bütün malını, mülkünü üzərinə keçirərək ölkəni tərk etmişdir. Bəzən uşaqları belə öz atalarını aldada bilir.
Bu nümunələr şübhəsiz ki, saysız deyiləcək qədər çoxdur. Cahillik insanları da cəmiyyətin hər seqmentində bunlara tez-tez rast gəldikləri üçün, hər an eyni şeylərin öz başlarına da gələ biləcəyini düşünərək böyük bir qorxu duyarlar.
ADNAN OKTAR: Quran əxlaqını tam yaşamış olsalar, cənnətə çevrilər ortalıq. Niyə bir-birimizə salam vermirik çöldə? Niyə gözəl bir şey görəndə ona baxmırıq? Mən mağazalara gedirəm, baxıram məsələn, çox gözəl şeylər var, insanı çox maraqlandıran şeylər var. Bir qisim insanlara baxıram sanki bir robotdur. Çox mənasız gözlərlə gedir. Bələdiyyə çox gözəl çiçək salma işləri etmişdir, çiçək tarlaları etmişdir. Bir nəfər baxan insan görmürəm. Halbuki hamısı çox mükəmmməl varlıqlardır onların, olduqca çox gözəl şeylərdir. İnsan saatlarla baxsa doymaz onlara. Maraqlanmırlar. Xəbəri yoxdur. Onu heç maraqlandırmır çiçəyin gözəlliyi, uşağın gözəlliyi. Kiçik, çox şahanə, gözəl uşaqlar olur, göz təmasına belə keçmir, basıb keçir adamlar. Necə olur bu? Halbuki, Allaha həmd etmək lazım deyilmi? Ailəsini təbrik etmək lazımdır, "Allaha həmd olsun, Allah sizə nə gözəl uşaq vermişdir" demək lazımdır.
Bir mağazaya girəndə insan salamla girər, hal-əhval soruşar. Dava edər kimi gedirlər mağazalara. Mən bu yaxınlarda bir mağazaya girmişdim. Bütün hər kəs gərilmişdir. Bir nəfər adam oturmuş, belə psixopat olduğu bilinir üzündən. Müdhiş gərgindirlər. Onu bəyənmir, tərs danışır, onu gətirirlər onu da bəyənmir, onlara da tərs danışır, belə təhqir edici bir üslubu var. Adam getdikdən sonra birdən sevincləri gəldi. Birdən açıldılar, sevindilər. "Hocam" dedilər "bunlar, bu paltarlar sizə layiqdir" və s. dedilər, eyham etdilər bu tip insanlara layiq deyil kimisindən. Onsuz da o insanlar 5-6 kvadrat metrlik bir yerdə yaşayırlar. Bunların hüzurunu pozmağın mənası nədir? Yəni orada əxlaqsızlıq etməyin mənası nədir? Gələn insan oradakı insanların xoşbəxtlik dağıtmasını düşünməsi lazımdır. Çünki onlar bizlər üçün oradadırlar və əmək sərf edirlər, Allah rizası üçün deyilmi? ... Xeyr, dünyanın qanunu budur deyə bilirlər. Küfrü əxlaqda, Quran xarici əxlaqda başqa cür yaşayırlar. Atana belə güvənməyəcəksən sözü var, çox böyük bir əxlaqsızlıqdır, çox qorxunc bir ifadədir. Nə deməkdir, atana belə güvənməyəcəksən? Nə üçün güvənməməliyik? Bizim güvəndiyimiz bir çox dostlarımız olsun, sevdiklərimiz olsun. "Mənə toxunmayan ilan min il yaşasın". Nə demək bu? Sənə toxunmursa çox məzluma toxunacaqdır o. O ilanı mütləq yox etməmiz lazımdır. Mədəni cəhətdən, elmi cəhətdən təlqinlə mütləq yox etməmiz lazımdır. Belə çirkin, xudbinliyi, eqoizmi təşviq edən çox cəmiyyətdə söz var. Bunlarla yetişdirildikləri üçün insanlar eqoist, xudbin yaşamanın xaricində yaşana bilinməyəcəyini düşünürlər. Allah əsirgəsin ən son iddia olaraq, çox çirkin bir iddiadır bu, necə ki, "ölməmək üçün öldürəcəksən" məntiqi və hər kəsə qarşı bir qurd, bir çaqqal ruhu ilə hərəkət edirlər. Qarşına gələni belə əzmək, onları təhqir etmək sanki şərtmiş, qanunmuş kimi düşünürlər. Belə xoşbəxt ola biləcəklərini, belə məqbul yaşayacaqlarını, xoşbəxt deyil də, canlı qala biləcəklərini düşünürlər. Allah heç bir şəkildə hüzur vermir o zaman. Çünki təkrar söyləyirəm, ən böyük nemət əllərindən alınır. Ehtiras və dərin sevmə gücü əllərindən alınır. Artıq bioloji varlığı qalmış olur. Yəni bir mal-qara kimi, heyvan kimi bir varlıq ortalarda gəzişir. Bax, gedir buterbrod alır, onu yeyir, sonra onu yerə atır, millətə tərs söz deyir, bir şeylər edir, təhdidedici bir üslubu var, hər sözdən şübhələnir ... Birincisi, böyük bir şübhə duyğusu yayılmış, bu çox qorxunc bir şeydir. Nədir bu belə? O şəkildə yaşanarmı? Bu sübhəçilik nədir belə? Hətta necəsən desən, altında nəsə axtarır. Elə olurmu? Sevgi, maraq, əlaqə göstərdiyində şübhə; dostluq göstərəndə şübhə edir; salam verincə şübhə ... Belə şey olmaz, belə həyat olmaz. Mütləq güvənə əsaslanan, sevgiyə əsaslanan, şəfqətə əsaslanan bir quruluş olması lazımdır. Bu da ancaq Quran əxlaqıyla olur, Quranda ittifaq etməklə olur inşaAllah. Əslində təbii ki, bir təhsil problemidir bu. Əvvəl Quranı sevdirmək, Peyğəmbərimiz (s.ə.v)-i sevdirmək, peyğəmbərləri sevdirmək, din əxlaqının həqiqi olduğunu insanlara izah etmək lazımdır. (Cənab Adnan Oktarın Kanal 35 reportajından, 14 fevral 2009)
Cahil cəmiyyətdə bir çox insana hakim olan qorxu da, "kasıblaşma qorxusu" dur. Onları bu qorxuya sürükləyən başlıca səbəb, cahillik sisteminə istiqamət verən ünsürlərdən birinin "pul" olduğunu bilmələridir. Pulları olduğunda öz ifadələriylə "kürəklərinin yerə gəlməyəcəyini", amma əks halda həmişə əziləcəklərini və çətinlik içərisində yaşayacaqlarını düşünərlər. İstədikləri kimi yaşaya bilməyəcək, istədikləri kimi yeyib-içə və istədikləri kimi söz sahibi ola bilməyəcəklər.
Bununla yanaşı, cahil cəmiyyətdə bu mövzuda əsil diqqət çəkən, ən zəngin olanların belə bu qorxudan özlərini qurtara bilməməsidir. Misal olaraq, özünə, ailəsinə, uşaqlarına, hətta bütün qohumlarına və dostlarına illərcə çatacaq qədər pulu olduğu halda, bəzi insanlar bu qorxularından ötrü xəsislik deyilən xəstəliyə tutularlar. Tədbirli olma adı altında bütün pullarını bir kənarda saxlamağı üstün tutarlar. Üstəlik, bunu edərkən məqsədləri dünyada rahatlıq tapmaqdır, amma hər şey tərsinə inkişaf edər və öz-özlərini heç də rahat olmayan bir mühit içinə salarlar.
İstər kasıblıq qorxusu, istərsə də bunun yol açdığı xəsislik, bu insanların Allaha güvənməmələrindən qaynaqlanır. Quranda insanlar bu qorxuya qapılmamaq mövzusunda xəbərdar edilmişlər:
Şeytan sizi yoxsulluqla qorxudur və sizə çirkin həyasızlığa əmr edir. Allah isə sizə bağışlanmaq və bol lütf vəd edir. Allah (öz lütfü ilə) genişdir, biləndir. (Bəqərə surəsi, 268)
Bu qorxularını məğlub etmələri isə, ancaq Quranın hökmləri əsasında düşünmələri və hərəkət etmələri ilə mümkün olar. Çünki Qurana tam olaraq əməl edildiyində, Allah qorxusu xaricindəki bütün qorxulara səd çəkilmiş olar.
Səmimi imana sahib insan, mülkün yeganə sahibinin, özünə ruzi verən Allah olduğunu bilir. Bu səbəblə də, bunu özü üçün bir qorxu halına gətirməz. Onu yaradan, ona nemət və bolluq verən Allahın fəzli genişdir və istədiyinə bu lütfündən verir. Üstəlik, inananlar sonsuz bir zənginlik yurdu olan cənnətlə müjdələnmişdir. Əgər Allah bir insana kasıblıq və ya yoxluq təqdir etmişdirsə, bunda da çox böyük xeyirlər və hikmətlər vardır. Bu vəziyyət, bəlkə də o insanın iman dərinliyini, əxlaq gözəlliyini artıracaq, axirətdə çox gözəl məqamlar əldə etməsinə vəsilə olacaq. Buna görə də, Allaha təvəkkül edən möminlər, Allahdan gələn hər şeyə razı olarlar və lazımsız qorxulara heç bir zaman düşməzlər.
Gənclik və gözəllik, cahil cəmiyyətin əhəmiyyət verdiyi başlıca mövzulardandır. Cahillik əxlaqını yaşayan insanlar həyatları boyunca bu iki xüsusiyyəti mühafizə etmək üçün böyük bir həvəslə səy göstərərlər. Ancaq bunun əsla mümkün olmadığını da hər kəs bilir. Gec-tez bir gün yaşlanacağını, bədəninin əldən düşəcəyini, gözəlliyinin itəcəyini bilmək, cahillik əxlaqına sahib bir insan üçün böyük bir zərbədir. Qadınlar bu qorxularını daha açıq bir dillə ifadə edərkən, kişilər bunu bildirməməyə çalışar, amma daxildə bu qorxunu yaşayarlar. Çirkinləşmək və xüsusilə də acizliklərinin açıq şəkildə ortaya çıxması onları ciddi şəkildə narahat edər. Çünki illərcə davam etdirdikləri böyüklük iddiaları, yaşlanmaqla sona çatacaq. Hər gün aynanın qarşısına keçib, dərilərində ya da bədənlərində olan dəyişikliklərə qorxuyla baxarlar. Amma hər nə qədər çalışsalar da, bir nöqtədən sonra heç bir şəkildə qarşısını ala bilməzlər.
Yaşlılıqda davam etdirilən bir həyat, gəncliyin hökm sürdüyü illərin təqdim etdiyi mühitdən çox daha fərqlidir. Cahil insanlar çox vaxt ona baxmağın bir külfət olduğunu və narahatlıq verdiyini hiss etdirərlər yaşlı insana. Uşağı ya da həyat yoldaşı kimi ən yaxın ətrafı belə ancaq dözmə gözüylə baxmağa başlayar. Onu kimsəyə faydası olmayan, əksinə qocalıb gətirdiyi xəstəliklər səbəbiylə daim xərc çıxaran biri olaraq qiymətləndirərlər. Həm istənmədiyini, həm də möhtac olduğunu bilmək, onda bir başqa qorxu daha meydana gətirər. Hər an ortada qalma ya da kimsəsizlər evi kimi istəmədiyi yerlərə göndərilmək narahatlığını yaşayar. Əslində bu narahatlıqlara düşməkdə də haqlıdır. Çünki Allahdan uzaq insanlardan ibarət bir cəmiyyətdə bu ədalətsiz, şəfqətsiz sistem hakimdir. Qorxduqları demək olar ki, başlarına gələr.
Ancaq bunun xaricində yaşlanma qorxusunun arxasında duran bir başqa səbəb də, yaşlılığın ölümü və dünya həyatının sonunu xatırlatmış olmasıdır. Aynaya hər baxdığında müddətin daha da qısaldığını bilmək, inancsız bir insan üçün böyük əzab səbəbidir. Axirət həyatına inanmayan bir insan üçün, dünyanın sona çatması, bədənin yox olması geri dönüşü olmayan bir sondur. Bütün həyatını bunlar uğrunda sərf etmişdir; bu səbəblə bunları itirməkdən şiddətlə qorxar.
İnananlar isə nə yaşlanmaqdan, nə də acizliklərinin ortaya çıxmasından qorxarlar. Çünki onlar dünya həyatlarında nə gənclikləriylə, nə də gözəllikləriylə yer əldə etməyə çalışmazlar. Xarici gözəlliyin deyil, əxlaqi gözəlliyin əhəmiyyətli olduğunu bilir və dostları arasında da Allaha olan bağlılıqları və gözəl əxlaqları səbəbindən sevildiklərini unutmazlar. Bununla yanaşı, yaşlılığın ölümü xatırlatmasından da qorxmazlar. Çünki axirət onlar üçün, dünyayla müqayisə edilməyəcək gözəllikdə, sonsuza qədər davam edəcək yeni bir həyatın başlanğıcı olacaq. Dünya həyatı boyunca Allahın razılığını və cənnətini qazanmaq üçün gözəl davranışlarda olduğunu bilən və vicdanı rahat olan bir insan, yaşlılığı da sevinclə qarşılayar.
Dünyaya bağlı yaşayan kəslər xəstələnməkdən də şiddətlə qorxar və həyatları boyunca bu narahatlıq içərisində olarlar. Xəstəliyə səbəb olan mikrob və virusların Allahdan müstəqil və qarşısı alınmaz güc olduğu səhvinə inanarlar. Bu səbəblə də, onları öz-özlərinə çarə tapa bilməyəcəkləri qorxu mərkəzləri olaraq görərlər.
Onlar üçün xəstəlik demək, hər şeydən əvvəl dünyadan məhrum qalmaq deməkdir. Ötəri qrip xəstəliyi belə onları bir çox fəaliyyətdən saxlayacaq və beləcə onsuz da qısa olan ömürlərindən bir qismini daha alacaqdır. Tam bir ayaq bağı olaraq xarakterizə etdikləri xəstəliklər, daha çox pul qazanmalarını, gəzmələrini, yemələrini, içmələrini qısacası, hər şeylərini məhdudlaşdıracaq. Bu da onların sistemlərini kökündən alt-üst edər.
Xəstəliyi belə bir bəla və müsibət olaraq görər və hər an xəstələnmə narahatlığı ilə yaşayarlar. Buna qarşılıq möminlərin xəstəliyə olan dünyagörüşləri cahillik məntiqinə zidd bir quruluş göstərər. Əvvəla, möminlər dünya həyatının bir gün, bir şəkildə, mütləq son tapacağını çox yaxşı bilirlər. Bu səbəblə, xəstəlikdən qaçsalar, bir qəzaya ya da ən azından yaşlılığın təbii axışına mütləq düşəcəklərini bilirlər. Bununla yanaşı, nə virusun, nə də bakteriyanın Allahın izni olmadan heç kəsə yaxınlaşmayacağını da unutmazlar. Əgər buna baxmayaraq, xəstələnərlərsə də, bu xəstəliyi Allahın bir hikmətlə verdiyini və özləri üçün bir çox xeyir ehtiva etdiyini açıq şəkildə görə bilərlər. Allaha və qədərə olan təslimiyyətlərindən ötrü də xəstəlik qorxusu kimi bir çətinliyi heç bir zaman yaşamazlar. Əlbəttə xəstələnməmək və sağlamlıqlarını qorumaq üçün ağıllarını sonuna qədər istifadə edərlər; ancaq buna baxmayaraq bir xəstəliyə tutularlarsa, ayədə də ifadə edildiyi kimi gözəl əxlaq və səbir göstərməyə davam edərlər:
... Ayaqda, çətinlikdə və cihad zamanı səbir edənlər. Məhz bunlar, doğru olanlardır və Müttəqi olanlar da onlardır. (Bəqərə surəsi, 177)
Cahil cəmiyyətin ən böyük qorxularından biri isə ölüm qorxusudur. Ancaq ölümdən qorxarkən və heç düşünməməyə çalışarkən unutduqları bir şey var: Ölüm həqiqətini nə edərlərsə etsinlər dəyişdirə bilməzlər. Quranda ölümdən qaçış olmadığı insanlara belə xatırladılmışdır:
Hər harada olsanız, ölüm sizi tapar; hündür yerlərdə təhkim edilmiş qalalarda olsanız belə ... (Nisa surəsi, 78)
De ki: "Əlbəttə sizin özündən qaçdığınız ölüm, şübhəsiz sizinlə qarşılaşıb-görüşəcək. Sonra siz gizlini də, aşkarı da bilən (Allah) a qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir." (Cümə surəsi, 8)
Ayələrdən də aydın olacağı kimi, ölüm hər insan üçün qaçınılmaz bir sondur. Dünyanın ən zəngin, ən etibarlı və ya ən yüksək mövqe-vəzifə sahibi də, ən gözəl insanı da mütləq öləcək və sahib olduğu bu xüsusiyyətlərdən heç biri onu xilas edə bilməyəcək.
Cahil cəmiyyətin insanları da bu həqiqəti çox yaxşı bildiklərindən, ölümü mümkün olduğu qədər gecikdirmək və dünyanı bir az daha yaşamaq istəyərlər. Ölüm onları mallarından, övladlarından, bütün sevdiklərindən ayıracaq və dünya üçün xərclədikləri əməkləri boşa çıxaracaq. Bu səbəblə də, ölümdən şiddətlə qorxarlar. Belə ki, çox vaxt "ölüm" sözünü ağızlarına belə almaq istəməz, ölümü xatırladan insanlara da "düşüncəsiz" kimi sözlər deyərlər. Ölüm xatırlandığında, bu mövzunu danışmağın lazım olmadığını söyləyərək qarşı tərəfi susdurarlar.
Yaşlılıq, xəstəlik kimi ölümü xatırladan mövzularla mümkün olduğu qədər həmsöhbət olmamağa çalışarlar. Bu qorxuları elə şiddətlidir ki, bəzən həkimə getməkdən belə narahat olarlar. Əgər kiçik bir şey üçün həkimə gedəcək olsalar, həkimin daha ciddi bir xəstəlik diaqnoz etməsindən qorxarlar. Bu narahatlıq səbəbiylə bir narahatlıqları olduğunda belə, həkimə getməməyi seçə bilərlər. Keflərinin ən çox pozulduğu və qorxularının ən şiddətləndiyi vəziyyətlər isə, cənazə mərasimləridir. Ən yaxın dostlarının, qohumlarının kəfən içərisində torpağın altına endirilməsini seyr edərkən, istər-istəməz özlərinin də sonunda ölümlə qarşılaşacaqlarını xatırlayarlar. Ona görə bu cür mühitlərdən mümkün olduğu qədər uzaq durmağa çalışarlar.
Bu qorxuları onlara, gözlədiklərinin tam tərsini gətirər. Onlar dünya həyatını itirməkdən qorxarlar; ancaq uzun illər yaşasalar da bütün bir ömrü qorxu içərisində keçirərlər. Məhz bu da, onların Allahdan qorxmaq yerinə batil qorxular əldə etmələri nəticəsində içinə düşdükləri bir bəladır.
Cahil cəmiyyətdə kor-koranə mənimsədilən bir mövzu da batil inanclardır. Adından da aydın olduğu kimi bu inancların məqbul və ağıllı düşünən bir insan üçün heç bir etibarlılığı yoxdur. Ancaq Allaha iman etməyən, buna görə də həqiqi dini tanımayan insanların, ağıldankənar bir çox mübtəla etməsi son dərəcə təbiidir.
Batil inancların ən əhəmiyyətli istiqamətlərindən biri, əsrlərdir dildən-dilə, nəsildən-nəsilə ötürülərək gəlmələridir. Nə qədər əsassız və məntiqsiz olsalar da, bir çox cəmiyyət bunlara sahiblənmiş və daha da inkişaf etdirərək özlərindən sonrakı nəsillərə öyrətmişlər.
Cahil cəmiyyətin insanları isə, həqiqi din əxlaqını tətbiq etməyə əsla yanaşmamalarına baxmayaraq, son dərəcə mənasız olan bu qaydalara tamamilə sahib çıxarlar. Belə ki, bu qaydaları bir qanun kimi qəbul edib, heç güzəştə getmədən tətbiq edərlər. Misal olaraq, nərdivan altından keçərlərsə, başlarına pis şey gələcəyinə inanar, bu səbəblə yollarını dəyişdirərlər. Ya da çox gülərlərsə ardından çox ağlayacaqlarını düşünər, bu səbəblə gülmələrinə hakim olarlar. Gecə vaxtı qəbiristanlıqdan keçə bilməzlər. Hər hansı mənfi söz eşitdikləri an taxtaya bir-iki dəfə vurarlar. Bağlı yerlərdə qala bilməz, başlarına pislik gələcəyini düşünərlər. Bu qaydalar saymaqla bitməyəcək qədər çoxdur və cahillik insanları bunların hər birinə qarşı dərin bir qorxu duyar. Əgər bu inanclarının əksini tətbiq edəcək olsalar, başlarına böyük bir fəlakət gəlməsindən narahatlıq duyarlar.
Burada düşdükləri ən əhəmiyyətli səhv isə, şahid olduqları hər hadisənin və hər varlığın Allahın nəzarəti altında olduğunu unutmalarıdır. Yoxsa nə nərdivanın, nə qəbiristanlıqdakı sümük parçalarının, nə də bağlı bir məkanın özlərinə aid müstəqil bir gücü yoxdur. Ancaq cahil cəmiyyət öz törətdiyi bu batil inanclara qarşı bəslədiyi qorxularla öz əlləriylə özlərinə çətinlik meydana gətirərlər.
Cahil cəmiyyətin batil inanclarından bir başqası da bəzən bir rəqəmin, bəzən bir rəngin, bəzən də bir insanın fəlakət gətirəcəyi mübtəlasıdır. Bunların ən məşhur olaraq bilinənlərindən biri 13 rəqəmidir. Bu rəqəmin fəlakət gətirəcəyi mübtəlası sanki ümumbəşəri bir həqiqət kimi qəbul edilmişdir. Dünyanın harasına gedirsiz gedin, Quran məntiqindən uzaq olan bir çox insan bu rəqəmdən ciddi bir narahatlıq duyar. Yenə eyni şəkildə çox insan qara rəngin xüsusilə də qara pişiyin fəlakət işarəsi olduğunu düşünür. Qarşılaşdıqlarında pişiyə baxmamağa çalışar və yollarını dəyişdirərlər. Bu mövzuda, cahil cəmiyyətin özlərinə istiqamətli qorxuları da vardır. Məsələn, başlarına pis bir şey gəldiyində üzərlərində olan paltarları həyatları boyunca bir daha geyməzlər. Ya da bir dəfə qəza etdikləri avtomobillərində bir pislik olduğuna inanır, bir daha minməz və dərhal satışa çıxararlar.
Bu batil qorxular, cahil cəmiyyətin həyatına yön verəcək qədər güclüdür. Edəcəkləri bir çox işdən bu qorxuları səbəbiylə imtina edər, bir çox insanla bu qorxuları səbəbiylə dostluqlarına son qoyarlar. Halbuki, mübtəlalarından imtina etmədikləri müddətcə qorxularından da xilas ola bilməzlər. Bu səbəblə, həll yolu bunlardan qaçmaqda deyil, bu qorxunu kökdən yox etməkdir. Bu da ancaq insanın cahillik inanclarını tərk edib, Allahın əmr etdiyi əxlaqı yaşaması ilə mümkün olar.
Hər insanın müxtəlif qorxuları olması cahillik sistemində son dərəcə adi qarşılanır. Cahillik əxlaqını yaşayan kəslərin hamısının ən az bir neçə qorxusu şübhəsiz vardır. Kimisi böcək görməkdən, kimisi göy gurultusundan, kimisi yüksəklikdən, kimisi dar və sıxılmış yerlərdə qalmaqdan, kimisi də qaranlıqdan şiddətlə qorxar.
Qorxu duyduqları bu fobilərin bir qismi həqiqətən də tədbir almağı tələb edən məsələlərdir. Ancaq cahil cəmiyyətin duyduğu qorxu, təbii bir reaksiya göstərməkdən ya da tədbir almaqdan çox uzaqdır. Çoxu, qorxduqları şeyləri televizorda, qəzetdə, hətta bir cizgi filmində də görməyə qatlana bilməz. Misal olaraq, böcək sözü keçdiyi anda, ya da bir ilan rəsmi gördüklərində tamamilə nəzarətdən çıxacaq qədər özlərini itirərlər. Bəzən qışqırıqlarla özlərini yerə atar, hətta şəklin ya da televizorun üzərinə nəsə ataraq şişirdilmiş hərəkətlər edərlər. Bəziləri bağlı yerləri, qəbiristanlıq və ya torpağın altı kimi bir məkanla əlaqələndirərlər. Ölüm və yox olma qorxuları, bu fobiyaları ilə xaricə yansıyır. Qaranlığa qarşı duyduqları qorxunun səbəbi də budur əslində. Qaranlıq ilə fəlakətləri başlarında bir tam olaraq canlandırarlar. Bu səbəblə, xüsusilə də tək başlarına olduqlarında, öz evlərində belə olsalar rahat ola bilməzlər. Qaranlığın onlara pislik edəcək müstəqil bir gücü olduğuna inanarlar. Görünməyən qüvvələrin onlara hücum edəcəyini ya da öldürməyə çalışacaqlarını xəyal edərək qorxuya qapılarlar.
Ortada heç bir həyati təhlükə yoxkən bu qədər şiddətli qorxulara qapılan insanların səhvləri, Allahı vəkil etməmələri, Ondan başqa ilahlar qəbul etmələri və Ondan gərəyi kimi qorxmamalarıdır. Quranda, qorxunun inkarçılara şeytandan gələn bir bəla olduğu və yalnız Allaha iman edən və Ondan qorxan möminlər üçün heç bir qorxu və kədər olmadığı bildirilmişdir:
O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali İmran surəsi, 175)
Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)